Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-22/2025 28.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olan, işləməyən, Zərdab rayonu, 51-ci sahə Mübariz İbrahimov küçəsi, ev 44-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2012-xx.xx.2024-cü illərdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 İnformasiya Texnologiyaları mütəxəssisi vəzifəsində işləyərkən “İT texniki icraçısının vəzifə Təlimatı”nın İİ bəndinə əsasən, şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin etmək, iş prosesində ortaya çıxan qayda pozuntularının aradan qaldırılmasında operativ ölçülər götürmək, müəssisənin lokal şəbəkəsinin təşkilində iştirak etmək, müəssisənin kabel təsərrüfatı üzrə layihə sənədlərinin hazırlanmasında iştirak etmək, texniki sənədlərin aparılmasında iştirak etmək, informasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasında iştirak etmək və ona həvalə edilmiş digər səlahiyyətlərə malik şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayonu, SMU 21 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 həyat yoldaşı X2 “Zərdab” RMX PHŞ-də xadimə işinə düzəldəcəyi vədini verib aldadaraq xx.xx.2024-cü il tarixdə “Zərdab” RMX PHŞ-də xidməti iş otağında 4900 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2012-xx.xx.2024-cü illərdə “Zərdab RMX” PHŞ-nin İnformasiya Texnologiyaları mütəxəssisi vəzifəsində işləyərkən “İT texniki icraçısının vəzifə Təlimatı”nın İİ bəndinə əsasən, şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin etmək, iş prosesində ortaya çıxan qayda pozuntularının aradan qaldırılmasında operativ ölçülər götürmək, müəssisənin lokal şəbəkəsinin təşkilində iştirak etmək, müəssisənin kabel təsərrüfatı üzrə layihə sənədlərinin hazırlanmasında iştirak etmək, texniki sənədlərin aparılmasında iştirak etmək, informasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasında iştirak etmək və ona həvalə edilmiş digər səlahiyyətlərə malik şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 həyat yoldaşı Şahid5 “Zərdab RMX” PHŞ-da xadimə işinə düzəldəcəyi vədini verib aldadaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı mənzilin yaxınlığında idarə etdiyi “Mercedes Benz 190” markalı ** BF *** dövlət qeydiyyat nişanılı avtomobilində 2550 manat pulunu təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2012-xx.xx.2024-cü illərdə “Zərdab RMX” PHŞ-nin İnformasiya Texnologiyaları mütəxəssisi vəzifəsində işləyərkən “İT texniki icraçısının vəzifə Təlimatı”nın İİ bəndinə əsasən, şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin etmək, iş prosesində ortaya çıxan qayda pozuntularının aradan qaldırılmasında operativ ölçülər götürmək, müəssisənin lokal şəbəkəsinin təşkilində iştirak etmək, müəssisənin kabel təsərrüfatı üzrə layihə sənədlərinnin hazırlanmasında iştirak etmək, texniki sənədlərin aparılmasında iştirak etmək, informasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasında iştirak etmək və ona həvalə edilmiş digər səlahiyyətlərə malik şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayon, Xanməmmədli kənd sakini Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid2 “Zərdab RMX” PHŞ-da xadimə işinə düzəldəcəyi vədini verib aldadaraq xx.xx.2024-cü il tarixdə Zərdab şəhəri, Heydər Əliyev prospektində yerləşən “Həsir” adlı kafedə 4000 manat pulunu təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 aprel 2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Zərdab rayon mərkəzi xəstəxanasında işləmişdir. Vəzifəsi informasiya texnologiya mütəxəssisi olmuşdur. O, Zərdab rayon mərkəzi xəstəxasına aid “ eTabib” protalına nəzarət etmişdir. Rayon sakinlərindən bir çoxu ona yaxınlaşıb Zərdab rayon mərkəzi xəstəxanasına işə girmək istədiklərini bildirmişlər. Ona bir neçə nəfər belə iş təklif etdikdən sonra qərara almışdır ki, ona müraciət edən şəxsləri işə düzəldə biləcəyini bildirsin. Əgər onları işə düzəldə bilməsə də pullarını bir müddət sonra geri qaytarar ki, hazırda işə düzəlmək mümkün deyil. Hazırki zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Belə ki, onlar əvvəllər SMU 21 qəsəbəsində yaşayarkən qonşu olmuşlar. Onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 telefon əlaqəsi saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. Valehlə Zərdab rayonu mərkəzi xəstəxanasının içərisində kolidorda görüşmüşlər. O, xəstəxanada yoldaşına iş axtardığını köməklik edə biləcəyini soruşmuşdur. O, da ona xəstəxanada operator vəzifəsinin boşalacağını ora işçi qəbul ediləcəyini, həmin işə onun yoldaşı olan Əhmədova Aytəkini düzəldə biləcəyini bildirmişdir. Bunun qarşılığında isə həmin şəxsin işə düzəldilməsi üçün 5000 manat məbləğində pul verməli olduğunu demişdir. Valeh onunla razılaşmış və ona pulu tezliklə taparaq gətirib verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:00 da Valeh xəstəxanaya gələrək pulun üstündə olduğunu bildirmişdir. O, da Valehi öz otağına dəvət etmişdir. Öz otağında Valeh pulu çıxardaraq 4900 manat məbləğində pul olduğunu bildirmişdir. Ondan pulu alaraq saymış və 4900 manat olduğunu dəqiqləşdirmişdir. Məbləğin 5000 olmasına baxmayaraq 4900 manata onun yoldaşını işə düzəldə biləcəyini, ondan xəbər gözləməsini, 1 aya onun həyat yoldaşını Xəstəxanada operator vəzifəsinə işə qoyacağını bildirmişdir. Həmin zamandan sonra onun ağ ciyərində xəstəlik olduğu üçün Bakı şəhərinə getmişdir. Orada müəyyən müddət müalicə almışdır. Həmin Zərərçəkmiş şəxs2 aldığı 4900 manat məbləğini xəstəxana xərclərinə ödəmişdir. Valeh ona iş məsələsini soruşduqda onu hərdəfə bir bəhanə ilə yubatmış və ona verdiyi vədinə əməl etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 rayon sakini kimi tanımışdır. Zərərçəkmiş şəxs3 onun Xəstəxanada işlədiyini bilmişdir. Bir gün Valeh ona yaxınlaşaraq yoldaşı Şahid5 Zərdab rayon mərkəzi xəstəxanasına işə düzəltmək istədiyini bildirmişdir. O, da ona köməklik göstərəcəyini bildirmişdir. Ona yoldaşını işə düzəltmək üçün 2550 manat məbləğində pul verəcəyini bildirmişdir. O, da onunla razılaşmış və bildirmişdir ki, xəstəxanada yer olduqda onun yoldaşını işə düzəldəcəkdir. Onlar bu barədə razılaşdıqdan sonra xx.xx.2024-ci il tarixdə saaat 16 radələrində onların yaşadığı Heydər Əliyev prospektindəki evlərinin arxasına istifadəsində olan avtomobillə getmiş, Valeh onun avtomobilinə əyləşmiş və üzərində olan 2550 manat məbləğindəki pulu ona vermişdir. O, pulu saydıqda 2550 manat olduğunu müəyyən etmişdir. Ona iş olan kimi məlumat verəcəyini bildirmişdir, lakin keçən dövrdə həmin şəxsə məlumat verməmiş, onun arvadını işə düzəltməmiş, vədinə əməl etməmiş, həmin pulu isə öz istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, bildirir ki, xx.xx.2024-cü il tarixdə Zərdab rayon Mərkəzi xəstəxanasından öz ərizəsi ilə işdən çıxmışdır. Xəstəxanada işləyərkən Şahid4 ilə iş yoldaşı olmuşdur. Onunla 2008-ci ildən bir yerdə işləmişlər münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin sentyabr ayında Coşqun bildirmişdir ki, bir nəfər şəxsin Zərdab RMX-da işə düzəlmək istədiyini, Coşquna güvənmədiyi üçün həmin pulu ona vermədiyini buna görədə onunla tanış edərək həmin pulu ondan almağını bildirmişdir. O, Coşqunla daha əvvəl də bu kimi işlər görərək pul əldə etdikləri üçün onunla razılaşmışdır. Coşqun ona həmin şəxslərdə 4000 manat pulun olduğunu əgər alası olsa 2000 manatını ona verməsini bildirmişdir. O, Coşqunla razılaşmışdır. Coşqun onun nömrəsini Təbriz adlı şəxsə vermişdir. O, Təbriz ilə 2024-cü ilin sentyabr ayında Zərdab rayonu, dördyol ərazisində yerləşən çayxananın yaxınlığında görüşmüşdür. Təbriz ona bildirmişdir ki, anası Səadəti işə düzəltmək istəyir, ona hazırda yer olmadığını və gələcəkdə yer olacağını bildirmişdir. Bununla yanaşı Coşqunun Təbrizə işə düzəlmək üçün nəqədər pul verməli olduğunu soruşduqda Təbriz bildirimişdir ki, Coşqun onlara 4000 manat pul qarşılığında onun anası Səadəti 450 manat maaşlı işə düzəldə biləcəyini demişdir. O, da Təbrizlə razılaşdıqdan sonra Coşquna bu barədə məlumat vermişdir. Həmin hadisədən 2 gün sonra xx.xx.2024-cü il tarixdə tanımadığı bir nömrədən ona zəng gələrək özünü Seymur kimi təqdim edən şəxs Təbrizin atası olduğunu bildirərək, Təbrizə dediyi pul məbləğini hazır etdiyini bildirmişdir. O, da Zərərçəkmiş şəxs1 harada olduğunu soruşduqda hazırda Zərdab rayonu ərazisində olan Həsir kafesində olduğunu bildirmişdir. O, Həsir kafesinə gedərək kafenin kabinetində onunla görüşmüşdür. Zərərçəkmiş şəxs1 stolun üzərində olan pulu göstərək saymağını bildirmişdir. O, da həmin pulu saydıqda 4000 manat olduğunu görmüş və onun oğlu Təbrizə bildirdiyi kimi Şahid2 2 ay ərzində işə düzəldəcəyini bildirmişdir. O, həmin pulun 2000 manatını Coşquna vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona iş barəsində soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, ona verdiyi vədini yerinə yetirməmiş, ondan aldığı pulu öz istifadəsi üçün xərcləmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam şəkildə ödəmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanın 2500 manatını məhkəmə prosesində ödəmiş, lakin maddi imkanı yaxşı olmadığından onun qalan 1500 (bir min beş yüz) manat pulunu ödəyə bilməmişdir. Lakin, qısa müddətdə pul əldə edən kimi Zərərçəkmiş şəxs1 pulunu qaytaracaqdır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan tanışdır. Belə ki, onlar əvvəllər onunla birlikdə SM U 21 qəsəbəsində qonşu olmuşlar. Onun Zərdab rayon mərkəzi xəstəxanasında işlədiyi barəsində məlumatı olmuşdur. Onunla aralarnda keçən söhbətlər zamanı gələcəkdə yoldaşı X3 müəyyən bir məbləğ qarşılığında işə düzəldə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Nicatla əlaqə saxlamış və onunla xəstəxanada görüşmüşdür. Xəstəxanada olan zaman Nicat dəqiqliklə ona 5000 manat məbləğində pul verərsə arvadı Aytəkin Əhmədovanı 10 günə Xəstəxanaya işə düzəldə biləciyini bildirmişdir. O, razılaşaraq xx.xx.2024-cü il tarixdə Nicatla Xəstəxanada onun olduğu otaqda görüşərək 4900 manat pulu sayaraq ona vermişdir. Nicatın vəd verdiyi müddət başa çatsa da onun arvadını işə düzəltməmişdir. Nicatdan niyə onun işini həll etmədiyini soruşanda o, müxtəlif bəhanələr gətirərək ondan hər dəfə vaxt istəmişdir. Sonradan Nicatın onu aldatdığını başa düşürək Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Nicat ona olan borcunu tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi uzun müddətdir ki, tanıyır. Həmin şəxsin Zərdab rayon Mərkəzi xəstəxanasında işlədiyi barəsində məlumatı olmuşdur. Həyat yoldaşı Şahid5 işsiz olduğundan onu xəstəxanada işə düzəltmək istəmişdir. Buna görə də 20 sentyabr 2024-cü il tarixdə Nicatın mobil telefonuna zəng edərək arvadı Şahid5 xəstəxanaya işə düzəltmək istədiyini və hazırda 2550 manat pulu olduğunu bildirmiş və Nicat ona bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yaşadığı Heydər Əliyev prosopektində olan evin arxa tərəfində Nicatla görüşmüş, onun avtomobilinə əyləşərək avtomobildə 2550 manat məbləğindəki pulu Təqsirləndirilən şəxs sayaraq vermişdir. Pulu ona verdikdən sonra Nicat ona 3-4 gün ərzində iş ilə əlaqədar olaraq məlumat verəcəyini bildirmişdir. Nicatın vəd verdiyi müddət başa çatsa da onun arvadını işə düzəltməmişdir. Nicatdan niyə onun işini həll etmədiyini soruşanda o, müxtəlif bəhanələr gətirərək ondan hər dəfə vaxt istəmişdir. Sonradan Nicatın onu aldatdığını başa düşürək Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Nicat ona olan borcunu tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı Şahid2 evdar qadındır. Heç bir yerdə işləmir. Maddi ehtiyaclarını qarşılamaq üçün onun da işləməsinə qərar vermişlər. Səadəti kimin vasitəsi ilə işə düzəltməyini fikirləşmişlər. Bu barədə söhbət əsnasında qohumları Şahid3 da demişlər. Şəhla onlara qonşuluqda Coşqun adlı şəxsin olduğunu və xəstəxanada işlədiyini və onlara köməklik edə biləcəyini bildirmişdir. Coşqunla danışdıqdan sonra Coşqun ona Zərdab RMX-da işləyən Nicat adlı şəxsin nömrəsini vermişdir. X13 telefonda danışmış və Zərdab rayonu “Dördyol" ərazisində yerləşən çayxanada görüşüb söhbət etmişlər. Təbriz Nicata anası Səadəti işə düzəltmək istədiyini bildirmiş, Nicat isə 4000 manat pul qarşılığında xəstəxanada aylıq maaşı 450 manat olan xadimə işinə düzəldə biləcəyini demişdir. Bundan sonra kredit götürərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərdab rayonu ərazisində yerləşən “Həsir" adlı kafedə saat 10 radələrində özü Nicatla görüşmüş və istədiyi 4000 (dörd) min manat pulu Nicata vermişdir. Nicatın vəd verdiyi müddət başa çatsa da onun arvadını işə düzəltməmişdir. Nicatdan niyə onun işini həll etmədiyini soruşanda o, müxtəlif bəhanələr gətirərək ondan hər dəfə vaxt istəmişdir. Sonradan Nicatın onu aldatdığını başa düşürək Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Nicat məhkəmə prosesinin gedişində ona olan borcundan 2500 manatını ödəmiş, 1500 manat pulunu ödəməmişdir. Nicatın himayəsində azyaşlı uşaqlarının və xəstə qardaşının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, ailələrində olan söhbət əsnasında anası Şahid2 iş olarsa işləyəcəyini bildirmişdir. Onlar da, qohumlarına, tanışlarına anasını harasa işə düzəltmək olsa onlara bildirmələrini demişlər. 2024-cü ilin sentyabr ayında Şəhla adlı qohumları qonşusu Coşqunun iş yoldaşı Nicatın Zərdab rayon mərkəzi xəstəxanasında anası Səlimov Səadəti işə düzəldə biləcəyini bildirmişdir. O, da Şəhladan Nicatın nömrəsini Coşqundan almasını xahiş etmişdir. X8 nömrəsini alıb ona vermişdir. O, Nicatla öz istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Nicatla Zərdab rayon Dördyol ərazisində olan çayxanada görüşmüş anası Saədati Zərdab RMX-da xadimə düzəltmək istədiyimi bildirmişdir. Nicat da işə düzəlmək üçün 4000 manat məbləğində pul verilərsə işə düzəldə biləcəyini bildirmişdir. O, bu barədə gedib evdə valideynlərinə bildirdikdən sonra xx.xx.2024-cü il tarixdə atası X12 rayonu ərazisində yerləşən Həsir kafesində görüşərək 4000 manat məbləğində olan pulu Nicata vermişdir. Həmin gündən sonra Nicat onun anasını işə düzəltmiş, vədinə əməl etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, evdə olarkən söhbət əsnasında iş olarsa işləmək istədiyini bilirmişdir. Bunu qohumları Şahid3 qızna da bildirmişdir. Şəhla ona qonşuluqda Coşqun adlı şəxsin olduğunu, xəstəxanada işlədiyini və onlara köməklik edə biləcəyini bildirmişdir. Şəhla Coşqunla danışdıqdan sonra Coşqun Zərdab rayon Mərkəzi xəstəxanasında Nicat adlı şəxsin işlədiyini bildirmiş və həmin Nicatın onlara köməklik edəcəyini demişdir. Bundan sonra Nicatla danışmışlar, Nicat onlara Zərdab rayonu Mərkəzi xəstəxanasında xadimə işi olduğunu, bu işə düzəltmək üçün 4000 manat verilməli olduğunu bildirmişdir. X14 xx.xx.2024-cü il tarixdə Həsir kafesində görüşüb 4000 manat məbləğindəki pulu Nicata vermişdir. Lakin, nicat onlara verdiyi vədinə əməl etməmiş, onu işə düzəltməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 qohumudur. Söhbət əsnasında Səadət ona iş olarsa işlmək istədiyini bildirmiş və ona bu işdə kimin köməklik göstərə biləcəyini demişdir. O, Səadətə qonşuları Coşqunu məsləhət görmüş və onun nömrəsini alıb ona vermişdir. Sonradan eşitmişdir ki, Coşqun Səadətə iş yoldaşı Nicatın nömrəsini vermiş və Nicat Səadətdən işə düzəltmək adı ilə 4000 manat pul almış və onu işə düzəltməyərək aldatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr ərzində tanımışdır. İşlədiyi dövr ərzində onunla münasibəti normal olmuşdur. Qonşuları Şəhla adlı şəxs ona qohumları Seymurun arvadı Səadətə iş axtardığını bildirmiş və Zərdab rayon Mərkəzi Xəstəxanasında olan Nicat adlı şəxsin bu işdə köməklik edib etməyəcəyini ondan soruşmuşdur. Şəhla Nicatın köməklik edib-etməyəcəyini soruşduqda bildirmişdir ki, özü ilə danışsın və Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermişdir. Sonradan eşitmişdir ki, Nicat Seymurdan arvadını işə düzəltmək vədi ilə 4000 manat pul almışdır. Nicatın vətəndaşlara qarşı dələduzluq etməsini özü işdən çıxandan sonra, vətəndaşların Xəstəxanaya gəlib onunla maraqlananda bilmişdir. Onun bu barədə məlumatı olmayıb. Bu işdən heç bir qazancı və xeyri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi uzun müddətdir ki, tanıyır. Həmin şəxsin Zərdab rayon Mərkəzi xəstəxanasında işlədiyi barəsində məlumatı olmuşdur. Həyat yoldaşı Valeh onu xəstəxanada işə düzəltmək istəmişdir. Buna görə də 20 sentyabr 2024-cü il tarixdə Nicatın mobil telefonuna zəng edərək onu xəstəxanaya işə düzəltmək istədiyini və hazırda 2550 manat pulu olduğunu bildirmiş və Nicat ona bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Famil həmin 2550 manat pulu Nicata vermişdir. Nicatın vəd verdiyi müddət başa çatsa da onu işə düzəltməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 332.1 və 62-ci maddələri ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli Zərdab Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4 və 312.1-ci maddələri ilə təqsirli bilinərərk 04 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddələrinə əsasən xitam edilmişdir. Cinayət işində olan Zərdab rayon mərkəzi xəstəxanası” X10 xx.xx.2025-ci il tarixli, 18-1-79/2- 192/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərdab RMX-nin poliklinikasının narkoloji pisixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 208 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin 28 noyabr 2025-ci il tarixli, 124 nömrəli məktubundan görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 28 noyabr 2025-ci il tarixədək çəkilməmiş qalan müddəti 01 (bir) il 25 (iyirmi beş) gün təşkil edir. Cinayət işində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RMX-sı PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən S.Məmmədova tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2008-2020-ci illərdə Zərdab MRX-da katib, 2020-2024-cü illərdə isə İnformasiya texnologiyaları mütəxəssisi vəzifəsində işləmişdir. Vətəndaşlarla xəstəxanada işə düzəltmək adı altında müəyyən sövdələşmələr apardığı müəyyən olunmuş, müəyyən olunduqdan sonra rəhbərlik tərəfindən çağırılaraq işçi ilə profilaktik söhbət aparılmış və xx.xx.2024-cü il tarixdən ARƏM-nin 68.2-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4000 manat ziyandan 2500 manat ödənilmiş, 1500 manat ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsini və CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmamış yenidən qəsdən hazırkı cinayəti törətdiyi üçün ona Azərbaycan Respublikası CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yeni hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 25 (iyirmi beş) gün müddət qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-22/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-22/2025
28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver