Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-23/2024 03.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində idarə etdiyi Vaz- 2107 markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab şəhəri ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək Zərdab şəhəri M.Məhərrəmov küçəsi ilə Zərdab şəhəri Fizuli küçəsinin kəsişməsində manevretmə qaydalarını pozaraq idarə etməni itirib avtomobili yolun kənarında olan ağaca vurmuş, nəticədə avtomobildə olan sərnişin Zərdab rayonu Qaravəlli kənd sakini X3 gicgah sümüyünün qapalı sınığı, kəllə əsası sümüyünün xətti sınığı, baş beyinin sol yarımkürəsi üzərinə yayılmış qansızma, alt çənənin orta hissəsində əzilmiş yara, sol diz oynağının ön səthində üç ədəd sıyrıq və sol baldırın yuxarı üçdə birinin sıyrığı ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək sonuncunun xx.xx.2023-cü il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab rayonunun Qaravəlli kəndində yaşayır, etibarnamə əsasında Vaz-2107 markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2023cü il tarixdə saat təxminən 11:00 radələrində Zərdab şəhərində həmkəndlisi X15 ilə rastlaşmışdır. Raul onun avtomobilinə əyləşərək onu da kəndə aparmasını bildirmişdir. Ağdaş şəhərinə getməli olsa da Raulun sözünü yerə salmamış və onu kəndə aparmağa razılaşmışdır. Birlikdə Zərdab şəhərində yerləşən “Sunny” marketə getmişlər. Orada Raulu gözləmiş, Raul marketə daxil olub oradan ərzaq almış və onun avtomobilinə yerləşdirmişdir. Sonra birlikdə avtomobilə əyləşib Zərdab rayonu Qaravəlli kəndinə tərəf hərəkətə başlamışlar. Zərdab şəhərində yerləşən “Dalğa” restoranının yanına çatarkən yolun sağında dayanmış vəziyyətdə olan, nömrəsini və markasını bilmədiyi ağ rəngli avtomobil qəflətən onun hərəkət yoluna tərəf hərəkətə başlamışdır. Bu zaman həmin avtomobili vurmamaq üçün avtomobilini sol tərəfə çəkmiş və avtomobilin idarəçiliyini itirərək ağaca çırpılmışdır. Huşunu itirdiyi üçün qalan hadisələr yadında qalmamışdır. Xəstəxanada olarkən ayılan zaman hadisə nəticəsində Raulun vəfat etdiyini eşitmişdir. Hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Hadisə nəticəsində özü də müxtəlif növ bədən xəsarətləri almışdır. Həmçinin hadisə zamanı avtomobilini təxminən 60 km saat surətlə hərəkət etdirmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə-tibb ekspertizasının və yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, eləcə də işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə Zərdab rayonunun Qaravəlli kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. X2 doğma oğludur. xx.xx.2023-cü il tarixdə oğlu Raul yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Oğlunun vəfat etməsinə səbəb Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs bağışlamır, ona ağır cəza verilərək həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Zərdab rayon Qaravəlli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğlu, X2 isə həmkəndlisidir. Həmişə münasibətləri yaxşı olmuş aralarında heçbir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə eşitmişdir ki, oğlu Əmrah avtomobillə qəza törətmiş, özü ağır xəsarət almış və avtomobildə olan digər həmkəndlisi X15 isə vəfat etmişdir. Əmrah hadisə nəticəsində huşunu itirmiş və xəstəxanada olarkən ayılmışdır. Dəfələrlə mərhumun ailəsi ilə görüşməyə çalışsalarda, onlar buna etiraz edərək onları yaxın buraxmamışlar. Hadisə nəticəsində əmrah ağır tramma aldığından tez-tez huşunu itirir, müalicəyə eytiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya Elmi-Təcrübi və X13 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 09 nömrəli rəyindən görünür ki, X10 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir.
1. - sol gicgah sümüyünün qapalı sınığı, - kəllə əsası sümüyünün xətti sınığı, - baş beyinin sol yarımkürəsi üzərinə yayılmış qansızma, - alt çənənin orta hissəsində əzilmiş yara, - sol diz oynağının ön səthində üç ədəd sıyrıq, - sol baldırın yuxarı üçdə birində sıyrıq.
2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X10 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin ağaca çırpılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərur vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.
3. X10 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində törənmiş sol gicgah sümüyünün, kəllə əsasının sınığı və baş beyinə yayılmış qansızmalar olmuşdur.
4. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X10 ölümü xx.xx.2023-cü il tarixdə baş vermişdir.
5. X10 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/23 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; VAZ-2107 markalı, 10RX996 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 4616/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir.Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan Zərdab Rayon Mərkəzi X6 Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1- 79/2-130/2024 saylı məktubundan görünür ki, Umarov X11 Rayon Mərkəzi X6 Şəxsin Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2285 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hazırki tarixə kimi “üzvi affektiv pozuntu, psixotik əlamətlərlə” diaqnozu ilə xəstəxanada stasionar müalicədədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Umarov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.3cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 05 ay 03 günündən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərdab Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-120/2- 5501/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs BA seriyalı, B1 B, C1 C dərəcəli 055792 nömrəli sürücülük vəsiqəsi olmuş və o, xx.xx.2023-cü ilədək sürücülük hüququndan məhrum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və şahidin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən həmin məcəllənin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV