Məhkəmə qərarları › İş №1(035)-25/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-25/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-25/2023 27.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zərdab rayon Qaz İdarəsində inzibati vəzifəyə təyin etdirəcəyini vəd edərək 2022-ci ilin fevral ayının ortalarında sonuncunun qohumu Şahid2 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1000 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 1001 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, 17 mart 2022-ci il tarixdə Tərtər rayonu ərazisində 21 ədəd 100 ABŞ dolları ekvivalenti dəyərində, yəni 3570 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə “Kapitalbank” kart hesabına köçürülməsi yolu ilə 1000 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 150 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 200 manat pulunu, xx.xx.2022-ci il tarixdə Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Leobank” kart hesabına köçürülməsi yolu ilə 100 manat pulunu, Zərdab rayonu ərazisində “eManat” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank hesabına köçürülməsi yolu ilə 49 manat pulunu, ümumilikdə xeyli miqdar hesab olunan 7570 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə məhkum olunmuşdur. Zərdab rayonu sakini Zərərçəkmiş şəxs 1 ilə yaxın müddətdir ki, tanıyır. Mikayılın qayını Rövşəni 2-3 ilə yaxın müddətdir ki, tanıyır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Rövşən onunla Bakı şəhərində üzbəüz danışaraq qohumu Mikayılın Zərdab rayonu qaz idarəsində işlədiyini, onu daha yaxşı vəzifəyə keçirə bilmək üçün tanışının olub-olmadığını soruşmuşdur. O da həmin vaxt X8 İdarəsinin müdiri olan Azər adlı şəxsi qiyabi olaraq tanıdığını bildirmişdir. Bu səbəblə Rövşənə soruşub maraqlanacağını bildirmişdir. Rövşən ona bu səbəblə Mikayılın nömrəsini vermişdir. Bundan sonra Mikayıl ilə yanvar ayı ərzində telefonla danışaraq işinə köməklik edə biləcəyini bildirmişdir. Bu səbəblə Mikayıl ona ilk olaraq 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yeznəsi Rövşən vasitəsilə 1000 manat pul vermişdir. Daha sonra yadında qaldığı qədəri ilə 2022-ci ilin fevral ayında Tərtər rayon ərazisində tanımadığı restoranda Mikayıl ilə görüşmüşdür. Görüşləri təxminən axşam saatlarında, yəni 20 radələrində xatırlamadığı restoranların birində olmuşdur. O, orada Mikayıla “hələlik 3000 ver, lazım olsa sənə deyəcəm” demiş, yemək yeyib, çay içdikdən sonra Mikayıl ona 21 ədəd ABŞ dolları olmaqla Azərbaycan pulu ilə 3570 manat pul vermişdir. Həmin zaman orada, yəni Mikayılın yanında sonradan adını bildiyi Əbülfəz adlı şəxs də olmuşdur. Bundan sonra isə onlar ayrılmışlar. Həmin vaxtdan sonra onun öz şəxsi işləri ilə bağlı olaraq pul lazım olduğundan həmin pulu xərcləmişdir. Daha sonra pul lazım olduğundan Mikayıl ilə danışmış və müxtəlif vaxtlarda Mikayıldan təxminən 3000 manata yaxın pul məbləğlərini özünün istəyi əsasında Mikayıl ona öz adına olan “Leo Bank” kart hesabına göndərmişdir. Hazırda məbləğlər yadında deyildir. Zərərçəkmiş şəxs 7570 manat məbləğində pulu onu işə düzəltmək adı ilə almışdır. Mikayılın işə düzəlməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Həmin pullardan heç kimə verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Zərdab rayonu, Əlibəyli kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab rayon Qaz İdarəsində təmirçi vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2 ilə yaxın müddətdir ki, tanıyır. Daimi iş yeri olmadığına görə təxminən 2022-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs ilə Bakı şəhərində görüşmüşdür. Aralarında olan söhbət zamanı, o Əfqana iş yerinin daimi olmadığını, bu səbəblə kömək edə bilib-bilməməsi barədə soruşmuşdur. Əfqan da ona tanışlarının vasitəsi ilə onu Zərdab rayon Qaz İdarəsində daimi işlə təmin etdirəcəyini və hər ay olaraq 600 manat əməkhaqqı alacağını bildirmişdir. O, da Əfqana inanmış və bunun müqabilində nə qədər pul verməli olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs də ona 11000 manat pul verməli olduğunu bildirmişdir. Lakin o, Əfqana istədiyi pulun çox olduğunu bildirmiş, ona görə də 7570 manat məbləğində pula razılaşmışlar. Təxminən 2022-ci ilin fevral ayının ortalarında Əfqana qohumu Rövşən vasitəsilə 1000 manat pul vermişdir. Rövşən 1000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, A.Mollacümə küçəsində olan mağazada vermişdir. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə ona zəng vuraraq hesabına 1000 manat pul vurmalı olduğunu bildirmişdir. O da xx.xx.2022-ci il tarixdə Əfqanın deməsi ilə Zərdab rayonu, dörd-yol ayrıcında yerləşən mağazada olan “Milliön” ödəmə terminalı vasitəsi ilə bildirdiyi “Leobank” kart hesabına 1001 manat pul göndərmişdir. Bir neçə dəqiqədən sonra Əfqan zəng edərək, pulu bankomatdan çıxartdığını, narahat olmamağını, işin düzələcəyini bildirmişdir. 11 mart 2022-ci il tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə Əfqanın bildirdiyi “Leobank” kart hesabına 100 manat pul göndərmişdir. 17 mart 2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yenidən zəng edərək, Tərtər rayonunda olduğunu bildirib, qalan puldan 5000 manat gətirməyini istəyərək 1000 manatını təcili göndərməyini bildirmişdir. O da bundan sonra Zərdab rayonu, dörd-yol ayrıcında yerləşən ərzaq mağazasında olan “Milliön” ödəmə terminalı vasitəsi ilə bildirdiyi kart hesabına 1000 manat pul göndərmişdir.Daha sonra isə 4000 manat pulu Təqsirləndirilən şəxs vermək məqsədi ilə Tərtər rayonuna yola düşmüşdür. Əfqanla Tərtər rayonunda yerləşən “Xanbağı” adlanan restoranda görüşərək orada ona 21 ədəd 100 ABŞ dolları vermişdir. Tərtər rayonunda pulu verərkən iş yoldaşı Şahid1 yanında olmuşdur. Təqsirləndirilən şəxs ona “narahat olma, danışmışam, səni işlə təmin etdirəcəm, qalan pulu zəng edəndə göndərərsən” demişdir. Bundan sonrakı vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək yenidən pul istəmişdir. O, yenidən Zərdab rayonu, dörd-yol ayrıcında yerləşən mağazada olan “Milliön” ödəmə terminalı vasitəsi ilə bildirdiyi kart hesabına 100 manat pul göndərmişdir. 29 mart 2022-ci il tarixdə, 30 mart 2022-ci il tarixdə və 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edərək ondan pul istəmişdir. O, da həmin tarixlərdə ona hər dəfəsində Zərdab rayon ərazisindən Milliön ödəmə terminalı vasitəsi ilə Əfqanın bildirdiyi “Leobank” kart hesabına 100 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs ona hər dəfəsində zəng edərək, “iş düzəlir, pul göndər” demiş, o, da mütəmadi ona müxtəlif məbləğlərdə pul göndərmişdir. 09 aprel 2022-ci il tarixdə yenidən Zərdab rayon ərazisindən Milliön ödəmə terminalı vasitəsi ilə Əfqanın bildirdiyi “Leobank” kart hesabına 150 manat məbləğində pul göndərmişdir. 12 aprel 2022-ci il tarixdə Zərdab rayonu, Gəlmə kənd ərazisində yerləşən “Ruzi” marketdən Əfqanın bildirdiyi kart hesabına 200 manat, 16 aprel 2022-ci il tarixdə eyni üsulla Əfqana 100 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs Milliön ödəmə terminalı vasitəsilə pulları Zərdab rayonu ərazisindən göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onu işə düzəltmədiyi və pulunu geri qaytarmadığı üçün dəfələrlə Əfqana zəng edib pulunu istəmiş, Əfqan ona cavab verməmişdir. Bundan sonra polisə şikayət etmiş və Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərini təqdim etmişdir. Bəzi qəbzləri tapa bilmədiyi üçün təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq 7570 manat məbləğində pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 27 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab rayon Qaz İdarəsində çilingər vəzifəsində işləyir. Zərərçəkmiş şəxs iş yoldaşıdır və münasibətləri yaxşıdır. 17 mart 2022-ci il tarixdə Mikayıl onunla Tərtər rayonuna getməyini xahiş etmişdir. O, Mikayıldan səbəbini soruşduqda, Mikayıl ona Əfqan adlı şəxslə görüşəcəyini, onu Qaz İdarəsində inzibati vəzifəyə keçirəcəyini, bu səbəblə Əfqana pul verəcəyini bildirmişdir. Tərtər rayonuna yola düşməmişdən qabaq Təqsirləndirilən şəxs zəng edərək kiməsə vermək üçün təcili 1000 pul göndərməsini demişdir. Mikayıl da onun yanında Zərdab rayonu dörd-yol ayrıcında yerləşən mağazada olan “Milliön” ödəmə terminalı vasitəsi ilə bildirdiyi kart hesabına 1000 manat pul göndərmişdir. Daha sonra Mikayıl ilə birlikdə yol maşını ilə Tərtər rayonuna getmişlər. Onlar Əfqan ilə “Xanbağı” restoranında görüşmüşlər. Restoranda birlikdə əyləşib çörək yemişlər. Görüş zamanı Əfqan Mikayıla onu işə düzəldəcəyi ilə bağlı söhbətlər etmişdir. Mikayıl Əfqana açıq şəkildə sayaraq 21 ABŞ dolları pul vermişdir. Sonra isə oradan çıxıb Zərdab rayonuna qayıtmışlar. Sonrakı vaxtlarda da Mikayıl ilə əlaqə saxladıqda Əfqan adlı şəxsə müxtəlif məbləğlərdə pul göndərdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı binanın həyətində olan mağazada satıcı işləyir. Zərərçəkmiş şəxs qohumudur və münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs bir neçə ilə yaxın müddətdir ki, tanıyır. O, Əfqan ilə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində üzbəüz danışan zaman qohumu Mikayılın Zərdab rayonu qaz idarəsində yaxşı vəzifəyə keçirə bilmək üçün tanışının olub-olmadığını soruşmuşdur. Əfqan da ona soruşub maraqlanacağını bildirmişdir. Bu səbəblə Mikayılın nömrəsini Əfqana vermişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında Mikayıl onun vasitəsilə Əfqana 1000 manat pul verməyini istəmişdir. Bu səbəblə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, A.Mollacümə küçəsində olan mağazada X6 rayonu qaz idarəsində yaxşı vəzifəyə keçirə bilmək üçün 1000 manat pul vermişdir. Həmçinin, o sonradan Mikayılın deməsi ilə Əfqana müxtəlif vaxtlarda da müxtəlif məbləğlər verdiyini bilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər barədə xx.xx.2017-ci il tarixli qərar ilə əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, icraata xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. Cinayət işində olan təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin qərarı ilə barəsində üç ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmış, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işində olan Zərdab rayon məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, 21 sentyabr 2023-cü il tarixdə sonuncu tutularaq Zərdab RPŞ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X4 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 79 ünvanında qeydiyyatdadır və orada yaşayır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələrinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət, cəmi 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, yəni 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində ünvan 1 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar