Məhkəmə qərarları › İş №1(035)-25/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-25/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-25/2025 31.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1975-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab şəhəri, Mikayıl Müşfiq küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1981-ci ildə Zərdab rayonunun Allahqulubağı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Gəlmə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 31 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən torpaq məcralı şor kanalında sonuncuya məxsus taxta qayıqdan istifadə etməklə kustar üsulla hazırlanmış elektrik cərəyan vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”ın 10-cu bəndinə əsasən bir ədədinin qiyməti 22 manat olan cəmi 924 manat dəyərində 42 ədəd “Karp” növlü balığı, bir ədədinin qiyməti 11 manat olan cəmi 77 manat dəyərində 7 ədəd “Durna” növlü balığı və 11 manat dəyərində bir ədəd “Xanı” növlü balığı qanunsuz tutmaqla, ümumilikdə xeyli miqdarda, yəni 1012 manat dəyərində təbiətə ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən torpaq məcralı şor kanalında sonuncuya məxsus taxta qayıqdan istifadə etməklə kustar üsulla hazırlanmış elektrik cərəyan vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”ın 10-cu bəndinə əsasən bir ədədinin qiyməti 22 manat olan cəmi 924 manat dəyərində 42 ədəd “Karp” növlü balığı, bir ədədinin qiyməti 11 manat olan cəmi 77 manat dəyərində 7 ədəd “Durna” növlü balığı və 11 manat dəyərində bir ədəd “Xanı” növlü balığı qanunsuz tutmaqla, ümumilikdə xeyli miqdarda, yəni 1012 manat dəyərində təbiətə ziyan vurmuşdur Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Təzəkənd kəndində yaşayır. İmkanı olmadığı üçün hərdən bir balıq ovu ilə məşğul olub ailəsini dolandırır. Rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə özünün idarə etdiyi avtomobillə xx.xx.2025-ci il tarixdə balıq ovuna getmələri barədə qabaqcadan razılaşmışlar. Onlar adətən balıq ovunu elektrikli cərəyanla suya tok vermək yolu ilə edirlər. Həmçinin onun özünə məxsus qayığıda vardır. Qayıq ilə onlar kanalda istədikləri yerə gedərək suya cərəyan verə bilir, bununla yanaşı huşunu itirmiş balıqları rahatlıqla ovlaya bilirlər. O, Sahil ilə razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 23 radələrində görüşərək özünə məxsus vaz 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən “Şor” kanalına gəlmişlər. O, gizlətdiyi qayığı çıxartmış və gecə 23 radələrində suya cərəyan verməklə balıq ovlamağa başlamışlar. Təxminən 2 saat orada ov etmişlər. Ov nəticəsində 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı cinsinə məxsus balıq ovlamışlar. Onlar balıqları avtomobilə yükləyib evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. İcazəsiz balıq tutmağın cinayət olmasını bilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır və dəymiş ziyamı tam şəkildə ödəmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, ailəsi 6 nəfərdən ibarətdir. Himayəsində iki azyaşlı uşaqları vardır. Ailədə işləyən yoxdur, yalnız ona verilən sosial müavinat ilə dolanır. 16 iyun 2025-ci il tarixdə ona məxsus 4 (dörd) otaqdan ibarət ümumi sahəsi 148 kvadrat metr mənzil əşyaları ilə birlikdə yanmışdır. Nəticədə ailəsinin durumu daha da ağırlaşmışdır. X6ra evində müvəqqəti sığınacaq vermişdir. Kənd sakinlərinin dəstəyi nəticəsində ona yenidən ev tikintisinə başlanılmışdır. Bunları nəzərə alaraq məhkəmədən ona güngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs1 aztəminatlı ailədir, ailəsi 6 nəfərdən ibarətdir. Himayəsində iki azyaşlı uşaqları vardır. Ailədə işləyən yoxdur, yalnız ona verilən sosial müavinat ilə dolanır. 16 iyun 2025-ci il tarixdə ona məxsus 4 (dörd) otaqdan ibarət ümumi sahəsi 148 kvadrat metr mənzil əşyaları ilə birlikdə yanmışdır. Nəticədə ailənin durumu daha da ağırlaşmışdır. X6ra evində müvəqqəti sığınacaq vermişdir. Kənd sakinlərinin dəstəyi nəticəsində ona yenidən ev tikintisinə başlanılmışdır. Törətdiyi cinayət əməlinə görə çox peşmandır. Ona verilə bilən ağır cəza ona həyatında olduqca çətinliklər yarada bilər. "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı şərti məhkum etmə inistitutunun daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq məhkəmədən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməsini və Təqsirləndirilən şəxs2 barəsində isə maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla cərimə cəzası verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Gəlmə kəndində yaşayır. Fərdi əməklə məşğul olur. İmkanı yaxşı olmadığı üçün balıq ovu ilə məşğul olub ailəsini dolandırır. Rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 ilə xx.xx.2025ci il tarixdə Teymurun idarə etdiyi avtomobillə balıq ovuna getmələri barədə razılaşmışlar. Onlar adətən balıq ovunu elektrikli cərəyanla suya tok verməklə edirlər. Həmçinin Teymurun özünə məxsus qayığı da vardır. Qayıq ilə onlar kanalda istədikləri yerə gedərək suya cərəyan verə bilir, bununla yanaşı huşunu itirmiş balıqları rahatlıqla ovlaya bilirlər. O, Teymurla xx.xx.2025-ci il tarixdə saat 23 radələrində görüşərək birlikdə Teymura məxsus vaz 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən “Şor” kanalına getmişlər. Teymura məxsus orada gizlətdiyi qayığı çıxarıb suya cərəyan verməklə balıq ovlamağa başlamışlar. Təxminən 2 saat ov etmişlər. Ov nəticəsində 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı cinsinə məxsus balıq ovlamışlar. Balıqları avtomobilə yükləyib evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Etdikləri əməli etiraf edərək balıq ovundan gəldiklərini bildirmişlər. Buna görə də onları Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. İcazəsiz balıq tutmağın cinayət olmasını bilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır və dəymiş ziyamı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham elan olunan əməlin törədilməsində təqsiri özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, eləcə də işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ucar və Zərdab rayonları xidməti ərazisi üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi müfəttiş vəzifəsində çalışır. Vəfizəsi ətraf mühitin mühafizəsinə nəzarət edilməsindən ibarətdir. 19 fevral 2025-ci il tarixli Zərdab rayon Polis Şöbəsi tərəfindən Zərdab rayonu Təzəkənd kəndi sakini Təqsirləndirilən şəxs1 və Zərdab rayonu Gəlmə kənd sakini Təqsirləndirilən şəxs2 Zərdab rayonu Dəkkəoba kəndi ərazisində qanunsuz olaraq su kanalından elektrikli cərəyan vasitəsi ilə 50 ədəd müxtəlif növdə balıqları ovlamaqları barədə məktub daxil olmuşdur. Həmin məktub əsasında iş yoldaşı Şahid3la birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil qanunsuz ov etdiklərinə görə duracağda saxlanılmışdır. Avtomobildə onların ovladığı 50 ədəd müxtəlif növ balıqlar olmuşdur. Balıqlara baxış keçirmək üçün hər biri yerə yığılaraq həmkarı Şahid3la birlikdə baxış keçirmişlər. Baxış zamanı balıqların növü və təbiətə dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. Belə ki, baxış keçirildikdən sonra Nazirlər Kabitenin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarının 10-cu bəndinə əsasən həmin balıqlardan 1 ədədinin qiyməti 22 manat olmaqla 42 ədəd karp balığı cəmi 924 manat, bir ədədinin qiyməti 11 manat olmaqla 7 ədəd durna balığı cəmi 77 manat və bir ədədinin qiyməti 11 manat olmaqla 1 ədəd Xanı balığını ovlamaqla 11 manat ümumilikdə 50 ədəd balıqların ovlanması nəticəsində təbiətə 1012 ( bir min on iki) manat məbləğində zərər dəydiyi və ümumi dəyəri cədvəldə də qeyd edildiyi kimi 1012 ( bir min on iki) manat dəyərində ziyanlıq müəyyən edilmişdir. Hazırda dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Zərdab RPŞ-nin sabiq Post Patrul Xidməti bölüyünün əməkdaşı X3 ilə birlikdə Zərdab rayonu Dəkkəoba kəndində xidmətdə olarkən şor su kanalından 2 nəfər şəxsin qadağan edilmiş üsulla (elektrik cərəyanı vasitəsi ilə) balıq ovlaması barədə məlumat almışlar və həmin əraziyə doğru hərəkət etmişlər. Bu zaman VAZ 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görüb həmin avtomobili saxlatmışlar. Avtomobildə sürücü ilə yanaşı başqa bir nəfər sərnişin də olmuşdur. Həmin şəxslərin rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Həmin şəxslər Zərdab rayonu Dəkkəoba kəndi ərazisində olan şor su kanalından elektrik cərəyanı vasitəsi ilə balıq ovladıqlarını etiraf etdikləri üçün onları etdikləri ovla birlikdə Zərdab rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin digər əməkdaşı X3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Ucar və Zərdab rayonları xidməti ərazisi üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi müfəttiş vəzifəsində çalışır. Vəfizəsi ətraf mühitin mühafizəsinə nəzarət edilməsindən ibarətdir. 19 fevral 2025-ci il tarixli Zərdab rayon Polis Şöbəsi tərəfindən Zərdab rayonu Təzəkənd kəndi sakini Təqsirləndirilən şəxs1 və Zərdab rayonu Gəlmə kənd sakini Təqsirləndirilən şəxs2 Zərdab rayonu Dəkkəoba kəndi ərazisində qanunsuz olaraq su kanalından elektrikli cərəyan vasitəsi ilə 50 ədəd müxtəlif növdə balıqları ovlamaqları barədə məktub daxil olmuşdur. Həmin məktub əsasında iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil qanunsuz ov etdiklərinə görə duracağda saxlanılmışdır. Avtomobildə onların ovladığı 50 ədəd müxtəlif növ balıqlar olmuşdur. Balıqlara baxış keçirmək üçün hər biri yerə yığılaraq həmkarı Zərərçəkmiş şəxsla birlikdə baxış keçirmişlər. Baxış zamanı balıqların növü və təbiətə dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. Belə ki, baxış keçirildikdən sonra Nazirlər Kabitenin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarının 10-cu bəndinə əsasən həmin balıqlardan 1 ədədinin qiyməti 22 manat olmaqla 42 ədəd karp balığı cəmi 924 manat, bir ədədinin qiyməti 11 manat olmaqla 7 ədəd durna balığı cəmi 77 manat və bir ədədinin qiyməti 11 manat olmaqla 1 ədəd Xanı balığını ovlamaqla ümumilikdə 50 ədəd balıqların ovlanması nəticəsində təbiətə 1012 ( bir min on iki) manat məbləğində zərər dəydiyi və ümumi dəyəri cədvəldə də qeyd edildiyi kimi 1012 ( bir min on iki) manat dəyərində ziyanlıq müəyyən edilmişdir. Cinayət işində olan maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş elektrik cərəyanı, 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı balığı cinayət işi üzrə mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və saxlanılması üçün Zərdab rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan Zərdab rayon X8 Qrupunun müstəntiqi X9 və Zərdab rayon X10 Təhlükəsizlik bölməsinin rəisi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı balığı xarab olduğundan həmin balıqlar məhv edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14-47/2-085/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş cədvəldən görünür ki, Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən şor kanaldan balıqların qanunsuz ovlanması nəticəsində bir ədədinin qiyməti 22 manat olmaqla 42 ədəd karp balığı, cəmi 924 manat, bir ədədinin qiyməti 11 manat olmaqla 7 ədəd durna balığı, cəmi 77 manat və bir ədədinin qiyməti 11 manat olmaqla 1 ədəd Xanı balığını ovlamaqla ümumilikdə 50 ədəd balıqların ovlanması nəticəsində təbiətə 1012 ( bir min on iki) manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 (bir min) misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 mart 2025-ci il tarixli, 3-13-120/1-2438/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1000 (bir min) misli miqdarında cərimə cəzasına məhkum edilmiş (qanunun köhnə redaksiyasına uyğun olaraq) və Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” xx.xx.2017-ci il tarixli qərarının 1.8-ci bəndinə əsasən həmin cəzadan azad olunmuşdur. Cinayət işində olan 11 aprel 2025-ci il tarixli « qətimkan tədbirinin seçilməsi haqqında » qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 11 aprel 2025-ci il tarixli « qətimkan tədbirinin seçilməsi haqqında » qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçib və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 özü və ətrafdakılara qarşı təhlükəli deyildir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2025-ci il tarixli, 9/1767 nömrəli rəyindən görünür ki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cı il tarixli 146 nömrəli Qərarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş cədvələ əsasən 50 ədəd balıqların ovlanması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1012,00 manat müəyyən edilir. Cinayət işində olan “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16 verdiyi 18 mart 2025-ci il tarixli, 18-1- 79/2-199/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Zərdab rayon mərkəzi xəstəxanası” X16 Poliklinika şöbəsinin Psixiatriya kabinetində “Uzun sürən reaktiv paranoid psixoz, tez-tez kəskinləşmələrlə” diaqnozu ilə dispanser eydiyyatdadır, narkoliji kabinetdə dispanser qeydiyyatda durmur. Cinayət işində olan “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16 verdiyi 17 mart 2025-ci il tarixli, 18-1- 79/2-190/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16 Poliklinika şöbəsinin narkoloji və pisixiatriya kabinetdə dispanser qeydiyyatda durmur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan 25 iyun 2025-ci il tarixli “Yanğın haqqında akt”ın surətindən görünür ki, 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus 4 (dörd) otaqdan ibarət ümumi sahəsi 148 kvadrat metr mənzil əşyaları ilə birlikdə yanmış və yanğın hadisəsi nəticəsində ümumilikdə ona 48750 manat məbləğində ziyan dəymişdirdır. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 385 saylı arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 aztəminatlı ailədir, 6 nəfər ailə üzvü vardır. Ailəsində işləyən yoxdur, yalnız ona verilən sosial müavinatla dolanır. 16 iyun 2025-ci il tarixdə ona məxsus 4 (dörd) otaqdan ibarət ümumi sahəsi 148 kvadrat metr mənzil əşyaları ilə birlikdə yanmışdır. Nəticədə ailənin durumu daha da ağırlaşmışdır. X6ra evində müvəqqəti sığınacaq vermişdir. Kənd sakinlərinin dəstəyi nəticəsində ona yenidən ev tikintisinə başlanılmışdır. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 218 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən onlara ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş və kifayət edən həddə əsas və balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təiyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis şöbəsində saxlanılan elektrikli cərəyan Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı balığı xarab olduğundan istintaq orqanı tərəfindən məhv edilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 88 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi3 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi3, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, Hökm Etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin. Üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis şöbəsində saxlanılan elektrikli cərəyan Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 42 ədəd karp balığı, 07 ədəd durna balığı və 01 ədəd xanı balığı xarab olduğundan həmin balıqların məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8(səkkiz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi3 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASCnin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi3, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar