Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-26/2024 27.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) X5 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 may 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs bir bank mobil tətbiqi vasitəsilə Zərdab rayonu Məlikumudlu kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Kapital banka aid **********992951 nömrəli elektron məlumat daşıyıcısı hesab olunan plastik kartından 595 manat pulunu xx.xx.2022-ci il tarixdə müxtəlif kartlara köçürüldükdən sonra sonuncu dəfə Quba rayonu Ərməki kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 adına olan, lakin faktiki öz istifadəsində olan Unibaka aid 409858******7664 nömrəli karta köçürərək Zərərçəkmiş şəxs1 595 manat pulunu elektron məlumat daşıyıcısından istifadə edib oğurlamış, yəni gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2022-ci il tarixdə Zərdab rayonu, Məlikumudlu kəndində yaşayan Zərərçəkmiş şəxs1 Zərdab RPŞ-ya ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə ona məxsus plastik kartdan 595 manat pulunun başqa hesaba köçürülərək oğurlanmasını bildirməsi ilə bağlı toplanmış material olmuşdur. 04 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində qətimkan tədbiri seçilməmiş, eyni əməllər üzrə Sabunçu rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir bank mobil tətbiqi vasitəsilə Zərdab rayonu Məlikumudlu kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Kapital banka aid **********992951 nömrəli elektron məlumat daşıyıcısı hesab olunan plastik kartından 595 manat pulunu xx.xx.2022-ci il tarixdə müxtəlif kartlara köçürdükdən sonra sonuncu dəfə Quba rayonu Ərməki kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 adına olan, lakin faktiki öz istifadəsində olan Unibanka aid 409858*****7664 nömrəli karta köçürərək Zərərçəkmiş şəxs1 595 manat pulunu elektron məlumat daşıyıcısından istifadə edib oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zərdab rayon prokuroru tərəfindən 24 aprel 2024cü il tarixdə təsdiq edilərək, iş baxılması üçün Zərdab rayon məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəmənin hazırlıq iclasından əvvəl öyrənilərkən cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-ci maddəsinə görə cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması, CPM-nin 223-cü maddəsinin tələblərinin pozulması kobud qanun pozuntularıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamdan görünür ki, ittihamda cinayətin törədilmə yeri göstərilməmişdir. Ümumiyyətlə, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə ibtidai istintaq aparılarkən onun cinayəti törətdiyi yer müəyyən edilməmişdir. Halbuki, CPM-nin 223.3.2-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3 və 289.3.1-ci maddələrinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmçinin, CPM-nin 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayət əməlini Bakı şəhərində törətmişdir. Buradan da görünür ki, cinayət işinin istintaqı Zərdab RPŞ-də aparılmaqla aidiyyat qaydaları pozulmuşdur. Qeyd olunan pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulardır. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, cinayətin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini və cinayət işinin istintaqını aparmış və CPM-nin qeyd olunan tələblərini kobud surətdə pozmuş Zərdab RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında Müdafiəçi dövlət ittihamçısının vəsatəti ilə razı olduğunu, cinayətin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi ilə razı olduğunu bildirdi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasəsən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, başqa sözlə cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən Zərdab rayon X6 Qrupunun baş müstəntiqi Seyfəddin Bağırov tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına riayət edilməməsi və ittiham aktının Azərbaycan Respublikasının CPM-nin 289.3.1-ci maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. X3 tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-1-ci maddəsi ilə ibtidai istintaq aparılarkən onun cinayəti törətdiyi yer müəyyən edilməmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayət əməlini Bakı şəhərində törətmişdir. Buradan da görünür ki, cinayət işinin istintaqı Zərdab RPŞ-də aparılmaqla aidiyyat qaydaları pozulmuşdur. Göründüyü kimi ittiham aktı Azərbaycan Respublikası CPM-in 289.3.1-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsinin tələblərindən görünür ki, CMnin 177.2.3-1-ci maddəsində göstərilən cinayətə görə cinayət təqibi içtimai ittiham qaydasında həyata keçirilir, yəni CM-nin 177.2.3-1-ci maddəsi ilə ittihamın məhkəmədə müdafiə edilməsi müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası CPM-nin 289.3.1 maddəsinin tələblərinin kobud pozuntusu olduğundan və cinayət işi üzrə ittiham dövlət ittihamçısı tərəfindən müdafiə edilmədiyindən həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsin əəsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və yaməhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yolverilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarırmalıdır. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olduğundan cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Beləliklə məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq X2 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-26/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-26/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver