Məhkəmə qərarları › İş №1(035)-26/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-26/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-26/2025 10.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə 10 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalarını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 məhkəməyə teleqram göndərərək X7 ilə barışdığını, onu bağışladığını, ona qarşı Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzürlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. Məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı və 17-ci bəndlərinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Ələmşah Əli oğluna qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyinə görə X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X4 X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar