Məhkəmə qərarları › İş №1(035)-27/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-27/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-27/2024 03.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, 5,78 qram çəkidə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək, idarə etdiyi “VAZ 21015” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobildə daşımış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Zərdab rayonu ərazisində saxlanılaraq Zərdab rayon polis şöbəsinə gətirilmiş və polis şöbəsində onun idarə etdiyi avtomobildə axtarış keçirilən zaman qeyd edilən 5,78 qram çəkidə həmin narkotik vasitə olan qrudulmuş marixuana onun idarə etdiyi avtomobilin salonunda, ön sağ oturacağının altında bir ədəd sellofan kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Avtomobil ustası işləməklə qazanc əldə edib ailəsini dolandırır. Evlidir, himayəsində 2021 və 2024-cü il təvəllüdlü iki azyaşlı xəstə uşaqları vardır. İkinci Qarabağ müharibəsi başlayanda ilk gönlərdən, yəni xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək müharibədə iştirak etmiş və həmin dövr ərzində narkotik vasitələrin marixuana növündən istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində tanışı, Zərdab rayonu, Gəlmə kənd sakini Şahid3 ilə idarə etdiyi VAZ 21015 markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayonuna avtomobilə baxmaq üçün gedərkən yolda ayaqyoluna getmək istədiyi üçün avtomobili saxlayıb aşağı düşmüş və bir qədər getdikdə yolun kənarında bükülü vəziyyətdə kiçik sellofan görmüş, bükülü diqqətini cəlb etdiyindən açıb içinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görüb götürmüş və avtomobilə əyləşmişdir. Avtomobilə əyləşən zaman Zərdab rayon Polis Şöbəsinin mülki geyimli əməkdaşlarının yaxınlaşdığını görüb tapdığı həmin bükülünü avtomobilin ön-sağ oturacağının altına atmışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Polis Şöbəsinə getməyi təklif etdiklərindən onlarla birlikdə Polis Şöbəsinə gəlmişlər. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Özünün istəyi ilə seçdiyi vəkili Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində cinayət xarakterli hər hansı, əşya, predmetin olduğu halad təqdim etməsi tələb olunduğundan, o, üzərində belə bir əşyanın olmadığını, lakin idarə etdiyi avtomobilin sağ-ön oturacağının altında sellofan bükümdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılsa da üzərindən cinayət xarakterli hər hansı, əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra vəkilin iştirakı ilə idarə etdiyi VAZ 21015 markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə sağ-ön oturacağın altında olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən, yaxud polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təziq tətbiq edilməmiş, heç bir qanunsuz hətəkətə yol verilməmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 Faxraddin oğlu ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 fevral 2024-cü il tarixdə Zərdab şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və Zərdab rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində Zərdab-Mollakənd yolunun 4-cü kilometrliyində yolun kənarında öz idarə etdiyi “VAZ 21015” markalı, ** GD ***5 dövlət qeydiyyat nişanlı avtomobildə, Zərdab rayonu, Gəlmə kənd sakini Şahid3 ilə birlikdə saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya aşkar edilməmiş, o, idarə etdiyi avtomobilin qabaq oturacağnın altında narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin ön-sağ oturacağının altından bir ədəd sellofan bükülünü təqdim etmiş, həmin bükülü açılıb içərisinə baxış keçirildikdə içərisində, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Nihat Əhmədov tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Gəlmə kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, hər ikisi avtomobil ustası olduğu üçün yaxın münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi VAZ 21015 markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonuna avtomobilə baxmaq üçün gedərkən yolda Rafiq avtomobili saxlayıb ayaqyoluna getmiş və bir neçə dəqiqədən sonra avtomobilə qayıtmışdır. Elə həmin vaxt Zərdab rayon Polis Şöbəsinin mülki geyimli əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Rafiq tez avtomobilin ön-sağ oturacağının altına nəsə atmışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqları barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməyi təklif etdikləri üçün onlarla birlikdə Polis Şöbəsinə gəlmişlər. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra ona təqdim edilmiş vəkil X3 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində cinayət xarakterli hər hansı, əşya, predmet varsa təqdim etməyi təklif olunmuş, o, üzərində belə bir əşyanın olmadığını bildirmişdir. Sonra vəkilin iştirakı ilə üzrəinə şəxsi axtarış aparılsa da üzərindən cinayət xarakterli hər hansı, əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Rafiqin idarə etdiyi VAZ 21015 markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən, sağ-ön oturacağın altında olan qurudulmuş marixuana aşkar edilmişdir. Rafiqin narkotik vasitə tapması, avtomobilə gətirməsindən məlumatsız olmuşdur. Bu barədə Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra məlumatı olmuşdur. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/211 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə VAZ 21015 markalı **-GD-*** d.q.n-lı avtomobilə keçirilən aşkar edilmiş 01 ədəd kiçik sellofan bükümdə yaşımtıl rəngli spesifik iyli marixuanaya bənzər kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-5,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə mötəbər dəlil olduğundan maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, videoçəkilişlə axtarış və götürmə aparılmasını özündə əks etdirən kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saat 12:50-də Zərdab RPŞ-nin MSYdən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 adlı iki azyaşlı uşaqları vardır. Cinayət işində olan TƏBİB-nin Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1025 və 1026 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan iki azyaşlı uşağı - X4 və X2 “Dəmir defisitli anemiya, D vitamin çatışmamazlığı, raxitin qalıq əlaməti, Psevdoliporofiya diaqnozı ilə Zərdab RXM PHŞ poliklinika şöbəsində qeydiyyatdadır. Cinayət işində olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həqiqi hərbi xidmətdə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,73 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən videoçəkilişlə axtarış və götürmə aparılmasını özündə əks etdirən 01(bir) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,73 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar