Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-27/2025 10.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 09 aprel 2025-ci il tarixdə, saat 01 radələrində Zərdab-Ağcabədi yolunun 1-ci kilometrliyində yolun sol hissəsində yerləşən “Arzu” mebel salonunun qarşısında saxlanılmış ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus “Tofaş Şahin minik” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin qapı klidinin açıq olması və açarının üzərində olmasından istifadə edərək mülkiyyətçisinin razılığı olmadan həmin avtomobili işə salıb sürməklə Zərdab şəhəri “Dədə Qorqud” meydanına aparıb talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 185.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə Zərdab rayonunda yerləşən “Üç qardaş” adlı kafedə spirtli içki qəbul edib, sərxoş olandan sonra saat 01 radələrində kafedən çıxmışdır. Siqaret almaq üçün açıq market axtararkən piyada olaraq gəzə-gəzə “Dörd yol” deyilən yerə getmişdir. “Natiq” şadlıq sarayının yanında, “Arzu” Mebel dükanının qarşısında “Tofaş Şahin” markalı avtomobil görmüşdür. Həmin avtomobilin qapısını əli ilə yoxlayanda qapısının açıq olduğunu, avtomobilə əyləşəndə isə açarının üstündə olduğunu görmüşdür. Avtomobilin mühərrikini işə salıb siqaret almaq üçün açıq mağaza axtarmışdır. Zərdab rayonunda “Dədə Qorqud döngəsi” adlanan yerə çatanda açıq market görmüş, avtomobilin mühərrikini söndürə bilmədiyi üçün orada dayanan bir nəfərdən ona kömək etməsini istəmişdir. Sonra isə marektin işçisi, əvvəllər tanıdığı Elşənə yaxınlaşıb, ondan nisyə olaraq bir ədəd “kent 4” siqareti verməsini istəyib, pulunu sonra verəcəyini demişdir. Elşən razılaşmayanda onunla sözlə mübahisə edib yenidən avtomobilə tərəf qayıdıb, avtomobilin maqnitafonunu əli ilə çəkərək yerindən çıxartmış və avtomobili də elə orada qoyub yenə piyada olaraq yaşadığı evə getmişdir. Ertəsi gün bilmişdir ki, avtomobilin sahibi ondan Zərdab rayon Polis Şöbəsinə şikayət edib. Avtomobilin sahibini əvvəllər tanımamış, həmin avtomobili əvvəllər heç vaxt idarə etməmişdir. Avtomobili qaçırmaqda məqsədi həmin avtomobillə rayon ərazisini gəzib açıq market axtarmaq olmuşdur. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahidin məhkəmə iclasında elan olunan ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. **-ND-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin minik” markalı avtomobil ona məxsusdur. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində avtomobilini Zərdab- Ağcəbədi yolunun 1-ci kilometrliyinin sol hissəsində yerləşən, özünə məxsus olan obyektin yanında, “Arzu” mebel salonunun qarşısında saxlayıb taksi ilə Bakı şəhərinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qonşusu Şahid ona zəng edərək avtomobilin oğurlandığını demişdir. Ondan avtomobili kimin oğurladığını soruşanda o, kimin oğurladığını bilmədiyini həmin avtomobili gecə saatlarında tanımadığı bir şəxsin gətirib Dədə Qorqud meydanında saxlayıb getdiyini, özünün isə avtomobili evlərinin qarşısına apardığını demişdir. Əvvəlcə Azərbaycan Rüspublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzinə” zəng edərək, daha sonra Zərdb rayon Polis Şöbsinə gələrək bu barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, avtomobili Zərdb şəhər sakini Təqsirləndirilən şəxs qaçırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərdab rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Məktəblidir, hal-hazırda ünvan 5də təhsil alır. xx.xx.2025-ci il traixdə 02:30 radələrində Zərdab rayonunda yerləşən, rayon camaatı arasıda “Dədə Qoruqd dairəsi” adlanan ərazidəki “Mehman market” adalanan marketin yanında Elşən adlı dostu ilə birlikdə dayanmışlar. Elşən həmin marketdə satıcı işləyir. Həmin vaxt tanımadığı bir nəfər qonşusu Zərərçəkmiş şəxs “Tofaş Şahin” markalı avtomobilini sürərək onların yanında saxlayıb səslənərək “maşını söndürə bilmirəm” demiş və avtomobilin mühərrikini söndürməyi istəmişdir. Həmin şəxsin danışığından sərxoş olması hiss olunmuşdur. Avtomobilə yaxınlaşıb özü söndürmüş, sonra həmin şəxs maşından düşərək marketə girib nisyə siqaret istəmiş, lakin Elşən ona nisyə siqaret verməyəcəyini demişdir. Bundan sonra aralarında sözlü mübahisə yaranmış, həmin şəxs danışa-danışa avtomobilə əyləşib, 2-3 dəqiqədən sonra yenidən düşərək çıxıb getmişdir. Bundan sonra Elşənlə birlikdə evə getmişlər. Səhər-səhər durub məktəbə gedəndə avtomobilin yenə həmin yerdə olduğunu görmüş, dərsə gedib orada 2 dərs aldıqdan sonra çantasını məktəbdə qoyaraq qayıdıb həmin avtomobilə əyləşmiş və sürərək aparıb sahibinin yəni Zərərçəkmiş şəxs qapısının yanına qoymuşdur. Konturu olmadığı üçün qohumu Baba adlı şəxsin telefonunundan avtomobil sahibinə zəng edərək avtomobilinin bir nəfər tərəfindən ora qoyulduğunu, həmin yerdən gətirib qapılarının qarşısına qoyduğumu demiş, sonra isə yenidən məktəbə qayıtmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur və cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan "xxxx" MMC, X1 Satışı Mağazasının rəhbəri Aqil İbadov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mağazaya təqdim edilən Çin istehsalı olan “CAR DVD” markalı maqnitafonun təzə satış qiyməti 70 manat təşkil edir. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Tofaş Şahin minik” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü X3, 2014-cü il təvəllüdlü X4 və 2015-ci il təvəllüdlü X5 adlı üç azyaşlı uşaqları vardır və Zərdab şəhəri, Azərbaycan küçəsi 131 saylı yaşayış evinin 3cü mənzilində yaşayır. Cinayət işində olan “Zərdab rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli, 18-1-79/2-249/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Psixiatriya və Narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin elan olunmuş ifadəsi və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, təqsirləndirilən şəxsin ərizəsini, zərərçəkmiş şəxsin ərizəsini və işin digər materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulan hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan “Tofaş Şahin minik” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərşəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 384.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “Tofaş Şahin minik” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərşəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-27/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-27/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver