Məhkəmə qərarları › İş №1(035)-28/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-28/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-28/2025 28.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Zərdab rayon X2 bölməsində tibbi statistik vəzifəsində işləyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2006-ci il tarixdən etibarən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X4 Statisitika bölməsində statistik vəzifəsində işləyərkən “Statistin vəzifə Təlimatı”nın İİ bəndinə əsasən, statist tibb təşkilatında statistik qeydiyyatı və məlumatların işlənilməsi üçün statistik hesabatlarını hazırlanmasını həyata keçirməli, əlilliyə çıxma göstəricilərini təhlil-təqdim etməli və ona həvalə edilmiş digər səlahiyyətlərə malik şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayonu, Çallı kəndində yaşayan Zərərçəkmiş şəxs pensiya düzəldəcəyi vədini verib aldadaraq xx.xx.2022-ci il tarixdə özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 3500 AZN, xx.xx.2022-ci il tarixdə isə “Zərdab RMX” PHŞ-nin inzibati binasındakı xidməti iş otağında 1000 AZN olmaqla, cəmi 4500 AZN pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2006-cı ildən hal-hazıradək Zərdab rayon X2 bölməsində tibbi stakistik vəzifəsində işləyir. Şahid rayon sakini kimi tanıyır. Belə ki, Abid onların evlərində usta işləmişdir. Həmçinin Abid müharibə iştirakçısı olduğundan Abidin sənədlərini sistemə özü işləmişdir. Abid onun yanına gələrək Zərərçəkmiş şəxs 1993-cü ildə İ Qarabağ müharibəsində iştirak etdiyini, müharibə zamanı müxtəlif dərəcəli xəsarətlər aldığını, aldığı həmin xəsarətlərlə bağlı əvvəllər pensiya alsa da, hazırda pensiyasının dayandırıldığını bildirib, əgər tanıdığı həkim varsa Ərzimana xəstəliyi ilə bağlı sənədlərin yığılmasında köməklik etməyini xahiş etmişdir. O, Abidə sənədləri əldə etmək üçün müəyyən məbləğdə pul verməli olduğunu demişdir. Bundan sonrakı müddətlərdə lazımi sənədlərin əldə edilməsi üçün xx.xx.2022-ci il tarixdə 3500 manat pul almış, təxminən 3-4 gün sonra isə əlavə 1000 manat məbləğində pul almaqla ümumilikdə 4500 manat məbləğində pul almışdır. Həmin puldan sənədlərin alınmasına xərcləsə də, özünə təxminən 300 ya da 500 manat pul qalmışdır. Ərziman ilə birlikdə əlillərin bərpa mərkəzinə getmiş, orada Ərziman müayinə olunduqdan sonra birlikdə Zərdab rayonuna qayıtmışlar. Həmçinin Ərziman “Ağciyər xəstəliklər instituna” göndərilmiş, orada müayinə olduqdan sonra orada işləyən hazırda adını xatırlamadığı şəxsin kart hesabına 1300 manat məbləğində pul göndərmişdir. Bundan başqa o, “Tramatologiya instutundan sənəd almış, lakin, ora verdiyi pulu hazırda xatırlamır. Həmin müddətdən uzun müddət keçdiyi üçün o, həmin pulların kimə verdiyini və hansı hissəsini verdiyini hazırda xatırlamır. O, heçkimə pensiya düzəltməmiş, Zərdab rayon mərkəzi xəstəxanasında vətəndaşların əlillik sənədlərini sistemə işlədiyini, buna görə də əlillik alınması üçün hansı sənədləri əldə etməyin lazım olduğunu bilmişdir. O, Abidi tanısa da Ərzimanın ona Abidin yanında pul verdiyini xatırlamır. Ərziman ona 4500 manat məbləğində pul vermişdir, lakin 2-ci dəfə harada verdiyini xatırlamır. Zərərçəkmiş şəxs pensiya almamasına səbəbi onun sonradan əlillərin bərpa mərkəzinə çağırılmasına baxmayaraq getməməsi olmuşdur. O, pulu kimə və nə vaxt göndərdiyini xatırlamır, göndərdiyi pulun qəbzini də təqdim edə bilmir. Bununla yanaşı travmatologiya institunda pul verdiyi şəxsi tanımır və pul verərkən ətrafında başqa kimsə olmamışdır. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İ Qarabağ müharibəsi iştirakçısıdır. xx.xx.1993-cü il Kəlbəcər rayonu ərazisində Qamışlı körpüsü yaxınlığında baş vermiş döyüşdə güllə yarası aldığından Xəstəxanaya aparılmış, orada tibbi yardım aldıqdan sonra ehtiyata buraxılmışdır. Vətən müharibəsi iştirakçısı olduğuüçün o 2003-cü ilədək kommunal xərclərdən azad edilmişdir. 2003cü ildən sonra “Müharibə iştirakçısı” olan şəxslərə pensiya ayrılan zaman ona pensiya ayrılmamışdır. O, da həmin dövrdə necə müraciət etmək lazım olduğunu bilmədiyindən və işlərinin çox olduğundan veteranlar üçün ayrılan pensiyanın alınması üçün heç bir orqana müraciət etməmişdir. 2022-ci ildə kirvəsi Şahid ilə söhbət əsnasında Abid ona Zərdab rayon Mərkəzi Xəstəxanasında işləyən tanışı Təqsirləndirilən şəxs pensiya düzəldə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Abidlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Şəlalə ona əgər 4500 manat məbləğində pul versə veteranlar üçün nəzərdə tutulmuş pensiyanı ala biləcəyini bildirmişdir. O, Şəlalə ilə razılaşıb 4500 manat məbləğində pulu ona verəcəyini bildirmişdir. Növbəti gün xx.xx.2022-ci il tarixdə o, yenidən Abidlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək 3500 manat məbləğində pulu ona vermişdir. Qalan 1000 manat məbləğini isə xx.xx.2022-ci il tarixdə Zərdab rayon Mərkəzi Xəstəxanasına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. 1000 manatı verərkən onun yanında heçkəs olmamışdır. O, cəmi Şəlaləyə 4500 manat məbləğində pul vermişdir. Şəlalə ona 1 ay ərzində pensiya alacağını bildirmişdir. Şəlalə onu 2 dəfə Zərifə Əliyeva adlı xəstəxanaya, 1 dəfə Kürdəmir xəstəxanasında olan komissiyaya göndərmişdir. Həmin komissiyalara gedib gəldikdən sonra o, Şəlaləyə pensiyanın nə vaxt düzələcəyini bildirən zaman hər dəfə bir aya düzələcək deyə-deyə vaxtı uzatmışdır. Ən son o, 2024-cü ildə 4500 manat məbləğində olan pul verməyini tələb etdikdə Şəlalə ona xx.xx.2024-cü il tarixinədək ona olan 4500 manat məbləğindəki pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, həmin müddətdə Şəlalə ona nə pulunu qaytarmış, nə də ki, ona veteranlıqla əlaqədar olan pensiyasını almağına köməklik etmişdir. Ona görə də Şəlalədən polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kirvəsidir. Ərzimanla münasibəti yaxşıdır. Ərziman İ qarabağ müharibəsində iştirak edən zaman xəsarət almış, lakin əlilliyə görə pensiya almır. O, özü də İ Qarabağ döyüşləri zamanı xəsarət almış, aldığı xəsarətə uyğun olaraq ona pensiya ayrılmışdır. Ərziman ona əlilliklə əlaqədar pensiya almağa köməklik göstərməyini xahiş etmişdir. O, həmin zamanlar da Təqsirləndirilən şəxs evində usta işləmişdir və ona görə də Şəlaləni tanımışdır. Həmçinin o, əlillik ilə bağlı Zərdab rayon Mərkəzi Xəstəxanasında sənədlərini toplayarkən onun sənədlərini Təqsirləndirilən şəxs sistemə işləmişdir. Ona görə də Ərzimanın işi barədə Təqsirləndirilən şəxs ilə danışmışdır. Şəlalə ona Ərzimanın sənədləri ilə birlikdə hazırlıqlı qaydada gəlməsini bildirmişdir. O, da Ərzimanla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Ərzimanla Şəlalə evin həyətyanı sahəsində söhbət etmiş, o, isə təxminən 5-6 metr aralıda dayanmışdır. Aralarında nə söhbət etdiklərini eşitməmişdir. Ərzimanın Şəlaləyə pul verdiyini görmüş, lakin həmin pulun məbləğini görməmiş, lakin, Ərziman avtomobilə mindikdən sonra həmin pulun 3500 manat olduğunu bildirmişdir. Həmin hadisədan sonra Ərziman onun yanında Şəlaləyə pul verməmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur və işin icraatına xitam verilməsinə ehtirazı yoxdur. Cinayət işində olan “Kapital Bank”-a məxsus qəbz nömrəsi 13739 terminal nömrəsi K0146011 olan mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə vurulmuş ziyanın 25% miqdarında, yəni 1125.00 manat pul dövlət büdcəsinin hesabına ödənilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində vurduğu ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Qoşaoba kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyindən daxil olmuş 02 aprel 2025-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5 verdiyi 26 mart 2025-ci il tarixli, 18-1-79/2- 215/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5 Poliklinika şöbəsinin Psixatriya və Narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Zərdab rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3, CMnin 73-1.2-ci maddələrinə əsasən xitam verilmişdir. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab rayon prokurorluğunun müstəntiqi Qasım Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə mülkiyyət əleyhinə olan cinayətə görə cinayət təqibinə xitam verilməsi haqqında”qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73-1.2-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələrini və işin yuxarıda adı çəkilən digər materiallarını qarşılıqlı şəkildə araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tamamilə ödəməsini, vurulmuş ziyanın 25% miqdarında, yəni 1125 (bir min bir yüz iyirmi beş) manat pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 -cü maddəsi ilə verilən ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 11 iş saatına görə 121 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 40.2.3, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 11 iş saatına görə 121 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar