Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-3/2023 05.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 sədrliyi x katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Zərdab şəhər bələdiyyəsinin nümayəndəsi X3 Zərərçəkmiş şəxs1 nümayəndəsi X4 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının sonlarında vahid niyyətlə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********21-12301 reyestr nömrəli çıxarışı, eləcə də həmin reyestr nömrəli xx.xx.2021-ci il tarixli Texniki pasportla məxsus olan 480.2 kv metr əmlak kompleksinin "Dədə-Qorqud" dairəsi adlanan ərazi istiqaməti hissəsində 137 kv.metr sahəni, həmçinin Zərərçəkmiş şəxs1 məxsus əmlak kompleksinin torpaq sahəsi hüdudlarının bitdiyi ərazinin sərhəd zonası olan, yəni Zərdab şəhər Bələdiyyəsi fonduna məxsus 23 kv.metr torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına mişar daşı ilə hasarlamaqla, eləcə də yeri betonlamaqla torpaq üzərində özbaşına tikinti işləri apararaq Zərərçəkmiş şəxs1 və Zərdab şəhər Bələdiyyəsinin torpaq üzərində mülkiyyət huququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası 1-ci Qarabağ müharibəsi şəhididir. 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezindenti X13 rayonuna gəlib şəhid ailələri ilə görüşəndə onların ailəsi də prezidentlə görüşmüşdür. Prezident onların ailəsinə ev vermişdir. Həmçinin, anasından nə istədiyini soruşduqda anası da Prezidentdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onlara yer verilməsini xahiş etmişdir. Prezident də onlara yer verilməsinə göstəriş vermişdir. Bundan sonra 2018-ci il tarixdə Zərdab şəhəri Dədə Qorqud dairəsinin yanında onun adına 20 kv. metr yer verilmişdir. Həmin yerdə avtomobil yuma məntəqəsi tikmişdir. Bundan sonra həmin yerin yanında Zərdab şəhər bələdiyyəsinə məxsus torpaq sahəsində xalça yumaq üçün beton quraşdırmışdır. Beş ildir ki, həmin yeri istifadə edir. Zərdab şəhər bələdiyyəsinin bu barədə məlumatı vardır. Daha sonra Şahid1 onun avtomobil yuma məntəqəsinin arxa hissəsində yerləşən köhnə hamamı almışdır. Bundan sonra Şahid1 onun avtomobil yuma məntəqəsinin yanında olan torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Şahid1 həmin torpaq sahəsi ilə bağlı saxta sənədlərlə öz adına çıxarış almışdır. 16 saylı Ucar ərazi idarəsinin rəisi Fizuli İsayev onun qohumudur. Bu səbəbdən də Şahid1 saxta sənəd düzəltməyə köməklik etmişdir. Şahid1 əvvəl həmin yerin sahibi Şahid4 olmuşdur. Şahid4 adına olan sənədin sxemində hamamın qarşısında ona məxsus yer olmadığı göstərilmişdir. Lakin Şahid1 almış olduğu sənədin sxemində hamamın qarşısında ona məxsus 7 metr enində və 29,8 uzunluğunda yer olduğu göstərilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə həmin yerdən istifadə üçün Zərdab şəhər bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Zərdab şəhər bələdiyyəsi həmin yeri 4 aylıq müddətinə ona mövsumi istifadə üçün vermişdir. Həmin yerdə hasar çəkmişdir. Belə ki, İİ Qarabağ müharibəsi başladıqda özü könüllü olaraq döyüş bölgəsinə yollanmış, müharibədən sonra qayıtmışdır. Həmin yerdə icarə müqaviləsi aldıqdan sonra həmin yeri abadlaşdırmış və hasar çəkmişdir. Həmin hasarın üzərinə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarını çəkmiş, həmçinin ümummilli liderin və cənab Prezidentin sözlərini yazmışdır. Bundan sonra Şahid1 əsassız şikayətlər etməyə başlamışdır. Zərdab rayon prokuroru isə ona əsassız cinayət işi başlamışdır. Heç bir yeri zəbt etməmiş, heç bir qanunsuz iş görməmişdir. Həmin hasar çəkdiyi əraziyə hər il bələdiyyə ilə icarə müqaviləsi bağlamışdır. Sonuncu dəfə də 2021-ci lin avqust ayında müqavilə bağlamışdır. Zərdab şəhər bələdiyyəsi ona icarə müqaviləsi vermiş, həmin müqavilə əsasında orada hasar çəkmişdir. Heç bir qanunsuz iş görməmişdir. Zərdab şəhər bələdiyyəsi ilə müqavilə ləğv edildikdən sonra hazırda həmin hasar çəkilmiş əraziyə sənədi yoxdur. Zərdab rayon prokuroru Bələdiyyə sədrini çağırıb qorxutduqdan sonra bələdiyyə sədri də həmin müqaviləni qanunsuz olaraq ləğv etmişdir. Müqavilə ləğv edilərkən məlumatı olmamışdır. Müqavilənin ləğv edilməsi barədə ona məktub gəldikdən sonra bu barədə məlumatı olmuşdur. Şahid1 xx.xx.2021-ci il tarixdə ərizə ilə Zərdab RPŞ-nə müraciət edərək ona məxsus torpaq sahəsində hasar çəkərək zəbt etdiyi barədə dediklərinin yalan olduğunu, 2021-ci ilin iyun ayında tikinti işləri aparmadığını bildirmişdir. 2021-ci ilin avqust ayında Zərdab şəhər bələdiyyəsi ilə müqavilə bağlamış, həmin müqavilədən sonra da tikinti işləri aparmışdır. Hazırda həmin əraziyə sənədi olmasa da həmin torpaq sahəsini boşaltmaq fikri yoxdur. Həmin torpaq sahəsini 5 ildir ki, icarə əsasında istifadə edir. İcarəyə dair pul ödəyir. Buna görə də həmin torpaq sahəsini boşaltmaq istəmir. Həmin yer bərbad vəziyyətdə olmuş, zibillik kim istifadə edilmişdir. Lakin, o, həmin ərazini abadlaşdırmışdır. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hasar çəkilmiş ərazinin ölçüsü 160 kv. metrdir. Həmin ərazinin 137 kv.metri Zərərçəkmiş şəxs1 verilmiş çıxarışla üst-üstə düşür. Qalan 23 kv. metr sahəsi Zərdab şəhər bələdiyyəsinə məxsusdur. Həmin sənədi Fizuli İsayevin idarəsi vermişdir. Fizuli İsayev də Zərərçəkmiş şəxs1 saxta sənəd vermişdir. Ona görə də öz çıxarışını təkzib etməz. Həmin mütəxəssis rəyi də saxtadır. 16 saylı Ucar ərazi idarəsinin əməkdaşı Şahid2 həyət tikililərinin və qurğularının texniki təsviri və vəziyyəti sxemində imzasının qarşısına işarə qoymuşdur. Şahid2 ona bildirmişdi ki, həmin işarəni ondan ötrü qoymuşdur ki, həmin sənəd saxtadır. Bəhruz iş idarələrində arxiv deyilən bir sənəd olduğunu, həmin sənədin saxta olması ilə bağlı arxivə məktub yazdığını ona bildirmişdir. Bəhruz həmin sənədə imza etməmək üçün məzuniyyətə çıxmışdır. Həmin sənədi Bəhruza evində imzalatmışlar. Buna görə göstərişi Fizuli İsayev vermişdir. Şahid1 Bəhruzu hədələyərək bildirmişdir ki, sən rüşvətxorsan, Ülvidən rüşvət almısan, onun üçün də bu sənədə saxta olsa belə göz yummalısan. Ona görə də ona ittiham olunan əmələ görə özünü təqsirli bilmir, ona qarşı verilmiş mülki iddianın rədd edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin nümayəndələrinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs olan Zərdab şəhər bələdiyyəsinin nümayəndəsi qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hasar çəkmiş olduğu ərazinin 23 kv.metr hissəsi Zərdab Bələdiyyəsinə məxsusdur. Zərdab şəhəri Zərdabi küçəsi istiqamətində, «Dədə Qorqud» Meydanı yaxınlığında olan bələdiyyəyə məxsus 0,01 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Zərdab şəhər sakini Təqsirləndirilən şəxs ilə sonuncunun ərizəsi nəzərə alınmaqla 09 avqust 2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi 4 ay müddətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi işlərin görülməsi üçün müvəqqəti istifadə üçün bağlanmışdır. Lakin xx.xx.2021-ci il tarixdə Göyçay Regional Ədliyyə İdarəsindən Zərdab bələdiyyəsi tərəfindən həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilmiş və bu səbəbdən də müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2021-ci il tarixli iclas protokolu ilə ləğv edilmişdir. Zərdab şəhəri, Zərdabi küçəsində Əmlak Kompleksinin qarşısındakı torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək mişar daşı ilə hasarlanması barədə Zərərçəkmiş şəxs1 RPŞ-nə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zəbt etdiyi və üzərində özbaşına tikinti işləri apardığı torpaq sahəsinin 23 kv.metr sahəsi Zərdab Bələdiyyəsinə məxsusdur. Təqsirləndirilən şəxs ilə Zərdab Bələdiyyəsi arasında bir dəfə, 2021-ci ilin avqust ayında icarə müqaviləsi bağlanmış, lakin 2021-ci ilin sentyabr ayında ləğv edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərdab Bələdiyyəsi arasında əvvəllər başqa hər hansı müqavilə olmamış, hazırda da yoxdur. Zərdab Bələdiyyəsinin hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Zərdab rayonu Dəliquşçu kəndində qeydiyyatda olsa da ünvan 4 ünvanda yaşayır. Zərdab şəhəri, Zərdabi küçəsində 0,7286 ha torpaq sahəsində yerləşən 480,2 kv.metr ümumi, 298.1 kv.metr əsas sahədən ibarət Əmlak Kompleksi tam mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Zərdab şəhəri Zərdabi küçəsində yerləşən Əmlak Kompleksinə 03 iyun 2021-ci ildə Texniki Pasport təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindlən ona xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin Əmlak Kompleksini 19 fevral 2021-ci il tarixli AN-1 №0628484 saylı alqısatqı müqaviləsinə əsasən Şahid4 almış və ona Hüquqların Dövlət Qeydiyyatı haqqnda Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixdə Əmlak Kompleksinə dair ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin Əmlak Kompleksinin qarşısında texniki pasportla ona məxsus olan 7 metr enində, 29,8 metr uzunluqda- yəni, 208,6 kv.metr torpaq sahəsi saxlanılmışdır. Həmin sahə Əmlak Kompleksinə giriş və dayanacaq üçün nəzərdə tutulmuşdur. 2021-ci ilin iyun ayının sonlarında Zərdab şəhər sakini Təqsirləndirilən şəxs ona məxsus olan həmin torpaq sahəsinin 137 kv.metr hissəsini mişar daşları tökərək zəbt edib hasarlamış və yeri betonlamışdır. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinə dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmiş və heç bir əsas olmadan həmin yerdə qanunsuz tikililər inşa etmiş, hasaralama işləri aparmış, hal-hazırda da həmin yerdən öz şəxsi mülkiyyəti kimi istifadə edir, avtoyuma sexində avtomobilləri yuduqdan sonra onlara məxsus zəbt edilmiş ərazidə qurulayır və əlavə olaraq orada xalçayuma sexi açmışdır. Belə ki, Reyestr Xidməti işçiləri gələrək sərhədləri və döngə nöqtələrini müəyyən etmək istəyən zaman Təqsirləndirilən şəxs onlara mane olaraq işlərini görməyə imkan verməmiş və həmin vaxt o, da orada olmuş, həmçinin həmin torpağı ona satan şəxs Şahid4 də orada olmuş və Təqsirləndirilən şəxs onların hamısını söyüşlərlə təhqir etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin sahənin ona məxsus olduğunu təkidlə bildirəndə onlar məcbur olub 01 iyul 2021-ci il tarixdə Zərdab rayon polis şöbəsinə oğlu tərəfindən ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı Əmlak Kompleksinin qarşısındakı ona məxsus torpaq sahəsinin Zərdab şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq özbaşına tutulması səbəbindən cinayət işi başlanmışdır. Hazırda ünvan 6 ünvanındakı xüsusi mülkiyyətində olan 480,2 kvadratmetr ərazidə ümumi 298,1 kv.metr əsas sahədən ibarət əmlak kompleksinin qarşısında olan ona məxsus 137 kv.metr ərazidə Təqsirləndirilən şəxs tərəfindən tikilmiş qanunsuz tikilinin onun öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə mülki iddia verilmişdir. Mülki iddianı müdafiəedir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 Toğrul Sufan oğlunun ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilərək ünvan 6 ünvanındakı Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan 480,2 kv.metr ərazidə ümumi 298,1 kv.metr əsas sahədən ibarət əmlak kompleksinin qarşısında Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən tikilmiş qanunsuz tikilinin onun öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixli Göyçay Regional bələdiyyə İdarəsinin 23-120 №li məktubu bələdiyyələrə daxil olmuş və həmin məktubun məzmununda qanunvericiliyin tələbinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və müqavilə əsasında şəhərsalma memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirməsi, bu obyektlərin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneəçilik törətməməsi göstərilmişdir. Ona görə də Zərdab şəhəri Zərdabi küçəsi istiqamətində, «Dədə Qorqud» Meydanı yaxınlığında olan bələdiyyəyə məxsus 0,01 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Zərdab şəhər sakini Təqsirləndirilən şəxs ilə sonuncunun ərizəsi nəzərə alınmaqla 09 avqust 2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi 4 ay müddətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi işlərin görülməsi üçün müvəqqəti istifadə üçün bağlanmışdır. Lakin xx.xx.2021-ci il tarixdə Göyçay Regional Ədliyyə İdarəsindən Zərdab bələdiyyəsi tərəfindən həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilmiş və bu səbəbdən də müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2021-ci il tarixli iclas protokolu ilə ləğv edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Zərdab şəhəri, Zərdabi küçəsində 0,7286 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi vardır. Əmlak Kompleksinin qarşısındakı torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək mişar daşı ilə hasarlanması barədə Zərərçəkmiş şəxs1 RPŞ-nə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs zəbt etdiyi və üzərində özbaşına tikinti işləri apardığı torpaq sahəsinin 23 kv.metr sahəsi Zərdab Bələdiyyəsinə məxsusdur. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində özbaşına tikinti işləri apararkən onunla Zərdab Bələdiyyəsi arasında qüvvədə olan hər hansı bir müqavilə olmamışdır. Həmin vaxt torpaq sahəsi Təqsirləndirilən şəxs icarəyə verilməmişdir. Təqsirləndirilən şəxs ilə Zərdab Bələdiyyəsi arasında əvvəllər icarə müqaviləsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi Dairəsində baş mühəndisi vəzifəsində işləyir. Zərdab şəhər sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Heç biri ilə qohumluğu, düşmənçiliyi, ədavəti yoxdur. Onların torpaqla bağlı mübahisələri barədə onun da məlumatı var. Yuxarıda qeyd olunan vəzifədə işləməsi ilə bağlı baş mühəndis kimi həmin mübahisəli məsələri araşdırmış və rəhbərliyinə məruzə etmişdir. Zərdab şəhəri Zərdabi küçəsindəki əvvəllər hamam kimi fəaliyyət göstərmiş Əmlak Kompleksi ilk olaraq Şahid4 adlı şəxsin adına olmuşdur. Sonradan Zərdab rayon sakini Şahid1 həmin Əmlak Kompleksini oğlu Zərərçəkmiş şəxs1 adına keçirmək üçün Reyestr Xidmətinə müraciət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, 2008-ci ildə əmlak Kompleksinə (hamam binasına) tərtib edilmiş texniki pasportda hamam binasının qarşısında boş torpaq sahəsi saxlanılmamışdır. Lakin ondan əvvəl təxminən 2001-ci ildə Əmlak Komitəsi tərəfindən tərtib edilmiş hamam binasının texniki pasportunda binanın qarşısında boş torpaq sahəsi saxlanılaraq texniki pasport işlənilmişdir. Bundan sonra Şahid1 iddia edərək hamamın qarşısında olan torpaq sahəsinin texniki pasportda əvvəlki qaydaya uyğun göstərilməsini tələb etmişdir. Onlar buna uyğun olaraq Ucar Əmlak şöbəsinə müraciət edərək baş plan çəkilməsini xahiş etmişlər. Həmin yer dövlət torpağıdır və buna görə də baş plan tərtib edildikdən sonra 03 iyun 2021-ci il tarixli texniki pasport Şahid1 oğlu Zərərçəkmiş şəxs1 adına tərtib edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 saxta əldə etdiyini iddia etdiyi sənədin saxta olmasını Ülviyə deməmiş, ümumiyyətlə həmin sənəd saxta olmamış, bu barədə məktub yazmamışdır. Təqsirləndirilən şəxs məsələnin məhkəmə predmeti olmasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Ağsu LTİ-də sahə rəisi vəzifəsində işləmişdir. Zərdab rayon prokurorluğunun məktubu əsasında idarənin mütəxəssisləri ilə birlikdə Zərdab şəhəri, Zərdabi küçəsi istiqamətində “Dədə-Qorqud” meydanı yanında olan ərazidə yerləşən Təqsirləndirilən şəxs mülkiyyətində olan maşınyuma sexinin və xüsusi mülkiyyətə aid ərazi ilə sərhəd ərazinin qarşısında olan Təqsirləndirilən şəxs icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin koordinatları götürülmüş, elektron baza məlumatlarında araşdırılmış və həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları daxilində ümumi istifadədə olmaqla bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab şəhəri Zərdabi küçəsində 0,7286 ha torpaq sahəsində yerləşən 480,2 kv.metr ümumi, 298,1 kv.metr əsas sahədən ibarət Əmlak Kompleksi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Həmin yeri 19 fevral 2021-ci il tarixli AN-1 №0628484 saylı alqı-satqı müqaviləsinə əsasən Zərdab rayon sakini Zərərçəkmiş şəxs1 satmışdır. Həmin Əmlak Kompleksinin qarşısında texniki pasportla 7 metr enində, 29,8 metr uzunluqda-yəni, 208,6 kv.metr sahə vardır. Həmin 208,6 kv.metr sahə Əmlak Kompleksinə giriş və dayanacaq üçün nəzərdə tutulmuşdur. 2021-ci ilin iyun ayının sonlarında Zərdab şəhər sakini Təqsirləndirilən şəxs həmin sahəyə mişar daşları tökərək hasarlayıb ərazini zəbt etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işçiləri gələrək sərhədləri və döngə nöqtələrini müəyyən etmək istəyən zaman Təqsirləndirilən şəxs onlara mane olaraq işlərini görməyə imkan verməmiş və həmin vaxt hamını söyüşlərlə təhqir etmişdir. O, bu barədə Zərdab rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda bundan sonra Zərərçəkmiş şəxs1 da polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Zərərçəkmiş şəxs1 reyestr nömrəsi **********21-12301 olan 03 iyun 2021-ci il tarixli texniki pasport əsasında ünvan 7 ünvanında yerləşən 480.2 kv.metr sahəsi olan Əmlak Kompleksinə xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2021-ci il tarixli texniki pasportun əlavəsindəki torpaq sahəsinin planından görünür ki, Əmlak Kompleksinin qarşısında 7 metr enində və 29,8 metr uzunluqda-yəni, 208,6 kv.metr sahə saxlanılmışdır. Cinayət işində olan 16 saylı Ucar Ərazi İdarəsinin 02 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Zərdab şəhəri, Zərdabi küçəsi-1B ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin qarşısındakı hissəsinin digər şəxs tərəfindən hasarlanması ilə bağlı yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatları götürülmüş, götürülmüş koordinatlar elektron baza məlumatlarında yoxlanılan zaman həmin ərazinin 905-1/491 inventar nömrəli (**********21-12301 reystr nömrəli) Zərərçəkmiş şəxs1 məxsus texniki pasportun daxilində yerləşməsi məlum olmuşdur. Cinayət işində olan Zərdab şəhər bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, Zərdab şəhər sakini Təqsirləndirilən şəxs mövsümü istifadə üçün 100 kv.metr torpaq sahəsini icarəyə götürmək istəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs mülkiyyətində olan maşınyuma sexinin və xüsusi mülkiyyətə aid ərazi ilə sərhəd ərazinin qarşısında bələdiyyə mülkiyyətinə aid 100 kv.metr ərazi müvəqqəti (dörd ay) istifadə üçün onun icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Zərdab şəhər bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Zərdab şəhər Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunun qərarı ilə 100 kv.m torpaq sahəsinin Zərdab şəhər sakini Təqsirləndirilən şəxs müvəqqəti (dörd aylıq) istifadə üçün icarəyə verilməsi barədə qərar hissəsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ləğv edilməsi barədə təklifi nəzərə alınmaqla Zərdab şəhər Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunun qərarı ilə 100 kv.m torpaq sahəsinin Zərdab şəhər sakini Təqsirləndirilən şəxs müvəqqəti (dörd aylıq) istifadə üçün icarəyə verilməsi barədə qərar hissəsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ləğv edilmişdir. İş materiallarında olan 16 saylı Ucar Ərazi İdarəsinin Kadastr üzrə baş mütəxəssisi C.Həsənov və mütəxəssisi R.Teymurov tərəfindən verilmiş rəydən görünür ki, Zərdab şəhəri, Zərdabi küçəsində "Dədə-Qorqud" Meydanı yaxınlığında Təqsirləndirilən şəxs məxsus avtoyuma sexinin sol tərəfində mişar daşından hasar çəkilmiş və beton tökülmüş əraziyə baxış keçirilən zaman torpaq sahəsinin 160 kv.metr olduğu, həmin mübahisəli torpaq sahəsinin elektron məlumat bazasına əsasən 137 kv.m hissəsi **********21-12301 nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 23 kv.m hissəsi yaşayış məntəqəsi torpaqları olmaqla bələdiyyə mülkiyyətindədir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 10/5135 nömrəli rəyindən görünür ki, ünvan 9 ünvanında yerləşən 480 kv.metr sahəsi olan hamam tikilisinin arxa divarı ünvan 10ak kompleksini ayıran sərhəd deyil. Sözügedən tikiliyə dair Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 000202 nömrəli ilkin texniki pasportda və xx.xx.2021-ci il tarixli **********21-12301 reyestr nömrəli çıxarış və xx.xx.2021-ci il tarixli texniki pasportda hamamın giriş hissəsi (ön hissəsi) H.B.Zərdabi küçəsi olaraq göstərilmişdir. Sözügedən 208.6 kv.metr torpaq sahəsi tikiliyə və yerləşdiyi torpaq sahəsinə dair Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 000202 nömrəli ilkin texniki pasportda və Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsi tərəfindən təsdiq edilmiş baş plan əsasında Zərərçəkmiş şəxs1 verilmiş xx.xx.2021-ci il tarixli **********21-12301 reyestr nömrəli çıxarış və xx.xx.2021-ci il tarixli texniki pasportda öz əksini tapmışdır. Sözügedən tikiliyə dair Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 000202 nömrəli ilkin texniki pasportda və son xx.xx.2021-ci il tarixli **********21-12301 reyestr nömrəli çıxarış və xx.xx.2021-ci il tarixli texniki pasportda hamamın giriş hissəsi (ön hissəsi) H.B.Zərdabi küçəsi olaraq göstərilmişdir. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının 808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı “epilepsiya, psixi pozuntusuz” xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs “epilepsiya, psixi pozuntusuz” xəstəliyi keçirməsinə baxmayaraq ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu X.R.Əliyeva tərəfindən məhkəməyə ünvanlanmış 27 fevral 2023-cü il tarixli, 340 nömrəli məktubdan görünür ki, Şahid4 ilə Zərərçəkmiş şəxs1 arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixli, 4Ə/273 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Cinayət işində olan Zərdab bələdiyyəsinin sədri Şahid3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 63 nömrəli məktubdan görünür ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarında ictimai tələbatın ödənilməsi məqsədilə xidmət yerlərinin seçilməsi, mövsümü xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması məqsədilə Zərdab şəhər bələdiyyəsinin xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 100 kv.metr torpaq sahəsi Təqsirləndirilən şəxs 4 (dörd) ay müddətinə icarəyə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin təklifi əsasında Zərdab şəhər Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Cinayət işində olan 16 saylı Ucar Ərazi idarəsinin rəisi Qərib Həsənov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-779/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********21-12301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 000202 nömrəli ilkin texniki pasport və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin təsdiqlədiyi xx.xx.2021-ci il tarixli baş plan əsasında verilmiş və Şahid4 adına tərtib edilmiş 15 dekabr 2008-ci il tarixli texniki pasportda sözügedən hissənin əks olunmamasının səbəbi barədə qeydlər arxiv qovluğunda aşkar edilməmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab rayon İHB-nin Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Feyzullayev tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 377 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonu, Qoşaoba kəndi, H.Aslanov küçəsi ev 13-də yaşayır. Cinayət işində olan Zərdab rayon İHB-nin Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Feyzullayev tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab Rayon Mərkəzi X5 Şəxsin direktoru Ruslan Nemətov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işində olan Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən “Vətən müharibəsi” dövründə hərbi hissənin fəaliyyətlərində yaxından köməklik göstərdiyinə görə N nömrəli hərbi hissənin komandiri Pərviz İbrahimov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 006175 nömrəli “Şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir. Cinayət işində olan ƏƏSMN-i yanında DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İş materiallarına olan zərərçəkmiş şəxs Zərdab şəhər Bələdiyyəsinin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə cinayət törətməkdə təqsirlidir və CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, “Vətən müharibəsi” dövründə hərbi hissənin fəaliyyətlərində yaxından köməklik göstərməsini, şəhid ailəsi üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylıqərarında göstərilir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxslər barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının birinci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəza təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunununvəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü vəhəddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyininəsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, qərarlarvə presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəza da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra vəməhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cumaddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəzaların olduğunu, azadlıqdan məhrum edilmədən islaholunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 188.2-cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Zərdab rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət mühakimə icraatı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli, ünvan 6 ünvanındakı Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan 480,2 kv.metr ərazidə ümumi 298,1 kv.metr əsas sahədən ibarət əmlak kompleksinin giriş hissəsində Təqsirləndirilən şəxs tərəfindən tikilmiş qanunsuz tikili onun öz hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Zərdab rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin və ünvan 6 ünvanındakı Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan 480,2 kv.metr ərazidə ümumi 298,1 kv.metr əsas sahədən ibarət əmlak kompleksinin giriş hissəsində Təqsirləndirilən şəxs tərəfindən tikilmiş qanunsuz tikili onun öz hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin. Hökmün icrası yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-3/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-3/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver