Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-3/2025 03.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X17 oğlunun sədrliyi X3 oğlunun katibliyi Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 11, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərdab rayonu Çallı kəndində yaşayan Zərərçəkmiş şəxs2 sonuncunun arvadı X12 ilə boşanarkən uşaqlarından birinin onda qalmasına köməklik göstərəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib 2022-ci ilin fevral ayının əvvəllərində Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən Zərdab rayon Mediasiya Təşkilatının ofisində 1000 manat pulunu etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərdab şəhər sakini Zərərçəkmiş şəxs3 Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsində təhsil almasına dair diplomunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasında köməklik göstərəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib 2022-ci ilin aprel ayında Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən “Ala qapı” adlanan kafedə xeyli miqdarda, yəni 7000 manat pulunu etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərdab rayonu Alıcanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 sonuncunun qızı Şahid2 Zərdab rayon Mediasiya Təşkilatında kordinator vəzifəsində işə götürəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib vahid niyyətlə 15 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Zərdab rayonu Alıcanlı kəndində yerləşən fərdi yaşayış evində 2000 manat, 25 may 2022-ci il tarixdə isə Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən Zərdab rayon Mediasiya Təşkilatının ofisində 1500 manat olmaqla cəmi 3500 manat pulunu vahid niyyətlə etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərdab şəhər sakini Zərərçəkmiş şəxs4 sonuncunun oğlu X4 2017-ci ildə boşanmış gəlini X3 ona məxsus evdən qeydiyyatının ləğv olunmasına və gəlininə aid cehizlərin evdən çıxarılmasına köməklik göstərəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib xx.xx.2022ci il tarixdə Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən Zərdab rayon Mediasiya Təşkilatının ofisində 1400 manat pulunu etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən Zərdab rayonunda mediator olaraq fəaliyyət göstərməyə başlamış, həmin vəzifədə iki ilə yaxın işləyəndən sonra xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Zərərçəkmiş şəxs2 2021-ci ilin noyabr ayında tanımışdır. Belə ki, İlkin və atası Nəriman Zərdab rayonu üzrə mediator olduğu üçün onun yanına gəlib, İlkinin həyat yoldaşının əxlaqsızlıq etdiyini və boşanmaq üçün müraciət etmək istədiklərini bildirmişlər. Bundan sonra bir neçə ay ərzində mediasiya prosessinin davam etdiyi dövrdə İlkin və ailəsi ilə aralarındakı münasibətlər daha da yaxşılaşmışdır. Mediasiya prosesinin sonlarına yaxın İlkinin atası və anası ondan məhkəmədə onlara kömək etməyini xahiş etmişdir. O, onlara iddia ərizəsinin verilməsinə kömək edə biləcəyini, əgər işə özlərinin deyil vəkilin çıxmağını istəyərlərsə onlara münasib qiymətə vəkil tapa biləcəyini bildirmişdir. Onlar vəkil istədiklərini bildirdikdə işin iddia ərizəsinin və digər zəruri sənədlərini onun tərəfindən hazırlanacağını, işin məhkəməyə göndəriləcəyini və bütün bunların onlara 100 manat məhkəməyə dövlət rüsumu üçün, 500 manat vəkil üçün, 400 manat isə onun özü üçün ümumilikdə 1000 (bir min) manata başa gələcəyini bildirmişdir. Bundan sonra yanvar ayının sonlarında İlkinin atası və anası ona 1000 manat məbləğində pul vermişlər. O, isə öz növbəsində iddia ərizəsini yazıb, əlavə edilməli olan sənədləri hazırlayaraq mülki işi məhkəməyə göndərmişdir. xx.xx.2022-ci ildə mediasiyanın iclası bitən gün lazım olan bütün sənədləri və iddia ərizəsini məhkəməyə göndərmişdir. Bundan sonra onun köməkliyi ilə Zərərçəkmiş şəxs2 “nikahın pozulması və övladları xx.xx.2013-cü il təvəllüdlü X10 atanın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi əsasında başlanmış mülki iş Zərdab rayon Məhkəməsinin icraatında olmuşdur. Lakin, həmin işi baxılma aidiyyatı Abşeron rayon Məhkəməsi olduğu üçün buna dair Zərdab rayon Məhkəməsində qərardad qəbul edilmişdir. Bundan sonra “nikahın pozulması və uşağın atanın himayəsinə verilməsi tələbi”nə dair iddia ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə başlanmış mülki iş Abşeron rayon məhkəməsinin icraatında olmuşdur. Bundan sonra İlkinin atası və anası həmin mülki işin iclasları başlayan ərəfədə Abşeron rayon məhkəməsində işi apara biləcək münasib qiymətə bir vəkil tövsiyə etməsini xahiş etmişdir. İlkinin atası və anası Sehran adlı vəkil arasında onun vasitəsi ilə əlaqə yaratmış və razılaşmalarına əsasən 300 manatı o, Sehran adlı vəkilə çatdırmışdır. Həmin 200 manatı İlkin özü ödəmişdir, 100 manat isə o, özü vermişdir. Abşeron rayon məhkəməsinin qərardadı ilə iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh X7 qarşı “nikahın pozulması və uşağın atanın himayəsinə verilməsi tələbi”nə dair iddiası baxılmamış saxlanılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərardadından şikayət hazılayaraq göndərmişdir. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək İlkinlə bərabər Abşeron rayon məhkəməsinin 2(012)-1811/2022 saylı mülki iş qətnaməsinin İlkinə göndərilməsi üçün onlarla teleqramlar, ərizələr, telefon zəngləri edilmiş, qətnaməni ala bilmədikdə, xx.xx.2023-cü ildə İlkinlə bərabər gedərək qətnamənin surətini çətinliklə almışlar. Göründüyü kimi o, İlkinə köməklik göstərmişdir. O, 2023-cü ilin may ayında işdən çıxanadək İlkinlə aralarında heç bir mübahisə yaşanmamışdır. İşdən çıxdıqdan sonra Bakı şəhərinə köçmüş, mediasiya ilə bağlı gələn çoxsaylı zənglərin ona mane olması səbəbindən telefon nömrəsini dəyişmişdir. İlkin və yaxınlarının barəsində şikayət etməsinin səbəbi həmin vaxt işləri ilə bağlı axtarıb onu tapmadıqları üçün olmuşdur. İlkin ona işi üçün 1000 manat pul vermişdir. 2022-ci ilin sonlarında isə İlkindən 200 manat borc pul almışdır. Bundan başqa X18 və Zərərçəkmiş şəxs4 2021-ci ilin aprel ayında tanımışdır. Həmin vaxt o rəsmi olaraq işsiz olmuş və Zərdab şəhəri, Azərbaycan küçəsində ofis götürüb ərizə və şikayətlərin hazırlanması, komputerlərin təmir və format işlərinin görülməsi ilə məşğul olmuşdur. Şakir Babayev onun yanına gələrək keçmiş gəlini X1 Şakir Yusib oğlu, Zərərçəkmiş şəxs4 və X8 qarşı "evə köçürülmə və evdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair" iddia ərizəsi ilə Ucar rayon məhkəməsinə müraciət etməsini bildirmişdir. X18, Zərərçəkmiş şəxs4 ondan kömək etməyini istədikdə onlar üçün qarşılıqlı iddia ərizəsi yaza biləcəyini bunun üçün 50 yaxud 100 manat ödəniş tələb etmişdir. Həmin pulu Şakirin həyat yoldaşı Həbibə ona ofisdə gətirib vermişdir və o onlara söz verdiyi kimi xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsini qanuna uyğun şəkildə hazırlayıb, ona verilən puldan dövlət rüsumunu ödəyib işi Ucar rayon məhkəməsinə göndərmişdir. Bundan sonra X18, Zərərçəkmiş şəxs4 kömək etmək niyyətilə, heç bir təmənnası olmadan, ödəniş qəbul etmədən kömək etmiş, xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddia, xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz, xx.xx.2021ci il tarixdə apelyasiya şikayəti, xx.xx.2021-ci il tarixdə - apellyasiya məhkəməsinə müraciət hazırlamışdır. 2022-ci ilin əvvələrində Şakir və Həbibə kassasiya şikayəti verməli olduqlarını, vəkil tanışlarının olmadığını, bütün bu işlərdə ona çox güvəndiklərini bildirərək ondan kassasiya şikayətini onun hazırlamağını israrla xahiş etmiş və iş üçün vəkili də özünün tapmağını istəmişlər. O, bu işlərin onlara 1800 manata başa gəldiyini bildirmişdir. Aralarında razılaşma olduqdan sonra Şakir və Həbibə onun iş yerinə gələrək 1800 manatı ona vermişlər. Bundan sonra o, vəkil Şahid1 ilə kassassiya şikayətinə vəkilin zəhmət çəkməyəcəyini, kassassiya şikayətini onun hazırlamağının müqabilində 400 manata razılaşmış, xx.xx.2024-cü il tarixdə kassasiya şikayətini hazırlayıb vəkilin emailinə göndərmişdir. Vəkilə verilməli olan 400 manat pulu ona məxsus Kapital Banka aid karta xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə isə 200 manat olmaqla göndərmişdir. Həmin iş üzrə Ali məhkəmənin yekun nəticəsindən sonra o, 2022-ci ilin yayından başlayaraq əlavə ödəniş tələb etmədən Şakir və Həbibənin digər bir məhkəmə işinə köməklik etmişdir. O, 2023-cü ilin may ayında işdən çıxanadək Həbibə və Şakirlə aralarında heç bir mübahisə yaşanmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 bir neçə ildir ki, rayon sakini kimi tanıyır. 2022-ci ilin yanvar ayında Nicat onun işlədiyi yerə gələrək 2013-2018-ci illərdə Ukrayna Respublikasının Xarkov vilayətində ekonomist ixtisası üzrə ali təhsil aldığını, Lakin diplomunun Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmadığını bildirib, ondan bu məsələdə ona köməklik göstərməyini istəmişdir. O, Nicata bu iş üçün 7000 manat müqabilində köməklik edə biləcəyini demişdir. Danışdıqları kimi Nicat 2022-ci ilin fevral ayının 18-də rayon əazisində olan çayxanalardan birində 7000 manat pulu ona vermişdir. Sonrakı vaxtlarda onun başının qarışıq olduğundan və işdən çıxdığı üçün onun işi ilə maraqlana bilməmişdir. Nicatın pulunu xərclədiyindən ondan pulunu istəyəndə qaytarması üçün Nicatdan müddət istəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 qızı X13 2021-ci ildə Zərdab rayon Məhkəməsində boşananda mediator olaraq onun yanına gəlmişdir. Aralarındakı söhbət əsnasında Nəsimi qızı Səkinənin Gəncədə xarici dil ixtisası üzrə ali təhsil aldığını, onu işə düzəltmək istədiyini demişdir. Aralarında dostluq münasibətləri yarandığında 2021-ci ilin dekabr ayının sonlarında Nəsimidən 3000 (üç min) manat borc alıb sonra isə qaytarmışdır. 2022-ci ilin iyun ayında isə Nəsimidən 3500 manat borc pul almışdır. Lakin, onun borcunu qaytara bilmədiyi üçün qızı Səkinəni 3500 manat qarşılığında öz işlədiyi yerdə işə düzəldə biləcəyini demişdir. Səkinənin işə düzəlməsi mümkün olmayandan sonra Səkinənin kart hesabına əvvəlcə 1000 (bir min) manat və sonra yenə 1000 (bir min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pul göndərmişdir. Lakin maddi imkanı yaxşı olmadığından onun qalan 1500 (bir min beş yüz) manat pulunu ödəyə bilməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs3 olan borcundan 6500 manatını məhkəmə prosesi ərzində ödəmişdir. Lakin, imkanı olmadığından ona qalan 500 manatı və digər zərərçəkmiş şəxslərin pulunu qaytara bilmir. Lakin, gələcəkdə pul əldə edən kimi zərərçəkmiş şəxslərin pulunu qaytaracaqdır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi və işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, rayon sakini kimi tanıyır. Zamiqi əvvəllər Zərdab rayonunda fəaliyyət göstərən bir vəkil kimi tanısa da sonradan mediator olduğunu bilmişdir. O, 2013-2018-ci illərdə Ukrayna Respublikasının Xarkov vilayətində ekonomist ixtisası üzrə ali təhsil almışdır. Lakin, diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. O, da bu məsələdə ona hüquqi müstəvidə köməklik göstərilməsi üçün 2022-ci ilin yanvar ayında Zamiqə müraciət etmişdir. Zamiqə diplomun təsdiqlənməsi üçün köməklik edə bilib-bilməyəcəyini soruşanda Zamiq 7000 manat müqabilində ona bu işdə köməklik edə biləcəyini demişdir. Danışdıqları kimi o, 2022-ci ilin fevral ayının 18-də Zamiqin istifadəsində olan mobil nömrəyə zəng edərək istədiyi pulun tam hazır olduğunu demiş, Zamiq rayon əazisində olan çayxanalardan birinin adını çəkərək orada olduğunu bildirib onu da ora çağırmışdır. O, həmin yerə gedib Zamiqlə görüşmüş və istədiyi 7000 manat pulla birlikdə diplomunu Zamiqə vermişdir. Sonrakı tarixlərdə müxtəlif bəhanələrlə Zamiq dörd dəfə 100 manat, iki dəfə də 50 manat olmaqla ondan ümumilikdə 500 manat almışdır. Verdiyi müddət başa çatsa da Zamiq onun üçün heç bir iş görməmişdir. Zamiqdən niyə onun işini həll etmədiyini soruşanda o, müxtəlif bəhanələr gətirərək ondan hər dəfə vaxt istəmişdir. Bir sözlə Zamiq hər dəfə müxtəlif bəhanələr gətirərək işi ləngitmişdir. Zamiqin onu aldatdığını başa düşürək Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Zamiq ona olan borcundan 6500 manatını məhkəmə prosesləri ərzində ödəmiş, qalan 500 manatını ödəməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu Mirələm Babayev 2008-ci il tarixdə Mətlubə adlı qadınla ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları olmuşdur. Lakin, 2017-ci il tarixdə onlar yola getmədiyi üçün rəsmi olaraq boşanmışlar. Məhkəmə Mətlubə və iki övladına onların evində yaşamaq hüququ vermişdir. Məhkəmənin qərarı ilə Mətlubənin gətirdiyi cehizlər onların evində qalmışdır. Bundan sonra 2021-ci ilin yay aylarında o, Zərdab rayonunda mediator işləyən, ofisi onların evinin yaxınlığında yerləşən Təqsirləndirilən şəxs yanına getmişdir. Təqsirləndirilən şəxslə söhbət edərkən ona gəlininin onların evindən qeydiyyatdan çıxarılmasını və cehizlərinin evdən çıxarılmağını istədiyini demişdir. Zamiq 2000 manat müqabilində ona köməklik göstərəcəyinə söz vermişdir. Aralarındakı razılığa əsasən o, əvvəlcə 2021-ci il yay aylarında Zamiqə onun ofisində 160 manat vermişdir. Daha sonra həmin ay elə həmin yerdə 150 manat pul vermişdir. Daha sonra 2021-ci ilin dekabr ayının 21-də Zamiqə Zərdab şəhərində yerləşən üç mərtəbə deyilən binada 2000 manat pul vermişdir. 2022-ci ilin yay aylarında isə Zamiqə 300 manat vermişdir. Daha sonra isə iki dəfəyə 50 manat olmaqla 100 manat vermişdir. Həmin pulu da onun katibəsinə vermişdir. Çünki Zamiq telefonla danışanda pulu katibəsinə verməyini istəmişdir. Onun istədiyi bütün pulları verməyinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və ona heç bir iş görməmişdir. Zamiq onun telefon zənglərinə cavab vermədiyindən məcbur qalıb Polis Şöbəsinə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə X12 ilə ailə qurmuş, birgə nikahlarından 2 övladları olmuşdur. 2022-ci il fevral ayında həyat yoldaşı ilə boşanmaq qərarına gəlmişdir. Bu barədə Zərdab rayon məhkəməsinə və mediasiya şöbəsinə müraciət etmişdir. Mediasiya şöbəsində işləyən mediator X11 ilə tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs onları barışdırmağın çətin olmasını, boşandıqdan sonra uşaqların birinin onunla qalmasına köməklik edə biləcəyini demişdir. Həmçinin bunun üçün hissə-hissə pul verməli olduğunu, pulu müəyyən orqanlara verəcəyini bildirmişdir. Bu ərəfədə Nigar Zərdab rayonundan qeydiyyatdan çıxıb Abşeron rayonuna qeydiyyata düşmüşdür. Boşanma işinin də Abşeron rayonunda araşdırılmasını xahiş etmişdir. Bundan sonra iş Abşeron rayon məhkəməsində araşdırılmağa başlamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində o, Zamiqə Zərdab şəhərində yerləşən ofisində 1000 manat pul vermişdir. Həmin vaxt anası və atası da yanında olmuşdur. Daha sonra Çallı kəndində 500 manat, sonra 200 manat, 60 manat və s. pul vermişdir. Dəqiq günlərini hazırda xatırlamır, ancaq sonuncu dəfə 2022-ci ilin mart ayının ortalarında Zərdab şəhərində Zamiqin işlədiyi ofisdə 300 manat pul vermişdir. Ümumilikdə Zamiqə 2500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə o, Nigarla rəsmi olaraq boşanmışdır. Hər iki uşaq isə Nigarda qalmışdır. O, da Zamiqdən bu məsələni həll etməsini tələb etmişdir. Zamiq də həll edəcəyini demiş, lakin, həll etməmiş və pulunu verməmişdir. Buna görə də məcbur qalıb Polis Şöbəsinə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon ərazisində fəaliyyət göstərən mediator kimi tanıyır. Belə ki, onun qızı X13 2022-ci ildə Zərdab rayon Məhkəməsində boşananda mediator olaraq Təqsirləndirilən şəxs yanına getmişdir. Digər qızı Səkinə Gəncədə xarici dil ixtisası üzrə ali təhsil almışdır. Zamiq evlərinə gələndə Səkinənin ali təhsilli olduğunu bilmişdir. Aralarında olan söhbət əsnasında Zamiqə hər iki qızına da iş axtardığını demişdir. 15 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona zəng edərək qızı Şahid2 öz yanında koordinator vəzifəsinə işə götürəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Zamiq onların evinə gəlmiş və onlara Zərdab rayonu Mediasiya qrumunun təşkilat olacağını və Səkinəni də Layihə koordinatoru kimi işə qəbul etdirəcəyini bildirmişdir. Bu işin xərcini, ona verəcəyi pulu soruşanda bu işə görə 3500 (üç min beş yüz) manat pul lazım olduğunu, pulun bir hissəsinin təcili çatdırılmalı olduğunu demişdir. O, həmin vaxt elə yaşadığı evdə ona 2000 (iki min) manat pul vermişdir. 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun istifadəsində olan mobil nömrəyə zəng edərək pulun qalan hissəsinin təcili yuxarıya çatmalı olduğunu demişdir. O, da Zərdab şəhərinə gələrək “Kapital Bank”-ın Zərdab rayon filialından 3346 manat kredit pul götürmüşdür. Kredit götürəndən sonra Təqsirləndirilən şəxs zəng edib harda olduğunu soruşmuş, Zamiq işdə olduğunu dediyindən onun iş yerinə getmiş və istədiyi 1500 (bir min beş yüz) manat pulu ona vermişdir. Qızı Səkinə xx.xx.2023-ci ildən Zamiqin yanında koordintor kimi işə çıxmış və 4 ay müddətinə onun yanında işləmişdir. 4 ay işləməsinə baxmayaraq Səkininən əmri olmamış və o, əmək haqqı almamışdır. Bundan sonra Zamiqin onu aldatdığını başa düşüb ondan pulunu geri istəmişdir. Ondan pulunu israrla istədiyi üçün Zamiq Səkinənin kart hesabına əvvəlcə 1000 (bir min) manat və sonra yenə 1000 (bir min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pul göndərmişdir. Son vaxtlarda qalan 1500 (bir min beş yüz) manat pulunu dəfələrlə istəməyinə baxmayaraq Zamiq onun pulunu hər dəfə müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırmışdır. Buna görə də məcbur qalıb Polis Şöbəsinə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon ərazisində fəaliyyət göstərən mediator kimi tanıyır. Belə ki, bacısı X13 2022-ci ildə Zərdab rayon Məhkəməsində boşananda mediator olaraq Təqsirləndirilən şəxs yanına getmişlər. Özü Gəncədə xarici dil ixtisası üzrə ali təhsil almışdır. Zamiq evlərinə gələndə atası onun ali təhsilli olduğunu bildirmişdir. Aralarında olan söhbət əsnasında Zamiqə onların hər ikisinə də iş axtardığını demişdir. 15 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs atasının istifadəsində olan mobil telefona zəng edərək onu öz yanında koordinator vəzifəsinə işə götürəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Zamiq onların evinə gəlmişdir. Evdə olan zaman bildirmişdir ki, Zərdab rayonu Mediasiya qrumu təşkilat olacaq və onu da Layihə koordinatoru kimi işə qəbul etdirəcək. Bu işin xərcini, ona verəcəkləri pulu soruşanda bu işə görə 3500 (üç min beş yüz) manat pul lazım olduğunu, pulun bir hissəsinin təcili çatdırılmalı olduğunu demişdir. Atası həmin vaxt elə yaşadıqları evdə ona 2000 (iki min) manat pul vermişdir. 25 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs yenidən atasının istifadəsində olan mobil nömrəyə zəng edərək pulun qalan hissəsinin təcili yuxarıya çatmalı olduğunu demişdir. Atası da Zərdab şəhərinə gələrək “Kapital Bank”-ın Zərdab rayon filialından 3346 manat kredit pul götürmüşdür. Kredit götürəndən sonra Təqsirləndirilən şəxs zəng edib onun iş yerinə getmiş və istədiyi 1500 (bir min beş yüz) manat pulu ona vermişdir. xx.xx.2023-ci ildən Zamiqin yanında koordintor kimi işə çıxmış və 4 ay müddətinə onun yanında işləmişdir. 4 ay işləməyinə baxmayaraq işə qəbulla bağlı əmri olmamış və əmək haqqı almamışdır. Bundan sonra Zamiqin onları aldatdığını başa düşmüş və atası ondan pulu geri istəmişdir. Zamiq onun kart hesabına əvvəlcə 1000 (bir min) manat və sonra yenə 1000 (bir min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pul göndərmişdir. Sonrakı vaxtlarda qalan 1500 (bir min beş yüz) manat pulu dəfələrlə istəməklərinə baxmayaraq Zamiq onların pulunu hər dəfə müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Şəftəhal kəndində qeydiyyatda olsa da hal-hazırda Zərdab rayonu, 21 saylı qəsəbədə ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayıb. O, Zərdab rayonunda mediator kimi fəaliyyətə başlayanda o, da Zamiqlə birlikdə işləməyə başlamışdır. 2021-ci ilin iyul ayından 2023-cü ilin may ayına qədər onunla birlikdə işləmiş, işlədiyi müddətdə onun yanına çox vətəndaş gəlib-getmişdir. Hətda Təqsirləndirilən şəxs özü orada olmayanda bəzi vətəndaşlar dövlət rüsumu ödənişlərini ona vermiş, Təqsirləndirilən şəxs gələndə həmin pulları ona çatdırmışdır. Məsələn Zərərçəkmiş şəxs4 iki dəfə ona 50 manat, 50 manat olmaqla ümumilikdə 100 manat vermiş, o, da Təqsirləndirilən şəxs gələndə ona vermişdir. Zamiqin vətəndaşlara qarşı dələduzluq etməsini özü işdən çıxandan sonra, vətəndaşlar ofisə gəlib onunla maraqlananda bilmişdir. Onun bu barədə məlumatı olmayıb. Bu işdən heç bir qazancı və xeyri olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay şərti sınaq müddətilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Zərdab RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi ilə xitam verilmişdir. Həmçinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin icratında olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə Şirvan rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatındadır. Həmçinin həmin tələbnamədən görünür ki, Ağcabədi RPŞ-nin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi vardır. Cinayət işində olan Zərdab rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-ci il tarixli, 18-1-79/2-97/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərdab RMX-nin poliklinikasının narkoloji pisixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Zərdab şəhəri, Azərbaycan küçəsi 11 saylı yaşayış evinin 15-ci mənzilində qeydiyyatdadır. Cinayət işində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(017)- 36/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-15/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün CM-nin 73-1.1-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan X20 Heyətinin sədri Nadir Adilov tərəfindən məhkəməyə ünvanlanmış 04 sentyabr 2024-cü il tarixli, X/O 094 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdən 11 may 2023-cü il tarixədək Mediasiya Şurasının üzvü olmuş, üzv olduğu müddət ərzində fəaliyyətində ciddi nöqsanlara yol vermiş, X15 Heyətinin 11 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Mediasiya Şurasının üzvlüyündən çıxarılaraq Mediasiya reyestrindən xaric edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlardan görünür ki, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatma yolu ilə arvadı X12 ilə boşanarkən uşaqlarından birinin onda qalmasına köməklik göstərəcəyinə inandırmaqla Zərdab rayon Mediasiya Təşkilatının ofisində onun 1000 manat pulunu dələduzluq yolu ilə 2022-ci ilin fevral ayının əvvəllərində ələ keçirmişdir. Bundan başqa o, təkrarən etibarından sui-istifadə edib aldatma yolu ilə Şahid2 Zərdab rayon Mediasiya Təşkilatında kordinator vəzifəsində işə götürəcəyinə deyib Zərərçəkmiş şəxs1 inandırmaqla Zərərçəkmiş şəxs1 Zərdab rayonu, Alıcanlı kəndində yerləşən fərdi yaşayış evində vahid niyyətlə 2000 manat pulunu dələduzluq yolu ilə 15 may 2022-ci il tarixdə, Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən Zərdab rayon Mediasiya Təşkilatının ofisində 1500 manat pulunu dələduzluq yolu ilə 25 may 2022-ci il tarixdə, cəmi 3500 manat pulunu ələ keçirmişdir. Bundan başqa təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 sonuncunun oğlu X4 2017-ci ildə boşanmış gəlini X3 ona məxsus evdən qeydiyyatının ləğv olunmasına və gəlininə aid cehizlərin evdən çıxarılmasına köməklik göstərəcəyinə inandırmaqla Zərdab şəhəri, R.Kərimov küçəsində yerləşən Zərdab rayon Mediasiya Təşkilatının ofisində onun 1400 manat pulunu dələduzluq yolu ilə 21 dekabr 2022-ci il tarixdə ələ keçirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin 1-ci epizodunu 2022-ci ilin fevral ayının əvvəllərində, 3-cü epizodunu 15 may 2022-ci il və 25 may 2022-ci il tarixdə, 4-cü epizodunu isə 21 dekabr 2022-ci il tarixlərdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1-ci, 3-cü və 4-cü epizodlar üzrə törətdiyi cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlərdir və cinayətlərin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs 1-ci, 3-cü və 4-cü epizodlar üzrə törətdiyi cinayətlərə görə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı həmin hissələrdə cinayət təqibinə xitam verilməlidir və cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərdab şəhər sakini Zərərçəkmiş şəxs3 Ukrayna Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsində təhsil almasına dair diplomunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmasında köməklik göstərəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib 2022-ci ilin aprel ayında Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən “Ala qapı” adlanan kafedə xeyli miqdarda, yəni 7000 manat pulunu etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etməsi ilə bağlı ona verilmiş ittihamın 2-ci epizodundan təkrarlıq əlaməti xaric edilməli və cinayət təqibi CM-in 178.2.4-cü maddəsi ilə davam etdirilməlidir və təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Həmin məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə yol verilmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarında Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməlin təkrarlıq yaratmadığı bildirilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsini və CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın 1-ci, 3-cü və 4-cü epizodları üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin hissələrdə cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamın 2-ci epizodundan təkrarlıq əlaməti xaric edilsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə istinad edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-3/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-3/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver