Məhkəmə qərarları › İş №1(035)-30/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-30/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-30/2024 05.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəx Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1950-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əzizov X3 rayonu, Çallı kəndinin ərazisində Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış və bələdiyyə ilə bağladığı icarə müqavilələri əsasında 186 hektar torpaq sahəsinə sahib olmaqla yaxınlıqda yerləşən Zərdab rayonu, Çallı kəndi ərazisində olub Zərdab rayonu, Çallı kənd bələdiyyəsinin mülkiyyətində olmaqla 727227.48, 4462737.16; 727276.05, 4463102.84; 727382.39, 4463057.76; 727353.65, 4462727.68 nömrəli koordinatlarda yerləşən və kənd təsərrüfat təyinatlı örüş yeri olan 4.21 hektar ölçüdə torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən 2023-cü ilin sentyabr ayında taxıl və pambıq məhsulları becərməsindən ötrü qanunsuz şumlama işləri aparmaqla becərərək torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tərəfindən heç bir torpaq sahəsi özbaşına tutulmamışdır. Bələdiyyə torpaqlarının idarə olunması haqqında qanunun 16-cı maddəsinə görə bələdiyyə torpaqlarında zəbt olmur. Onun icarəsində olan 50 hektar torpaq sahəsinin olduğunu, bələdiyyə torpaqlarının idarə olunması haqqında qanunun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə olunan torpaq sahələrinin icarəyə, istifadəyə və mülkiyyətə verilən ölçüdən artıq torpaq sahələrinə deyildiyini bildirmişdir. Həmçinin, qeyri-qanuni istifadə edilən torpaq sahələrinin mövcud mülki qanunvericiliyə əsasən dərhal geri qayatılmalı olduğunu, onun tərəfindən heç bir torpaq sahəsinin qeyri-qanuni tutulmadığını və istifadə olunmadığını, qeyri-qanuni istifadə olunan torpaq sahələrinin geri qaytarılması mümkün olmadıqda həmin şəxsin adına sənədləşdirilməli olduğunu bildirmişdir. Onun tərəfindən heç bir qeyri-qanuni bələdiyyə torpağından isitfadə olunmadığını və Ucar 10 saylı ərazi idarəsinin əməkdaşlarının tərtib etdiyi aktın heç bir hüquqi gücünün olmadığını bildirmişdir. Torpağa baxış keçirilərkən müəyyən edilmiş 4.21 hektar ölçüdə olan torpaq sahəsi onun icarəsində olan torpaq sahəsindən kənarda olmuşdur. Ona görə də torpaq sahəsinə baxış əsassız olaraq aparılmışdır. Hal-hazırda 50 hektar torpaq sahəsinin çıxarışının alınması ilə bağlı Şəki İnzibati məhkəməsinin qərarı olduğunu bildirmişdir. Ona görə də ona ittiham olunan əmələ görə özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs olan Çallı kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Zərdab rayonu Çallı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir və Çallı kəndində yaşayır. Təqsirləndirilən şəxs uzun müddət Çallı kəndində və Zərdab rayonunda məsul vəzifələrdə çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərdab rayonu İcra Hakimiyyətinin Başçısının müavini və Çallı kənd bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. Təqsirləndirilən şəxs Zərdab rayonu Çallı kəndi ərazisində təqribən 186 hektara yaxın torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs həmin torpaq sahələrində həm özü əkin işləri görmüş, həm də başqa şəxslərə əkməsi üçün icarəyə vermişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan 186 hektar torpaq sahəsi ilə kifayətlənməyərək, Çallı kənd bələdiyyəsinə məxsus olan və özünə məxsus olmayan torpaq sahələrində də şumlama və əkin işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs məxsus olan və qeyd etdiyi 186 hektar torpaq sahəsinə daxil olan 50 hektar torpaq sahəsinin qonşuluğunda yerləşən və əvvəllər Zərdab rayonu, Çallı kənd sakini İlqar Bünyatova məxsus olan 4.21 hektar ölçüdə torpaq sahəsində şumlama və əkin işləri aparmışdır. Həmin torpaq sahəsi İlqar Bünyatova məxsus olmuş, daha sonra kənd bələdiyyəsi ilə müqaviləsi başa çatdığından həmin torpaq sahəsi kənd sakinləri üçün örüş yeri olaraq ayrılmışdır. Ancaq Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin İlqar Bünyatov tərəfindən təhvil verildiyini görərək həmin sahəni özbaşına becərmiş və əkmişdir. Təqsirləndirilən şəxs həmin sahədə son 2 ildir şumlama işləri apararaq arpa əkmiş və məhsul götürmüşdür. Nəhayət 2023-cü ildə yenidən həmin torpaq sahəsini şumlamaq və arpa əkmək istəyərkən onun bu əməli kənd sakinləri və həmçinin hüquq-mühafizə orqanları tərəfindən dayandırılmışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini zəbt edərək orada şumlama işləri aparmış, həmçinin örüş yerini zəbt edərək kənd sakinləri üçün çətinlik yaratmışdır. Düzdür, qeyd olunan torpaq sahəsinin qonşuluğunda Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsini olsa da, Əyyub özbaşına olaraq qonşuluqda olan, əvvəllər İlqar Bünyatovun istifadəsində olmuş 4.21 hektar ölçüdə olan torpaq sahəsini zəbt etmiş və qeyd olunan ərazinin zəbt olunması Əmlak Məsələləri yanında Dövlət Xidmətinin əməkdaşları və onun tərəfindən keçirilmiş baxış nəticəsində öz təsdiqini tapmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahişedir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Çallı kəndində yaşayır. Təqsirləndirilən şəxsla düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs uzun müddət Çallı kəndində və Zərdab rayonunda məsul vəzifələrdə çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərdab rayonu İcra Hakimiyyətinin Başçısının müavini və Çallı kənd bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. Təqsirləndirilən şəxs Zərdab rayonu Çallı kəndi ərazisində təqribən 186 hektara yaxın torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs həmin torpaq sahələrində həm özü əkin işləri görmüş, həm də başqa şəxslərə əkməsi üçün icarəyə vermişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan 186 hektar torpaq sahəsi ilə kifayətlənməyərək, Çallı kənd bələdiyyəsinə məxsus olan və özünə məxsus olmayan torpaq sahələrində də şumlama və əkin işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs məxsus olan və qeyd etdiyi 186 hektar torpaq sahəsinə daxil olan 50 hektar torpaq sahəsinin qonşuluğunda yerləşən və əvvəllər Zərdab rayonu, Çallı kənd sakini İlqar Bünyatova məxsus olan 4.21 hektar ölçüdə torpaq sahəsində şumlama və əkin işləri aparmışdır. Həmin torpaq sahəsi İlqar Bünyatova məxsus olmuş, daha sonra kənd bələdiyyəsi ilə müqaviləsi başa çatdığından həmin torpaq sahəsi kənd sakinləri üçün örüş yeri olaraq ayrılmışdır. Ancaq Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin İlqar Bünyatov tərəfindən təhvil verildiyini görərək həmin sahəni özbaşına becərmiş və əkmişdir. Təqsirləndirilən şəxs həmin sahədə son 2 ildir şumlama işləri apararaq arpa əkmiş və məhsul götürmüşdür. Nəhayət 2023-cü ildə yenidən həmin torpaq sahəsini şumlamaq və arpa əkmək istəyərkən onun bu əməli kənd sakinləri və həmçinin hüquq-mühafizə orqanları tərəfindən dayandırılmışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini zəbt edərək orada şumlama işləri aparmış, həmçinin örüş yerini zəbt edərək kənd sakinləri üçün çətinlik yaratdığından bu barədə kənd sakinləri ilə bilikdə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, Şahid2 və Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin məsləhətçiləri X5 və X2 və Zərdab rayonu Çallı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakı ilə Zərdab rayonu Çallı bələdiyyəsi ərazisində tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin ərazisində monitoring keçirilmiş və monitoring keçirilən zaman Zərdab rayonu Çallı kənd sakini Təqsirləndirilən şəxs Çallı bələdiyyəsinin mülkiyyətində olmaqla 727227.48, 4462737.16, 727276.05, 4463102.84, 727382.39, 4463057.76, 727353.65, 4462727.68 nömrəli koordinatlartda yerləşən DVJ və TEKUİS baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarında 4,21 hektar ərazidə heç bir hüquqmüəyyənedici sənəd olmadan şumlama işləri aparılmış, həmçinin sözügedən torpaq sahəsinin qeyri qanuni istifadəsi ilə bağlı dəfələrlə bələdiyyə tərəfindən zəbtolma haqqında akt tərtib olunaraq aidiyyatı üzrə göndərilmiş, son olaraq xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq şumlanması və əkilməsi faktı aşkar edilmiş, akt tərtib olunaraq DİN-ə göndərilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarında olan “torpaq sahəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 03 noyabr 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin, kənd icra nümayəndəsinin birgə iştirakları ilə torpaq sahəsinə baxış keçirilərək GPS qurğusu ilə ölçmələr aparılmış, Təqsirləndirilən şəxs özünə məxsus ərazinin yaxınlığında yerləşən, Çallı bələdiyyəsinin mülkiyyətində olan 4.21 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədi olmadan özbaşına becərmə işləri aparması müəyyən edilmişdir. İş materiallarında olan ortofotoxəritələrindən görünür ki, Təqsirləndirilən şəxs zəbt edərək şumladığı 4,21 ha torpaq səhəsi Təqsirləndirilən şəxs və onun qohumlarının icarəsində olan torpaq sahəsinin tərkibində deyil, kənarında yerləşir. İş materiallarında olan 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Zərdab rayonunun çallı kəndində yerləşən 50 ha topaq sahəsi 50 il müddətinə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-4/2024 saylı qərarının surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayonu Çallı bələdiyyəsinin 04 avqust 2000-ci il tarixli, 08 saylı qərarına və Çallı bələdiyyəsi ilə bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37.88 ha torpaq sahəsi üzərində Təqsirləndirilən şəxs icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Cinayət işində olan 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əzizov X3 Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay dövlət və yerli özünüidarə etmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 600 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə ünvanlanmış 05 sentyabr 2024-cü il tarixli, 14/15 saylı məktubdan görünür ki, Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli, 1(035)-39/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay dövlət və yerli özünüidarə etmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 600 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarına əsasən xx.xx.2016-cı il tarixdə əsas və əlavə cəzadan azad edilmişdir. İş materiallarına olan zərərçəkmiş şəxsin nümayəndəsi Çallı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə cinayət törətməkdə təqsirlidir və CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylıqərarında göstərilir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxslər barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının birinci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəza təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunununvəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CMnin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, qərarlarvə presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəza da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra vəməhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəzaların olduğunu, azadlıqdan məhrum edilmədən islaholunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 188.3-cümaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Zərdab rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Zərdab rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar