Məhkəmə qərarları › İş №1(035)-30/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-30/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-30/2025 30.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X12 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittihamçı X4 və onun nümayəndəsi vəkil Müdafiəçi Təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx.xx.1982-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Zərdab rayon Məmmədqasımlı kənd tam orta məktəbində katibə işləyən, məhkumluğu olmayan, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 30 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, əmisinin keçmiş həyat yoldaşı hazırda Məmmədqasımlı kəndində yaşayan Zərdab Rayonu Məmmədqasımlı kənd tam orta məktəbində katibə işləyən X10 2025-ci ilin may ayından etibarən Zərdab rayonunun Məmmədqasımlı kənd tam orta məktəbinin müəllimələrinin Whatsapp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda yalan olduğunu bilə-bilə qəsdən onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış, ona böhtan atmışdır. Belə ki, X10 öz audio və mətn yazılarında göstərir ki, (Mətn yazılarında sözlər olduğu kimi, orfoqrafik səhvlərlə yazılmışdır) “Salam qurubda starənin yaxmı eşitsin getsin stariya desin ki gülnar deyir ki Şahmar qızın kişi üsdündə tutdu çıxardı evdən basdarin kola soxmağa deyil ayıblarını kor olsun mənim uşağımın üsdünə şər atır ki pul götürüb Ömər nömrəsin bilmirəm qəhbənin..İndi gəlib almazın xarabasina gizlənməyə deyil..qəhbə nəvəsinin başın tutur almaz..Mənim uşağımın üsdünə şər atır hej nə demirəm Sitara qəhbənin iki qızı özü kimi olaçağ visi marka..Getsinlər mənə ilisməsinər..Ömərin dərdi balası iki qızının ürəyinə..Mənim uşaqlarımın adm çəkməsin qəhbə..Kişidən doymuyan aygira qaçan qəhbə..Yaxşıdı vallah nənə nəvəsinin başın tutur utansınlar olsunər..Ayıblaı*ina kor olsun..Mənim uşağıma ilisməsinər..Allaha tafsirmisam starənidə balalarımda ömərin ağılı sitarənin çal saqalinda yoxdu..Qəhbə mənə ilisməsin ayına kor olsun ki aləm danışır nə cür olduğun..And ola allaha deyirəm ki mənim uşaqlarıma ilişən peşman olur mənə ilişdi dədəsi allaha canım qurban çox getmədi qəhbə qızı biri qarında biri qucağında bic verərdin getirdi xarabasina dədəsinin..İndi də qəhbelik edir uşağ saxlıyır deyir Ömər pulumu götürüb neynir Ömər sənin pulunu sən qəhbelik edib qazanmisan narahat olma..” və s. Gülnar Azayeva həmin WhatsApp qrupuna atdığı Səs yazılarında da ona qarşı böhtan ataraq onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Bundan başqa X10 yenə həmin Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda onun barəsində “qəhbə Starə” “Kişidən doymuyan aygira qaçan qəhbə” və s. təhqir dolu sözlər, səslər yayaraq onu təhqir etmişdir. Gülnar Azayevamn onun haqqında: “qəhbə Starə”, “hamı bilir ki, Şahmar qəhbəliyinin üstündə çıxardı Starəni evdən”, “Starə o pulu qəhbəliknən qazanıb”, “Starə qəhbəlik elədi, atası qapıdan çıxartdı”, “Starə qəhbədi” və s. bu və ya başqa təhqiredici və böhtan dolu ifadələri işlədir. X10 yuxarıda göstərilən əməlləri ona qarşı qəsdən törədərək “Şahmar qızın kişi üsdündə tutdu çıxardı evdən”, “qəhbelik edir uşağ saxlıyır”, “sən qəhbelik edib qazanmisan”, “hamı bilir ki, Şahmar qəhbəliyinin üstündə çıxardı Starəni evdən”, “Starə o pulu qəhbəliknən qazanıb”, “Starə qəhbəlik elədi, atası qapıdan çıxartdı” ifadələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və “Kişidən doymuyan aygira qaçan qəhbə”, “qəhbə Starə”, “Starə qəhbədi” ifadələri ilə 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələrilə məsuliyyətə səbəb olan cinayətləri törətmişdir. Gülnar Azayevanın ona qarşı törətmiş olduğu cinayət əməlləri şikayətə əlavə edilmiş, və sübut kimi qiymətləndirilən disklə və həmçinin Zərdab rayonunun Məmmədqasımlı kənd tam orta məktəbinin müəllimələrinin Whatsapp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupundan götürülmüş audio və mətn yazıları ilə sübut olunur. Barəsində işlənən təhqiredici sözlərin şokunu və stresini yaşayır. Hadisənin mənfi təsiri nəinki onda, hətta ailə üzvlərində də özünü göstərməkdədir. Həyat tərzi dözülməz dərəcədə pisləşmişdir. Gülnar Azayeva ilə barışmamış, onu bağışlamamışdır. Bütün bunları nəzərə alaraq X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, X9 onun sabiq ərinin qardaşı qızıdır. Azyaşlı oğlu Ömər nənəsigildə, yəni Starəgildə olarkən Starə onun üstünə şər ataraq guya Ömərin onun 20 manatını oğurladığını demişdir. Bundan başqa Starə dəfələrlə azyaşlı Ömərə “anan aliment alır yad kişilərə xərcləyir” ifadələrini işlətmişdir. Starənin bu sözlərindən hirslənmiş, onun nömrəsini tapmadığından Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda Starə barəsində həmin sözləri yazmışdır. WhatsApp sosial şəbəkəsində Starə barəsində yazılanları inkar etmir, özü yazmışdır. Lakin hesab edir ki, bunu Starənin onun və azyaşlı oğlunun ünvanına söylədiyi nalayiq sözlərə qarışılıq olaraq yazdığı üçün məsuliyyət daşımır. Ona görə də göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununda göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də xüsusi ittihamçının ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, X2 rayonu Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda onun barəsində təhqiredici və böhtan dolu ifadələri işlədərək ona böhtan atmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X10 əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X10 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X8 Aran Regional Təhsil İdarəsi tərəfindən Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbinə katibə vəzifəsinə işə götürülmüş və aylıq əmək haqqı 433 manat təşkil edir. Beləliklə, təqsirləndirilən şəxs X10 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş fotoşəkillər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs X5 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, fotoşəkillər və digər iş materialları ilə X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X4 barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X5 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 rayonu Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda xüsusi ittihamçı barəsində təhqiredici və böhtan dolu ifadələri işlədərək sonuncuya böhtan atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda yazdığı “qəhbə Starə” “Kişidən doymuyan aygira qaçan qəhbə”, “qəhbə Starə”, “hamı bilir ki, Şahmar qəhbəliyinin üstündə çıxardı Starəni evdən”, “Starə o pulu qəhbəliknən qazanıb”, “Starə qəhbəlik elədi, atası qapıdan çıxartdı”, “Starə qəhbədi” və s. sözləri aid olduğu şəxsin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən xarakterli sözlərdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyası Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının tövsiyyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. «X3» Haqqında Azərbaycan Respublikası Qanunun 10- cu maddəsinə görə «rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X3ndə istifadə olunmasına yol verilmir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir. Baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Yəni, təqsirləndirilən şəxs X5 Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbin müəllimlərinin WhatsApp sosial şəbəkəsində yaratdığı “Bizim xanımlar” qrupunda xüsusi ittihamçı barəsində yazdığı sözlər sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymaq xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X10 böhtan xarakterli yalan məlumatlar yaymaqla onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı barəsində böhtan və təhqir xarakterli həmin sözlər kütləvi şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs X10 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən WhatsApp sosial şəbəkəsində kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında böhtan xarakterli yalan məlumatlar yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri internet informasiya ehtiyatı hesab edilən WhatsApp sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda paylaşım edən zamanı qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi şəkildə yaymışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan əməlin törədilməsində təqsirini boynuna almasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148- ci maddələrində nəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayət hadisələrinin baş verməsi faktı özü-özlüyündə mübahisə doğurmamaqla yanaşı, həmin əməllərin məhz X10 tərəfindən törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən internet informasiya ehtiyatından götürülmüş məlumatlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da, məhkəmə təqsirləndirilən şəxs X10 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «X3 haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, X3dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə X3ndən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X6 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alır və belə hesab edir ki, X7 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X6 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla, 06 (altı) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla, 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq X6 qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmün icrası X5 yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar