Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-31/2023 20.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlu və onun nümayəndəsi və vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlunun iştirakı ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayon Suvarma Sistemləri idarəsində maşinist-yağlayıcı işləyən, Zərdab rayonunun Nəzəralı kəndində qeydiyyatda olan və yaşayan Əhmədov Calal Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 20 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Əhmədov Calal Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlu xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu onun kürəkənidir, 2022-ci ilin fevral ayından etibarən ona və ailə üzvülərinə qarşı aqressiya nümayiş etdirməyə başlamışdır. Belə ki, Calal Əhmədov aylardır ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ifadələr yaymaqla təhqir edir. Calal Əhmədov ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 26 aprel 2023-cü il tarixdə “Bu şərəfsiz həmayənin vahidin lamiyənin niyaməddinin şərəfsizliyini bütün ölkəyə göstərdi” sözlərini yazaraq həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Əhmədov Calal Qüdrət oğlu həmin yazılarında onu təhqir edib, yəni internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb. Bundan əlavə Əhmədov Calal Qüdrət oğlu, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 29 aprel 2023-cü il tarixdə onun barəsində “3 ildi pərvanlı kəndindən olan fahişə niyaməddinlə fahişə lamiyəyə görə kredit ödəyirəm, Zərdab rayon su 21 qəsəbəsində fahişəlik edən fahişə vahidlə fahişə həmayəyə görə də ödəyəcəm” sözlərini yazıb. Bundan başqa sosial şəbəkənin özünə aid səhifəsində 02 may 2023-cü il tarixdə onun barəsində “Allahda bəndədə, olubdu şahid, Oğraş niyaməddin ay it oğlu it, Fahişə həmayə lamiyə vahid, birləşib vurdular ziyan qocaldım” sözlərini yazıb. Daha sonra, o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 06 may 2023-cü il tarixdə onun barəsində “Oğraşlar yamanca gəldilər kələk, vahidlə həmayə cındır dümbələk” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Daha sonra, o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 09 may 2023-cü il tarixdə onun barəsində “Camahat maaşını alıb öz dərdinə xərcləyir, mənimdə maaşım şərəfsiz, fahişə niyaməddinlə fahişə lamiyəyə fahişə vahidlə fahişə həmayəyə alimentə gedir. fahişə vahidlə fahişə lamiyənin şəklini tapmıram tapsam onlarıda yapışdıracam bunların yanına” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Bundan başqa Calal Əhmədov ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 14 may 2023-cü il tarixdə onun barəsində “Fahişə vahid Fahişə lamiyə Fahişə niyaməddin "siz"dən haqqımı alana qədər sizin fahişəliyinizi hər səhər hər axşam bütün sosial şəbəkələrdə paylaşacam sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Həmçinin həmin səhifədə “vahid niyaməddin çurbanlıq edir, özlərini pula qurbanlıq edir, həmayə lamiyə kefdə dolanır.” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Rayonumuzun əhalisi arasında, qohumlarım, dost və tanışlarım arasında nüfuzum və hörmətim vardır. Əhmədov Calal Qüdrət oğlunun sosial şəbəkədəki qeyd olunan yazıları, yazılar ətrafında açdığı müzakirələr, mənə qarşı həmin hərəkətləri davam etdirəcəyini bildirməsi şərəf və ləyaqətimi ləkələyən məlumatları qəsdən yaydığını, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığını təsdiq edir. Əhmədov Calal Qüdrət oğlunun yuxarıda göstərilən cinayət əməli ``Facebook`` sosial şəbəkəsində ona məxsus olan hamı üçün açıq səhifədən götürülmüş yazılı sübutlarla təsdiq edilir. Barəsində işlənən təhqiredici sözlərin şokunu və stresini yaşayır. Hadisənin mənfi təsiri nəinki onda, hətta ailə üzvlərində də özünü göstərməkdədir. Artıq səhətində ciddi problemlər yaranmağa başlamışdır. Həyat tərzi dözülməz dərəcədə pisləşmişdir. Calal Əhmədovla baışmamış, onu bağışlamamışdır. Bütün bunları nəzərə alaraq Əhmədov Calal Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş edir. X8 Qüdrət oğluna qarşı “şərəf və ləyaqətə vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” mülki iddia vermişdir. İddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əhmədov Calal Qüdrət oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlu onun sabiq qaynatasıdır. Vahid Cəbrayılov, kürəkəni Niyaməddin Məmmədov, qızı Lamiyə Məmmədova xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə onun barəsində Zərdab rayon Polis Şöbəsinə şər, böhtan xarakterli ərizə ilə müraciət edərək, guya onun Vahidin nəvəsi, Niyaməddinlə Lamiyənin isə qızı olan Mələyi öldürməklə hədələməsi barədə məlumat verərək, barəsində tədbir görülməsini istəmişlər. Bununla əlaqədar Polis Şöbəsində araşdırma aparılmış, barəsində şər və böhtan xarakterli ərizə və məlumat öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Vahid Cəbrayılov bu hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltmış, illərlə qazandığı ad-sanına və nüfuzuna xələl gətirmişdir. Bu səbəbdən onun barəsində sosial şəbəkələrdə yazılar yazır. Hazırki, “facebook” sosial şəbəkəsində yazdıqlarını etiraf edir. “facebook” sosial şəbəkəsində yazdıqlarını Vahid Cəbrayılovun ona qarşı etdiyi haqsızlıqlara cavab olaraq yazmışdır. Ona görə də hesab edir ki, Vahid Mustafayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti və iddia ərizəsi əsassızdır. Ona görə də məhkəmədən ona bəraət verilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlunun nümayəndəsi Müdafiəçi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu xüsusi ittihamçının kürəkənidir, 2022-ci ilin fevral ayından etibarən xüsusi ittihamçıya və onun ailə üzvülərinə qarşı aqressiya nümayiş etdirməyə başlamışdır. Belə ki, təqsirləndirilən şəxs Calal Əhmədov aylardır ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində Vahid Cəbrayılovun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ifadələr yayıb, ``Facebook`` sosial şəbəkəsinin digər iştirakçıları ilə şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmağa yönələn müzakirələr təşkil edib. Belə ki, həmin səhifədən iddiaçının “screenshot” yolu ilə götürülmüş və hazırkı xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş yazılı sübutlardan göründüyü kimi təqsirləndirilən şəxs ``Facebook`` sosial şəbəkəsində özünə məxsus olan səhifəsində 26 aprel 2023-cü il tarixdə “şərəfsiz həmayənin vahidin lamiyənin niyaməddinin şərəfsizliyini bütün ölkəyə göstərdi” sözlərini yazaraq həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Əhmədov Calal Qüdrət oğlu həmin yazılarında Vahid Cəbrayılovu təhqir edib, yəni internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaldıb. Bundan əlavə Əhmədov Calal Qüdrət oğlu, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 29 aprel 2023-cü il tarixdə xüsusi ittihamçı Vahid Cəbrayılov barəsində “3 ildi pərvanlı kəndindən olan fahişə niyaməddinlə fahişə lamiyəyə görə kredit ödəyirəm, indi də Zərdab rayon su 21 qəsəbəsində fahişəlik edən fahişə vahidlə fahişə həmayəyə görə ödəyəcəm” sözlərini yazıb. Bundan başqa sosial şəbəkənin özünə aid səhifəsində 02 may 2023-cü il tarixdə xüsusi ittihamçı barəsində “Allahda bəndədə, olubdu şahid, Oğraş niyaməddin ay it oğlu it, Fahişə həmayə lamiyə vahid, Birləşib vurdular ziyan qocaldım” sözlərini yazıb. Daha sonra, o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 06 may 2023-cü il tarixdə xüsusi ittihamçı Vahid Cəbrayılov barəsində “Oğraşlar yamanca gəldilər kələk, vahidlə həmayə cındır dümbələk” sözləri yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Daha sonra, o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 09 may 2023-cü il tarixdə xüsusi ittihamçı barəsində “Camahat maaşını alıb öz dərdinə xərcləyir,mənimdə maaşım şərəfsiz və fahişə vahidlə fahişə həmayəyə alimentə gedir. fahişə vahidlə fahişə lamiyənin şəklini tapmıram tapsam onlarıda yapışdıracam bunların yanına” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Bundan başqa Calal Əhmədov ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 14 may 2023-cü il tarixdə xüsusi ittihamçı barəsində “Fahişə vahid Fahişə lamiyə Fahişə niyaməddin "siz"dən haqqımı alana qədər sizin fahişəliyinizi hər səhər hər axşam bütün sosial şəbəkələrdə paylaşacam sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Həmçinin həmin səhifədə “vahid niyaməddin çurbanlıq edir, özlərini pula qurbanlıq edir, həmayə lamiyə kefdə dolanır” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxs əməlini etiraf edərək əməlindən peşmançılıq hissi keçirmədiyini və gələcəkdə də bu hərəkətlərini davam etdirəcəyini təkidlə bildirmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə xüsusi ittihamçıya mənəvi zərər vurmuşdur. Ona görə də xüsusi ittihamçı “şərəf və ləyaqətə vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” mülki iddia vermişdir. İddianı müdafiə edir və təmin edilməsini və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, Zərdab rayon X7 Qrupunda müstəntiq işləyir. Xüsusi ittihamçı və təqsirləndirilən şəxsi rayon sakinləri kimi tanıyır. Əvvəllər təhqiqatçı işləyərkən icraatında həmin şəxslər barəsində araşdırma materialı olmuşdur. Belə ki, Cəbrayılov X4 Əhmədov barəsində Zərdab rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Zərdab rayon Polis Şöbəsinin TQ-nın icraatında xx.xx.2022-ci il tarixli, HK-1/135 saylı və xx.xx.2022-ci il tarixli, HK-1/142 saylı araşdırma materialları olmuş və həmin materiallar üzrə onun tərəfindən 05 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Əhmədov Calal Qüdrət oğlu və Cəbrayılov Vahid Mustafa oğlunun sosial şəbəkələrdə bir birlərini təhqir etmələri barədə məlumatı yoxdur. İş materiallarında olan “facebook” sosial şəbəkəsindəki paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu ``Facebook`` sosial şəbəkəsində özünə məxsus olan səhifəsində təhqiredici ifadələrlə xüsusi ittihamçı Cəbrayılov Vahid Mustafa oğlunu təhqir etmişdir. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu onun barəsində olan xüsusi ittiham qaydasında şikayətə Zərdab rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. İş materiallarından görünür ki, Əhmədov Calal Qüdrət oğlunun etiraz ərizəsi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilimişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-290/2023 saylı qərarından görünür ki, Xüsusi ittiham qaydasında şikayət üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əhmədov Calal Qüdrət oğlunun Zərdab Rayon Məhkəməsinə verdiyi etiraz ərizəsi təmin edilməmiş və xüsusi ittiham qaydasında şikayət iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilən “facebook” sosial şəbəkəsindəki paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərində olan mətnləri təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu özü yazdığını etiraf etmişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət və inzibati xəta hadisəsinin olmaması müəyyən olunduğu üçün cinayət işinin başlanması, inzibati icraatın açılması rədd edilmiş və Əhmədov Calal Qüdrət oğlu və X2 aralarında olan borc məsələsi ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərin baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin, CM-nin ...148-ci maddəsinin mənasına görə şəxs ...təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir ...xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Beləliklə, məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsinin və təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Əhmədov Calal Qüdrət oğlu tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə Əhmədov Calal Qüdrət oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə töfsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq ona ictimai işlər cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Xüsusi ittihamçıya yenidən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Əhmədov Calal Qüdrət oğlu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 280 (iki yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Əhmədov Calal Qüdrət oğlu cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun cəzasını çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Xüsusi ittihamçıya yenidən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Əhmədov Calal Qüdrət oğlunun yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-31/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-31/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver