Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-32/2023 30.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Xüsusi ittihamçı X1 Təqsirləndirilən şəxs xxx iştirakı ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayon Suvarma Sistemləri idarəsində maşinist-yağlayıcı işləyən, Zərdab rayonunun Nəzəralı kəndində qeydiyyatda olan və yaşayan Əhmədov Calal Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 30 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xxx oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs xxx oğlu aylardır ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan ifadələr yayıb, ``Facebook`` sosial şəbəkəsinin digər iştirakçıları ilə şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmağa yönələn müzakirələr təşkil edib. Belə ki, həmin səhifədən “screenshot” yolu ilə götürülmüş və hazırkı xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş yazılı sübutlardan göründüyü kimi təqsirləndirilən şəxs ``Facebook`` sosial şəbəkəsində özünə məxsus olan səhifəsində 26 aprel 2023-cü il tarixdə onun barəsində “Bu şərəfsiz “vəkil”in bir yiyəsi yoxdumu deyəki ay şərəfsiz özün şərəfsizsən şərəfsizsən niyə nəsli gözdən salırsan bu həqiqətəndə şərəfsizin təkidi. Düşüb özü kimi şərəfsiz həmayənin vahidin lamiyənin niyaməddinin dalına şərəfsizliyini bütün ölkəyə göstərdi” sözlərini yazıb. (söz və ifadələr, qrammatik səhflər olduğu kimi saxlanılıb). xxx oğlu həmin yazılarında onu təhqir edib, yəni internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaldıb. Bundan əlavə xxxxt oğlu, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində onun barəsində həmin sosial şəbəkənin digər iştirakçısı Nurlan Bəşirli adlı şəxsə xitabən “Nurlan Bəşirli qardaş buna adam demək günahdı bu Zərdabın üz qarasıdı pula görə hərşeyini verən şərəfsiz “vəkil”di Abırsız həyasız bir şətəfsiz” sözlərini yazıb (söz və ifadələr, qrammatik səhflər olduğu kimi saxlanılıb). Bundan əlavə Calal Əhmədov ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 28 aprel 2023-cü il tarixdə onun barəsində “indi at oynadır oğraş gədələr. mahmudov asif tək haramzadələr. dururlar necədə üzə “kişi”lər sözlərini yazıb. Daha sonra o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 29 aprel 2023-cü il tarixdə onun barəsində “3 ildi pərvanlı kəndindən olan fahişə niyaməddinlə fahişə lamiyəyə görə kredit ödəyirəm şərəfsiz "vəkil" asif mahmudovun sayəsində 1 ildə Zərdab rayon su 21 qəsəbəsində də fahişəlik edən fahişə vahidlə fahişə həmayəyə görə ödəyəcəm”, şərəfsiz “vəkil” asif mahmudov isə öz ampulasında qalmaqda davam edir” və ən başlıcası odur ki, sizin fahişəliyinizi Azərbaycan xalqına çatdırıram ömürlük alnınıza faizə damğasını vurdunuz sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Daha sonra, o, ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 06 may 2023-cü il tarixdə onun barəsində “Camahat maaşını alıb öz dərdinə xərcləyir, mənimdə maaşım şərəfsiz "vəkil" tək qol cındır asif mahmudovun şərəfsizliyi ucbatından fahişə niyaməddinlə fahişə lamiyəyə fahişə vahidlə fahişə həmayəyə alimentə gedir” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Bundan başqa Calal Əhmədov ``Facebook`` sosial şəbəkəsində yaratdığı hamı üçün açıq səhifəsində 14 may 2023-cü il tarixdə onun barəsində “Fahişə vəkil asif Fahişə həmayə, fahişə vahid Fahişə lamiyə Fahişə niyaməddin "siz"dən haqqımı alana qədər sizin fahişəliyinizi hər səhər hər axşam bütün sosial şəbəkələrdə paylaşacam vəkili oğraş olan bir rayonda yaşayıram” sözlərini yazıb və həmin sosial şəbəkənin iştirakçılarının müzakirəsinə verib. Əhmədov Calal Qüdrət oğlu həmin yazılarında onu təhqir edib, yəni internet informasiya ehtiyatında kütləvi nümayiş etdirməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb. Uzun müddətdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olur. Əvvəllər hakim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. Rayonun əhalisi arasında, qohumları, dost və tanışları, müvəkkilləri arasında nüfuzu və hörməti vardır. Əhmədov Calal Qüdrət oğlunun sosial şəbəkədəki qeyd olunan yazıları, yazılar ətrafında açdığı müzakirələr, ona qarşı həmin hərəkətləri davam etdirəcəyini bildirməsi şərəf və ləyaqətini ləkələyən məlumatları qəsdən yaydığını, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığını təsdiq edir. Əhmədov Calal Qüdrət oğlunun yuxarıda göstərilən cinayət əməli ``Facebook`` sosial şəbəkəsində ona məxsus olan hamı üçün açıq səhifədən götürülmüş yazılı sübutlarla təsdiq edilir. Calal Əhmədovla barışmamış, onu bağışlamamışdır. Bütün bunları nəzərə alaraq Əhmədov Calal Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını məhkəmədən xahiş edir. X6 Qüdrət oğluna qarşı “şərəf və ləyaqətə vurulmuş mənəvi zərərə görə pul tələbinə dair” mülki iddia vermişdir. İddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əhmədov Calal Qüdrət oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sabiq qaynatası Vahid, onun kürəkəni kürəkəni Niyaməddin Məmmədov, qızı Lamiyə Məmmədova xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə onun barəsində Zərdab rayon Polis Şöbəsinə şər, böhtan xarakterli ərizə ilə müraciət edərək, guya onun Vahidin nəvəsi, Niyaməddinlə Lamiyənin isə qızı olan Mələyi öldürməklə hədələməsi barədə məlumat verərək, barəsində tədbir görülməsini istəmişlər. Bununla əlaqədar Polis Şöbəsində araşdırma aparılmış, barəsində şər və böhtan xarakterli ərizə və məlumat öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Onlar bu hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltmış, illərlə qazandığı ad-sanına və nüfuzuna xələl gətirmişdir. X7, Həmayənin vəkili olaraq ona qarşı haqsızlıq etmişdir. Bu səbəbdən də həm vəkil Asif Mahmudov, həm də Həmayə və vahid barəsində sosial şəbəkələrdə yazılar yazır. Hazırki, “facebook” sosial şəbəkəsində yazdıqlarını etiraf edir. “facebook” sosial şəbəkəsində yazdıqlarını qarşı tərəfin ona qarşı etdiyi haqsızlıqlara cavab olaraq yazmışdır. Ona görə də hesab edir ki, o, etdiyi hərəkətlərində haqlıdır, Asif Mahmudovun ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti və iddia ərizəsi əsassızdır. Ona görə də məhkəmədən ona bəraət verilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş edir. İş materiallarında olan “facebook” sosial şəbəkəsindəki paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu ``Facebook`` sosial şəbəkəsində özünə məxsus olan səhifəsində təhqiredici ifadələrlə xüsusi ittihamçı X2 təhqir etmişdir. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu onun barəsində olan xüsusi ittiham qaydasında şikayətə Zərdab rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. İş materiallarından görünür ki, Əhmədov Calal Qüdrət oğlunun etiraz ərizəsi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilimişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-291/2023 saylı qərarından görünür ki, Xüsusi ittiham qaydasında şikayət üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əhmədov Calal Qüdrət oğlunun Zərdab Rayon Məhkəməsinə verdiyi etiraz ərizəsi təmin edilməmiş və xüsusi ittiham qaydasında şikayət iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilən “facebook” sosial şəbəkəsindəki paylaşımlardan çıxarılmış mesajların fotoşəkillərində olan mətnləri təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlu özü yazdığını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(035)-31/2023 saylı hökmünün surətindən görünür ki, Əhmədov Calal Qüdrət oğlu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 280 (iki yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 1(035)-33/2023 saylı hökmünün surətindən görünür ki, Əhmədov Calal Qüdrət oğlu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 351.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmiş olduqda çıxarıla bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərin baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 1-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxılarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki movqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, CM-nin ...148-ci maddəsinin mənasına görə şəxs ...təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir ...xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı bir şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Həmin qərarın 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 20-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasmm 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasma əsas verə bilməz. Beləliklə, məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsinin və təqsirləndirilən şəxsin ifadələrinə, işin materiallarına məcmu halında qiymət verərək, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərı baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarındakı hüquqi mövqeyinə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Əhmədov Calal Qüdrət oğlu tərəfindən ona xüsusi ittiham qaydasında elan olunan Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə Əhmədov Calal Qüdrət oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə töfsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Əhmədov Calal Qüdrət oğlunun şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Əhmədov Calal Qüdrət oğlunun cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarını nəzərə alaraq Əhmədov Calal Qüdrət oğlunun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının verilməsini məqsədə müvafiq hesab edir. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Xüsusi ittihamçıya yenidən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: xxx Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 (on) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. xxx cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Xüsusi ittihamçıya yenidən mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası xxx yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-32/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-32/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver