Məhkəmə qərarları › İş №1(035)-32/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-32/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-32/2025 23.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X3 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, fərdi sahibkar X2 məxsus Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən maldarlıq fermasındakı fərdi yaşayış evində aşkar surətdə on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayının sonlarında və 18 aprel 2025-ci il tarixdə, saat 01:20 radələrində sonuncunun iradəsinə zidd olmadan dodaqlarından və boyun nahiyyəsindən dəfələrlə öpməklə ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxış iclasında Dövlət ittihamçısı2 yazılı vəsatət verərək Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə daha ağır maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını, onun həbsdə saxlama müddətinin 02 ay müəyyən edilməklə xx.xx.2025-ci il tarixədək uzadılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Şəki rayonu, Turan qəsəbəsi qeydiyyatda olsa da hazırda Şəki rayonu, Çayqaraqoyunlu qəsəbəsində yaşayır. Atası Xosrov ailə üzvləri ilə birlikdə Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən, Alik Novruzova məxsus fermada həm işləyir, həm də ferma sahibi fermada onlara yaşamağa yer verdiyi üçün orada yaşayır. Özü fəhlə işləməklə qazanc əldə edib dolanışığını təmin edir. Fermada atasıgildən başqa iki ailə də işləyir və orada yaşayır. Həmin ailələrdən biri də Günel İsrəfılovamn babası və nənəsidir. O, atasıgilin yanına tez-tez gedib gəlirmiş. Güneli də elə oradan tanıyırmış. Əvvəllər Güneli və qardaşını bir neçə dəfə avtomobillə məktəbə aparıb gətirmişdir. Günelin nənəsinin mobil telefonunun həmişə Güneldə olduğunu bilirmiş. 2024-ci ilin dekabr ayının əvvəllərində Günelə mesaj yazaraq ondan xoşu gəldiyini, tanış olmaq istədiyini demişdir. Günel onunla razılaşandan sonra onunla mütəmadi olaraq "Whatsapp" proqramı vasitəsi ilə yazışmağa başlamışlar. Dekabr ayının sonlarında Günelə onunla görüşmək istədiyini bildirmişdir. Aralarında belə razılaşmışlar ki, Günel hava qaralandan sonra onların evinə gəlsin. Beləcə onun onlara gəldiyini heç kəs görməyəcəkdir. Ona anasıgilin evdə olmadığını, evdə tək olacağını da demişdir. Həmin gün saat 01 radələrində Günel evdə babasıgilin yatdığını deyib onlara yəni, atasıgilin fermada yaşadığı evə gəlmişdir. Bir saat ərzində onlar yatağın üzərində uzanmış və öpüşmüşlər. Həmin vaxt heç biri paltarlarını çıxarmamış və cinsi əlaqədə olmamışlar. Sonrakı vaxtlarda da onlar mütəmadi olaraq yazışmışlar. O, Güneli, Günel də onu sevirmiş. Günel onun evli olub, boşandığını, üç övladının olduğunu bilirmiş. O, da Günelin 13 yaşının olduğunu bilirmiş. Güneli sevirmiş və 18 yaşı tamam olan kimi onunla evlənməyi planlaşdırmışdır. Günellə danışanda ona sahib çıxacağını, yaşı tamam olan kimi nigaha girəcəklərini demişdir. Günellə növbəti dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 01 radələrində yenə atasıgilin fermada yaşadığı evdə görüşmüşlər. Valideynləri həmin vaxt yenə evdə olmamışdır. Onlar yataqda uzanıb bir saata yaxın vaxt ərzində öpüşmüşlər. Onun ancaq dodaqlarından və boyun nahiyyəsindən öpmüşdür. O, Günel İsrəfılova ilə ümumiyyətlə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ümumlikdə 2 dəfə, 2024-cü ilin dekabr ayının sonlarında və 18 aprel 2025-ci il tarixlərdə Zərərçəkmiş şəxs dodaqlarından və boyun nahiyyəsindən dəfələrlə öpməklə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olsa da hazırda Zərdab rayonu, Bəyimli qəsəbəsində babası İsmayıl və nənəsinin himayəsində yaşayır. Ata və anası 2014-cü ildən ayrılmışlar. Həmin vaxtdan atası onlardan ayrı yaşayır. Anası Əfsanə isə Bakı şəhərində yaşayaraq orada işləyir. Buna görə də özündən bir yaş balaca qardaşı İlkinlə birlikdə nənəsi ilə babasının himayəsində yaşayırlar. Belə ki, Babası ilə nənəsi Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən, Novruzov Alikə məxsus fermada fəhlə işləyir. Ferma sahibi də elə fermada onlara yaşamağa yer vermişdir. Fermada onlardan əlavə iki ailə də işləyir və orada yaşayırlar. Həmin ailələrdən biri Xosrovun ailəsidir. Elnur da Xosrovun oğludur. O, atasıgilə mütəmadi olaraq gəlib-gedirmiş. Elnur onları, yəni onu qardaşı İlkinlə birlikdə nənəsinin və babasının da istəyi ilə bir neçə dəfə məktəbə aparıb gətirmişdir. Nənəsinin mobil telefonu həmişə onda olurmuş. O, mobil telefonla online qaydada olan dərslərə qoşulurmuş. Həmin mobil telefonun onda olduğunu Elnur da bilirmiş. Onda nənəsinin mobil nömrəsi olmuşdur. Elnur 2024-cti ilin dekabr ayında mesaj yazaraq ondan xoşu gəldiyini, tanış olmaq istədiyini demişdir. Həmin vaxtdan sonra onunla "Whatsapp" proqramı vasitəsi ilə mütəmadi olaraq yazışmağa başlamışlar. Elnur dekabr ayının sonlarında aralarındakı yazışmaların birində onunla görüşmək istədiyini bildirmişdir. Ona çəkindiyini, birdən bir yerdə kiminsə görəcəyini deyəndə, o, anasıgilin evdə olmadığını, hava qaralandan sonra onlara gələ biləcəyini demişdir. O, da gecə saat 01 radələrində babasının, nənəsinin və qardaşının yatmasından istifadə edərək Elnurgilin yaşadığı evə getmişdir. Atası və anası həqiqətən də evdə olmamışdır. Elnurun yanında olduğu bir saat ərzində evdəki tək nəfərlik yatağın üzərində uzanmış və ancaq öpüşmüşlər. Həmin vaxt heç biri paltarlarını əyinlərindən çıxarmamışlar. Sonrakı vaxtlarda da onunla mütəmadi olaraq yazışmışlar. Onun evli olub boşandığını, hətta üç övladının olduğunu bilirmiş. Buna baxmayaraq onu sevirmiş və 18 yaşı olanda onunla evlənməyi arzulayırmış. Aralarındakı söhbətlərdə Elnur da ona sahib çıxacağını, yaşı tamam olan kimi onula nigaha girəcəyini, ailə olacaqlarını deyirmiş. Onunla növbəti dəfə xx.xx.2025-ci il tarixdə yenə onlarını öz evlərində görüşmüşlər. Onun valideynləri həmin zaman da evdə olmamışlar. Onlar evdəki tək nəfərlik həmin yataqda uzanıb bir saata yaxın vaxt ərzində öpüşmüşlər. O, Təqsirləndirilən şəxsla heç bir cinsi əlaqədə olmamış, yalnız öpüşmüşlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ümumlikdə 2 dəfə, 2024-cü ilin dekabr ayının sonlarında və 18 aprel 2025-ci il tarixlərdə dodaqlarından və boyun nahiyyəsindən dəfələrlə öpməklə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini göstərmişdir. İş materiallarında olan məhkəmə-tibbi eskperlizasının xx.xx.2025-ci il tarixli, 44 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində və eləcə də xarici cinsiyyət üzvlərində hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik quruluşuna əsasən demək olar ki, pərdənin tamlığı pozulmadan onunla cinsi əlaqədə olmaq mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilmədi, Zərərçəkmiş şəxs məhməkə-tibbi müayinəsi zamanı onda halhazırda hamiləlik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji eskperlizasının xx.xx.2025-ci il tarixli, 332 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs qərarda qeyd edilən ona qarşı edilmiş əməlin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, ona qarşı edilmiş əməlin mahiyyətini dərk etmiş və hadisə zamanı nə baş verdiyini anlamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətinə və hadisə şəraitinə görə Təqsirləndirilən şəxs hərəkətinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, G.T.İsgəndərova xx.xx.2012-ci il tarixdə doğulmuş və ona xx.xx.2027-ci il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsi verilmişdir. CM-in 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə CM-in 152.2-ci maddəsi ilə, həmin Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə isə CM-in 152.4.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. CM-in 153.1-ci maddəsinə əsasəm, on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə CM-in 153.2-ci maddəsi ilə, həmin Məcəllənin 153.2 və ya 153.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə isə CM-in 153.4.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə vəsatəti və ona dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından məlum olduğu kimi, xx.xx.2025-ci il tarixdə Zərdab RPŞ-nin İQ-da CM-in 152.2-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Zərdab rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə ittiham aktı Zərdab rayon prokuroru tərəfindən təsdiq edilərək Zərdab rayon məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş, cinayət işi üzrə məhkəmə baxışı təyin edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ümumilikdə 2 dəfə, 2024-cü ilin dekabr ayının sonlarında və 18 aprel 2025-ci il tarixlərdə Zərərçəkmiş şəxs dodaqlarından və boyun nahiyyəsindən dəfələrlə öpməklə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini göstərmişdir. Həmçinin, Zərərçəkmiş şəxs da məhkəmə baxışında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ümumlikdə 2 dəfə, 2024-cü ilin dekabr ayının sonlarında və 18 aprel 2025-ci il tarixlərdə dodaqlarından və boyun nahiyyəsindən dəfələrlə öpməklə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini göstərmişdir. Göründüyü kimi, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs sözügedən əməli təkrar törətməsinə ibtidai araşdırma orqanı tərəfindən hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, ona qarşı daha ağır maddə ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırkı qərar qəbul edildikdən sonra artıq “həbs” qətimkan tədbirinin müddəti başa çatdığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay olmaqla, yəni 23 dekabr 2025-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zərdab rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətinə, yəni 23 dekabr 2025-ci il tarixədək uzadılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. SƏDRLİK EDƏN İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar