Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-33/2024 31.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.1986-cı ildə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilən və hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, xx.xx.1993-cü ildə Ağdam rayonu, Qızıllı Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qızıllı Kəngərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilən və hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi, xx.xx.1993-cü ildə Ağdam rayonu, Suma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Güllücə ərazi dairəsi, Suma kəndində qeydiyyatda olan və Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbəsində 750 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 31 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə tanışı Ağdam rayonu, Suma kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Dördyol qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində sonuncunun idarə etdiyi “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu, Təzəkənd kəndinə gəlib kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yol kənarında otlayan diri çəkisi 40 kq olan 320 manat dəyərində 22 aylıq 01 (bir) baş erkək cinsli xırdabuynuzlu heyvanı avtomobilin arxa oturacağına qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Ağdam rayonu, Suma kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Dördyol qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 mart 2024-cü il tarixdə, saat 18 radələrində sonuncunun idarə etdiyi “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu, Böyük Dəkkə kəndinə gəlib kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yol kənarında otlayan diri çəkisi 30 kq olan 260 manat dəyərində 1,5 yaşlı 01(bir) baş dişi cinsli xırdabuynuzlu heyvanı avtomobilin arxa oturacağına qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində özünün idarə etdiyi “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu, Təzəkənd kəndinə gəlib kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yol kənarında otlayan diri çəkisi 40 kq olan 320 manat dəyərində 22 aylıq 01(bir) baş erkək cinsli xırdabuynuzlu heyvanı avtomobilin arxa oturacağına qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Ağdam rayonu, Dörd yol-1 qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 mart 2024-cü il tarixdə, saat 18 radələrində özünün idarə etdiyi “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu, Böyük Dəkkə kəndinə gəlib kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yol kənarında otlayan diri çəkisi 30 kq olan 260 manat dəyərində 1,5 yaşlı 01(bir) baş dişi cinsli xırdabuynuzlu heyvanı avtomobilin arxa oturacağına qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, dördyol qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki tanıyır. Təqsirləndirilən şəxs1 onun yaşadığı qəsəbədə yaşayır. Tural özünə məxsus “Vaz 2107” markalı avtomobillə Ağdam rayonunda taksi fəaliyyəti ilə məşğuldur. 2023cü ilin sonlarında Turala xalası oğlu İlqarı və həyat yoldaşını Zərdab rayonu, Dəkkəoba kəndinə anasının yaşadığı evə aparmasını xahiş etmişdir. Onlar İlqarı evə yola saldıqdan sonra Zərdab rayonundan geri qayıdanda yolda bir-neçə yerdə yolun kənarında otlayan qoyunlar görmüşlər. Qayıdandan sonra Ağdam rayonunda aralarında olan söhbətlərin birində qərara gəlmişlər ki, Zərdab rayonuna gedərək orada gördükləri xırda-buynuzlu heyvanlardan oğurlayıb gətirib satsınlar. Buna görə də xx.xx.2023-cü il tarixdə Turalın idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Zərdab rayonu Təzəkənd kəndinə gəlmişlər. Avtomobili Tural idarə etmişdir. Təzəkənd kəndində qoyunların yanından keçəndə Tural avtomobli saxlamış və həmin vaxt yolun kənarında təqribən 20-22 baş qoyun olmuşdur. O, qoyunlardan birini götürüb avtomobildə arxada əyləşmiş və bir-başa Ağdam rayonuna qayıtmışlar. Yolda olarkən Yusif adlı bir nəfərə zəng edib satmaq üçün qoyun gətirdiyini demiş və birbaşa Yusif adlı şəxsin yanına getmişlər. Yusifə qoyunun özünə məxsus olduğunu, xəstə anasını həkimə aparmaq üçün satdığını deyib, 180 manata satmışdır. Həmin puldan Turala 50 manat vermişdir. Yusifin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Himayəsində azyaşlı uşaqları və xəstə anası vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, dörd yol-1 qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, onunla qonşu olmuşlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadıqları qəsəbədə Turalla aralarında olan söhbət əsnasında kasıbçılıqdan maddi vəziyyətin pis olmağından söz düşmüş, pul əldə etmək üçün nə edəcəklərini fikirləşəndə oğurluq etmək, ətraf rayonlardan qoyun-quzu oğurlayıb satmaq və beləliklə pul əldə etmək qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində danışdıqları kimi Turalın idarə etdiyi “Vaz2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonundan çıxaraq Zərdab rayonu istiqamətdə yola düşmüşlər. Zərdab rayonu ərazisində iki saatdan çox gəzib nəzarətsiz qalan qoyun axtarmışlar və X11 kəndində yolun düz yaxınlığında 15-16 baş xırda buynuzlu heyvanın otladığını görmüşlər. Həmin vaxt avtomobili özü idarə etmişdir. Qoyunların nəzarətsiz olduğuna tam əmin olandan sonra avtomobillə yoldan 1 metr məsafədə sağa doğru kənara çıxmışlar. Həmin vaxt arxada oturan Tural avtomobildən düşmüş və qoyunlardan birini götürüb avtomobilə qoymuşdur. O, da tez avtomobili idarə edib yola düşmüşlər. Kəndin çıxacağında avtomobildən düşüb oğurladıqları qoyunu avtomobilin arxa yük yerinə qoymuş və özü sərnişin yerində əyləşmiş, avtomobili isə Tural idarə etməyə başlamışdır. Yolda olduqları müddətdə Tural Eldənizə zəng etmiş və Yusifə zəng edib qoyunları olmasını, satmaq istədiyini demişdir. Eldənizə qoyun oğurladıqlarını deməmişdir. Sadəcə olaraq Yusifi Eldəniz tanıdığı üçün ona zəng etməsini xahiş etmişlər. Bir neçə dəqiqədən sonra Eldəniz Turala zəng edib Yusiflə danışdığını demiş və onlar bir başa Ağdam rayonu, Quzanlı qəsəbəsinə getmişlər. Yusiflə görüşəndə qoyunu Yusifə verib ondan 150 manat alaraq yaşadıqları qəsəbəyə qayıtmışlar. Tural həmin puldan ona 40 manat pul vermişdir. Yusifin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Suma kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Ağdam rayonu dörd yol qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşqul olaraq qazanc əldə edib, dolanışığını təmin edir. Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıyır. Belə ki, onunla eyni qəsəbədə yaşıyır. 2023-cü ilin təqribən noyabr ayının sonlarında Eldəniz ondan qohumlarını Zərdab rayonuna aparmağını istəmiş, o, da, Eldənizi və onun qohumlarını Zərdab rayonuna, adını dəqiq xatırlamadığı bir kəndə müştəri kimi gətirmiş, qohumları avtomobildən düşəndən sonra Eldəniz Ağdam rayonuna onunla birlikdə qayıtmışdır. Zərdab rayonunda yolun kənarında sahibsiz otlayan qoyunlar görmüşlər. Qayıdandan sonra Ağdam rayonunda aralarında olan söhbətlərin birində qərara gəlmişlər ki, Zərdab rayonuna gedərək orada gördükləri xırda-buynuzlu heyvanlardan oğurlayıb-satsınlar. Buna görə də xx.xx.2023-cü il tarixdə Eldənizlə birlikdə idarə etdiyi “Vaz 2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu Təzəkənd kəndinə gəlmişlər. Avtomobili özü idarə etmişdir. Təzəkənd kəndində qoyunların yanından keçəndə Eldəniz avtomobli saxladıb avtomobildən aşağı düşərək qoyunlardan birini götürüb avtomobildə arxada əyləşmiş və birbaşa Ağdam rayonuna qayıtmışlar. Yolda olarkən Eldəniz Yusif adlı bir nəfərə zəng edib satmaq üçün qoyun gətirdiyini deyərək birbaşa Yusif adlı şəxsin yanına getmişlər. Eldəniz Yusifə qoyunun özünə məxsus olduğunu, xəstə anasınını həkimə aparmaq üçün satdığını deyərək Yusifə qoyunu 180 manata satmışdır. Eldəniz həmin puldan ona 50 manat pul vermişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, onunla qonşu olmuşdur. xx.xx.2024-cü il tarixdə axsam saatlarında yaşadıqları qəsəbədə Fəridlə aralarında olan söhbət əsnasında kasıbçılıqdan maddi vəziyyətin pis olmağından söz düşmuş, pul əldə etmək üçün nə edəcəklərini fikirləşəndə yadına Eldənizlə qoyun oğurlayıb satmaqları gəlmiş, onlar oğurluq etmək, ətraf rayonlardan qoyun-quzu oğurlayıb satmaq və beləliklə pul əldə etmək qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində danışdıqları kimi onun idarə etdiyi “Vaz2107” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonundan çıxaraq Zərdab rayonu istiqamətdə yola düşmüşlər. Zərdab rayonunda iki saatdan çox gəzib nəzarətsiz qalan qoyun axtarmışlar. X11 kəndində yolun yaxınlığında 15-16 baş xırda buynuzlu heyvanın otladığını görmüşlər. Həmin vaxt avtomobili Fərid idarə etmişdir. Qoyunların nəzarətsiz olduğuna tam əmin olandan sonra o, avtomobildən düşərək qoyunlardan birini götürüb avtomobilə qoyub hərəkətə başlamışlar. Yolda olanda Eldənizə zəng edib, qoyun satmaq istədiyini bildirmiş, onun Yusifə zəng etməyini istəmişdir. Bir neçə dəqiqədən sonra Eldəniz ona zəng edib Yusiflə danışdığını demişdir. Onlar bir başa Ağdam rayonu, Quzanlı qəsəbəsinə gedərək Yusifə həmin qoyunu 150 manata satmışdır. Həmin puldan Fəridə 40 manat pul vermişdir. Yusifin qoyunun oğurluq olmasından xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Böyük Dəkkə kəndində yaşayır. Yaşadığı evin həyətyanı sahəsində xırda-buynuzlu heyvan saxlamaqla qazanc əldə edib dolanışığını təmin edir. Quzuları adətən evin yaxınlığında otarır. xx.xx.2024-cü il tarixdə də həmişəki kimi saat 16 radələrində quzuları evin həyətindən çölə buraxmışdır. Saat 18 radələrində quzuları geri qaytarmaq üçün çölə çıxanda quzulardan birinin olmadığını görmüş, ətrafda nə qədər axtarsa da tapa bilməmişdir. Buna görə də bütün kənddə quzunu axtarmağa və qonşulardan soraqlamağa başlasa da heç kəs yerini bilmədiyi üçün və quzunu tapa bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə Zərdab rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra quzusu tapılaraq ona qaytarılmışdır. Sonradan həmin quzunun Ağdam rayon sakinləri Tural və Fərid adlı şəxslər tərəfindən oğurlandığını bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərdab şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 6 ünvanında yaşayır və “Azərsu ASC”də mühəndis işləyir. Bundan başqa həyətyanı sahəsində xırdı-buynuzlu heyvan saxlayır. Onun və qonşularının xırdabuynuzlu heyvanları otlaq sahəsinə birlikdə gedir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində heyvanları otlaq sahəsinə buraxmışdır. Saat 17 radələrində heyvanlar gələndə erkək qoyunun qayıtmadığını görmüşdür. Buna görə də qonşulardan maraqlanmış, lakin heç kəs yerini bilməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Zərdab rayon polis şöbəsinə şikayət etmişdir. Sonradan həmin qoyunun Ağdam rayon sakinləri Eldəniz və Tural adlı şəxslər tərəfindən oğurlandığını bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-9/4028/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 580 manat müəyyən edilir. O cümlədən:
1. 1 (bir) baş diri çəkisi 30 kq olan 1,5 yaşlı dişi cinsli xırdabuynuzlu heyvan – qiyməti 260 manat təşkil edir.
2. 1 (bir) baş diri çəkisi 40 kq olan 22 aylıq erkək cinsli xırdabuynuzlu heyvan – qiyməti 320 manat təşkil edir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan « qətimkan tədbirinin seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş və o, Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan « qətimkan tədbirinin seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş və o, Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan « qətimkan tədbirinin seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş, cinayət işinin icraatı dayandırılmış və barələrində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Ağdam rayonu ərazisində tutularaq Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişlər. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 21 gün müddətə qazancının 15 %-i dövlət büdcəsinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklə əlaqədar olaraq xx.xx.2017-ci il tarixli qanuna əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16xx/xx/21634 saylı məktubdan görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 cəza müddətinin sona çatması ilə xx.xx.2023-cü il tarixdə 5 saylı X3 azad olunmuşdur. Cinayət işində olan Ağdam rayon İHB-nin Kəngərli kənd İƏD üzrə nümayəndəsi X.Ağayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 102 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2017-ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X2 adlı iki azyaşlı uşaqları vardır. Ailə məcburi köçkün kimi Ağdam rayonu Dördyol-1 qəsəbəsində məskunlaşıb və Ağdam rayon İHB Kəngərli kənd İƏD üzrə nümayəndəliyinin Kəngərli kəndində daimi pasport qeydiyyatındadır. Cinayət işində olan Ağdam rayon İHB-nin Kəngərli kənd İƏD üzrə nümayəndəsi X.Ağayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Ağdam rayon İHB-nin Boyəhmədli kənd İƏD üzrə nümayəndəsi İ.Muxtarov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 133 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonunun Qızıllı Kəngərli kəndində daimi qeydiyyatdadır. Cinayət işində olan Ağdam rayon İHB-nin Boyəhmədli kənd İƏD üzrə nümayəndəsi İ.Muxtarov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbə İƏD üzrə nümayəndəsi X.İ.Abdullayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 422 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbəsində 750 nömrəli evdə yaşayır. Cinayət işində olan Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbə İƏD üzrə nümayəndəsi X.İ.Abdullayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət yolu ilə ələ keçirilmiş bir baş xırdabuynuzlu heyvan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-in 177.2.1-ci və Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edir və hesab edir ki, onlar, ittiham elan olunan əmələ görə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət törətmələrini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını barələrində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onların barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətlərin residivinin olmasını, əvvəllər məhkum olunmasından nəticə çıxarmayaraq yenədə cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı uşaqlarının olması, qardaşının 1-ci Qarabağ müharibəsində şəhid olması nəzərə alınaraq mümkün qədər aşağı həddə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə görə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azəbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətlərə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublilası CMnin 56.1.3-cü maddəsinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Ağdam rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət, cəmi 01 ay 28 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Ağdam rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV