Məhkəmə qərarları › İş №1(035)-35/2024

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-35/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-35/2024 12.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X9 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininu prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, xx.xx.1999-cu ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx.xx.1988-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 12 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində tanışı Zərdab rayonu Körpükənd kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonu Körpükənd kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 18 aylıq, 45-50 kq çəkidə olan, bir ədədinin qiyməti 450 manat olmaqla ümumi dəyəri 1800 manat olan dörd baş dişi cinsli xırdabuynuzlu heyvanı, gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində tanışı Zərdab rayonu Körpükənd kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Zərdab rayonu Körpükənd kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 6 aylıq, 20-25 kq çəkidə olan, bir ədədinin qiyməti 250 manat olmaqla ümumi dəyəri 750 manat olan üç baş erkək cinsli xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində tanışı Zərdab rayonu Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərdab rayonu Körpükənd kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 18 aylıq, 45-50 kq çəkidə olan, bir ədədinin qiyməti 450 manat olmaqla ümumi dəyəri 1800 manat olan dörd baş dişi cinsli xırdabuynuzlu heyvanı, gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində tanışı Zərdab rayonu Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Zərdab rayonu Körpükənd kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz yolla daxil olaraq oradan sonuncuya məxsus 6 aylıq, 20-25 kq çəkidə olan, bir ədədinin qiyməti 250 manat olmaqla ümumi dəyəri 750 manat olan üç baş erkək cinsli xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təqribən iki il olar ki tanıyır. Surəddinlə kəndin otlaq sahəsində heyvan otaranda təsadüfən tanış olmuşlar. 04 fevral 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Surəddin onun mobil telefonuna zəng edib harda olduğunu soruşmuş və onunla görüşmək istədiyini demişdir. Surəddinlə görüşdükdə Surəddin ona yaşadığı Körpükənd kəndində bir nəfərin tövləsindən qoyun oğurlamaq istədiyini deyib ondan da ona kömək etməyini istəmişdir. Surəddinə əvvəlcə oğurluq etməyəciyini desə də sonradan onunla razılaşmışdır. Onlar birbaşa Körpükənd kəndinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Surəddinin dediyi evə çatmışlar, Surəddin avtomobildən düşüb ətrafa baxmış və heç kəsin olmadığına əmin olandan sonra həyətə, sonra da tövləyə girmişdir. Onun tövlədən çıxartdığı quzuları birlikdə avtomobilin arxa yük yerinə yığaraq oradan uzaqlaşmışlar. Oradan bir başa İmişli rayonuna heyvan bazarına getmişlər. Bazarda həmin quzuların dördünü birlikdə 1100 manata satmışlar. Surəddin həmin puldan ona 380 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə Surəddin yenidən kəndlərindəki həmin evdən yenə quzu oğurlamaq istədiyini demişdir. Maddi ehtiyaclarına görə onunla razılaşmış və onlar yenə Körpükənd kəndindəki həmin evə gedərək üç baş quzu oğurlayaraq satmaq üçün Ağcabədi bazarına getmişdirlər. Həmin bazarda üç baş quzunu ümumilikdə 800 manata satmışlar. Surəddin həmin puldan ona 280 manat pul vermişdir. Oğurladıqları quzuları satarkən quzuların oğurluq olduğunu bildirməmişlər. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ailəsi ilə bilikdə ünvan 1 ünvanında yaşayır. Maddi zəviyyəti yaxşı olmadığından ailəsini çətinliklə dolandırır. Maddi imkanı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və tanışı Zərdab rayonu Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs1 xx.xx.2024cü il tarixdə zəng edərək görüşmüş və ona birlikdə oğurluq etmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs1 da maddi imkanı olmadığından onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixində saat təxminən 02 radələrində Qismətlə bilikdə özünün idarə etdiyi avtomobillə Körpükənd kəndinə gələrək həmkəndlisi Zərərçəkmiş şəxs evinə gələrək darvazanın üzərindən həyətə keçmiş və oradan da tövləyə girmişlər. tövlədən 4 baş qoyun oğurlayaraq avtomobilə yükləyib satmaq üçün İmişli bazarına getmişlər. İmişli bazarında tanımadığı şəxsə həmin qoyunları 1100 manata satmışlar. Həmin pulu Qismətlə yarı bölmüşdür. xx.xx.2024-cü il tarixdə o, Qismətə yenidən oğurluq etməyi təklif etmişdir. Qismət onunla razılaşmış və birlikdə yenidən həmkəndlisi Zərərçəkmiş şəxs həyətindən oğurluq etməyi planlaşdırmışlar. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 02-03 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs evinə tərəf gələrək darvazanın üzərindən həyətə keçərək tövləyə girmişlər. Tövlədən 3 baş quzu oğurlayaraq satmaq üçün Ağcabədi rayonunda yerləşən mal bazarına getmişlər. O, quzuları alverçiyə 750 manat satmışdır. Pulu da Qismətlə bölmüşlər, quzuları alan şəxslərin həmin quzuların oğurluq olmasından xəbərləri olmamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu Körpükənd kəndində yaşayır, fərdi əməklə məşğuldur. Yaşadığı kənddə özünəməxsus həyətyanı sahəsinin içərisində tövləsi var və həmin tövlədə 86 baş qoyunu və 74 baş quzusu vardır. xx.xx.2024-cü il tarixdə oğlu heyvanları otlaqdan gətirmiş və sayaraq tövləyə yerləşdirilmişdir, lakin səhər saat 09 radələrində heyvanları saydıqda 04 baş təxminən 2-3 illik olan dişi qoyun heyvanının olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Ona görə də 13 fevral 2024-cü il tarixdə bu barədə Polis Şöbəsinə məlumat vermişdir. Daha sonra 24 mart 2024-cü il tarixində gecə saat 03 radələrində həyətindəki itin hürdüyünü eşitmişdir. Çölə çıxdıqda bəndin üstündə 1 avtomobilin arxa işıqlarının yandığını görüb, həmin avtomobili həmkəndlisi olan Surəddinin avtomobilinə oxşatmışdır. Həmin günün səhəri 08:00 radələrində qoyun-quzunu səhər örüş sahəsinə tövlədən çıxarıb apararkən saydıqda 3 baş xırdabuynuzlu heyvanın olmadığını görmüşdür. Bundan sonra heyvanı tapa bilmədiyi üçün Polis Şöbəsinə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5209 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2550 manat müəyyən edilir. O cümlədən:

1. 1 (bir) baş dişi cinsindən, 18 aylıq, boğaz olduğu üçün həmin heyvanların təqribən çəkisi 45-50 kq olan xırdabuynuzlu heyvan – qiyməti 450 manat, 4 (dörd) ədədinin qiyməti 1800 manat təşkil edir.

2. 1 (bir) ədədinin erkək cinsindən, 06 aylıq və çəkisi 20-25 kq olan xırdabuynuzlu heyvanın qiyməti 250 manat, 3(üç) ədədinin qiyməti 750 manat təşkil edir.

Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-06/2024 saylı, 31 may 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-12/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-05/2024 saylı, 31 may 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-10/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cw il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə ünvanlanmış 12 sentyabr 2024-cü il tarixli, 215 saylı məktubdan görünür ki, Zərdab Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli, 1(035)-03/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə ona təyin olunmuş cəriməni tam şəkildə ödəmişdir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ə.Qurbanov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olununr. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ə.Qurbanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 saylı arayışfan görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayonunun Bıçaqçı kəndində yaşayır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Körpükənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi A.Məhərrəmov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 108 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayonunun Körpükənd kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır və himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Körpükənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi A.Məhərrəmov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olununr. Cinayət işində olan Bakı şəhəri, 35 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 09 sentyabr 2024-cü il tarixli, “Kirayə müqaviləsi”ndən görünür ki, kirayə verən X7 ünvan 4 ünvanında yerləşən mənzilini kirayəçi Təqsirləndirilən şəxs2 aylıq 300 manat kirayə haqqı ödəməklə xx.xx.2025-ci il tarixədək kirayəyə vermişdir. Cinayət işində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və işin yuxarıda adı çəkilən digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edir və hesab edir ki, onlar, ittiham elan olunan əmələ görə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında saxlandığı müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə Təqsirləndirilən şəxs1 25 manat, Təqsirləndirilən şəxs2 25 manat olmaqla tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və həbsdə olduğu 21 (iyirmi bir) gün müddət və 21 iyun 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlandığı 2 (iki) ay 22 (iyirmi iki) gün - cəmi 3 (üç) ay 13 (on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və həbsdə olduğu 21 (iyirmi bir) gün müddət və 21 iyun 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlandığı 2 (iki) ay 22 (iyirmi iki) gün - cəmi 3 (üç) ay 13 (on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 6 (altı) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını Bakı şəhəri ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər arasında bərabər bölünməklə Təqsirləndirilən şəxs1 25 manat, Təqsirləndirilən şəxs2 25 manat olmaqla tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası müvafiq olaraq Təqsirləndirilən şəxs1 aid hissədə Zərdab rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar