Məhkəmə qərarları › İş №1(035)-36/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-36/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-36/2025 28.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonu Məlikli kənd körpələr evi-uşaq baxçasında tibb bacısı vəzifəsində işləyən, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 28 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, xüsusi ittihamçı Nurlu Mikayılova 2012-ci il tarixdən etibarən Zərdab Rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışır. Çalışdığı illər ərzində iş kollektivi ilə münasibətləri yaxşı olmuş, işçilər arasında xüsusi hörməti vardır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 2019-cu il tarixdə Zərdab rayon Məlikli körpələr evi-uşaq bağcasına tibb bacısı vəzifəsinə işə qəbul olmuşdur. T.Xancanovanın bir müddət işçilərlə münasibəti yaxşı olsa da, sonradan ona və işçi heyyətinə qarşı həmin şəxsdə aqressiya formalaşmışdır. Mütəmadi olaraq işçilərlə və onunla mübahisələr aparmış, iş mühitini kobud şəkildə pozmuşdur. Eyni zamanda qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X2 Rayon Prokrorluğuna müraciət edərək bağçaya verilən ərzaq və digər əşyaların satılması, işçilərdən pul yığılması və s. qanun pozuntuları haqqında məlumat vermişdir. Zərdab Rayon Prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X12 tərəfindən müvafiq araşdırılmalar aparılmış və 30 iyun 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul olunmuşdur. Sözü gedən qərarda onun əməllərində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya digər hər hansı cinayət tərkibi əlamətləri olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə X8 30 aprel 2025-ci il tarixdə iş yerində olan zaman körpələr evi uşaq bağçasının işçilərinin yanında əsassız olaraq ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş və eyni zamanda onu körpələr evi uşaq bağçasına verilən məhsulları mənimsəmədə ittiham etmişdir. X4 hərəkətləri ilə bağlı işçi heyyətinin iştirakı ilə həmin tarixli akt tərtib olunmuşdur. X4 ona böhtan ataraq əsassız olaraq işçi kollektivi arasında onu təhqir etməsi səbəbi ilə fiziki sarsıntı və iztirab keçirmişdir. Buna əsasən hazırki, ərizə ilə məhkəməyə müraciət edərək X4 CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması xahiş olunmuşdur. Xüsusi ittihamçı X7 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək X5 qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçı X6 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3№ li qərarının 17-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 17-ci bəndinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittihamçı X1 Türkan Telman qızına qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyi və həmin şikayət üzrə başlanmış işin icraatına xitam verilməsini xahiş etdiyinə görə X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil bürosunun hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar