Məhkəmə qərarları › İş №1(035)-37/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-37/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-37/2023 17.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Zərdab rayonu, İsaqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Zərdab rayonu, İsaqbağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 24 saylı sərəncamı əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış həmin tarixli icarə müqaviləsi əsasında Zərdab rayon ərazisində əvvəlki “Camışçılıq” sovxozunun torpaq sahəsindən kənd təsərrüfatının istehsalı və heyvandarlığı inkişaf etdirmək məqsədilə 50 (əlli) il müddətinə 100 ha məqsədli təyinatı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin topraq sahəsinin örüş təyinatlı olmasını, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar kənd təssərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydası”na uyğun kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2018-ci il ərzində müvafiq İsaqbağı kənd ərazi komissiyasına Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim edərək subsiydiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 100 ha örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2018-ci ildə istifadəsində guya 100 ha əkin təyinatlı torpaq sahəsinin olmasına dair, bilə-bilə ehtiva etdiyi məlumatlar doğru olmamaqla tam hüquqi qüvvəyə malik olmayan xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də 100 ha əkin təyinatlı torpaq sahəsinin 50 (əlli) il müddətinə icarəyə verilməsi görüntüsü yaratması məqsədilə qeyd olunan “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”nin məzmununda faktiki olaraq çap və diyircəkli qələmlə yazılaraq guya “həmin şəhadətnamə verilir Zərdab rayon İsaqbağı kənd sakini kimi özünə ondan ötrü ki, 50 (əlli) il müddətinə torpaq sahəsinin, yəni 100 hektar sahəsinin əkin olmaqla DTXK Zərdab r-n şöbəsinin müdiri qrafası” qeyd olunan məlumatlar olan şəhadətnamənin blankı istintaqa məlum olmayan yer və şəraitdə həmin müddətdə zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin dairəvi möhürü və şöbənin rəisi vəzifəsində işləmiş Şahid4 imzasını, “Tarix” qrafasının qarşısında “xx.xx.2003-cü il” tarixini, “Azərbaycan Respublikası X11 Komitəsinin Zərdab Rayon Şöbəsi” yazıları olan dairəvi möhürü kompyuterə köçürülüb çap edilməsinə nail olduqdan sonra xx.xx.2003-cü il tarixli, JN - 2605 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməyə dair bilə-bilə hüquq verən rəsmi saxta sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə hazırladıqdan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sisteminə ünvan 2 ünvanında yerləşən Zərdab X16 Mərkəzində daxil edərək 100 ha örüş təyinatlı torpaq sahəsinə hər hansı hüququnun olmadığını bildiyi halda həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2019-cu il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Bəyimli qəsəbə ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 07 avqust 2019-cu il tarixli RK-24-59 nömrəli iclas protokoluna əsasən 2019-cu il üzrə ona ayrılmış Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 1.000 manat məbləğində pul vəsaitindən 250 manat hissəsini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də adına olan 6768********9678 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 750 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus 1.000 (bir min) manat məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmiş, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, Zərdab rayon İHB-in xx.xx.2001-ci il tarixli 24 saylı sərəncamı əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış həmin tarixli icarə müqaviləsi əsasında Zərdab rayon ərazisində əvvəlki “Camışçılıq” sovxozunun torpaq sahəsindən kənd təsərrüfatının istehsalı və heyvandarlığı inkişaf etdirmək məqsədilə 50 (əlli) il müddətinə 100 ha məqsədli təyinatı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin torpaq sahəsinin örüş təyinatlı olmasını və 1 yanvar 2020-ci il tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilməklə Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilməsi nəzərdə tutulduğu kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2020-ci il ərzində müvafiq Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X16 Mərkəzinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 100 ha örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2020-ci ildə istifadəsində guya 100 ha əkin təyinatlı torpaq sahəsinin olmasına dair, 2018-ci ildə saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənəd olan xx.xx.2003-cü il tarixli, JN – 2605 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni bilə-bilə qanunsuz olaraq təkrarən istifadə etmək məqsədilə ünvan 4 ünvanında yerləşən X17 X7 Təsərrüfat sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş cinayətdən xəbərsiz Şahid3 və həmin X4 sektorunun böyük məsləhətçisi Şahid2 tərəfindən qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri araşdırılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində 12 noyabr 2019-cu ildə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 50 ha buğda və 20 ha yonca, həmçinin 04 iyun 2020-ci il tarixdə 17 ha yonca, 24 iyul 2020-ci il tarixdə isə 7,4 ha pambıq bitkilərinin əkilməsi bəyan edilməklə müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 15.328 manat məbləğində pul vəsaitindən 3.832 manat hissəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-də adına olan 6768********9678 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 11.496 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 15.328 (on beş min üç yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, Zərdab rayon İHB-in xx.xx.2001-ci il tarixli 24 saylı sərəncamı əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış həmin tarixli icarə müqaviləsi əsasında Zərdab rayon ərazisində əvvəlki “Camışçılıq” sovxozunun torpaq sahəsindən kənd təsərrüfatının istehsalı və heyvandarlığı inkişaf etdirmək məqsədilə 50 (əlli) il müddətinə 100 ha məqsədli təyinatı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin torpaq sahəsinin örüş təyinatlı olmasını və 1 yanvar 2020-ci il tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilməklə Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilməsi nəzərdə tutulduğu kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2021-ci il ərzində müvafiq Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X16 Mərkəzinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 100 ha örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2021-ci ildə istifadəsində guya 100 ha əkin təyinatlı torpaq sahəsinin olmasına dair, 2018-ci ildə saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənəd olan xx.xx.2003-cü il tarixli, JN – 2605 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni bilə-bilə qanunsuz olaraq təkrarən istifadə etmək məqsədilə ünvan 4 ünvanında yerləşən X17 X7 Təsərrüfat sektorunun böyük məsləhətçisi vəzifəsində işləmiş cinayətdən xəbərsiz Şahid2 tərəfindən qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri araşdırılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində 14 dekabr 2020-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 30 ha arpa, 15 aprel 2021ci il tarixdə 11 ha yonca, 8 ha pambıq, 18 avqust 2021-ci il tarixdə 37 yonca bitkilərinin əkilməsini müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq etdikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 8.960 manat məbləğində pul vəsaitindən 2.240 manat hissəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-də adına olan 6768********9678 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 6.720 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 8.960 (səkkiz min doqquz altmış) manat məbləğdə pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək və CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərdab rayonunun İsaqbağı kəndinin ərazisində ailəsinə məxsus pay torpağı vardır və həmin torpaqda kənd təsərrüfatı işləri ilə məşğul olmaqla, eyni zamanda Zərdab rayon İcra Hakimiyyəti başçısının 2001-ci il tarixli müvafiq sərəncamı ilə İcra Hakimiyyəti arasında bağlanmış 23 aprel 2001-ci il tarixli icarə müqaviləsi əsasında Zərdab rayon ərazisində əvvəlki “Camışçılıq” sovxozunun torpaq sahəsindən kənd təsərrüfatının istehsalı və heyvandarlığı inkişaf etdirmək məqsədilə 50 (əlli) il müddətinə 100 ha məqsədli təyinatı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etmişdir. Həmin sənədi əldə etdikdən sonra orada kənd təsərrüfatı işləri ilə məşğul olmuş və bununla bağlı dövlət tərəfindən digər femerlərə olduğu kimi ona da dövlət büdcəsi hesabına yardım olan subsidiya verilmişdir. Həmin subsidiyanın verilməsi o dövrdə fəaliyyət göstərən kənd icra nümayəndəliyi nəzarət etdiyindən 2019-cu il ərzində Bəyimli qəsəbə ərazi komissiyasına Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qeyd olunan şəhadətnaməni təqdim edərək subsidiya verilməsi həyata keçirilmişdir. O, sonradan bildiyinə görə ona örüş torpağına görə subsidiya nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı əldə etmiş və faktiki olaraq Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən 100 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bilməklə 2018-ci ildə istifadəsində guya 100 ha əkin təyinatlı torpaq sahəsinin olmasına dair məlumatlar xx.xx.2003-cü il tarixli JN - 2605 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də 100 ha əkin təyinatlı torpaq sahəsinin 50 (əlli) il müddətinə icarəyə verilməsi barədə Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin məzmununda faktiki olaraq çap və diyircəkli qələmlə yazılaraq həmin şəhadətnamə ona verilməklə qeyd olunan müddətə torpaq sahəsinin, yəni 100 hektar sahəsinin əkin olmaqla Torpaq Komitəsinin Zərdab rayon şöbəsinin müdiri qrafası qeyd olunan məlumatlar olan şəhadətnamənin blankı xatırlamadığı yerdə skayner qurğusu vasitəsilə kompyuterə köçürdüb çap etdirmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin dairəvi möhürü və şöbənin rəisi vəzifəsində işləmiş Samir müəllimin imzası və orada olan tarixlər də skayner vasitəsilə kağıza köçürülmüşdür. O, Azərbaycan Respublikası X11 Komitəsinin Zərdab Rayon Şöbəsi” yazıları olan dairəvi möhürü xatırlamadığı yerdə 2018-ci ildə skayner qurğusu vasitəsilə kompyuterə köçürdüb saxtalaşdırmağını bilməmiş və bunun doğru sənəd olduğunu başa düşmüşdür. Həmin sənədi çap etdirdikdən sonra xx.xx.2001-ci il tarixli, JN - 2605 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sisteminə Zərdab rayonu ərazisində yerləşən Zərdab X16 Mərkəzində daxil edərək 100 ha örüş təyinatlı torpaq sahəsinə hər hansı hüququnun olmadığını bildiyi halda həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2019-cu il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Bəyimli qəsəbə ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş müvafiq iclas protokoluna əsasən 2019-cu il üzrə ona ayrılmış Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 1.000 manat məbləğində pul vəsaitindən 250 manat hissəsini 2019-cu ilin yay aylarında "xxxx" ASC-də adına olan hesaba köçürüldükdən sonra həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 750 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri əkdiyi torpağa sərf etmişdir. Həmçinin, eyni qaydada 2020-ci ildə saxtalaşdırılmış şəhadətnaməni Kənd Təsərrüfatı idarəsinə təqdim edərək 2019-cu ildə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 50 ha buğda və 20 ha yonca, həmçinin 04 iyun 2020-ci il tarixdə 17 ha yonca, 24 iyul 2020-ci il tarixdə isə 7,4 ha pambıq bitkilərinin əkilməsi bəyan edilməklə müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi 15.328 manat məbləğində pul vəsaitindən 3.832 manat hissəsini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 11.496 manat dəyərdə mineral gübrə, biohumus və pestisidləri isə torpağa sərf etmişdir. 2018-ci ildə şəhadətnaməni istifadə etmək məqsədilə Zərdab X16 Mərkəzinə təqdim edərək surətləri araşdırılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində 14 dekabr 2020-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 30 ha arpa, 15 aprel 2021-ci il tarixdə 11 ha yonca, 8 ha pambıq, 18 avqust 2021-ci il tarixdə 37 yonca bitkilərinin əkilməsini müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq olunduqdan sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 8.960 manat məbləğində pul vəsaitindən 2.240 manat hissəsini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdırmış, qalan 6.720 manat dəyərdə mineral gübrə, biohumus və pestisidləri isə əkdiyi torpağa sərf etmişdir. O, CM-nin 320.1 və 320.2-ci maddələri ilə özünü təqsirli bilmir, ona bəraət verilməsini istəyir, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmış, onlara vurulmuş ziyanı aradan qaldırılmışdır. Zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan əməllərin törədilməsində təqsirli olması özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə Zərdab rayon Kənd Təsərrüfatı İdarəsinin Maliyyə-təsərrüfat sektorunun böyük məsləhətçisi vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci il tarixdə həmin vəzifədən öz arzusu ilə azad olunmuşdur. 25 aprel 2022-ci il tarixdən X14 Təchizatı və Satışı İdarəsinin mal təchizatçısı vəzifəsinə təyin olunmuşdur. O, əvvəlki Zərdab rayon Kənd Təsərrüfatı İdarəsi, hazırki Zərdab X16 Mərkəzində işlədiyi dövr ərzində subsidiya alınması üçün fermerləri şəxsən görməmiş, çünki onların əksəriyyəti özləri sənədlərini EKTİS vasitəsilə bəyan etmiş, o və digər əməkdaşlar isə EKTİS-də gördüyü sənədlərin doğruluğunu təsdiq etmişlər. Həmin sənədlər, yəni fermer tərəfindən EKTİS-də əlavə edilmiş şəhadətnamələrdə torpaq sahəsinin təyinat növü əkin göstərildiyi üçün tərəfindən elektron sistemdə təsdiq edildikdən sonra həmin sənədlər bir daha Nazirlik, Aqrar Kredit İnkişaf Agentliyi və X10 tərəfindən yoxlanılmış və nəzarəti həyata keçirilmişdir. Bəzi hallarda isə fermer özü EKTİS-ə sənədlərini əlavə edə bilmir və həmin fermer idarayə müraciət edərək sənədlərinin onun adından EKTİS-ə əlavə edilməsi barədə kömək istədiyindən Mərkəzin əməkdaşlarına müraciət etmiş fermerlərə bu barədə köməklik göstərib, həmin sənədlərə baxaraq torpaq növü əkin və ya çox illik əkmə təyinatlı olmağına diqqət etmişlər. O, 2015-ci ilədək “JN” seriyalı dövlət aktı şəhadətnamələrinin Dövlət Əmlak Komitəsi tərəfindən inteqrasiya olunub EKTİS-də göstərilmədiyindən həmin şəhadətnamədə torpaq sahəsi əkin göstərildiyi üçün elektron sistemdə təsdiqi aparılırdı. Bu barədə dəfələrlə Nazirliyə, Aqrar Kredit İnkişaf Agentliyinə və X5 məlumat verilmişdir. Təqsirləndirilən şəxs tanımır, onun Təqsirləndirilən şəxsla düşmənçilik və qohumluq münasibətləri olmamışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs özü məsuliyyət daşımaqla tərəfindən qeydiyyatdan keçirilmiş və bəyan edilmiş sənədlərin mövcudluğunu və həmin torpağın əkin təyinatlı olmasını EKTİS-də yoxlayıb torpaq sahələrinin mövcud sənədlərində əkin təyinatlı olmasını həmin sənəddə əkin və çox illik əkmələr sözləri olduğunu görüb yoxlayıb, qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri tərəfindən araşdırılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində 12 noyabr 2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən bəyan edilməklə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 50 ha buğda və 20 ha yonca, həmçinin 04 iyun 2020-ci il tarixdə bəyan edilməklə 17 ha yonca, 24 iyul 2020-ci il tarixdə isə 7,4 ha pambıq bitkilərinin əkilməsi bəyan edilməklə müvafiq olaraq qeyd olunan tarixlərdə əmin olduqdan sonra sistemdə təsdiq etmişdir. Təqsirləndirilən şəxs özü şəxsən məsuliyyət daşımaqla tərəfindən qeydiyyatdan keçirilmiş, bəyan edilmiş sənədlərin mövcudluğunu və həmin torpağın əkin təyinatlı olmasını EKTİS-də yoxlayıb torpaq sahələrinin mövcud sənədlərində əkin təyinatlı olmasını həmin sənəddə əkin və çox illik əkmələr sözləri olduğunu görüb yoxlayıb, qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri tərəfindən araşdırılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron X8 Sistemində 14 dekabr 2020-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 30 ha arpa, 15 aprel 2021-ci il tarixdə 11 ha yonca, 8 ha pambıq, 18 avqust 2021-ci il tarixdə 37 yonca bitkilərinin əkilməsini müvafiq olaraq qeyd olunan tarixlərdə əmin olduqdan sonra sistemdə təsdiq etmişdir. Qeyd olunan müqavilələrin EKTİS-də təsdiqi üçün kimsə ona göstəriş verməmiş və göstərilən qaydada digər fermerlərin sənədlərini EKTİS-də təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2000- 2005-ci illərdə ləğv edilmiş X11 Komitəsinin Zərdab rayon şöbəsinin müdiri, 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zərdab rayon şöbəsində mühəndis inventarlaşdırıcı vəzifəsində, 2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X13 rayon şöbəsinin gəlirlər sektorunda məsləhətçi vəzifəsində, 2015-2018-ci illərdə işsiz olmuş, 2018-ci ilin avqust ayında isə Kənd Təsərrüfatı Nazirliyinin X16 Mərkəzinin Zərdab rayon şöbəsinin heyvandarlıq sektorunda məsləhətçi, 2019-cu ilin mart ayından 2021-ci ilin noyabr ayına kimi isə həmin şöbənin Bitkiçilik sektorunun müdiri vəzifəsini icra etmişdir. O, ləğv edilmiş X11 Komitəsinin müdiri vəzifəsində işləyərkən vətəndaşın müraciəti əsasında həmin dövrə aid qanunvericiliyə uyğun olaraq Zərdab rayon İcra Hakimiyyəti Başçısı və ya bələdiyyə həmin torpaq sahəsinin ayrılmasını vətəndaşa məqsədəuyğun hesab etdiyi halda həmin torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması Komitənin Zərdab rayon şöbəsinə göndərilmiş, müraciətə uyğun olaraq torpaq sahəsinə naturada baxış keçirilmişdir. Həmin vaxt Zərdab rayon şöbəsində saxlanılan yerquruluşu sənədlərində sadəcə olaraq torpaq sahəsinin konifiqurasiya (hüdudlar) xəritəsi və mülkiyyət növləri (bələdiyyə, xüsusi və ya dövlət) əks olunurdu. Torpaq sahəsinə yerində baxış keçirilərkən gözlə görünən situasiya, yerin seçilməsi aktda təsvir olunmuşdur. Sözügedən torpaq sahəsinə baxış keçirilərkən yerin naturada əkin olmaması həm geobotaniki, həm də aqrokimyəvi qiymətləndirmə olmadığından faktiki vəziyyətə uyğun olaraq aktda qeydlər aparılmış və prosedur qaydaya əsasən sənədlərin dövlət qeydiyyatına alınması, vətəndaş tərəfindən DT və XK-ə “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin hazırlanması tərəflər arasında bağlanmış müqavilənin dövlət qeydiyyatına alınması məqsədilə göndərilərək DT və XK-də ekspertiza edilib baza məlumatlarında əks olunan hüdudlar və uqodiya göstərilməklə Torpaq Kadastrı və Monitorinqi Mərkəzində hazırlanır, çap olunur və ondan sonra müşayiət məktubu ilə yerli şöbəyə göndərilərək sənəd möhür və imza ilə təsdiqlənib vətəndaşa təqdim edilmişdir. Onun kənd təsərrüfatı təyinatlı torpaqlarına əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş torpaq sahələrinə subsidiyaların ayrılması barədə məlumatı olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Zərdab rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 24 saylı Sərəncamı əsasında Zərdab rayonu İsaqbağı kənd sakini Təqsirləndirilən şəxs ilkin torpaq ayırma sənədləri üzrə Zərdab rayon İcra Hakimiyyəti Başçısına ünvanlandığı 02 aprel 2001-ci il tarixli ərizəsindən görünür ki, o, uzun müddət heyvandarlıq sahəsində çalışdığından və hal-hazırda heyvandarlıqla məşğul olmaqla heyvandarlıq məhsullarını istehsal etmək, inkişaf etdirmək, və heyvanları saxlamaq üçün yem bazası yaratmaq üçün torpaq sahəsi məhdud olduğundan ona “Camışçılıq” sovxozu ərazisindən dövlət mülkiyyətində saxlanılmış torpaqdan icarə yolu ilə 100 (yüz) ha torpaq sahəsi ayrılmasına sərəncam verməyi və əvvəllər bu məqsədlə müraciəti olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli Sərəncamından görünür ki, Zərdab rayonu İsaqbağı kənd sakini Təqsirləndirilən şəxs ərizə ilə rayon icra hakimiyyətinə müraciət edərək dövlət mülkiyyətində olan torpaqlardan onun istifadəsinə 50 (əlli) il müddətinə heyvandarlığı inkişaf etdirmək və kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədilə 100 (yüz) hektar torpaq sahəsi verilməsini xahiş etmiş və həmin dövrdə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsaslanaraq Təqsirləndirilən şəxs Camışçılıq sovxozu ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan rayon Torpaq şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında 50 (əlli) il müddətinə heyvandarlığı inkişaf etdirmək və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 100 (yüz) ha torpaq sahəsi ayrılmış və rayon Torpaq şöbəsi qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş yerquruluşu və torpaqayrıma sənədlərinə uyğun olaraq yerdə (naturada) torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin Təqsirləndirilən şəxs verilməsini təmin etmiş və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanına uyğun olaraq “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə aldıqdan sonra istifadəsinə icazə verilmişdir. Cinayət işində olan Zərdab rayonu Camışçılıq sovxozunun ərazisində rayon Torpaq şöbəsinin müdiri, mütəxəssisi və kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş 10 aprel 2001-ci il tarixli baxış aktı və rəyindən görünür ki, Zərdab rayonu İsaqbağı kənd sakini Təqsirləndirilən şəxs heyvandarlığı inkişaf etdirmək və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Zərdab rayon İcra Hakimiyyətinə müraciət edərək Camışçılıq sovxozunun dövlət mülkiyyətində saxlnamış ərazisindən onun istifadəsinə 100 hektar torpaq sahəsi verilməsi ilə əlaqədar əraziyə baxış keçirilmiş və ərazinin örüş və şoranlı örüş olması müəyyən edilmişdir. Cinayət işində olan 23 aprel 2001-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Zərdab rayonu İsaqbağı kənd sakini Təqsirləndirilən şəxs ilə Zərdab rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilə 50 (əlli) il müddətinə bağlanılmış, müqavilələrin 2.13-cü bəndindən görünür ki, “İcarəçi”nin üzərinə icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək və digər vəzifələr qoyulmuş, eləcə də müqavilələrin 2.14-cü bəndindən görünür ki, müqavilə şərtlərinin pozulması üçün tərəflər mövcud qanunvericiliyə əsasən maddi, inzibati və ya cinayət məsuliyyəti daşıyır. Cinayət işinin materiallarından görünür ki, Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-cü il tarixli 24 saylı sərəncamı əsasında İcra Hakimiyyəti ilə Zərdab rayonu İsaqbağı kənd sakini Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında Zərdab rayon ərazisində əvvəlki “Camışçılıq” sovxozunun torpaq sahəsindən kənd təsərrüfatının istehsalı və heyvandarlığı inkişaf etdirmək məqsədilə 50 (əlli) il müddətinə 100 ha məqsədli təyinatı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2003-cü il tarixli JN – 2605 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası iclasının 17 avqust 2018-ci il tarixli, RK-22-57 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar kənd təssərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarına və 2018-ci ili 28 mart tarixli 192s nömrəli Sərəncamına əsasən 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə yardımların verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 06 dekabr 2021-ci il tarixli, 03/06-xx-xx-3091 nömrəli məktubdan görünür ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi üzərindən həyata keçirilir. Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilir. Fermerlər dövlət yardımına torpaqdan istifadə hüquqlarını təsdiq edən sənədlərlə EKTİS-də qeydiyyatdan keçərək müraciət edirlər. Eyni zamanda, fermerlərin müvafiq dövlət xidmətinə əlçatanlığının artırılması, təqdim edilən sənədlərin düzgünlüyünün dəqiqləşdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq elektron sistemindən məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən inteqrasiya edilir. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq fermerlərin bəyan etdikləri əkinlərin və torpaq sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun monitorinqi həyata keçirilir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”’nın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 2019-cu il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Bəyimli qəsəbə ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının müvafiq iclas protokolundan görünür ki, 2019-cu ildə 1.000 manat 2020-ci ildə Zərdab X16 Mərkəzinə təqdim etdiyi və Nazirliyin Elektron Kənd X2 12 noyabr 2019-cu ildə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 50 ha buğda və 20 ha yonca, həmçinin 04 iyun 2020-ci il tarixdə 17 ha yonca, 24 iyul 2020-ci il tarixdə isə 7,4 ha pambıq bitkilərinin əkilməsi bəyan edilməklə müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 15.328 manat, 14 dekabr 2020-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 100 ha sahədə 30 ha arpa, 15 aprel 2021-ci il tarixdə 11 ha yonca, 8 ha pambıq, 18 avqust 2021-ci il tarixdə 37 yonca bitkilərinin əkilməsini müvafiq olaraq qeyd olunan tarixlərdə təsdiq etdikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 8.960 manat olmaqla Zərdab DAİM-in əməkdaşları tərəfindən 07 may 2021-ci il tarixində fermer Təqsirləndirilən şəxs icarəsində olan torpaq sahəsində monitorinq zamanı tərtib edilən yerində müşahidə hesabatlarında bəyan edilmiş 8,0 ha torpaq sahəsində pambıq, 11 ha yonca və xx.xx.2022-ci il tarixli yerində müşahidə hesabatında 30 ha arpa əkininin aparıldığı qeyd edilməklə bu məlumatlar EKTİS-ə daxil edilmişdir. Yoxlama tədbirləri çərçivəsində qeyd olunan torpaq sahələrinin örüş təyinatlı olmaqla orada əkininin aparılmasına baxmayaraq, Təqsirləndirilən şəxs əsassız olaraq 25.288,00 AZN (iyirmi beş min iki yüz səksən səkkiz manat) subsidiya ödənilmişdir. Cinayət işində olan məhkəmə-xətşünaslıq və texniki ekspertizasının 17 aprel 2023cü il tarixli, 4/512-5/460 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X16 Mərkəzinin müfəttişi X6 tərəfindən xx.xx.2021-ci il və 02 ədəd xx.xx.2021-ci il tarixlərində tərtib edilmiş “Yerində müşahidə hesabatları”nın “Fermer” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına JN-2605 KOD 90500001 nömrəli (50 il müddətinə) Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməsindəki möhür əksi, imza və əlyazılar axınlı printerdə çap edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş Zərdab rayon Bəyimli qəsəbə ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 07 avqust 2019-cu il tarixli RK-24-59 nömrəli iclas protokolundan görünür ki, 2019-cu il üzrə subsidiya qismində 1.000 manat olmaqla 750 manat nağdsız subsidiya, 250 manat nağd subsidiya, habelə "xxxx" ASC-dən daxil olmuş 19 iyul 2022-ci il tarixli, 157000/2-3634 nömrəli məktubdan da görünür ki, 10 avqust 2020-ci il tarixdə 15.328 pul vəsaitindən 3.832 manat nağd subsidiya və həmin tarixdə 11.496 manat nağdsız subsidiya, eləcə də xx.xx.2021-ci il tarixdə 8.960 manat məbləğində pul vəsaitindən 2.240 manat hissəsini nağd subsidiya və həmin tarixdə 6720 manat hissəsini nağdsız "xxxx"a məxsus 6768********9678 nömrəli plastik fermer kartına cəmi 25.288 (iyirmi beş min iki yüz səksən səkkiz manat) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan Zərdab rayon İHB-nın İsaqbağı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli, 79 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 24 saylı sərəncamı, JN-2605 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilməməsi barədə ifadəsini, barəsində bəraət hökmü çıxarılmasını təklif etməsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi CM-nin 320.1 və 320.2ci maddələri ilə nəzərdə tutulmuş əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarıının 42-ci bəndində əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Ona görə də CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 24 saylı sərəncamı, JN-2605 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə iş materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 24 saylı sərəncamı, JN-2605 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti veilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar