Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-38/2023 17.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Zərdab rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2003-cü il və xx.xx.2003-cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin topraq sahəsinin örüş təyinatlı olmasını, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar kənd təssərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydası”na uyğun kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2018-ci il ərzində müvafiq Məlikli kənd ərazi komissiyasına Zərdab rayonu Məlikli kəndində yerləşən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Məlikli kəndində yerləşən 65 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2018-ci ildə istifadəsində guya 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin olmasına dair, bilə-bilə ehtiva etdiyi məlumatlar doğru olmamaqla tam hüquqi qüvvəyə malik olmayan xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi görüntüsü yaratması məqsədilə qeyd olunan “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”nin məzmununda faktiki olaraq çap və diyircəkli qələmlə yazılaraq guya “həmin şəhadətnamə verilir Zərdab rayon Məlikli kənd sakini kimi özünə ondan ötrü ki, 25 (iyirmi beş) il müddətinə torpaq sahəsinin, yəni 35 hektar sahəsinin əkin, 30 hektar sahəsinin isə örüş olmaqla DTXK Zərdab r-n şöbəsinin müdiri qrafası” qeyd olunan məlumatlar olan şəhadətnamənin blankı istintaqa məlum olmayan yer və şəraitdə həmin müddətdə zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə kompyuterə köçürülüb çap edilməklə, əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin dairəvi möhürü və şöbənin rəisi vəzifəsində işləmiş Şahid4 imzasını oxşatmaqla, “Tarix” qrafasının qarşısında isə özü “xx.xx.2004-cü il” diyircəkli qələmlə icra edib, “Azərbaycan Respublikası X9 Komitəsinin Zərdab Rayon Şöbəsi” yazıları olan dairəvi möhürü istintaqa məlum olmayan yer və şəraitdə həmin müddətdə zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə kompyuterə köçürülüb çap edilməsinə nail olduqdan sonra xx.xx.2004cü il tarixli, JN - 3933 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməyə dair bilə-bilə hüquq verən rəsmi saxta sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə hazırladıqdan sonra Zərərçəkmiş şəxs Elektron X6 Sisteminə ünvan 2 ünvanında yerləşən Zərdab X16 Mərkəzində daxil edərək 65 ha örüş təyinatlı torpaq sahəsinə hər hansı hüququnun olmadığını bildiyi halda həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2018-ci il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 17 avqust 2018-ci il tarixli RK-22-57 nömrəli iclas protokoluna əsasən 2018-ci il üzrə subsidiya qismində ona ayrılmış Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 2.714 manat məbləğində pul vəsaitindən 679 manat hissəsini "xxxx" ASC-də adına olan 6768********2960 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 2.035 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub, əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus 2.714 (iki min yeddi yüz on dörd) manat məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmiş, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2003-cü il və xx.xx.2003-cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin topraq sahəsinin örüş təyinatlı olmasını, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar kənd təssərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi qaydası”na uyğun kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2019-cu il ərzində müvafiq Məlikli kənd ərazi komissiyasına Zərdab rayonu Məlikli kəndində yerləşən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Məlikli kəndində yerləşən 65 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2019-cu ildə istifadəsində guya 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin olmasına dair, 2018-ci ildə saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənəd olan xx.xx.2004-cü il tarixli, JN - 3933 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni bilə-bilə qanunsuz olaraq təkrarən istifadə etmək məqsədilə Zərərçəkmiş şəxs Elektron X6 Sisteminə ünvan 2 ünvanında yerləşən Zərdab X16 Mərkəzində daxil edərək 65 ha örüş təyinatlı torpaq sahəsinə hər hansı hüququnun olmadığını bildiyi halda həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2019-cu il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 07 avqust 2019-cu il tarixli RK-24-59 nömrəli iclas protokoluna əsasən 2019-cu il üzrə ona ayrılmış Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 2.750 manat məbləğində pul vəsaitindən 688 manat hissəsini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də adına olan 6768********2960 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 2.062 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus 2.750 (iki min yeddi yüz əlli) manat məbləğdə pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, Qəbələ rayon İHB-in xx.xx.2003-cü il tarixli 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2003-cü il və xx.xx.2003-cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin torpaq sahəsinin örüş təyinatlı olmasını və 1 yanvar 2020-ci il tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilməklə Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilməsi nəzərdə tutulduğu kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2020-ci il ərzində müvafiq Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X16 Mərkəzinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Məlikli kəndində yerləşən 65 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2020-ci ildə istifadəsində guya 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin olmasına dair, 2018-ci ildə saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənəd olan xx.xx.2004-cü il tarixli, JN - 3933 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni bilə-bilə qanunsuz olaraq təkrarən istifadə etmək məqsədilə ünvan 4 ünvanında yerləşən X19 X5 Təsərrüfat sektorunun böyük məsləhətçisi vəzifəsində işləmiş cinayətdən xəbərsiz Şahid2 tərəfindən qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri araşdırılıb Zərərçəkmiş şəxs Elektron X6 Sistemində 16 dekabr 2019-cu il tarixdə bəyan edilməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 25 ha buğda və 5 ha yonca bitkilərinin əkilməsi 24 aprel 2020-ci il tarixdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 5.500 manat məbləğində pul vəsaitindən 1.375 manat hissəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-də adına olan 6768********2960 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 4.125 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğdə pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, Qəbələ rayon İHB-in xx.xx.2003-cü il tarixli 42 saylı və xx.xx.2003cü il tarixli 139 saylı sərəncamları əsasında İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2003-cü il və xx.xx.2003-cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən özünün adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etdikdən sonra həmin torpaq sahəsinin örüş təyinatlı olmasını və 1 yanvar 2020-ci il tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq Elektron X2 Sistemi (EKTİS) üzərindən həyata keçirilməklə Qaydanın 1.2.9-cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilməsi nəzərdə tutulduğu kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına yardım verilməsi üçün fəaliyyət göstərən qurumlara, yəni 2020-ci il ərzində müvafiq Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X16 Mərkəzinə təqdim edərək subsidiya verilməsi nəzərdə tutulmadığını bildiyi halda dövlət tərəfindən ayrılmış subsidiyanı təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə istifadəsində faktiki olaraq Zərdab rayonu Məlikli kəndində yerləşən 65 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bildiyi halda 2021-ci ildə istifadəsində guya 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin olmasına dair, 2018-ci ildə saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənəd olan xx.xx.2004-cü il tarixli, JN - 3933 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni bilə-bilə qanunsuz olaraq təkrarən istifadə etmək məqsədilə ünvan 4 ünvanında yerləşən X19 X5 Təsərrüfat sektorunun böyük məsləhətçisi vəzifəsində işləmiş cinayətdən xəbərsiz Şahid2 tərəfindən qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri araşdırılıb Zərərçəkmiş şəxs Elektron X6 Sistemində 22 yanvar 2021-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 26 ha buğda, 5 ha arpa və 4 ha yonca bitkilərinin əkilməsini 18 fevral 2021-ci il tarixdə təsdiq etdikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 5.921,60 manat məbləğində pul vəsaitindən 1.480,40 manat hissəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-də adına olan 6768********2960 nömrəli hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini "xxxx" ASC-in Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında nağdlaşdıraraq, qalan 4.441,2 manat dəyərdə mineral gübrə, biohumus və pestisidlərin alınmasına nail olub əldə etdiyi pul vəsaiti və gübrələri öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus 5.921,60 (beş min doqquz yüz iyirmi bir manat altmış qəpik) manat məbləğdə pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək və CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Qəbələ rayon İcra Hakimiyyəti başçısının 2003cü il tarixli müvafiq sərəncamlarla İcra Hakimiyyəti ilə arasında bağlanmış 27 fevral 2003cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etmişdir. Həmin sənədi əldə etdikdən sonra orada kənd təsərrüfatı işləri ilə məşğul olmuş və bununla bağlı dövlət tərəfindən digər fermerlərə olduğu kimi ona da dövlət büdcəsi hesabına torpağı əkib becərdiyi üçün subsidiya verilmişdir. Həmin subsidiyanın verilməsinə o dövrdə fəaliyyət göstərən kənd icra nümayəndəliyi tərəfindən nəzarət edildiyindən 2018-ci il ərzində Məlikli kənd ərazi komissiyasına Zərdab rayonu Məlikli kəndində yerləşən Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qeyd olunan şəhadətnaməni təqdim edərək subsidiya verilməsi həyata keçirilmişdir. O, sonradan bilmişdir ki, örüş torpağına görə qanunvericilikdə subsidiya nəzərdə tutulmadığı halda dövlət tərəfindən ayrılmış subsidiyanı əldə etmişdir. O, faktiki olaraq Zərdab rayonu Məlikli kəndində yerləşən 65 ha örüş və şoranlı örüş təyinatlı torpaq sahəsi olduğunu bilməklə 2018-ci ildə istifadəsində guya 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin olmasına dair xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də 35 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi barədə Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin məzmununda məlumatlar faktiki olaraq çap və diyircəkli qələmlə yazılaraq həmin şəhadətnamə ona verilməklə 25 (iyirmi beş) il müddətinə torpaq sahəsinin, yəni 35 hektar sahəsinin əkin, 30 hektar sahəsinin isə örüş olmasına dair Torpaq Komitəsinin Zərdab rayon şöbəsinin müdiri qrafasında qeyd olunan məlumatlar olan şəhadətnamənin blankını xatırlamadığı yerdə skayner qurğusu vasitəsilə kompyuterə köçürdüb çap etdirmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin dairəvi möhürü və şöbənin rəisi vəzifəsində işləmiş Tofiq müəllimin imzası oxşadılmaqla tərəfindən çəkilməklə Tarix qrafasının qarşısında xx.xx.2004-cü il rəqəmlərini diyircəkli qələmlə həmin rəqəmləri başqa xətlə yazmışdır. O, Azərbaycan Respublikası X9 Komitəsinin Zərdab Rayon Şöbəsi” yazıları olan dairəvi möhürü xatırlamadığı yerdə 2018-ci ildə skayner qurğusu vasitəsilə kompyuterə köçürdüb saxtalaşdırmağını bilməmiş və bunun doğru sənəd olduğunu başa düşmüşdür. Qeyd olunan xx.xx.2004-cü il tarixli, JN - 3933 nömrəli Kod 90500001 nömrəli şəhadətnaməni çap etdirdikdən sonra əkdiyi torpağa görə subsidiya almaq məqsədilə 2018-2019-cu illərdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, 2020-2021-ci illərdə isə Kənd Təsərrüfatı Nazirliyinin X16 Mərkəzinin Zərdab rayon şöbəsinə təqdim edərək Elektron X2 Sistemində icarəsində olan 35 ha əkin təyinatlı torpaq sahəsinə hər hansı hüququnun olmadığını sonradan bilməklə həmin torpaq sahəsi üzrə əldə etdiyi, subsidiya qismində "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2018-ci il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının müvafiq iclas protokoluna əsasən həmin il üzrə subsidiya qismində ona ayrılmış cəmi 2.714 manat məbləğində pul vəsaitindən 25% yəni 679 manat hissəsini Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında 2018-ci ilin yay aylarında nağdlaşdıraraq, qalan 2.035 manat dəyərdə pul vəsaitinə isə mineral gübrə əldə etməklə torpağa xərcləmişdir. O, həmçinin eyni qaydada 2018-ci ildə hazırladığı şəhadətnaməni təkrar Kənd Təsərrüfatı idarəsinə təqdim edərək "xxxx" ASC-də adına olan hesaba köçürülmüş və gübrə qismində ona verilmiş müxtəlif məbləğ və dəyərdə, o cümlədən, 2019-cu ildə cəmi 2.750 manat məbləğində pul vəsaitindən 688 manat hissəsini Zərdab rayonunda yerləşən ayrı-ayrı bankomatlarında 2019-cu ilin yay aylarında nağdlaşdıraraq, qalan 2.062 manat dəyərdə mineral gübrəni torpağa xərcləmişdir. Həmçinin, o, 2020-ci ildə təkrar subsidiya əldə etmək məqsədilə adına tərtib etdiyi xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”ni təkrar istifadə edərək Zərdab X16 Mərkəzinə təqdim etmiş və Zərərçəkmiş şəxs Elektron X2 Sistemində 16 dekabr 2019-cu il tarixdə bəyan etməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahənin 25 ha buğda və 5 ha yonca bitkilərinin əkilməsi 24 aprel 2020-ci il tarixdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi subsidiya qismində Kənd Təsərrüfatı Nazirliyinə məxsus ümumilikdə 5.500 manat məbləğində pul vəsaitindən 1.375 manat hissəsini 2020-ci ilin yayında nağdlaşdırmış, qalan 4.125 manat dəyərdə mineral gübrə əldə edərək torpağa xərcləmişdir. O, həmçinin eyni qaydada 2021-ci ildə təkrar subsidiya almaq məqsədilə həmin şəhadətnaməni Zərərçəkmiş şəxs Elektron X2 Sistemində 22 yanvar 2021-ci il tarixdə bəyan etməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 26 ha buğda, 5 ha arpa və 4 ha yonca bitkilərinin əkilməsi 18 fevral 2021-ci il tarixdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi subsidiya qismində 5.921,60 manat məbləğində pul vəsaitindən 1.480,40 manat hissəsini 2021-ci ilin yay aylarında nağdlaşdırmış və qalan 4.441,2 manat dəyərdə mineral gübrəni torpağa xərcləmişdir. O, CM-nin 320.1 və 320.2-ci maddələri ilə özünü təqsirli bilmir, ona bəraət verilməsini istəyir, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmış, onlara vurulmuş ziyanı aradan qaldırılmışdır. Zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan əməllərin törədilməsində təqsirli olması özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə Zərdab rayon Kənd Təsərrüfatı İdarəsinin Maliyyə-təsərrüfat sektorunun böyük məsləhətçisi vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci il tarixdə həmin vəzifədən öz arzusu ilə azad olunmuşdur. 25 aprel 2022-ci il tarixdən X15 Təchizatı və Satışı İdarəsinin mal təchizatçısı vəzifəsinə təyin olunmuşdur. O, əvvəlki Zərdab rayon Kənd Təsərrüfatı İdarəsi, hazırki Zərdab X16 Mərkəzində işlədiyi dövr ərzində subsidiya alınması üçün fermerləri şəxsən görməmiş, çünki onların əksəriyyəti özləri sənədlərini EKTİS vasitəsilə bəyan etmiş, o və digər əməkdaşlar isə EKTİS-də gördüyü sənədlərin doğruluğunu təsdiq etmişlər. Həmin sənədlər, yəni fermer tərəfindən EKTİS-də əlavə edilmiş şəhadətnamələrdə torpaq sahəsinin təyinat növü əkin göstərildiyi üçün tərəfindən elektron sistemdə təsdiq edildikdən sonra həmin sənədlər bir daha Nazirlik, Aqrar Kredit İnkişaf Agentliyi və X8 tərəfindən yoxlanılmış və nəzarəti həyata keçirilmişdir. Bəzi hallarda isə fermer özü EKTİS-ə sənədlərini əlavə edə bilmir və həmin fermer idarayə müraciət edərək sənədlərinin onun adından EKTİS-ə əlavə edilməsi barədə kömək istədiyindən Mərkəzin əməkdaşlarına müraciət etmiş fermerlərə bu barədə köməklik göstərib, həmin sənədlərə baxaraq torpaq növü əkin və ya çox illik əkmə təyinatlı olmağına diqqət etmişlər. O, 2015-ci ilədək “JN” seriyalı dövlət aktı şəhadətnamələrinin Dövlət Əmlak Komitəsi tərəfindən inteqrasiya olunub EKTİS-də göstərilmədiyindən həmin şəhadətnamədə torpaq sahəsi əkin göstərildiyi üçün elektron sistemdə təsdiqi aparılırdı. Bu barədə dəfələrlə Nazirliyə, Aqrar Kredit İnkişaf Agentliyinə və X3 məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs tanıyır, onun Təqsirləndirilən şəxsla düşmənçilik və qohumluq münasibətləri olmamışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs özü məsuliyyət daşımaqla tərəfindən qeydiyyatdan keçirilmiş və bəyan edilmiş sənədlərin mövcudluğunu və həmin torpağın əkin təyinatlı olmasını EKTİS-də yoxlayıb torpaq sahələrinin mövcud sənədlərində əkin təyinatlı olmasını həmin sənəddə əkin və çox illik əkmələr sözləri olduğunu görüb yoxlayıb, qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri tərəfindən araşdırılıb Zərərçəkmiş şəxs Elektron X6 Sistemində 16 dekabr 2019-cu il tarixdə Şəmsi tərəfindən bəyan edilməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 25 ha buğda və 5 ha yonca bitkilərinin əkilməsini 24 aprel 2020-ci il tarixdə əmin olduqdan sonra sistemdə təsdiq etmişdir. Təqsirləndirilən şəxs özü şəxsən məsuliyyət daşımaqla tərəfindən qeydiyyatdan keçirilmiş, bəyan edilmiş sənədlərin mövcudluğunu və həmin torpağın əkin təyinatlı olmasını EKTİS-də yoxlayıb torpaq sahələrinin mövcud sənədlərində əkin təyinatlı olmasını həmin sənəddə əkin və çox illik əkmələr sözləri olduğunu görüb yoxlayıb, qeyd olunan torpaq sənədlərinin təqdim edilmiş surətləri tərəfindən araşdırılıb Zərərçəkmiş şəxs Elektron X6 Sistemində 22 yanvar 2021-ci il tarixdə bəyan edilməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 26 ha buğda, 5 ha arpa və 4 ha yonca bitkilərinin əkilməsini 18 fevral 2021-ci il tarixdə əmin olduqdan sonra sistemdə təsdiq etmişdir. Qeyd olunan müqavilələrin EKTİS-də təsdiqi üçün kimsə ona göstəriş verməmiş və göstərilən qaydada digər fermerlərin sənədlərini EKTİS-də təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2000- 2005-ci illərdə ləğv edilmiş X9 Komitəsinin Zərdab rayon şöbəsinin müdiri, 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zərdab rayon şöbəsində mühəndis inventarlaşdırıcı vəzifəsində, 2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X13 rayon şöbəsinin gəlirlər sektorunda məsləhətçi vəzifəsində, 2015-2018-ci illərdə işsiz olmuş, 2018-ci ilin avqust ayında isə Kənd Təsərrüfatı Nazirliyinin X16 Mərkəzinin Zərdab rayon şöbəsinin heyvandarlıq sektorunda məsləhətçi, 2019-cu ilin mart ayından 2021-ci ilin noyabr ayına kimi isə həmin şöbənin Bitkiçilik sektorunun müdiri vəzifəsini icra etmişdir. O, ləğv edilmiş X9 Komitəsinin müdiri vəzifəsində işləyərkən vətəndaşın müraciəti əsasında həmin dövrə aid qanunvericiliyə uyğun olaraq Zərdab rayon İcra Hakimiyyəti Başçısı və ya bələdiyyə həmin torpaq sahəsinin ayrılmasını vətəndaşa məqsədəuyğun hesab etdiyi halda həmin torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması Komitənin Zərdab rayon şöbəsinə göndərilmiş, müraciətə uyğun olaraq torpaq sahəsinə naturada baxış keçirilmişdir. Həmin vaxt Zərdab rayon şöbəsində saxlanılan yerquruluşu sənədlərində sadəcə olaraq torpaq sahəsinin konifiqurasiya (hüdudlar) xəritəsi və mülkiyyət növləri (bələdiyyə, xüsusi və ya dövlət) əks olunurdu. Torpaq sahəsinə yerində baxış keçirilərkən gözlə görünən situasiya, yerin seçilməsi aktda təsvir olunmuşdur. Sözügedən torpaq sahəsinə baxış keçirilərkən yerin naturada əkin olmaması həm geobotaniki, həm də aqrokimyəvi qiymətləndirmə olmadığından faktiki vəziyyətə uyğun olaraq aktda qeydlər aparılmış və prosedur qaydaya əsasən sənədlərin dövlət qeydiyyatına alınması, vətəndaş tərəfindən DT və XK-ə “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin hazırlanması tərəflər arasında bağlanmış müqavilənin dövlət qeydiyyatına alınması məqsədilə göndərilərək DT və XK-də ekspertiza edilib baza məlumatlarında əks olunan hüdudlar və uqodiya göstərilməklə Torpaq Kadastrı və Monitorinqi Mərkəzində hazırlanır, çap olunur və ondan sonra müşayiət məktubu ilə yerli şöbəyə göndərilərək sənəd möhür və imza ilə təsdiqlənib vətəndaşa təqdim edilmişdir. Onun kənd təsərrüfatı təyinatlı torpaqlarına əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş torpaq sahələrinə subsidiyaların ayrılması barədə məlumatı olmuşdur. 2000-2005-ci illərdə ləğv edilmiş X9 Komitəsinin Zərdab rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən iş üzrə Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 2003-cü il tarixli 42 saylı və 25 avqust 2003-cü il tarixli 139 saylı Sərəncamları və 27 fevral 2003-cü il tarixli icarə müqaviləsi ilə Zərdab rayonu ərazisində Gümüşlü adlı 4 saylı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı üçün 15 il müddətinə 65 hektar örüş torpaq sahəsinin müvəqqəti istifadə üçün verilməsinə dair Təqsirləndirilən şəxs adına tərtib edilmiş 12 aprel 2004-cü il tarixli JN-3933 Kod 90500001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ona təqdim edilməklə şəhadətnamə, ümumiyyətlə ləğv edilmiş DTXK-in Qəbələ rayon şöbəsindən verilməklə həmin Şəhadətnamə tərəfindən icra edilməmişdir. Eyni qaydada Təqsirləndirilən şəxs adına tərtib edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair həmin tarixli və nömrəli, yəni 12 aprel 2004-cü il JN-3933 Kod 90500001 nömrəli Şəhadətnamə də ona təqdim edilməklə şəhadətnamənin birinci səhifəsində icarə müddəti 15 il deyil, 25 il, habelə ümumilikdə göstərilmiş 65.0 hektar torpaq sahəsinin 35 hektarı əkin, 30 hektarı isə örüş kimi göstərilmiş, eləcə də şəhadətnamənin ikinci səhifəsində DTXK-in Qəbələ rayon əvəzinə Zərdab rayon şöbəsinin müdiri “Şahid4” qrafasının qarşısındakı imza və möhür tərəfindən icra edilməmişdir. O, Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs 2018-2021-ci illərdə subsidiya almasında onun heç bir rolu və köməyi olmamış, eləcə də Təqsirləndirilən şəxs dövlət büdcəsindən subsidiya ayrılması üçün hər hansı bir sənədin təsdiq edilməsində səlahiyyətli şəxs olmamış və bu barədə də heç kimdən xahiş etməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının 21 fevral 2003-cü il tarixli Sərəncamından görünür ki, Zərdab rayonu Məlikli kənd sakini X10 vəfat etdiyinə görə mərhumun adına Qəbələ rayon İcra hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş qış otlaq sahəsi oğlu Təqsirləndirilən şəxs adına keçirilmiş və Zərdab rayonu ərazisindəki Gümüşlü adlı 4 nömrəli X14 25 hektar uzun müddətli istifadə etmək üçün icarəyə qış otlaq sahəsi verilmişdir. Təqsirləndirilən şəxs atasının birinci varisi olduğu üçün qış otlaq sahəsi onun adına keçirilmiş və həmin torpaq sahəsinin 20 hektarı təmiz örüş, 5 hektarı isə şoranlı örüş hesab edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının 25 avqust 2003-cü il tarixli Sərəncamından görünür ki, Zərdab rayonu Məlikli kənd sakini X10 öhdəsində olan 80 baş xırdabuynuzlu heyvanları qışlaq şəraitində bəsləmək üçün qış otlaq sahəsinin tələbi barədə Qəbələ rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək Qəbələ rayon İcra Hakimiyyəti vətəndaşa qış otlaq sahəsinin ayrılması üçün örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Zərdab rayonunun Məlikli kənd sakini Təqsirləndirilən şəxs Zərdab rayonu ərazisindəki Gümüşlü adlı 4 nömrəli X14 uzun müddətli istifadə etmək üçün icarəyə 40 hektar qış otlaq sahəsinin ayrılmasının məqsədə müvafiq hesab edərək həmin torpağın 32 hektarı təmiz örüş, 8 hektarı isə şoranlı örüş olmuşdur. Cinayət işində olan 27 fevral 2003 və 26 avqust 2003-cü il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs ilə Qəbələ rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilələrdən görünür ki, bu müqavilələr 15 (on beş) il müddətinə bağlanılır. Müqavilələrin 2.13-cü bəndindən görünür ki, “İcarəçi”nin üzərinə icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək və digər vəzifələr qoyulmuş, eləcə də müqavilələrin 2.14-cü bəndindən görünür ki, müqavilə şərtlərinin pozulması üçün tərəflər mövcud qanunvericiliyə əsasən maddi, inzibati və ya cinayət məsuliyyəti daşıyır. Cinayət işində olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamlarından görünür ki, İcra Hakimiyyəti ilə Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2003 və xx.xx.2003-cü il tarixli icarə müqavilələri əsasında Zərdab rayon ərazisində Gümüşlü adlı 4 saylı torpaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə 65 ha məqsədli təyinatı örüş və şoranlı örüş olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində həmin dövrdə mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Təqsirləndirilən şəxs adına xx.xx.2004-cü il tarixli JN - 3933 nömrəli Kod 90500001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”ni əldə etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxsndən daxil olmuş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası iclasının 17 avqust 2018-ci il tarixli, RK-22-57 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar kənd təssərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarına və 2018ci ili 28 mart tarixli 192s nömrəli Sərəncamına əsasən 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə yardımların verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxsndən daxil olmuş 06 dekabr 2021-ci il tarixli, 03/06-xx-xx-3091 nömrəli məktubdan görünür ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron X2 Sistemi üzərindən həyata keçirilir. Qaydanın 1.2.9cu yarımbəndinə əsasən fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası verilir. Fermerlər dövlət yardımına torpaqdan istifadə hüquqlarını təsdiq edən sənədlərlə EKTİS-də qeydiyyatdan keçərək müraciət edirlər. Eyni zamanda, fermerlərin müvafiq dövlət xidmətinə əlçatanlığının artırılması, təqdim edilən sənədlərin düzgünlüyünün dəqiqləşdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq elektron sistemindən məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən inteqrasiya edilir. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq fermerlərin bəyan etdikləri əkinlərin və torpaq sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun monitorinqi həyata keçirilir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”’nın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Cinayət işində olan Zərərçəkmiş şəxsndən daxil olmuş 2018-ci il üzrə dövlət büdcəsinin vəsaiti hesabına Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının müvafiq iclas protokolundan görünür ki, həmin il üzrə subsidiya qismində fermer Təqsirləndirilən şəxs 2.714 manat, 2019-cu ildə 2.750 manat 2020-ci ildə Zərdab X16 Mərkəzinə təqdim etdiyi və nazirliyin Elektron X2 Sistemində 16 dekabr 2019-cu il tarixdə bəyan etməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahənin 25 ha buğda və 5 ha yonca bitkilərinin əkilməsi 24 aprel 2020-ci il tarixdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə 5.500 manat, 2021-ci ildə isə subsidiya almaq məqsədilə həmin şəhadətnaməni Elektron X2 Sistemində 22 yanvar 2021-ci il tarixdə bəyan etməklə Zərdab rayonu Məlikli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 35 ha sahədə 26 ha buğda, 5 ha arpa və 4 ha yonca bitkilərinin əkilməsi 18 fevral 2021-ci il tarixdə təsdiq edildikdən sonra həmin torpaq sahəsi üzrə əldə etdiyi subsidiya qismində 5.921,60 manat olmaqla Zərdab DAİM-in əməkdaşları tərəfindən 03 may 2021-ci il tarixində fermer Təqsirləndirilən şəxs icarəsində olan torpaq sahəsində monitorinq zamanı tərtib edilən yerində müşahidə hesabatında bəyan edilmiş 31 ha torpaq sahəsində 26 ha buğda və 5 ha arpa əkininin aparıldığı qeyd edilməklə bu məlumatlar EKTİS-ə daxil edilmişdir. Yoxlama tədbirləri çərçivəsində qeyd olunan torpaq sahələrinin örüş təyinatlı olmaqla orada əkininin aparılmasına baxmayaraq, Təqsirləndirilən şəxs əsassız olaraq 16.885,60 AZN (on altı min səkkiz yüz səksən beş manat, altmış qəpik) subsidiya ödənilmişdir. Cinayət işində olan məhkəmə-xətşünaslıq və texniki ekspertizasının 17 aprel 2023cü il tarixli, 4/512-5/460 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs adına olan 15 il müddətinə 65.0 hektar örüş üzrə torpaqdan müvəqqəti istifadə hüququna dair tərtib edilmiş 12 aprel 2004-cü tarixli JN-3933 nömrəli şəhadətnamədə “DTXK Qəbələ r-n şöbəsinin müdiri Şahid4” qrafasının qarşısında olan imza və yazı Şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Zərdab rayonu Məlikli kənd sakini Təqsirləndirilən şəxs adına olan 25 il müddətinə 65.0 hektar olmaqla 53.0 hektarı əkin, 30.0 hektarı örüş təyinatlı torpaqdan müvəqqəti istifadə hüququna dair tərtib edilmiş 12 aprel 2004-cü il tarixli JN – 3933 nömrəli şəhadətnamədə “DTXK Zərdab r-n şöbəsinin müdiri Şahid4” qrfasının qarşısında olan imzanın Şahid3 tərəfindən, Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına JN-3933 Kod 90500001 (25 il müddətinə) Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməsindəki möhür əksi axınlı printerdə çap edilmişdir. Eləcə də həmin Şəhadətnamədə olan imzalar və əlyazıları hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxsndən daxil olmuş Zərdab rayon Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 17 avqust 2018-ci il tarixli RK- 22-57 nömrəli iclas protokolundan görünür ki, 2018-ci il üzrə subsidiya qismində 2035 manat nağdsız subsidiya, 679 manat nağd subsidiya, Məlikli kənd ərazi komissiyasının təqdim etdiyi və Zərdab rayon komissiyasının təsdiq etdiyi icmal siyahı əsasında tərtib olunmuş Respublika Komissiyasının 07 avqust 2019-cu il tarixli RK-24-59 nömrəli iclas protokoluna əsasən 2019-cu il üzrə subsidiya qismində 2062 manat nağdsız subsidiya, 688 manat nağd subsidiya, habelə "xxxx" ASC-dən daxil olmuş 19 iyul 2022-ci il tarixli, 157000/2-3634 nömrəli məktubdan da görünür ki, 18 may 2020-ci il tarixdə 4.125 manat nağdsız subsidiya, 1.375 manat nağd subsidiya və 28 iyul 2021-ci il tarixdə 4441,20 manat nağdsız subsidiya, 1.480,4 manat nağd subsidiya "xxxx"a məxsus 676867******2960 nömrəli plastik fermer kartına cəmi 16.885,6 (on altı min səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan Zərdab rayon İHB-nın Məlikli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 143 və 144 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları, xx.xx.2004-cü il tarixli, JN-3933 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair 2 ədəd Şəhadətnamələri, xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilməməsi barədə ifadəsini, barəsində bəraət hökmü çıxarılmasını təklif etməsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi CM-nin 320.1 və 320.2ci maddələri ilə nəzərdə tutulmuş əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarıının 42-ci bəndində əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Ona görə də CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları, xx.xx.2004-cü il tarixli, JN-3933 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair 2 ədəd Şəhadətnamələri, xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr iş materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına daxil olmuş hesabdan çıxarışlar, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 42 saylı və xx.xx.2003-cü il tarixli 139 saylı sərəncamları, xx.xx.2004-cü il tarixli, JN-3933 nömrəli Kod 90500001 Torpaqdan müvəqqəti istifadə hüququna dair 2 ədəd Şəhadətnamələri, xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti veilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №1(035)-38/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-38/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver