Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-39/2024 19.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Zərdab rayonunun Qoruqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Mingəçevir şəhəri 8 saylı tam orta məktəbdə xadimə işləyən, subay, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 93-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəri altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə qohumu Zərdab rayonu, Qoruqbağı kənd sakini Zərərçəkmiş şəxs Zərdab rayonu, Qoruqbağı kəndində fəaliyyət göstərən məktəb və ya bağçada bağban işinə təyin edilməsinə kömək edəcəyinə inandırmaqla onun inam və etimadını qazanaraq yalandan vəd edib, 23 mart 2024-cü il tarixdə özünün "xxxx" ASC-yə aid 4169 7414 0028 3774 saylı bank kartına sonuncu tərəfindən Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən Namiq Kərimova məxsus marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 1000 (min) AZN pul vəsaitini köçürülməsini təmin etməklə etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 ildir ki, Mingəçevir şəhərində yerləşən 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun qohumudur. Seymurla daimi olaraq münasibəti yaxşı olmuşdur. Buna görə də Seymurla aralarında bu günə qədər dəfələrlə pul münasibətləri olmuş, belə ki, bir-birilərinə borc pul alıb vermişlər. Qızı Günay ikinci dərəcəli skalioz xəstəsi olduğundan onu davamlı olaraq müalicə etdirir. Müalicəyə pul çatdıra bilmədiyindən bir neçə qohumundan borc pul almışdır. Əlavə pula ehtiyac olduğundan 2024-cü ilin mart ayının ortalarında Seymura zəng edərək onu Zərdab rayonu, Qoruqbağı kəndində fəaliyyət göstərən məktəb və ya bağçada bağban işinə təyin edilməsinə kömək edəcəyinə inandırmaqla ondan 1000 manat pul istəmiş, 23 mart 2024-cü il tarixdə Seymur “Milliön” ödəmə terminalı vasitəsilə 1000 (min) AZN-i onun "xxxx" ASC-yə aid 4169 7414 0028 3774 saylı bank kartına yükləmişdir. Həmin pulu qızının müalicəsinə xərcləmiş, Azər adlı şəxsi Seymuru inandırmaq üçün yalandan demişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu Qoruqbağı kəndində yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs zəng edərək iş axtardığını bildirmişdir. Həmin vaxt Hicran ona cavab olaraq, Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən bağça və ya məktəbə bağban düzəldə biləcəyini demişdir. O, Hicrandan bağban düzəlmək üçün nə qədər pul lazım olduğunu soruşduqda, Hicran ona ümumilikdə 1400 manat məbləğində pul lazım olacağını bildirmişdir. Hicran ona əvvəlcə 1000 manat pulu kartına atmağını yerdə qalan 400 manat pulu isə işə düzəldikdən sonra verməyini bildirmişdir. O, Hicranla razılaşmış və Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən Namiq Kərimova məxsus marketdə quraşdırılmış “Milliön” ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına göndərmişdir. Lakin, Hicranın vədinə əməl etmədiyini görüb Zərdab rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Zərdab rayon Polis Şöbəsinin İQ-nın müstəntiqi Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. Zərərçəkmiş şəxs istintaqda Hicranın onu Azər adlı şəxsin vasitəsilə işə düzəldəcəyini dediyi üçün əməliyyat-axtarış tədbirləri keçirməsi üçün əməliyyat-tapşırığı vermiş, lakin Təqsirləndirilən şəxs bildirdiyi “Azər” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və həmçinin onun başqa dələduzluq faktlarını aşkar etmək mümkün olmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilıməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatının Yataqxana müdiri M.Ömərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 31, mənzil 93-də yaşayır və himayəsində X3 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatının Yataqxana müdiri M.Ömərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 133 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, təqsirləndirilən şəxsin ərizəsini, zərərçəkmiş şəxsin ərizəsini və işin digər materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulan hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 384.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-39/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-39/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver