Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-4/2025 27.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X5 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 8, mənzil 13-də qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilən və hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 14 radələrində istintaqa məlum olmayan mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 01(bir) ədəd kiçik sellofan bükümdə təmiz çəkisi 1.625 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 29 aprel 2024-cü il tarixdə, saat 15:30 radələrində Zərdab RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab şəhəri, Azərbaycan küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ qarşı cibindən həmin 01(bir) ədəd kiçik sellofan bükümdə təmiz çəkisi 1.625 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evləri Zərdab şəhərində olmasına baxmayaraq hazırda müvəqqəti Bakı şəhərində yaşayırlar. 29 aprel 2024-cü il tarixdə Zərdab şəhərinə gəzməyə gəlmişlər. Təxminən saat 14 radələrində yolda gəzərkən yerdə sellofan bükülü görmüş və bəzək əşyası zənn etdiyindən həmin bükülünü götürüb üzərində saxlamışdır. Həmin gün saat 15:30 radələrində Zərdab rayonu, Azərbaycan küçəsində olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Zərdab rayon Polis Şöbəsinə getməyini xahiş etmişlər. O, həmin şəxslərlə birlikdə polis şöbəsinə gəlmişdir. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq ona üzərində cinayət xarakterli hər hansı əşya, predmet varsa təqdim etməyini bildirdiklərindən o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan sellofan bükümü və cibində olan qəpik pulları çıxardıb stolun üzərinə qoyduqdan sonra üzərində həyata keçirilən axtarış zamanı daha heç nə aşkar edilməmişdir. Stolun üzərinə qoyduğu sellofan bükümdə narkotik vasitə olduğundan həmin vaxt məlumatı olmuşdur. O, əvvəllər narkotik vasitələrin marixuana növündən istifadə etsə də heç vaxt heroin istifadə etməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsiri olması şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Zərdab şəhəri 28 may küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında Zərdab rayon X7 İşləri Üzrə rəis müavini, polis mayoru Pərviz Hüseynov, Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2, polis leytenantı Şahid3 və özündən ibarət əməliyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Əməliyyat-axtarış qrupu tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə saat 15:45 radələrində Zərdab rayonu, Azərbaycan küçəsində hərəkət edən zaman saxlanılıb Zərdab rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında otaqların birində saat 16:40-da videoçəkiliş vasitəsilə vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibindən 02 (iki) ədəd ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Kağız bükümün içərisində olan iki ədəd üzük və ya digər zinət əşyasına məxsus “qaş”, eyni zamanda ikinci ağ kağız bükümdə içərisində kiçik şəffaf sellofan bükümdə olan toz şəkilli, qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, hər iki kağız bükülünü Zərdab şəhəri ərazisindən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın qarşı sol cibindən 5 ədəd 20 qəpik və 4 ədəd 10 qəpikdən ibarət, ümumilikdə 1 manat 40 qəpik dəyərində Azərbaycan Respublikasına məxsus metal pulları, eyni zamanda Rusiya Federasiyasına məxsus ümumilikdə 47 qəpik dəyərində metal pulları və bir ədəd qənd parçasını stolun üzərinə qoyub üzərində digər heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirildikdə üzərində başqa iş üçün əhəmiyyət kəsb edən cinayət xarakterli heç bir əşya, predmet aşkar olunmadığından üzərindən aşkar olunan 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan 01 (bir) ədəd kiçik səffaf sellofan bükümdə olan toz şəkilli, qəhvəyi rəngli, spesifik iyli narkorik vasitə olan heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə kağız büküm ilə birlikdə çəkilmiş və çəkisinin 1,81 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Fuad Orucov tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı Ağaqulu Zeynbalov, Şahid3, vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/408 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş, üzərində “29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış zamanı götürülmüş 01 ədəd kiçik sellofan bükümdə 1,81 qram çəkidə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1,625 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,625 qram, ekspertizadan sonra 1,575 qram narkotik vasitə olan heroin cinayət işi üzrə mötəbər dəlil olduğundan maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, videoçəkilişlə baxış keçirilməsini özündə əks etdirən kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 740 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifade etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan « şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat 15:00-da Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiyi üçün barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onun məcburi qaydada məhkəməyə gətirilməsi mümkün olmamışdır. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-5370/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 verdiyi 06 may 2024-cü il tarixli 18-1-79/2-260/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 Poliklinika şöbəsinin psixiatriya kabinetində “Şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən dispanser qeydiyyatındadır. Narkoloji kabinetdə dispanser qeydiyyatda yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda Şizofrenəbənzər pozuntudan sonrakı davranış pozuntuları XBT 10 ( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F23.2 müəyyən edilir. Təqsirləndirilən şəxs xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal-hazırda ŞİZOFRENƏBƏNZƏR POZUNTUDAN SONRAKİ DAVRANİŞ POZUNTULARİ XBT 10 (Psixi və davranış pozuntularını beynəlxalq təsnifatı 10-cu baxış) F23.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayır, düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsir altına düşmür. O, hal-hazırda özü və ətrafındakılara qarşı təhlükəli deyildir. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab şəhəri, Azərbaycan küçəsi 8 saylı yaşayış evinin 13-cü mənzilində qeydiyyatdadır və atası X6 və anası X2 ibarət ailə tərkibi vardır. Cinayət işində olan Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda “Paranoid Şizofreniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Pixatriya Xəstəxanası” X11in stasionar şöbəsində 25 sentyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək “Şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə, 22 avqust 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək “Şizofreniya paronoid forma” diaqnozu ilə müalicədə olması, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11in poliklinika şöbəsində psixatriya kabinetində xx.xx.2022-ci il tarixdən “Şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə dispanser qeydiyyatında olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz olması, müayinənin əvvəlində söhbətə həvəssiz, qeyri-fəal şəkildə qoşulması, verilən sualları əvvəlcə qısa və konkret cavablandırması, bəzən rezonyorluq (boşboğazlıq) etməsi, sualların bir qismini mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, əlaqəsiz fikirlər söyləməsi, təfəkkürünün az produktiv olmaqla autik xarakterli olması, mülahizələrində bir qədər səthilik, düçar olduğu xəstəliyə müvafiq məntiqsizlik müşahidə edilməsi, emosiyalarında və affektiv reaksiyalarında nisbətən kütləşməyə meyillilik nəzərə çarpması, özünə qapalı olduğundan fikir və həyacanlarını tam açıqlamaqda bir qədər çətinlik çəkməsi, maraq dairəsinin nisbətən məhdudlaşması, proqnozlaşdırma qabiliyyətinin bir qədər zəifləməsi vəs.) sübut edir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt onun əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində natamam remissiya mərhələsi olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da “Paranoid şizofreniya” xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 22.1-ci madəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.9-cu maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olması cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onun “Paranoid Şizofreniya” xəstəliyindən əziyyət çəkməsi ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs”qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra 1,575 qram qalmış narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi-axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 18 (on səkkiz) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra 1,575 qram qalmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi-axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-4/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-4/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver