Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-41/2025 06.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2003-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx.xx.2007-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 06 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Zərdab rayonu, Məlikli kənd sakini Zərərçəkmiş şəxs məxsus Zərdab rayonu Məlikli kəndində olan fərdi yaşayış evinin yataq otağındakı pəncərəsindən içəri qanunsuz yolla daxil olaraq stolun üzərində olan sonuncuya məxsus 325 AZN pul vəsaitini gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Zərdab rayonu, Məlikli kənd sakini Zərərçəkmiş şəxs məxsus Zərdab rayonu Məlikli kəndində olan fərdi yaşayış evinin yataq otağındakı pəncərəsindən içəri qanunsuz yolla daxil olaraq stolun üzərində olan sonuncuya məxsus 325 AZN pul vəsaitini gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Onlar Zərdab rayonu Məlikli kəndində olan evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə axşam təxminən 18 radələrində Asif onun yanına gələrək qonşuları Familin evində pul olduğunu və onun hazırda evdə olmadığını, birlikdə gedib evdən həmin pulu götürmələrini təklif etmişdir. O, Asiflə razılaşmış və birlikdə qonşuları Familin evinə getmişlər. Evin həyətinin giriş qapısı bağlı olduğu üçün hasardan aşaraq içəri keçmişlər. Asif əvvəlcə evin giriş qapısının açıq olubolmadığını yoxlamış, lakin, qapı bağlı olduğu üçün evin sol tərəfinə keçən zaman evin pəncərəsinin açıq olduğunu görmüşlər. Asif həmin pəncərədə olan tülü qopardaraq pəncərədən evə onun köməkliyi ilə daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Asif həmin girdiyi pəncərədən çıxmış və onunla birlikdə hasardan tullanaraq küçəyə çıxmışlar. Asif ona evdən 325 manat məbləğində pul götürdüyünü bildirmiş və birlikdə mağazaya gedərək pulun bir qədərini xərcləmişlər və qalan pulu da 1-2 günə öz aralarında bərabər bölməyə razılaşmışlar. Onlar oğurluq edərkən və sonradan onları heç kəs görməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Zərdab rayonu, Məlikli kəndində evlərinə gedərkən yolda qonşuları Familin həyat yoldaşına pul verdiyini, sonra da onların evdən çıxıb getdiklərini görmüşdür. Bundan sonra o, əmisi oğlu Təqsirləndirilən şəxs1 yanına gələrək qonşuları Familin evində pul olduğunu və onun hazırda evdə olmadığını bildirərək birlikdə gedib evdən həmin pulu götürmələrini təklif etmişdir. Eltac onunla razılaşmış və birlikdə qonşuları Familin evinə getmişlər. Evin həyətinin giriş qapısı bağlı olduğu üçün hasardan aşaraq içəri keçmişlər. O, əvvəlcə evin giriş qapısının açıq olub-olmadığını yoxlamış, qapı bağlı olduğu üçün evin sol tərəfinə keçərək pəncərənin açıq olduğunu görmüşdür. O, həmin pəncərədə olan tülü qopardaraq pəncərədən evə Təqsirləndirilən şəxs1 köməkliyi ilə daxil olmuşdur. Evin qonaq otağında stolun üzərində olan pulu görərək götürmüş və təxminən 5 dəqiqə sonra girdiyi pəncərədən çıxaraq, Eltacla birlikdə hasardan tullanaraq küçəyə çıxmışlar. O, Eltaca evdən 325 manat məbləğində pul götürdüyünü bildirmiş və birlikdə mağazaya gedərək pulun bir qədərini xərcləmişlər və qalan pulu da 1-2 günə öz aralarında bərabər bölməyə razılaşmışlar. Onlar oğurluq edərkən və sonradan onları heç kəs görməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Məlikli kəndində yaşayır, heyvandarlıqla məşğuldur. Adətən səhər saatlarında heyvanları otlağa aparır, biraz orada qaldıqdan sonra özü evə gəlir və axşam saatlarında heyvanları götürmək üçün yenidən otlağa qayıdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində istifadəsində olan “Vaz 2106” minik markalı avtomobillə otlağa getmiş və həmin vaxt arvadı Arzu və gəlini Nazənin evdə olmuşlar. O, getdikdən sonra arvadı və gəlini arvadının bacısıgilə getmişlər və qayıtdıqda evə kiminsə girdiyini bilib ona zəng edib məlumat vermişlər. Həmçinin ona evdə qonaq otağında olan stolun üzərinə qoyduğu 325 manat pulun oğurlandığını da demişlər. O, dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxslər həmkəndliləri və qonşuları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir və onunla birlikdə Zərdab rayonu Məlikli kəndində yaşayır. Famil heyvandarlıqla məşğul olduğu üçün adətən səhər saatlarında heyvanları otlağa aparır sonra isə axşam saatlarında yenidən heyvanları otlaqdan gətirmək üçün geri qayıdır. xx.xx.2025-ci il tarixdə yoldaşı Famil saat 17 radələrində heyvanları otlaqdan gətirmək üçün getmiş, O, da gəlini Nazənin ilə birlikdə qərara gəlmişdir ki, qonşuluqda olan bacısıgilə getsinlər. Təxminən 1 saat sonra evə qayıtdıqda gəlini Nazənin ona yataq otağındakı pəncərənin tülünün kəsildiyini bildirmişdir. Həmçinin sonradan uşağın müalicəsi üçün Familin qonaq otağında stolun üzərinə qoyduğu 325 manat məbləğindəki pulun olmadığını görmüşlər. Evdə olan digər dəyərli əşyalara baxdıqda müəyyən etmişlər ki, hamısı yerindədir. Bundan sonra Familə zəng edərək evlərindən oğurluq olması barədə məlumat vermişlər. Sonradan onlara məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxslər həmkəndliləri və uzaq qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dir. Şahid2 Abşeron MPŞ-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri oluduğundan Zərdab RPŞ-də ********* nömrəli cinayət işi başlanmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 00:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 20:05-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 20:15-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 verdiyi 06 avqust 2025-ci il tarixli, 18-1-79/2-504/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 Poliklinika şöbəsinin narkoloji kabinetində hal-hazırda narkoloji xəstəlik aşkar edilmir. Anamnezində kankobinoid və psixostimulyatorlardan epizodik istifadə diaqnozu dispanser qeydiyyatdadır. Psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 verdiyi 06 avqust 2025-ci il tarixli, 18-1-79/2-505/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Füzuli Hərbi Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 24.01 2025-ci il tarixdə cəriməni ödədiyinə görə qeydiyyatdan çıxarılmışdır. Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi Ziya Məmmədov tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli, 113 nömrəli məktubdan görünür ki, Füzuli Hərbi Məhkəməsinin 1- 1(097)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təyin edilmiş 200 (iki yüz) manat miqdarında cərimə cəzası xx.xx.2025-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdcəsinin müvafiq hesabına ödənilməklə icra edilmiş və hökm icra edildiyi üçün məhkum şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İƏD-si üzrə nümayəndəsi Ş.Hüseynov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 127 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İƏD-si üzrə nümayəndəsi Ş.Hüseyinov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 129 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə müsbət xarakterizə olunur. Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İƏD-si üzrə nümayəndəsi Ş.Hüseynov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 130 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məlikli kənd İƏD-si üzrə nümayəndəsi Ş.Hüseyinov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərə elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli yolla talama, yəni oğurluq cinayət əməlini etmələri öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə istintaqı zamanı cinayət işinin halları ilə müəyyən olunmuşdur ki, baş vermiş cinayət əməlində on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə, yəni Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinəı əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü və 52-1.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinıə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinin tələbinə uyğun olaraq onların ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla üzərilərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi3 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi3, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi3 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi3, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №1(035)-41/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-41/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver