Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-42/2024 19.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə, saat 20 radələrində tanışı ünvan 2 ünvanında yaşayan Şahid4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında sonuncudan 30 manat müqabilində aldığı, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 01(bir) ədəd “LD” markalı siqaret qutusunun içərisində qatlanmış vəziyyətdə uzunluğu 43 sm, nəm vəziyyətdə təmiz çəkisi 25,76 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 20:25 dəqiqədə Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Zərdab şəhəri, Samir Abdullayev küçəsində saxlanılaraq üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı nəm vəziyyətdə təmiz çəkisi 25,76 qram olan həmin narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 20-də qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də işıqlı reklam lövhələrinin hazırlanması sexində fəhlə işləməklə qazanc əldə edib dolanışığını təmin edir. Narkotik vasitələrin marixuana növündən iki ilə yaxındır ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yenə narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Buna görə də, Zərdab şəhər sakini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi Şahid4la danışaraq onda nəşə olub-olmadığını soruşmuşdur. Elçin əlində olan marixuananın hələ yaş olduğu üçün ertəsi gün quruyacağını bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadıqları evin qarşısında olduğu vaxt Elçin idarə etdiyi “Mercedess” markalı avtomobili onun yanında saxlayıb “axşama mal olacağını” demişdir. Həmin gün saat 20 radələrində yenə yaşadığı evin qarşısında olarkən Elçin avtomobillə yanına gəlib ona satacağı marixuananın əvəzində 30 manat istəmişdir. O, Elçinə o qədər pulu olmadığını bildirib yaxınlığındakı ərzaq dükanının satıcısından 30 manat borc alıb gətirib Elçinə vermişdir. Elçin ona zəng edəcəyini deyib getmişdir. Təqribən yarım saat sonra Elçin onun istifadəsində olan +**********93 saylı mobil nömrəyə zəng edərək qurudulmuş marixuananın gec gələcəyini, hazırda əlində olanının yaş olduğunu, həmin yaş marixuanadan bir qismini evlərinin yanındakı elektrik dirəyinin yanında daşın altına qoyduğunu demişdir. O, da Elçinin dediyi yerə gedib baxmışıdır ki, Elçin həmin yerə onun üçün “LD” adlı siqaret qusutunun içərisinə narkotik vasitə qoymuşdur. Həmin qurudulmamış marixuananı götürüb evə tərəf getmişdir. Bir qədər getdikdən sonra Zərdab rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə video çəkiliş ilə baxış keçirməli olduqlarını demişlər. Üzərinə baxış keçirilərkən Elçindən 30 manat qarşılığında yaş halda aldığı narkotik vasitə aşkar oldumuşdur. Üzərinə video çəklilişlə baxış keçirildikdən sonra siqaret qutusu ilə birlikdə aşkar edilmiş marixuanaya baxış keçirilmiş və spesifik iyli kütlə elektron tərəziyə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 31,78 qram olması müəyyən edildikdən sonra zərfə qoyulub ağzı bağlanıb möhürlə möhürlənib götürülmüş və həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, özü də imzalamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “təxirəsalınmas əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar əsasında Zərdab RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştirakı ilə xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərdab şəhəri, Samir Abdullayev küçəsində saxlanılmışdır. Ona nə üçün saxlanıldığı izah edilmiş və təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qəbul edilmiş qərar əsasında üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən siqaret qutusunu çıxardaraq təqdim etmiş və həmin siqaret qutusunun içində yaş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Həmin siqaret qutusu elektron tərəzi ilə çəkilmiş və 32.11 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş pul və alışqan isə özünə qaytarılmışdır. Bir ədəd siqaret qutusunda aşkar edilmiş yaş halda marixuanaya bənzər maddə isə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin əməkdaşları Şahid2 Fəxrəddin oğlu və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/714 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd siqaret qutusunun içərisində qatlanmış vəziyyətdə olan, uzunluğu 43 sm, nəm vəziyyətdə təmiz çəkisi- 25,76 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabsis) bitkisinin hissəsidir. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 verdiyi 04 sentyabr 2024-cü il tarixli, 18-1-79/2- 514/2024 saylı məktubundan görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 20 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 Poliklinika şöbəsində “narkotikdən istifadə” diaqnozu ilə dispanser qeydiyyatındadır. Psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 25,76 qram, qalıq 25.66 qram narkotik tərkibli çətənə bitkisi cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifade etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-17/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Cinayət işində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Ucar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(063)-30/2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin 19 dekabr 2024-cü il tarixli, 250 nömrəli məktubundan görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətə islah işləri cəzası Zərdab Rayon Məhkəməsinin 7(035)-10/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs təyin edilən 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Cinayət işində olan AA1439120 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 664 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab şəhəri, Azərbaycan küçəsi ev 20-də yaşayır və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 25,76 qram, qalıq 25.66 qram narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 25,76 qram, qalıq 25.66 qram narkotik tərkibli çətənə bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-42/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-42/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver