Məhkəmə qərarları › İş №1(035)-43/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-43/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-43/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət itihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Ağdam rayonu, Baş Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni Mersedes Benz C 220 CDİ markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, bununla da Kürdəmir–Mollakənd–Zərdab magistralının 14-cü kilometrliyində Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman həmin istiqamətdə sərt döngədə idarə etməni itirməsi səbəbindən yolun sol kənarında yerləşən ağaca dəyməklə yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı nəqliyyat vasitəsinin arxa sol tərəfində əyləşən sərnişin xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında daimi qeydiyyatda olan X4 bədəninin ağır küt travması nəticəsində törənmiş – kəllə əsası sümüyünün xətti sınığı, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, hər iki gözün üst və alt göz qapaqlarında qançırlar; sifətin sol yarısında burun dəliyinin sol yarısına bitişik olan sıyrıq; sol çiyin qurşağının ön səthində sıyrıq: sağ diz oynağının ön səthində sıyrıq; sol budun yuxarı üçdə birinin ön səthində qançırlar, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almış, təcili yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən saat 23:10 radələrində başın küt travması nəticəsində baş beyin toxumasının qansızması səbəbindən yolda vəfat etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Baş Qərvənd kəndində pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, subaydır. Dolanışığını təmin etmək məqsədilə atası Ədalət Ağayevə məxsus, etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C220 CDİ” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonlararası taksi fəaliyyəti ilə məşğul olur. Gündəlik olaraq müvafiq məbləğ qarşılığında Ağdam- Bakı və ya əksinə Bakı-Ağdam istiqamətində sərnişin taksi fəaliyyəti ilə məşğul olaraq sərnişin daşıyır. xx.xx.2020-cı il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 19 mart 2023-cü il tarixdə eyni qaydada Ağdam rayonundan Bakı şəhərinə bir neçə sərnişin aparmışdır. Axşam saatlarında isə Ağdam rayonuna aparmaq üçün sərnişin axtarmış, saat 19:40 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən Ağdam şəhərinə gətirmək üçün bir ailədən ibarət olan müştəriləri qəbul etmişdir. Həmin ailə ər, arvad və bir azyaşlı uşaqdan ibarət olmuşdur. Onları əvvəllər tanımamış, ilk dəfə olaraq müştəri qismində tanımışdır. İdarə etdiyi avtomobildə qadın arxa sol tərəfdə, yəni arxasında, azyaşlı oğlan uşağı ortada, kişi isə arxa sağ tərəfdə əyləşmişdir. Avtomobildə ön tərəfdə heç kim oturmamışdır. Saat 20 radələrində Bakı şəhəri istiqamətindən hərəkətə başlamışdır. Ağdam rayonuna getmək üçün hər zaman olduğu kimi magistral yoldan istifadə etmişdir. “İpək yolu” adlanan magistral yol ilə Kürdəmir rayonuna qədər gəlmiş, daha sonra Kürdəmir rayonundan “İmişli” körpüsü adlanan körpüdən istifadə edərək Kürdəmir-Mollakənd- Zərdab yolu ilə hərəkətə davam etmişdir. Kürdəmir-Mollakənd-Zərdab magistralı ilə Zərdab rayonu istiqamətində hərəkətə davam edən zaman Zərdab rayonu, Gəndəbil kəndindən keçən hissəsində təxminən saat 22:50 radələrində qarşısına sərt döngə çıxmışdır. O, həmin döngəni düzgün keçə bilməmişdr. Döngədə idarəetməni itirərək yoldan çıxmışdır. İdarə etdiyi avtomobil əks hərəkət istiqamətindən yoldan çıxaraq həmin istiqamətdə yolun sağ kənarında olan ağaca dəyərək dayanmışdır. Bundan sonrası yadında deyil. Oyandıqda Zərdab rayon mərkəzi xəstəxanasında olduğunu bilmişdir. Daha sonra isə onu Göyçay rayon mərkəzi xəstəxanasına aparmışlar. O, idarə etdiyi avtomobildə sərnişin olan qadının vəfat etməsini 2 gün sonra öyrənmişdir. Hadisə vaxtı hərəkət sürəti təxminən 60-70 km/saat olmuşdur. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hazırda törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, məhkəmə-tibb ekspertizasının və yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, eləcə də işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, O, Laçın rayonunda daimi qeydiyyatda olmaqla Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. X5 doğma qızıdır. xx.xx.2023-cü il tarixdə qızı Zülfiyyə həyat yoldaşı Elsevər və azyaşlı nəvəsi Rüstəmlə birlikdə Bakı şəhərindən Ağdam rayonuna gələrkən Zərdab rayonu ərazisindən keçən zaman yol nəqliyyat hadisəsinə düşdüklərini eşitmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində qızı Zülfiyyə rəhmətə getmişdir. Qızının əri Elsevən müxtəlif dərəcəli xəsarətlər almışdır. Nəvəsi isə azacıq xəsarət almışdır. O, sonradan sürücünün Ağdam rayonu sakini İzzət adlı şəxs olmasını bilmişdir. Hazırda, o sürücü ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid Rüstəm oğlu ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Zəngişalı kəndində daimi qeydiyyatda olmaqla Rusiya Federasiyasının Moskva vilayətində yaşayır. Ticarətlə məşğul olmaqla gəlir əldə edir. X5 həyat yoldaşı, Rəhimov Rüstəm isə oğludur. Onlar birlikdə Rusiya Federasiyasında yaşayırlar. Novruz bayramı olduğu üçün doğulub boya başa çatdığı Ağdam rayonuna gəlməyi planlaşdırmışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında ailəsi ilə birlikdə Bakı şəhərinə, oradan da Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Azərbaycanda olan tanışlarına Ağdam rayonuna getmək üçün taksi təşkil etməyi xahiş etmişdir. Bir qədər sonra hazırda xatırlamadığı tanışlarından biri ona zəng edərək taksi tapdığını və həmin taksinin gəlib götürəcəyini bildirmişdir. Təxminən saat 20 radələrində nömrəsini xatırlamadığı, tünd göy rəngli Mersedes markalı avtomobil Ağdam rayonuna aparmaq üçün onları Xırdalan şəhərindən götürmüşdür. Avtomobildə həyat yoldaşı Zülfiyyə arxa oturacaqda, sürücünün arxa tərəfində, övladı Rüstəm arxa otuacaqda ortada, özü isə arxa oturacaqda sağ istqamətdə əyləşmişdir. Onlar Ağdam rayonu istiqamətində hərəkət etmişlər. Avtomobil “İpək yolu” adlanan yolla hərəkət etmişdir. Daha sonra yorğun olduğu üçün yuxuya getmişdir. Bir qədər sonra möhkəm gələn qəza səsinə oyanmışdır. Oyandıqda olduğu avtmobilin yol kənarındakı ağaca dəydiyini görmüşdür. Daha sonra ətrafa bir neçə adam yığışmışdır. Qəza nəticəsində xəsarət almışdır. Ancaq konkret olaraq hansı nahiyəsindən xəsarət aldığını bilməmişdir. Həyat yoldaşının isə vəziyyəti yaxşı deyildi. Üzü bütöv qanlı idi. Onları təcili tibbi yardım ilə Ağcabədi rayonuna yola salmışlar. Təcili tibbi yardım avtomobilində həyat yoldaşı vəfat etmişdir. Özü və övladı isə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşmişlər. Hadisə nəticəsində boynundan zədə almışdır. Övladı Rüstəm isə heç bir xəsarət almamışdır. Hazırda hadisəni törədən sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Ehtiyatsızlıqdan baş vermiş hadisədir. O, hadisə vaxtı yatılı olduğundan qəzanın səbəbini bilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1546 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsaəsn Mercedes-Benz C220 CDİ markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02 saylı meyitin ekspertizası rəyinin nəticə hissəindən görünür ki, 1.X2 meyitinin məhəkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: -- kəllə sümüyünün xətti sınığı. -- baş beyinin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma -- hər iki gözünün üst və alt göz qapaqlarında qançırlar. -- sifətin sol yarısında burun dəliyinin sol yarısına bitişik olan sıyrıq var. --sol çiyin qurşağının ön səthində sıyrıq. --sol diz oynağının ön səthində sıyrıq. -- sol budun yuxarı üçdə birinin ön səthində qançırlar.

2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X2 bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 19 mart 2023-cü il tarixdə hərəkətdə olan avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəli əlaqədədirlər.

3. X2 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur.

4. Meyit əlmətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X3 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl, yəni 19 mart 2023-cü il tarixdə baş vermişdir.

5. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilməmişdir. (1155/K saylı 05.04..2023-cü il tarixli məhkəmə-kimyəvi aktı). İş materiallarında olan 20 mart 2023-cü il tarixli sərxoşluq vəziyyətinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AE 928554 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2030-cu il tarixə kmi BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin DYPB-nin rəisi Razi Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AE 928554 nömrəli sürücülük vəsiqəsi ilə ona verilmiş sürücülük hüququ xx.xx.2023-cü il tarixdə qüvvədə olmuşdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü tarixli qərardan görünür ki, Mersedes Benz C 220 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 70 -ci maddələri ilə təqsirli bilinərək 06 ay şərti sınaq müddəti müəyyən edilməklə, 04 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Onun hazırda məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Ramiz Babayevin və şahidin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və sahibi Təqsirləndirilən şəxs qaytarılan Mersedes Benz C 220 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sərəncamına verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və sahibi Təqsirləndirilən şəxs qaytarılan Mersedes Benz C 220 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sərəncamına verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar