Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-43/2025 16.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Zərdab rayonunun Yarməmmədbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Yarməmmədbağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 22,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 04:15-də Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Zərdab rayonu, Yarməmmədbağı kəndində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman qeyd edilən 22,55 qram çəkidə həmin narkotik vasitə olan qurudulmuş marixuana 9,70 qram, 5,11 qram və 7,74 qram çəkidə olan bükümlərdə əlindəki sellofan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Yarməmmədbağı kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, spirtli içki aludəçisidir. Tarixini dəqiq xatırlamadığı vaxtda, təxminən payız ayında Ağcabədi şəhərindən yas yerindən bir-başa Zərdab rayonunun 4 yol adlanan yerinə gəlmişdir. Yaşadığı kənddə ona spirtli içki satılmadığından niyyəti Zərdab şəhərindən spirtli içki almaq olmuşdur. Ağcabədidən gələrkən əlində sellofan torba və içərisində paltarları olmuşdur. Zərdab şəhərində 4 yol adlanan ərazidə özünə spirtli içki olan araq alıb içmiş və sərxoş vəziyyətə kəndlərinə getmək üçün avtomobil gözləmişdir. Bir qədər sonra qırmızı rəngli avtomobil, qeydiyyat nişanını və markasını dəqiq xatırlamadığı ya 06, ya da 07 markalı avtomobil ona yaxınlaşaraq sürücü ondan hara getdiyini soruşmuş, o, da Yarməmmədbağı kəndinə getdiyini bildirdikdə sürücü ona gəl otur gedək demişdir. Həmin avtomobildə sürücüdən başqa qabaq sərnişin oturacağında əyləşmiş bir nəfər kişi cinsli sərnişin də olmuşdur. Avtomobilə mindikdən sonra avtomobil xoda getmədiyi (işə düşmədiyi) üçün sürücü ona və digər sərnişinə “düşün avtomobili, arxadan qabağa doğru itələyin, mən xoddayım” demişdir. O və digər sərnişin düşüb avtomobili arxadan qabağa doğru basaraq hərəkətə gətirmişlər və avtomobil xoddanmışdır. Avtomobildən düşərkən əlindəki sellofan torbanı avtomobildə saxlamışdır. Sonra hər ikisi avtomobilə minib Zərdab-Ağacabədi istiqamətində hərəkət etmişlər. Avotombili idarə edən şəxsi və digər sərnişini tanımamışdır. Avtomobildə olarkən sürücünün yanında əyləşən sərnişin ona narkotik vasitə çəkməyi təklif etmiş, o, da sərxoş olduğundan həmin narkotik vasitəni çəkmişdir. Bir qədər getdikdən sonra polis əməkdaşları avtomobili saxlamış, onu həmin avtomobildən düşürüb üzərinə və içərisində paltarları olan sellofan torbanı yoxladıqda, həmin torbadan 3 ədəd kibrit qutusunda olan narkotik vasitələr aşkar edilmişdir. Həmin narkotik vasitələrdən xəbəri yoxdur. Sadəcə olaraq sərxoş olduğundan və avtomobildə narkotik vasitə çəkdiyindən polis əməkdaşlarından qorxmuş və onların ona təzyiqlərindən sonra izahatında həmin narkotik vasitələri tapdığını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, əvvəllər Rusiya Fererasiyasında olarkən narkotik vasitə qəbul etmiş, lakin, Azərbaycanda olarkən heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Bununla belə tanımadığı adamların təklif etdiyi narkotik vasitəni çəkdiyi üçün əməlindən peşmandır, onun bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, Zərdab rayonu, Yarməmmədbağı kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Narkotik vasitələrdən əsasən qurudulmuş marixuana növündən olmaqla son dövrlərdə istifadə etməyə başlamışdır. Bunun səbəbi də bədənində olan ağrılardır. Usta işləməklə qazanc əldə edərək dolanışığını təmin edir. xx.xx.2025-ci il tarixdə Ağcabədi rayonuna qohumlarından birinin yas mərasimində iştirak etmək üçün getmişdir. Zərdab rayonuna axşam saatlarında çatmışdır. Rayona gələndə əvvəlcə "Dörd yol deyilən" yerə getmiş, orada işlərini bitirəndən sonra kəndə getmək üçün maşın axtarmışdır. Bu vaxt yolun kənarında yerdə olan 3 ədəd kibrit qutusu onun diqqətini çəkmiş, onları götürüb içərisinə baxanda hər üçünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü əvvəllər narkotik vasitə istifadə etdiyindən həmin kibrit qutularının içərisindəkinin nə olduğunu bilmiş və götürüb əlində olan sellofan torbaya atmışdır ki, özü kəndə çatandan sonra istifadə etsin. Oradan sürücüsünü tanımadığı bir avtomobil ilə kəndin girişinə qədər getmişdir. Saat hardasa 04:15 radələrində onu polis əməkdaşları saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirmişlər. Baxış zamanı yerdən tapdığı narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə çəkilmiş birinin 12,79 qram, birinin 10,82 qram, birinin isə 8,10 qram çəkidə olduğu müəyyən edilmişdir. Ona polis şöbəsinə getməli olduğu deyilmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanananı özü istifadə etmək üçün üzərində saxlamış, onu satmaq niyyəti olmamışdır. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri, video görüntülər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərdab rayonu Yarməmmədbağı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Zərdab rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş "təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında əməliyyat qrupunun üzvləri Zərdab RPŞ-nın Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid4, baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Zərdab rayonu, Yarməmmədbağı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərdab-Ağcabədi yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndindən keçən hissəsində saxlanılmışdır. Ona nə üçün saxlanıldığı izah edilərək təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üstünə yoxlama keçiriləçəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman köynəyinin sol döş cibinden mobil telefon, şalvarının sol cibindən bir ədəd 20 qəpik bir ədəd 10 qəpik və içərisində kibrit dənələri olan kibrit qutusunu təqdim etmişdir. Sağ əlində saxladığı sellofan torbaya baxış keçirlən zaman sellofan torbanın içərisində özünə məxsus ağ rəngdə şalvar, qara rəngdə idman köynəyi, qara rəngdə kəmər və 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının içərisinə baxış keçirilən zaman içərsində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə 12,79 qram, 10,82 qram və 8,10 qram olması müəyyən edilmişdir. Üç ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlələr götürülüb zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Qəpiklər sellofan torbada olan ağ rəngdə şalvar, qara rəngdə idman köynəyi, qara rəngdə kəmər, içində kibrit dənələri olan kibrit qutusu şəxsin özünə qaytarılmışdır. Bundan sonrada baxış davam etdirilmiş, hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinə gətirilmiş və aidiyyatı şəxslərə təqdim edilmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərdab rayonu, Yarməmmədbağı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Zərdab rayon polis şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında Zərdab rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş "təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında əməliyyat qrupunun üzvləri Zərdab RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3, əməliyyat müvəkkili Şahid2, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə Zərdab rayonu, Yarməmmədbağı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərdab-Ağcabədi yolunun Zərdab rayonu, Yarməmmədbağı kənddindən keçən hissəsində “Vaz 2106” markalı taksidən düşürdülmüşdür. Hava qaranlıq olduğundan avtomobilin rəngini, içərisində digər şəxslərin olmasını və həmin avtomobilin dövlət qeydiyyat nişanını yaxşı görmədiyindən xatırlamır. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığı izah edilərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üstünə yoxlama keçiriləçəyi bildirilmiş, yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üstündə qanunsuz əşya və predimet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman köynəyinin sol döş cibinden mobil telefon, şalvarının sol cibindən bir ədəd 20 qəpik bir ədəd 10 qəpik və içərisində kibrit dənələri olan kibrit qutusunu təqdim etmişdir. Sağ əlində saxladığı sellofan torbaya baxış keçirlən zaman sellofan torbanın içərisində ona məxsus paltarlar və 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının içərisinə baxış keçirilən zaman içərsində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə 12,79 qram. 10,82 qram və 8,10 qram olması müəyyən edilmişdir. 3 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlələr götürülərək zərfə qoyularaq möhürlənmişdir. Daha sonra vətəndaş Zərdab rayon Polis Şöbəsinə dəvət edilmiş və aidiyyatı şəxslərə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 03 sentyabr 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbaya baxış keçirlən zaman sellofan torbanın içərisində özünə məxsus ağ rəngdə şalvar, qara rəngdə idman köynəyi, qara rəngdə kəmər və 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının içərisinə baxış keçirilən zaman içərsində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə 12,79 qram, 10,82 qram və 8,10 qram olması müəyyən edilmişdir. 3 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlələr götürülərək zərfə qoyulmuş bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. “Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” Zərdab RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Nihad Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda olan psixotrop maddə narkotik vasitəyə bənzər kütlələrin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq orada olan 3 ədəd kibrit qutusunda olan narkotik vastəyə bənzər maddəyə və Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində aşkar olunmuş 1 ədəd “ZTE” markalı mobil telefona baxış keçirilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/672 nömrəli rəyində göstərilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr.” Yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki digər zərfin içərisində olan 03 (üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri-9,70 qram, 5,11 qram və 7,74 qram, ümumi çəkiləri – 22,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri) 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri isə 500 qram olması göstərilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə edir. Alkoqoldan sui-istifadə edir. Alkoqoldan sui-istifadə etmə nəticəsində yaranan xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X6 verdiyi 07 oktyabr 2025-ci il tarixli, 18-1-79/2-651/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X6 Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra 22,49 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 05:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan “qətimkan tədbiri seçilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:20-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına Zərdab rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi çəkisi 22,55 qram olan narkotik vasitə qurudulmuş marixuananı kimdən və haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatların yoxlanılması üçün əməliyyat- tədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd İƏD-si üzrə nümayəndəsi S.Rəhimov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 113 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Yarməmmədbağı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd İƏDsi üzrə nümayəndəsi S.Rəhimov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, video görüntülər, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı bir-birinə ziddiyətli ifadələr verərək narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini, daha sonra isə əvvəllər Rusiya Federasiyasında yaşadığı illərdə narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, həmin narkotik vasitənin ona məxsus sellofan torbaya necə qoyulduğundan məlumatı olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmamasını, həmin narkotik vasitənin ona məxsus olan, içərisində geyim əşyaları olan sellofan torbaya necə qoyulduğundan məlumatı olmadığını, narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş və məhkəmə istintaqı zamanı da qeyd etdiyi pozuntularla bağlı hər hansı dövlət orqanına müraciət etmədiyini bir daha təsdiq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi – 22,55 qram, ekspertiza tədqiqatından sonra 22,49 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında 03 sentyabr 2025-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsinin müəyyən edilməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 7 iş saatına görə 77 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 22,49 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 7 iş saatına görə 77 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №1(035)-43/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-43/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver