Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-46/2023 07.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkillər X10 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi, xx.xx.1993-cü ildə Zərdab rayonu, Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 07 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilə bilməyən vaxtda, 60 manata Yevlax şəhərində tanışı X5 vasitəsilə əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd şəffaf sellofan paketdə və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 2.06 qr., 3.78 qr., 0.92 qr. və 1.78 qr., ümumi çəkiləri 8,54 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Zərdab rayon ərazisinə daşımış, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 Zərdab şəhəri “Dördyol” adlanan ərazidə saxlanılaraq 06 fevral 2023-cü il tarixdə, saat 23:10 dəqiqədə şübhəli şəxs qismində tutulduqdan sonra keçirilmiş şəxsi axtarış zamanı üzərindən həmin 02 ədəd şəffaf sellofan paketdə və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 2.06 qr., 3.78 qr., 0.92 qr. və 1.78 qr., ümumi çəkiləri 8,54 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilə bilməyən vaxtda, 60 manata, Yevlax şəhərində tanışı X6 vasitəsilə əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi 5,21 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Zərdab rayon ərazisinə daşımış, Zərdab RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 Zərdab şəhəri “Dördyol” adlanan ərazidə saxlanılaraq 06 fevral 2023-cü il tarixdə, saat 23:40 dəqiqədə şübhəli şəxs qismində tutulduqdan sonra keçirilmiş şəxsi axtarış zamanı üzərindən 01 ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi – 5,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. Əvvəllər məhkum olunsa da məhkumluğu ödənilmişdir. Təxminən beş-altı ildir ki, el arasında “nəşə” adlandırılan narkotik vasitə olan marixauna istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində tanışları Natiq və Turan ilə Zərdab şəhəri, 4 yol adlalan yerdə görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra öz aralarında danışaraq bir-birlərinə narkotik vasitə olan marixuna istifadə etmək istədiklərini bildirmişlər. Lakin, həmin vaxtı heç birində narkotik vasitə olmamışdır. Buna görədə Turan Yevlax şəhərinə gedərək orada olan tanışından marixuana almağı təklif etmişdir. Onlar Turanla razılaşmışlar. Bundan sona saat 20 radələrində elə orada olan, hər üçünün tanıdığı, Zərdab şəhər sakini Nihadın idarə etdiyi Hyundai Aksent markalı avtomobillə Yevlax şəhərinə getmişlər. Yevlax şəhərini ümumiyyətlə tanımadığı üçün şəhərin harasına getdiklərini bilmir. Yevlax şəhərinə çatdıqdan sonra Turan avtomobildən düşərək bir nəfər tanışı ilə görüşmüş, həmin tanışı ilə bir qədər söhbət etdikdən sonra həmin şəxs onların gəldikləri avtomobilə əyləşərək Nihada biraz irəliyə getməsini demişdir. Nihad həmin istqamətdə avotomobili idarə edərək tanımadığı bir yerdə saxlamışdır. Turanın tanışı avtomobildən düşmüş, bir neçə dəqiqə sonra avtomobilə qayıdaraq Turana 3 sellofana bükümdə narkotik vasitə olan marixuana vermişdir. Turan hər üç sellofan bükümdə olan marixuanaları saxlamaq üçün ona vermişdir. Daha sonra Nihad avtomobili hərəkət etdirərək həmin şəxsi götürdükləri yerdə maşından düşürmüşdür. Həmin adamı avtomobildən düşürüb bir qədər hərəkət etdikdən sonra o, sellfoan bükümlərdən birindən istifadə edərək çəkmək üçün yəni istifadə etmək üçün siqarətə doldurmuş, siqareti o, Natiq və Turan növbə ilə çəkmişlər. Bükümlərdən birindən istifadə etdiyi üçün hər üç bükümü bir yerə qarışdıraraq yenidən 3 büküm marixuana hazırlamiş, həmin 3 bükümdən birini Turana digərini isə Natiqə vermişdir. Yolda olarkən özüdə qalan bir büküm marixuananı birdəfəlik istifadələri üçün 4 hissəyə bölərək 4 büküm marixuana hazırlamışdır. Bundan sonra Nihadın idarə etdiyi avtomobillə Zərdab rayonuna qayıtmışlar. Zərdab şəhərində 4 yol adlanan yerə çatdıqda Nihad su alacağını deyərək avtomobili saxlayıb düşmüş, Nihad mağazaya su almaq üçün getdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Zərdab rayon polis şöbəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, bunun üçün də üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Buna heç bir etirazının olmadığını bildirmiş, dövlət hesabına seçdiyi vəkilin və əməliyyat müvəkillərinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona üzərindəki əşyaları həmçinin cinayət xarakterli hər hansı bir əşya və predmet olduqda həmin əşyanı da təqdim etməyi təklif edilmişdir. O, üzərində olan İphone 5 markalı mobil telefonunu və istifadə etməyi üçün hazırladığı 2 ədəd kağız 2 ədəd isə gümüşü sellofan bükümdə olan ümumilikdə 4 ədəd bükümdə olan marixuananı təqdim etmişdir. Təqdim edərək marixuana olduğunu bildirdiyi 4 ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümlərin ümumi çəkisi təxminən 9-10 qram olmuşdur. Həmin bükümlər ekpertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmiş, təqdim etdiyi mobil telefon isə özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi videogürüntüləri bütün iştirakçılar tərəfindən baxıdlıqdan sonra protokol tərtib olunaraq həmin protokol hər biri tərəfindən imzalanmışdır. Turana narkotik vasitəni verən şəxsi tanımır, sadəcə adının Rüstəm olduğunu xatırlayır. Onda olan narkotik vasitə yalnız üzərindən aşkar olunaraq götürülmüş marixuanadır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, heç bir yerdə işləmir. Fiziki qüsuru olduğu üçün 3-cü qrup əlildir, buna görə sosial müavinət alır. Təxminən iki ildir ki, narkotik vasitə olan marixauna istifadə edir. Narkotik vasitə marixuanı həm tək həm də dəfələrlə tanışları Ədalət və Turanla birlikdə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində tanışları Ədalət və Turan ilə Zərdab şəhəri, 4 yol adlanan yerdə görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra aralarında danışaraq bir-birlərinə narkotik vasitə olan marixuna istifadə etmək istədiklərini bildirmişlər. Lakin, həmin vaxtı heç birində narkotik vasitə marixuana olmamışdır. Buna görə də Turan Yevlax şəhərinə gedərək orada olan tanışından marixuana almağı təklif etmişdir. Onlar Turanla razılaşmışlar. Bundan sona saat 20 radələrində elə orada olan, hər üçünün tanıdığı, Zərdab şəhər sakini Nihadın idarə etdiyi Hyundai Aksent markalı avtomobillə Yevlax şəhərinə getmişlər. Yevlax şəhərinə çatdıqdan sonra Turan avtomobildən düşərək bir nəfərlə görüşərək həmin şəxslə yol kənarında təxminən 10 dəqiqə söhbət etmişdir. Daha sonra Turanın söhbət etdiyi həmin tanışı gəldikləri avtomobilə əyləşərək Nihada istiqamət göstərərək həmin istiqamətə getməyi bildirmişlər. Nihad həmin istiqamətdə avotomobili idarə edərək tanımadığı bir yerdə saxlamış, Turanın tanışı avtomobildən düşərək bir neçə dəqiqə sonra isə avtomobilə əlində 3 sellofan bükümdə marixuana ilə qayıdaraq həmin bükümləri Turana, Turan isə Ədalətə vermişdir. Həmin şəxs arxada oturub Turanla nəsə söhbət etmişdir. O, qabaqda oturduğu üçün onların nə danışdığını dəqiq eşitməmişdir. Daha sonra Nihad avtomobili hərəkət etdirərək Turanın tanışını götürdükləri yerdə düşürmüşdür. Turanın tanışını avtomobildən düşürüb bir qədər hərəkət etdikdən sonra Ədalət həmin bükümlərdən birindən istifadə edərək marixuananı siqaretə doldurmuş, o, Ədalət və Turan növbə ilə həmin marixuananı çəkmişlər. Daha sonra Ədalət bir büküm ona, bir büküm isə Turana marixuana vermişdir. O və Turan gələcəkdə istifadə etmək üçün həmin marixuananı götürmüşlər. Bundan sonra Zərdab rayonuna qayıtmışlar. Zərdab şəhərində 4 yol adlanan yerə çatdıqda Nihad su alacağını deyərək avtomobili saxlayıb düşmüşdür. Nihad mağazaya su almaq üçün getdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Zərdab rayon polis şöbəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, bunun üçün də üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Dövlət hesabına seçdiyi vəkilin və əməliyyat müvəkillərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona üzərindəki əşyaları həmçinin cinayət xarakterli hər hansı bir əşya və predmet olduqda həmin əşyanı da təqdim etməyini təklif etmişlər. O, üzərində olan “Skagen” markalı qol saatını, 1 ədəd alışqanı və Ədalətin ona verdiyi bir ədəd şəffaf sellofan torbada olan marixuanı təqdim etmişdir. Təqdim edərək marixuana olduğunu bildirdiyi şəffaf sellofan torba elektron tərəzidə çəkilmiş, onun çəkisi təxminən 5-6 qram olmuşdur. Həmin sellofon torba ekpertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmiş, təqdim etdiyi digər əşyalar isə özünə qaytarılmışdır. Üzərinə şəxsi axtarış videoçəkilişlə həyəta keçirilmişdir. Şəxsi axtarış keçirilməsi videogürüntüləri bütün iştirakçılar tərəfindən baxıldıqdan sonra bu barədə protokol tərtib olunmuş, həmin protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş, yəni özünün təqdim etdiyi narkotik vasitəsini Turanın tanışından əldə etmişlər. Ümumiyyətlə Turandan başqa heç kim avtomobildən düşmədiyi üçün Turanın tanışının həmin maixuananı kimdən əldə etdiyini bilmir. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham elan olunan əməlin törədilməsində təqsirli olmaları özlərinin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtrış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Zərdab şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və əslən Ağdaş rayonundan olan X6 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı onun tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyi məlumatın yoxlanılması istiqamətində müvafiq tapşırıqlarını verdikdən sonra tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirlməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi o, Zərdab RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Fərid Şükrovdan, əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid3 və Zərdab RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid7 ibarət olaraq təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun tərkibi təsdiq olunduqdan sonra Zərdab şəhər sakinləri xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və əslən Ağdaş rayonu, Aşağı Ləki qəsəbəsindən olan xx.xx.1993-cü il təvəllüdlü X11 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Zərdab şəhəri, “4 yol” adlanan yerin yaxınlığında Şahid1 idarəsində olan “Hyundai Akcent” markalı, ağ rəngli avtomobildə olarkən saxlanılaraq hər üç şəxs Zərdab RPŞ-nə gətirilərək polis şöbəsinin növbətçi hissəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X6 gətirilməsi barədə şöbə rəhbərliyinə raportla bildirmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X12 narkotik vasitələrin və psixotorop maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün Zərdab rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onların üzərinə seçdikləri vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 özünə məxsus şəxsi əşyaları təqdim etdikdən sonra 02 ədəd kağız 02 ədəd isə şəffaf bükümdə olan yaşıl rəngli birkilərin marixuana olduğunu bildirərək həmin maddələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Sonradan isə Turan Yusibovun və Təqsirləndirilən şəxs2 də üzərindən narktok vasitə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə isə hər üç şəxsin yəni Təqsirləndirilən şəxs1, X12 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanın Yevlax rayon sakini “Rüstəm” adlı şəxsdən əldə etməsi həmin şəxsin şəxsiyyətinin müəyyən olunaraq aidiyyatı üzrə Zərdab RPŞ-nin İQ-na gətirilməsinin təmin olunması barədə Zərdab RPŞ-nin CAB-na əməliyyat tapşırığı daxil oldu. Həmin tapşırığa müvafiq olaraq onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yəni Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana əldə etdiyi “Rüstəm” adlı şəxsin Yevlax rayonunda olan, xx.xx.1994-cü il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Şahid8 olması müəyyən edildi. Şahid8 onun və Zərdab RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Yevlax rayon Mərkəzi xəstəxanasında olarkən saxlanılaraq Zərdab rayon Polis şöbəsinə gətirilərək tapşırığa uyğun olaraq Zərdab RPŞ-nin İQ-na təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid5, Şahid3, Şahid4 və Şahid6 Şahid7 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Qazanc əldə etmək məqsədilə özünəməxsus Hyundai Aksent markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərdab şəhər sakinləri Natiq və Ədaləti həmçnin Ədalətin dostu Turanı tanıyır. Natiq onunla qoşuluqda yaşayır, Ədalətlə isə tanışlıq münasibəti var. Turanı isə Ədalətin dostu kimi tanıyır. Taksi fəaliyyəti ilə məşğul olan zaman əsasən müştərilərin daha çox olduğu Zərdab şəhəri, “4 yol” adlanan ərazidə dayanır. xx.xx.2023-cü il tarixdə hazırda dəqiq xatırlamadığı təxminən 18-19 radələrində Zərdab şəhəri, 4 yol adlanan ərazidə olmuşdur. Təxminən 1 saat sonra Natiq, Ədalət və Turan yanına gələrək kiminsə Yevlax rayonunda xəstə olduğunu, hər üçünün Yevlax şəhərinə xəstə ziyarəti üçün getməli olduqlarını bildirmişlər. Onlarla razılaşmışdır. Natiq avtomobildə qabaqda, Ədalətlə Turan isə arxada əyləşmişdir. Təxminən saat 20 radələrində idarə etdiyi avtomobil ilə Yevlax rayonuna getmişlər. O, Yevlax şəhərini tanımadığını hər üç şəxsə bildirdikdə onlar Turanın tanışının qabaqlarına çıxacaqlarını bildirmişlər. Yevlax şəhərinin girişinə çatdıqda Turan tanışının orada olduğunu və maşını yolun kənarında saxlamalı olduğumu bildirmişdir. Turan avtomobildən düşərək bir nəfər tanışı ilə görüşmüşdür. Turan tanışı ilə bir qədər söhbət etdikdən sonra həmin şəxs avtomobilə əyləşərək ona Yevlax şəhərinin içərisinə doğru getməyi üçün istiqamət göstərmişdir. O, həmin şəxsin dediyi istiqamətdə avtomobili sürərək yolun kənarında saxlamışdır. Sonradan həmin şəxsin adının Rüstəm olmasını, Turanın tanışı olmasını bilmişdir. Həmin yerdə, yəni Rüstəmin göstərdiyi yerdə avtomobili saxladıqda Rüstəm avtomobildən düşərək bir neçə dəqiqə sonra geri qayıdaraq Tuarana nəsə vermişdir. Avtomobilin içi qaranlıq olduğu üçün bunun dəqiq olaraq nə olduğu görməmişdir. Daha sonra avtomobili hərəkət etdirərək Rüstəmi götürdükləri yerdə düşürmüşdür. Bundan bir qədər sonra Ədalət çəkmək üçün marixauna düzəltmiş, növbə ilə özü, Turan və Natiq marixuanadan çəkmişlər. Düşünür ki, onlar Rüstəmin vasitəsilə narotik vasitə olan marixuana əldə etmişlər. Bir qədər sonra Ədalət birbaşa Zərdab şəhərinə qayıtmalı olduqlarını demişdir. Ondan xəstə görüb görməyəcəklərini soruşduqda onlar artıq işlərinin həll olunduğunu bildirmişlər. Axşam saat 22 radələrində Zərdab şəhərinə çatmış, Zərdab şəhərinə, çatdıqda su içmək üçün onları götüdüyü yerdə “4 yol” adlanan yerdə saxlayıb mağazadan su almaq üçün getmişdir. Mağazadan çıxdıqdan sonra Turanın, Natiqin və Ədalətin avtomobildə olmadıqlarını görmüşdür. Sonradan məlumatı olmuşdur ki, onları Polis Şöbəsinə aparmışlar. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/155 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində “Turan Yusibovun üzərində keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş yaşıl rəngli, spesifik iyli narkotik vasitəyə bənzər bitki mənşəli kütlələri.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 ədəd siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 5,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bitki tərkibli, spesifik iyli kütlələr ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 02 ədəd şəffaf sellofan paketdə və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 2.06 qr., 3.78 qr., 0.92 qr. və 1.78 qr., ümumi çəkiləri – 8,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofandan marixuanaya bənzər bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi – 5,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabsis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş X12, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X12 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Cinayət işində olan « sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş təmiz çəkisi 8,54 qram narkotik vasitə olan marixuanadan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 8,34 qram narkotik vasitə olan marixuana kütlələri və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş təmiz çəkisi 5,21 qram narkotik vasitə olan marixuanadan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,16 qram narkotik vasitə olan marixuana kütləsi iş üzrə maddi sübut kimi tanınmış və Zərdab RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 21:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin gün saat 21:50-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 il 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, Zərdab rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş sınaq müddəti başa çatdığından icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Zərdab RİH-i Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab şəhəri, Azərbaycan küçəsi 7 saylı yaşayış evinin 5-ci mənzilində qeydiyyatdadır və orada yaşayır, həmçinin yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlildir. Cinayət işində olan Zərdab RİHB-nın Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 591 nömrəli arayışdan və xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində -xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır, Zərdab şəhəri, M.Müşfiq küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİİ qrup əlil olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,34 qram narkotik vasitə olan marixuana və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan X4 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,11 qram narkotik vasitə olan marixuana X12 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,34 qram narkotik vasitə olan marixuana və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-46/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-46/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver