Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-47/2023 07.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X9 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1968-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, Zərdab Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyən, Zərdab rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 78 nömrəli əmrinə əsasən Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin edilməklə qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə 2019-cu ilin yanvar ayında Qəbələ rayonu, Soltan Nuxa kənd sakini Şahid3 və Şahid3 fermer təsərrüfatında işləyən çobanlar - Qəbələ rayonu, Soltan Nuxa kənd sakinləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 heyvandarlığın inkişafı məqsədi ilə örüş torpaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsi üçün özünə müraciətləri ilə əlaqədar Zərdab şəhəri, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşləri zamanı Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu, bu münasibətlərdən istifadə edərək Zərdab Rayon İnzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli qış otlaq sahəsindən (“Zaqatala yeri” adlanan ərazi) heyvandarlığın inkişafı məqsədi ilə 300 ha qış-otlaq sahəsinin 15 il müddətinə icarəyə verilə biləcəyini, Rayon İcra Başçısı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq sərəncam verilməsinə, bununla əlaqədar sənədləşmə aparılmasına nail olacağını, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Zərdab Rayon İcra Hakimiyyətinin rəhbər vəzifədə işləyən səlahiyyətli şəxsinə maddi nemət olan 33.000 manat pul vəsaitinin rüşvət qismində veriləcəyini Şahid3 və digərlərinə aldatmaqla bildirib, həmin şəxslərin razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 2019-cu ilin yanvar ayında Zərdab şəhəri, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs4 11.000 (on bir min) manat, həmin tarixdə və yerdə Zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat, həmin tarixdə və yerdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə 11.000 (on bir min) manat olaraq ümumilikdə 33.000 (otuz üç min) manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 33.000 (otuz üç min) manat pul vəsaitini ələ keçirib onlara vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs1 2019-cu ilin yanvar-fevral aylarında heyvandarlığın inkişafı məqsədi ilə örüş torpaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsi üçün özünə müraciəti ilə əlaqədar Zərdab şəhəri Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında xidməti otağında görüşləri zamanı Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu, Zərdab Rayon İnzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədi ilə 150 ha qış-otlaq sahəsinin 15 il müddətinə icarəyə verilə biləcəyini, Rayon İcra Başçısı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq sərəncam verilməsinə, bununla əlaqədar sənədləşmə aparılmasına, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq rəy veriləcəyinə nail olacağını, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Zərdab Rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər vəzifədə işləyən səlahiyyətli şəxslərinə maddi nemət olan 20.500 manat pul vəsaitinin rüşvət qismində veriləcəyini Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 14 may 2019-cu il tarixdə Zərdab şəhəri Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən parkda Zərərçəkmiş şəxs1 20.500 (iyirmi min beş yüz) manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 20.500 (iyirmi min beş yüz) manat pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərdab rayonu, Əlibəyli kəndində yaşayır. Evlidir, üç övladı vardır. 2004-cü ildən Zərdab Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində, 2016-cı ildən isə İcra Hakimiyyətinin Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışır. Vəzifələrinə rayon ərazisində aqrar sahədə aparılan işlərə nəzarət etmək, dövlət ehtiyat fond torpaqlarının icarəyə verilməsi ilə bağlı vətəndaşların müraciətlərinə baxmaq, müraciət edən vətəndaş və icarəyə götürüləcək torpaq barədə sənədlər toplamaq, müvafiq baxış keçirilməklə yerquruluşu planının hazırlanıb rəy verilməsi üçün sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə göndərmək və sair daxildir. Müsbət rəy verildikdən sonra Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı olur, həmin sərəncam əsasında da vətəndaşlar ilə icra hakimiyyəti arasında torpaq sahəsinin icarəyə götürülməsi haqqında müqavilə bağlanır. Bu sənədləşmə işi isə Rayon İcra hakimiyyətinin hüquq şöbəsi tərəfindən aparılır. Qəbələ rayon Soltan-Nuxa kənd sakinləri Şahid3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 təxminən 2006-cı il tarixdən tanıyır. Rayon İcra Hakimiyyətinin qış otlaq sahələrində icarədarlara icarəyə ayrılan torpaq sahələrində səmərəli istifadə etmələrinə nəzarət, o cümlədən ayrılmış torpaq sahələrində heyvanların baş sayının müəyyən edilməsi üçün yaradılmış yoxlama Komissiyasının tərkibində olmuşdur. Həmin çobanların heyvanlarının sayımını apardığı vaxtlarda həmin şəxsləri də tanımışdır. Zərdab Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şahid5 xx.xx.2014-cü il tarixli Sərəncamı ilə Şahid3 15 illik müddətə 513 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün ayrılmışdır. Sonradan 2017-ci ildə həmin şəxsə ayrılmış torpaq sahəsi dövlət əhəmiyyətli "xxxx" ərazisinə düşmüşdür. Ölkə rəhbərliyinin 2016-cı il tarixdə Sabirabad rayonunda keçirtdiyi müşavirədə pambıqçılığın inkişafı məsələsini əsas prioritet hesab edilmiş, əkinə yararlı digər təyinatlı torpaqların, örüş qış otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bundan sonra "xxxx" MMC yaradılmış və 3.000 hektar ərazini əhatə etmişdir. Həmin qeyd etdiyi digər təyinatlı torpaq sahələrinin təyinatı dəyişdirilərək əkin kateqoriyasına keçirilmişdir. Buna görə də bir çoxları kimi, Şahid3 də icarəsində olan 513 hektar torpaq sahəsi pambıq əkilməsi üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Ona görə də Şahid3lə vaxtilə bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra Şahid3 və digər çobanlar özlərinə torpaq sahəsinin ayrılması ilə bağlı dəfələrlə Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Nəhayət 2019-cu ilin əvvəllərində Şahid3 ərizəsi rayon icra hakimiyyətinin başçısı Şahid5 tərəfindən qəbul edilmişdir. İcra başçısı tərəfindən Zərdab rayon RİH-nin balansında olan rayon ərazisində yerləşən “Zaqatala yeri” adlanan ərazidən 300 hektar torpaq sahəsinin 15 il müddətinə Şahid3 icarəyə verilə biləcəyi izah edilmişdir. Şahid3 alınmış müvafiq sənədlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidmətinə göndərilmişdir. Bundan sonra Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidmətinin Ucar Rayon şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü, yerquruluşu planı hazırlanmışdır. 2019-cu ilin mart ayında Şahid3 300 hektar torpaq sahəsi icarəyə ayrılmışdır, 05 mart 2019-cu il tarixdə icra başçısı Şahid5 tərəfindən sərəncam verilmişdir. Daha sonra torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin vaxt yəni, 2019-cu ilin yanvar ayında Zərdab şəhəri Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs4 11.000 (on bir min) manat, həmin tarixdə və yerdə Zərərçəkmiş şəxs2 11.000 (on bir min) manat, həmin tarixdə və yerdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə 11.000 (on bir min) manat olmaqla ümumilikdə 33.000 (otuz üç min) manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləmişdir. Əslən Cəbrayıl rayonundan olan, Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs1 2019-cu il tarixdə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 2019-cu ilin təxminən yanvar-fevral aylarında heyvandarlığın inkişafı məqsədi ilə örüş torpaq sahəsinin ayrılması üçün Zərdab Rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etmişdir. Müraciəti ilə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahid5 həmin şəxsi qəbul etmiş və daha sonra örüş torpaq sahələrinin ayrılması üçün onu yanına çağıraraq Zərərçəkmiş şəxs1 sənədləşmə işi ilə bağlı köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 150 hektar örüş torpaq sahəsinin ayrılmasını xahiş etdiyi üçün, eyni zamanda özü də daxil 3 nəfər şəxsin adına icarə müqaviləsi bağlanmasını xahiş etdiyi üçün, müvafiq sənədləri həmin şəxsdən alaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinə göndərmişlər. Kadastr və Yerquruluşu Layihə- Təqiqat Mərkəzi tərəfindən baxış keçirilərək, hər müqavilə üzrə nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. Hər yerquruluşu planı (albom) üçün "xxxx" MMC-yə icarə bağlayacaq şəxslər tərəfindən pul ödənişi edilmişdir. 13, 14, 15 may 2019cu il tarixlərdə Zərdab rayon icra hakimiyyəti başçısının sərəncamları ilə həmin tarixlərdə başçı Şahid5lə Zərərçəkmiş şəxs1, Səadat İsmayılova və Elman Rəhimov arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. O, Rayon İcra Başçısı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq sərəncam verilməsinə, bununla əlaqədar sənədləşmə aparılmasına, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq rəy veriləcəyinə nail olacağını, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Zərdab Rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər vəzifədə işləyən səlahiyyətli şəxslərinə maddi nemət olan 20.500 manat pul vəsaitinin rüşvət qismində veriləcəyini Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 14 may 2019-cu il tarixdə Zərdab şəhəri Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən parkda Zərərçəkmiş şəxs1 20.500 (iyirmi min beş yüz) manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Soltan Nuxa kəndində yaşayır. Uzun illərdir ki, heyvandarlıq fəaliyyəti ilə məşğuldur, çoban işləyir. Uzun illər qış dövründə Zərdab rayonu ərazisində icarəyə götürdükləri örüş otlaq sahələrində mal-qaranın inkişafı ilə məşğul olmuşdur. Uzaq qohumu Şahid3 icarəyə götürdüyü torpaq sahəsində həmin şəxslə birlikdə ailə təsərüfatı formalaşdıraraq fəaliyyət göstərmişlər. Qəbələ rayonu, Soltan Nuxa kənd sakinləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ilə də uzaq qohumluluq əlaqələri vardır, bütün qohumlar Şahid3 ətrafında birləşərək sonuncunun adına olan torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir ailə təsərrüfatı kimi birlikdə işləmişlər. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 118 saylı icarə müqaviləsinə əsasən “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün 513 hektar torpaq sahəsi 15 illiyinə Şahid3 icarəyə verilmiş, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə çoban olaraq həmin ərazidə heyvanları saxlamışlar. 2017-ci ildə Şahid3 adına ayrılmış 513 ha örüş torpaq sahəsinin icarə müqaviləsi dövlət əhəmiyyətli – "xxxx" ərazisinə düşdüyü üçün Zərdab Rayon İcra hakimiyyəti tərəfindən ləğv edilmişdir. Bundan sonra o və digər çobanlar Zərdab RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Təqsirləndirilən şəxs müraciət etmişlər. Lakin müraciətlərinə hər dəfə şifahi şəkildə cavab verilərək gözləmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs çoxsaylı danışıqlardan sonra 2019-cu il tarixdə Zərdab rayon RİH-nin balansında olan rayon ərazisində yerləşən “Zaqatala yeri” adlanan ərazidən 300 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə verə biləcəyini onlara demişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs Şahid3lə görüşərək 30.000 manat torpaq sahəsinin ayrılmasına dair Sərəncam üçün, 3.000 manat isə İcra hakimiyyətindən reyestrdən çıxarış məktubunun verilməsi üçün istəmişdir. Şahin də onlara dedikdən sonra əvvəlcə pulu vermək istəməsələr də, artıq heyvanı saxlamağa yer tapa bilmədiklərindən hərəsi təxminən 100 baş qoyun sataraq 11.000 manat olmaqla cəmi 33.000 manat pul düzəltmişlər. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onları yanına çağıraraq pulu gətirmələrini bildirmişdir. Zərərçəkmiş şəxs3 həmin vaxt gələ bilmədiyindən 11.000 manat pulu onlara vermiş və o, Zərərçəkmiş şəxs4la birlikdə hərəsi 11.000 manat pul düzəldərək birlikdə Zərdab RİH-nin inzibati binasında Təqsirləndirilən şəxsla görüşərək sonuncuya 33.000 manat pul vermişlər. Sonradan onların sərəncamları ləğv edildiyi üçün Namizə verdikləri 33.000 manat pulu tələb etməyə başlamışlar, Namiz isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. Məcbur qalaraq Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Soltan Nuxa kəndində yaşayır. Uzun illərdir ki, heyvandarlıq fəaliyyəti ilə məşğuldur, çoban işləyir. Uzun illər qış dövründə Zərdab rayonu ərazisində icarəyə götürdükləri örüş otlaq sahələrində mal-qaranın inkişafı ilə məşğul olmuşdur. Uzaq qohumu Şahid3 icarəyə götürdüyü torpaq sahəsində həmin şəxslə birlikdə ailə təsərüfatı formalaşdıraraq fəaliyyət göstərmişlər. Qəbələ rayonu, Soltan Nuxa kənd sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə də uzaq qohumluluq əlaqələri vardır, bütün qohumlar Şahid3 ətrafında birləşərək sonuncunun adına olan torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir ailə təsərrüfatı kimi birlikdə işləmişlər. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 118 saylı icarə müqaviləsinə əsasən “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün 513 hektar torpaq sahəsi 15 illiyinə Şahid3 icarəyə verilmiş, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə çoban olaraq həmin ərazidə heyvanları saxlamışlar. 2017-ci ildə Şahid3 adına ayrılmış 513 ha örüş torpaq sahəsinin icarə müqaviləsi dövlət əhəmiyyətli – "xxxx" ərazisinə düşdüyü üçün Zərdab Rayon İcra hakimiyyəti tərəfindən ləğv edilmişdir. Bundan sonra o və digər çobanlar Zərdab RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Təqsirləndirilən şəxs müraciət etmişlər. Lakin müraciətlərinə hər dəfə şifahi şəkildə cavab verilərək gözləmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs çoxsaylı danışıqlardan sonra 2019-cu il tarixdə Zərdab rayon RİH-nin balansında olan rayon ərazisində yerləşən “Zaqatala yeri” adlanan ərazidən 300 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə verə biləcəyini onlara demişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs Şahid3lə görüşərək 30.000 manat torpaq sahəsinin ayrılmasına dair Sərəncam üçün, 3.000 manat isə İcra hakimiyyətindən reyestrdən çıxarış məktubunun verilməsi üçün istəmişdir. Şahin də onlara dedikdən sonra əvvəlcə pulu vermək istəməsələr də, artıq heyvanı saxlamağa yer tapa bilmədiklərindən hərəsi təxminən 100 baş qoyun sataraq 11.000 manat olmaqla cəmi 33.000 manat pul düzəltmişlər. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onları yanına çağıraraq pulu gətirmələrini bildirmişdir. Zərərçəkmiş şəxs3 həmin vaxt gələ bilmədiyindən 11.000 manat pulu onlara vermiş və o, Zərərçəkmiş şəxs2la birlikdə hərəsi 11.000 manat pul düzəldərək birlikdə Zərdab RİH-nin inzibati binasında Təqsirləndirilən şəxsla görüşərək sonuncuya 33.000 manat pul vermişlər. Sonradan onların sərəncamları ləğv edildiyi üçün Namizə verdikləri 33.000 manat pulu tələb etməyə başlamışlar, Namiz isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. Məcbur qalaraq Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, Soltan Nuxa kəndində yaşayır. Uzun illərdir ki, heyvandarlıq fəaliyyəti ilə məşğuldur, çoban işləyir. Uzun illər qış dövründə Zərdab rayonu ərazisində icarəyə götürdükləri örüş otlaq sahələrində mal-qaranın inkişafı ilə məşğul olmuşdur. Uzaq qohumu Şahid3 icarəyə götürdüyü torpaq sahəsində həmin şəxslə birlikdə ailə təsərüfatı formalaşdıraraq fəaliyyət göstərmişlər. Qəbələ rayonu, Soltan Nuxa kənd sakinləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 ilə də uzaq qohumluluq əlaqələri vardır, bütün qohumlar Şahid3 ətrafında birləşərək sonuncunun adına olan torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir ailə təsərrüfatı kimi birlikdə işləmişlər. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 118 saylı icarə müqaviləsinə əsasən “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün 513 hektar torpaq sahəsi 15 illiyinə Şahid3 icarəyə verilmiş, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə birlikdə çoban olaraq həmin ərazidə heyvanları saxlamışlar. 2017-ci ildə Şahid3 adına ayrılmış 513 ha örüş torpaq sahəsinin icarə müqaviləsi dövlət əhəmiyyətli – "xxxx" ərazisinə düşdüyü üçün Zərdab Rayon İcra hakimiyyəti tərəfindən ləğv edilmişdir. Bundan sonra o və digər çobanlar Zərdab RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Təqsirləndirilən şəxs müraciət etmişlər. Lakin müraciətlərinə hər dəfə şifahi şəkildə cavab verilərək gözləmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs çoxsaylı danışıqlardan sonra 2019-cu il tarixdə Zərdab rayon RİH-nin balansında olan rayon ərazisində yerləşən “Zaqatala yeri” adlanan ərazidən 300 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə verə biləcəyini onlara demişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs Şahid3lə görüşərək 30.000 manat torpaq sahəsinin ayrılmasına dair Sərəncam üçün, 3.000 manat isə İcra hakimiyyətindən reyestrdən çıxarış məktubunun verilməsi üçün istəmişdir. Şahin də onlara dedikdən sonra əvvəlcə pulu vermək istəməsələr də, artıq heyvanı saxlamağa yer tapa bilmədiklərindən hərəsi təxminən 100 baş qoyun sataraq 11.000 manat olmaqla cəmi 33.000 manat pul düzəltmişlər. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs onları yanına çağıraraq pulu gətirmələrini bildirmişdir. O, həmin vaxt gələ bilmədiyindən 11.000 manat pulu Təqsirləndirilən şəxs vermələri üçün Xəyalla Məzahirə vermiş və onlar da, həmin pulları Zərdab RİH-nin inzibati binasında Təqsirləndirilən şəxsla görüşərək sonuncuya vermişlər. Sonradan onların sərəncamları ləğv edildiyi üçün Namizə verdikləri 33.000 manat pulu tələb etməyə başlamışlar, Namiz isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. Məcbur qalaraq Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qəbələ rayonu, Soltan Nuxa kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Evlidir, uzun illərdir ki, sahibkarlıq, fermer fəaliyyəti ilə məşğul olur. Uzun illər heyvandarlıq fəaliyyəti ilə də məşğul olmuş, qış dövründə Zərdab rayonu ərazisində icarəyə götürdüyü örüş otlaq sahələrində mal-qaranın inkişafı ilə məşğul olmuşdur. Uzaq qohumları – Qəbələ rayonu, Soltan Nuxa kənd sakinləri X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da onunla birlikdə torpaq sahəsində mal-qara saxlamışlar, o, həmin şəxslərə daima dəstək olmuşdur. Bir ailə təsərrüfatı kimi birlikdə işləmişlər. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 118 saylı icarə müqaviləsinə əsasən “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün 513 hektar torpaq sahəsi 15 illiyinə ona icarəyə verilmiş, qeyd etdiyi şəxslər də çoban olaraq həmin ərazidə heyvanlarını və eyni zamanda onun heyvanlarını da saxlamışlar. 2017-ci ildə onun adına ayrılmış 513 ha örüş torpaq sahəsinin icarə müqaviləsi dövlət əhəmiyyətli – "xxxx" ərazisinə düşdüyü üçün Zərdab Rayon İcra hakimiyyəti tərəfindən ləğv edilmişdir. Onun bundan yalnız sonradan xəbəri olmuşdur. Bundan sonra o və digər çobanlar Zərdab RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Təqsirləndirilən şəxs müraciət etmişlər. Lakin müraciətlərinə hər dəfə şifahi şəkildə cavab verilərək gözləmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs çoxsaylı danışıqlardan sonra 2019-cu il tarixdə Zərdab rayon RİH-nin balansında olan rayon ərazisində yerləşən “Zaqatala yeri” adlanan ərazidən 300 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə verə biləcəyini onlara demişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs onunla icra hakimiyyətində xidməti otağında görüşən zaman rayon icra hakimiyyətinin rəhbərliyinə 30.000 manat torpaq sahəsinin ayrılmasına dair Zərdab rayon icra hakimiyyətinin Sərəncamı üçün, 3.000 manat isə İcra hakimiyyətindən reyestrdən çıxarış məktubunun verilməsi üçün verilməli olduğunu bildirmişdir. O, artıq heyvandarlıqla məşğul olmadığı üçün çobanlar - X.Hacanmədov, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2la məsləhətləşəcəyini demişdir. Bu barədə çobanlara dedikdən sonra həmin şəxslər əvvəlcə pulu vermək istəməsələr də, artıq heyvanı saxlamağa yer tapa bilmədiklərindən hərəsi təxminən 100 baş qoyun sataraq 11.000 manat olmaqla cəmi 33.000 manat pul düzəltmişlər. 2019-cu ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs X.Hacanmədov, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yanına çağırmış, sonuncular Zərdab RİH-nin inzibati binasında Təqsirləndirilən şəxsla görüşərək sonuncuya 33.000 manat pul vermişlər. Sonradan Sərəncam ləğv edildiyi üçün Namizə verdikləri 33.000 manat pulu tələb etməyə başlamışlar, Namiz isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırtmışdır. o, bu qeyd olunan hadisə ilə bağlı hər hansı digər hüquq mühafizə orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs 33.000 manat pulu çobanlar - X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özləri şəxsən Zərdab RİH-nin inzibati binasında vermişlər, O, həmin vaxt orada olmamışdır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2019-cu il tarixli, 19 nömrəli Sərəncamından və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən (Torpaq icarəsi müqaviləsi) görünür ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Şahid5 05 mart 2019-cu il tarixli, 19 nömrəli sərəncamı ilə Qəbələ rayonu, Soltan Nuxa kənd sakini Şahid3 “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün ayrılmış 513 hektar torpaq sahəsinin 3000 hektar Aqropark üçün ayrılmış əraziyə düşdüyünə görə rayonun digər ərazisindən ona X12 aid “Zaqatala Yeri” adlanan ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 300 hektar torpaq sahəsinin ayrılması barədə müraciəti nəzərə alınmış və müvafiq sənədləşmənin aparılması aidiyyəti şöbəyə tapşırılmışdır. Zərdab Rayon İcra Hakimiyyəti ilə Şahid3 arasında 300 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə torpaq icarə müqaviləsi bağlanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer Quruluşu Layihə X2 planından görünür ki, Zərdab rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli Qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Şahid3 icarəyə verilməsi nəzərdə tutulan 300 hektar örüş sahəsinin yerquruluşu planı hazırlanıb təsdiq edilmişdir. Cinayət işində olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 7/2022 nömrəli qərarından görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 92 saylı sərəncamı tam ləğv edilmişdir. Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 19 saylı sərəncamı qismən, yəni, Şahid3 icarəyə verilmiş torpaq sahəsinin iddiaçı X4 icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 140 ha hissəsində ləğv edilmişdir. Cinayət işində olan “Diskə baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskin içərisində 6 ədəd telefon danışıqlarını əhatə edən səs yazılarının olması müəyyən edilmişdir. Baxış zamanı “WhatsApp Audio 2023-05- 12 at 18.23.40 (1).mp4” - faylında ümumi müddəti 01 dəqiqə 02 saniyə olan audioyazı, “WhatsApp Audio 2023-05-12 at 18.23.40 (2).mp4” – faylında ümumi müddəti 01 dəqiqə 41 saniyə olan audioyazı, “WhatsApp Audio 2023-05-12 at 18.23.40.mp4” – faylında ümumi müddəti 01 dəqiqə 14 saniyə olan audioyazı, “WhatsApp Audio 2023-05-12 at 18.23.41 (1).mp4” – faylında ümumi müddəti 01 dəqiqə 32 saniyə olan audioyazı, “WhatsApp Audio 2023-05-12 at 18.23.41 (2).mp4” – faylında ümumi müddəti 02 dəqiqə 24 saniyə olan audioyazı, “WhatsApp Audio 2023-05-12 at 18.23.41.mp4” – faylında ümumi müddəti 01 dəqiqə 26 saniyə olan audioyazı aşkar edilmişdir. Aşkar edilmiş qeyd olunan bütün fayllarda bir nəfər kişi cinsindən olan şəxsin qarşı tərəf bir nəfər kişi cinsindən olan şəxsə “Namiz müəllim” deyərək müraciət etdiyi, eyni zamanda Namiz deyilərək müraciət edilən şəxsin isə öz növbəsində qarşı tərəfə “Ramiz” deyərək müraciət etdiyi müəyyən edilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 ilkin araşdırma zamanı izahat verən zaman izahatına əlavə etdiyi Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarından və Torpaq icarəsi müqavilələrindən görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının 13, 14, 15 may 2019-cu il tarixli sərəncamları ilə Zərərçəkmiş şəxs1, X8 və X3 hər birinə Zərdab rayonunun inzibati ərazisinə daxil olan X17 31 nömrəli Qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 50 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Qeyd olunan tarixlərdə icra başçısı Şahid5lə Zərərçəkmiş şəxs1, X8 və X5 arasında torpaq icarə müqavilələri bağlanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer Quruluşu Layihə X2 planlarından görünür ki, Zərdab rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli Qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs1 icarəyə verilməsi nəzərdə tutulan 50 hektar örüş sahəsinin yerquruluşu planı hazırlanıb təsdiq edilmişdir. Eyni zamanda 31 nömrəli Qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə X8 və X3 icarəyə verilməsi nəzərdə tutulan hər biri 50 hektar olmaqla örüş sahəsinin yerquruluşu planı hazırlanıb təsdiq edilmişdir. Cinayət işində olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-113/2020 nömrəli qərarından və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-116/2021 nömrəli qərarından görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 91 nömrəli, xx.xx.2019-cu il tarixli, 36 nömrəli və xx.xx.2019-cu il tarixli, 37 nömrəli sərəncamları tam, xx.xx.2019-cu il tarixli, 35 nömrəli sərəncamı isə torpaq sahəsinin müəyyən kordinatlarda olan hissədə ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-84/2-252/2023 nömrəli məktubdan görünür ki, Qəbələ rayonunun Soltan-Nuxa kənd sakini Şahid3 Zərdab Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 118 nömrəli sərəncamına əsasən X10ş Otlaq Sahəsinin “Sovxoz" yeri adlanan hissəsindən 513 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Bu sərəncam Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 14 nömrəli sərəncamına əsasən ləğv olunmuşdur. Cinayət işində olan Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 78 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-nin Baş X22i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Zərdab rayonu, Əlibəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adında xx.xx.2014-cü il tarixdən “Opel” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsi verilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına xx.xx.1998-ci il tarixli, JN-0021 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Zərdab rayonu, Alıbəyli kəndində yerləşən 0,67 ha kənd təsərrüfatı təyinatlı və xx.xx.2000-ci il tarixli, JN-021A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,12 ha həyətyanı torpaq sahələri birgə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 8762 nömrəli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü, Zərdab rayonu, Əlibəyli ərazi dairəsi, Əlibəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası”da müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-8505 nömrəli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəzi”ndə müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Zərdab rayonu ərazisində 300 ha torpaq sahəsinin Şahid3 icarəsinə ayrılması üçün müvafiq rəyin verilməsi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktublarla keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra - Komitə) müraciət etmişdir. Faktiki istifadə vəziyyəti barədə məlumatlar təqdim edildikdən, vətəndaşın ərizəsi sənədlərə əlavə edildikdən və Komitə tərəfindən yerquruluşu işləri aparıldıqdan sonra məsələyə münasibət bildiriləcəyi barədə xx.xx.2017-ci il tarixli, **********10 nömrəli, xx.xx.2018-ci il tarixli, **********95 nömrəli və xx.xx.2019-cu il tarixli, **********30 nömrəli məktublarla Zərdab Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. Müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Komitə tərəfindən Şahid3 icarəyə verilməsi nəzərdə tutulan 300 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və sonradan xx.xx.2019-cu il tarixli, **********62 nömrəli məktubla torpaq sahəsinin icarəyə verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarından görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 91 və 92 nömrəli sərəncamları ilə Zərdab rayonu, Bəyimli qəsəbəsində məskunlaşmış Laçın rayon Bülüldüz kənd sakini X6 Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 24 nömrəli sərəncamı və icarə müqaviləsinə əsasən X10ş otlaq ərazisinin Zaqatala adlanan hissəsindən icarəyə 300 ha torpaq sahəsi ayrılması haqqında Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 24 nömrəli sərəncamı və icarə müqaviləsi ləğv edilmişdir. Ləğv edilmiş 300 ha torpaq sahəsi boş və istifadəsiz ərazi olaraq Zərdab Rayon X17 balansına qaytarılmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan “Kapital Bank” qəbz nömrəsi 14559 terminal nömrəsi K0146011 olan mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə vurulmuş ziyanın 25% miqdarında, yəni 13376.00 (on üç min üç yüz yetmiş altı) manat pul dövlət büdcəsinin hesabına ödənilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərçəkmiş şəxslərlə barışdığını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrini və işin yuxarıda adı çəkilən digər materiallarını qarşılıqlı şəkildə araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və onlara vurduğu ziyanı ödəməsini, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə vurulmuş ziyanın 25% miqdarında, yəni 13376.00 (on üç min üç yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin hesabına ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4 -cü maddələri ilə verilən ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış iş üzrə mühüm məlumatları əks etdirən 1 ədəd “CD” disk, “Bakcell”, "xxxx" MMCdən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamları, torpaq icarəsi müqavilələri, qəbzlər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reytri Xidmətinin Kadastr və Yer Quruluşu Layihə X2 planları iş materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.3, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərlə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış iş üzrə mühüm məlumatları əks etdirən 1 ədəd “CD” disk, “Bakcell”, "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamları, torpaq icarəsi müqavilələri, qəbzlər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reytri Xidmətinin Kadastr və Yer Quruluşu Layihə X2 planları iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-47/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-47/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver