Məhkəmə qərarları › İş №1(035)-47/2025

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-47/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-47/2025 05.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zərdab şəhəri, Zərdabi küçəsi ev 44 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan ayrı-ayrılıqda təmiz çəkiləri 440,0 qram və 6,30 qram, ümumilikdə təmiz çəkiləri 446,30 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:59-da Zərdab şəhəri, Qarasu çayının sol sahilində Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli bilinib saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol cibindən şəffaf polietilen sellofana bükülmüş 6,30 qram, sağ əlində saxladığı polietilen sellofanin içərisindəki 440,0 qram, ümumilikdə təmiz çəkisi 446,30 qram həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. DOST MMC-də fəhlə işləyir, ailəlidir, yetkinlik yaşına çatmış bir oğlu vardır. Hərdən bir spirtli içki qəbul edir, lakin, heç vaxt narkotik vasitə qəbul etməmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 18 radələrində Zərdab şəhəri, 4 Yol ərazisində yerləşən Daş bazarında daş boşaldarkən polis əməkdaşları şəxsi avtomobilləri ilə ona yaxınlaşaraq avtomobilə əyləşməsini bildirdirmişlər və o, avtomobilə əyləşdikdən sonra onu Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt içkili olmuşdur. Polis Şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona təziq göstərilərək narkotik vasitəni üzərinə götürməsi tələb olunmuşdur. Məcbur olub narkotik vasitəni üzərinə götürmüş və çəkiliş zamanı Qarasu çayının sahilindən tapdığını demişdir. Sonradan onu narkoloji ekspertizadan keçirilməsi üçün Gəncə şəhərinə aparmışlar. Ondan nümunə üçün qanı Polis Şöbəsində deyil, Ekpertiza zamanı Gəncə şəhərində götürmüşlər. Lakin, ekspert rəyi ilə razı deyil, hesab edir ki, onun rəyini dəyişmişlər, o heç bir zaman narkotik vasitədən istifadə etməmişdir. Belə olan halda onun narkomaniyadan məcburi müalicəyə eytiyacı ola bilməz. Lakin indiyə kimi həmin rəydən heç bir yerə şikayət etməmişdir. Polis Şöbəsində müvəqqəti saxlama yerinə girərkən həkim müayinəsindən keçirildikdə polislərdən qorxduğu üçün döyülməsini boynuna almamış, bu barədə həkimə heç bir söz deməmişdir. Həmçinin 2 gün Polis Şöbəsində qalıb çıxdıqdan sonra da döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Lakin, işi məhkəmədə olduqdan sonra döyülməsi ilə bağlı Zərdab rayon Prokurorluğuna şikayət etmişdir. Şikayəti araşdırılmış, lakin, döyülmə faktı təsdiqini tapmamışdır. Bununla belə hazırda özünü təqsirli bilir və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyinə görə onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlində özünü təqsirli bilməklə ifadə verərək bildirmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O. fəhlə işləyərək ailəsini dolandırır. Başqa gəlir yeri yoxdur, evlidir, bir oğlu var. Narkotik vasitə olan marixuananı 8-9 aydırkı daimi istifadə edir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Ona görə də narkotik vasitənin qoxusundan, görünüşündən narkotik vasitəni digər bitkilərdən fərqləndirirmiş. xx.xx.2025-ci il tarixdə 18 radələrində Qarasu çayı yaxınlığında təkcə gəzirmiş. Çayın yaxınlığında yulğun ağacları vardır. O, ayaqyoluna getmək niyyəti ilə çayın sol kənarında olan yulğunluğa girmişdir. Yulğun ağacının dibində olan ağ güllü-güllü sellofan torba diqqətini çəkmişdir. Həmin sellofan torbanın içərisini açıb baxdıqda görmüşdür ki, içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin sellofanın hamısını üzərində aparsa o, şübhə çəkdiyini düşünüb buna görə də qərara almışdır ki, sellofan torbanın içərisində olan narkotik vasitədən siqaretin sellofanı tutacaq qədər götürüb istifadə etsin. Qalanını isə orada gizlətsin ki, gələcəkdə ürəyindən narkotik vasitə olan qurudulmuş marixuana çəkmək keçəndə gəlib həmin yerdən hissə-hissə götürüb çəksin. Buna görə də birazını götürdükdən sonra qalan narkotik vasitəni gizlətməyə çalışırmış ki, mülki geyimdə olan şəxslər özlərini polis əməkdaşı olduğunu bildirərək ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə yoxlama keçirəcəyini demiş üzərində qanunsuz hər hansı əşya olub-olmadığını soruşmuşlar. O, da əlində olan güllü paketin içərisində narkotik vasitə olduğunu bildirərək təqdim elmişdir. Bununla yanaşı balaca siqaret sellofanına qoyduğu narkotik vasitəni də təqdim elmişdir. Təqdim eldiyi narkotik vasitəyə baxış keçirilmiş və spesifik iyli kütlə elektron tərəziyə qoyulmaqla çəkilmiş və güllü paketdə olan narkotik vasitənin ümumi çəkisi 450 qram, balaca sellofan torbanın içərisində olan narkotik vasitənin isə çəkisinin 6,62 qram olması müəyyən edildikdən sonra zərfə qoyulub ağzı bağlanmış 97 saylı möhürlə möhürlənmiş və həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, da imzalamışdır. Bununla yanaşı üzərindən aşkar edilərək götürülmüş “Texno" markalı mobil telefon götürülmüşdür. O, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər də istifadə etmiş, lakin sonradan istifadə etməmişdir, son 8-9 aydır ki, daimi olaraq istifadə etmişdir. Onun başqa heç yerdə narkotik vasitəsi yoxdur və saxlamır, yalnız narkotik vasitə olan marixunaı tapanda aradabir istifadə etmişdir. Heç vaxt, heç kimə narkotik vasitə satmamışdır, saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri, video görüntülər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 sentyabr 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə elməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis kapitanı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan X3 üzərində axtarış aparılması zərurəti yaranmışdır. X3 yeri müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə saat 18:50 radalərində Zərdab şəhəri, Qarasu çayının sol sahilində hərəkət edən zaman şübhəli kimi saxlanılaraq üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Yoxlama keçirilməzdən əvvəl X4 üzərində qanunsuz predmentin olduğu halda təqdim etməsi təklif edilmişdir. X7 əynində olan şalvarın sol cibindən şəffaf sellofana bükülmüş bir ədəd narkotik vasitəyə bənzər kütləni, siqaret qutusunu, alışqanı, sonra şalvarının sağ cibindən bir ədəd mobil telefon, eynəki və 4 ədəd bir manatlıq pul əskinazları təqdim etmişdir. Sonra sağ əlində saxladığı sellofan torbanı təqdim elmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sellofan torbanın içərisində olan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, 0,450 kiloqram olması müəyyən olunmuşdur. X1 cibindən təqdim etdiyi şəffaf sellofanın içərisində olan narkotik vasitəyə bənzər küllə elektron tərəzi çəkildikdə 6,62 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmişdir və videoçəkiliş başa çalmışdır. Videoçəkiliş başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinə gətirilmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Əfrasiyab Hüseynova hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin CAB-nin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri oluduğundan Təqsirləndirilən şəxs barəsində Zərdab RPŞ-də ********* nömrəli cinayət işi başlanmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 02 sentyabr 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbaya baxış keçirilən zaman içərisində marixuanaya bənzər kütlə aşkar edilmiş, sellofan torabanın içərisində olan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, 0,450 kiloqram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sol cibindən təqdim etdiyi şəffaf sellofanın içərisində olan narkotik vasitəyə bənzər kütlə də elektron tərəzində çəkilmiş, 6,62 qram olması müəyyən edilmiş və həmin narkotik vasitələr zərfə qoyulmuş bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. “Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” Zərdab RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Nihad Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan tünt yaşıl rəngli şalvarın sol yan cibindən çəkisi 6,62 qram olan 1 ədəd polietilen kəsiyi bükmündə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və əlində aşkar olan sellofan torbada çəkisi 0,450 qram olan 1 ədəd yapışqanlı lentlə bağlanmış bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin kütlələrin içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə və həmçinin Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd zərfdə olan ’Texno’’ markalı mobil telefona baxış keçirilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/671 nömrəli rəyində göstərilmişdir ki: tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Zərdab şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...qurudulmuş marixuanaya bənzər kütlələr." yazısı, adlar və imzalar yazılmış ağ rəngli sellofan torbanın içərisindəki: 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi - 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 6,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununun İ siyahısının 109.1-ci bəndində qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri) 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 verdiyi 06 noyabr 2025-ci il tarixli, 18-1-79/2-735/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. « Sübutların qiymətləndirilməsi haqqında » xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra 446,20 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:10-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına Zərdab rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi 446,20 qram olan narkotik vasitə qurudulmuş marixuananı kimdən və haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatların yoxlanılması üçün əməliyyat- tədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Kövşən oğlunun təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci tarixli Bakı Qarnizonunun Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Milli Məclisin xx.xx.1997-ci il tarixli amnistiya haqqında qərarının 3 və 12-ci bəndlərinə əsasən cəzadan azad edilmişdir. Həmçinin Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İƏD-si üzrə nümayəndəsi Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Zərdab rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər İƏD-si üzrə nümayəndəsi Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 569 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Baş prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Namiq Məmmədov tərəfindən qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərdab RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə müraciəti üzrə toplanmış material nəzərdən keçirilmiş və göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zərdab rayon Polis Şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 05 mart 2026-cı il tarixli məktubdan və ona əlavə edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zərdab şəhəri, Zərdabi küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Zərdab rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nihat Əhmədovun xx.xx.2025-ci il tarixli protokolu ilə saat 20:25-də şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 20:35-də şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2026-ci il tarixdə saat 13:45-da saxlanıldığı müvəqqəti saxlama yerində Zərdab rayon Mərkəzi Xəstəxanasının həkimi Anar Muradlı tərəfindən tibbi müayinədən keçirilmiş, sol aşağı ətrafın baş barmağının kəsilmiş, sıyrılmış yarası olduğu müəyyən edilmiş, bu barədə akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs izahatında bir neçə gün bundan qabaq öz ehtiyatsızlığından karyerdə daşa dəyib xəsarət aldığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, video görüntülər, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı bir-birinə ziddiyətli ifadələr verərək narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini, daha sonra isə ona son söz verilərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmamasını, həmin narkotik vasitəni polis əməkdaşlarının təziqi nəticəsində üzərinə götürməsini, narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini bildirməsini və ekspertizanın rəyi ilə razılaşmadığını məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına müraciət etməmiş, yalnız məhkəmə istintaqı zamanı məsuliyyətini dərk etdikdən sonra Zərdab rayon prokurorluğuna şikayət etmiş və şikayəti araşdırılaraq öz təsdiqini tapmamışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək, həmçinin zəruri bildiyi ekspertizalardan keçmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 446,2 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 446,2 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ013501**********1944, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar