Məhkəmə qərarları › İş №1(035)-48/2023

Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-48/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-48/2023 04.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X6 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2007-ci ildə Zərdab rayonu Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 04 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Zərdab rayonu, Körpükənd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs Səməd oğluna məxsus mağazanın pəncərəsinin kilid açarını kiçik pəncərənin arxasından əli ilə açaraq qanunsuz daxil olamaqla mağazanın piştaxtasında yerləşən kassa kimi istifadə olunan qabdan 130 manat nağd pulu qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgə əmlakını gizli talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində Zərdab rayonu, Körpükənd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs Səməd oğluna məxsus mağazanın kiçik pəncərəsinini itələyib açıb pəncərəyə vurulmuş toru cırmaqla qanunsuz daxil olub mağazanın piştaxtasında yerləşən kassa kimi istifadə olunan qabdan 230 manat nağd pulu qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgə əmlakını gizli talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində Zərdab rayonu, Körpükənd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs Səməd oğluna məxsus mağazanın pəncərəsinin kilid açarını kiçik pəncərənin arxasından əli ilə açaraq qanunsuz daxil olub mağazanın piştaxtasında yerləşən kassa kimi istifadə olunan qabdan 170 manat nağd pulu və 3 manatlıq mobil nömrə ödəniş kartnı qazanc əldə etmək niyyəti ilə ələ keçirmək istəyərkən Zərərçəkmiş şəxs mağazaya gələrək onu mağazada aşkar etməsindən iradəsindən asılı olmayan səbəbdən əmələni başa çatdıra bilməyərək oğurluğa, özgə əmlakını gizli talamağa cəhd etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olmaqla anası Almaz və 13 yaşlı bacısı Zərifə ilə birlikdə həmin kənddə yaşayır. Anası ağır xəstəlikdən əziyyət çəkir. O, 9cu sinifdən etibarən Zərdab rayonu, Körpükənd kənd məktəbindən çıxaraq Zərdab rayon peşə məktəbində təhsil alır. Anası xəstə olduğu üçün heç bir yerdə işləmir. Ailədə heç kim işləmir. Maddi dolanışıqlarını təmin edə bilmirlər. Zərərçəkmiş şəxs həmkəndlisidir, Zabitin kəndin girişində ərzaq mağazası vardır. Həmin mağazada həmkəndlisi Hünər satıcı işləyir. Ailədə maddi cəhətdən dolanışıq zəif olduğu üçün Zabitin mağazasından oğurluq etməyi planlaşdırmışdır. Həmin mağazanı yaxşı tanıdığı və oraya girib çıxmağın rahat olduğunu düşündüyü üçün həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. İlk dəfə xx.xx.2023-cü il tarixdə, gecə saat 12 radələrində mağazanın qarşısına gəlmiş, mağazanın qabaq sol tərəfində olan pəncərə hündür olduğu üçün onun qabağına stol qoymuşdur. Stolun üstünə çıxaraq həmin pəncərənin yuxarısında olan kiçik çərçivədən əlini salaraq pəncərənin böyük çərçivəsini açaraq həmin pəncərədən mağazanın koridoruna, oradan da mağazanın içərisinə daxil olmuşdur. O, mağazaya əvvəllər girib-çıxanda Zabitin və Hünərin pulu piştaxtanın arxasındakı kassa kimi istifadə etdikləri yumru plastik qabın içərisinə qoyduqlarını görmüşdür. Ona görə piştaxtanın arxasına keçərək həmin qabın içərisindən 45 manat pul, piştaxtanın arxasından isə 6 qutu göy rəngli nazik “Winchester” markalı siqaret götürmüşdür. Mağazanı daxil olduğu kimi, yəni böyük pəncərədən çıxmaqla tərk etmişdir. Oğurluq etməyi ilə bağlı heç bir səs soraq çıxmadığından həmin qaydada, yəni eyni üsulla pəncərədən daxil olmaqla 05 iyun 2023-cü il tarixdə saat 01:25 radələrində mağazanın kassa kimi istifadə olunan qabından 30 manat pul götürüb mağazanı eyni qaydada tərk etmişdir. Yenə də oğurluq etməyi ilə bağlı heç bir səs soraq çıxmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. 15 iyun 2023-cü il tarixdə saat 01 radələrində, yenə mağazaya gələrək eyni üsulla, yəni mağazanın pəncərəsinin kiçik çərçivəsini açmaqla böyük çərçivəsini açıb mağazanın koridoruna, oradan da içəriyə daxil olmuşdur. Mağazanın piştaxtasının arxasında kassa kimi istifadə olunan qabdan 130 manat oğurlayıb mağazadan eyni qaydada çıxmışdır. Bir müddət həmin pulu xərclədikdən sonra oğurluq etməyinin heç bir narahatçılıq yaratmayacağını düşünmüş və yenidən oğurluq etmək qərarına gəlmişdir. 22 iyun 2023-cü il tarixində saat 01:20 radələrində, o, yenə də mağazanın qarşısına gəlmişdir. Bu dəfə həmişə keçdiyi pəncərəni aça bilməmişdir. Buna görə də stolu gətirərək ayağının altına qoymuş və stola qalxaraq mağazanın sağ yan tərəfində olan balaca dördkünc plastikdən olan pəncərəni itələyib açmışdır. Pəncərəyə vurulmuş pərdəni cıraraq içəriyə düşmüşdür. Eyni qaydada kassa kimi istifadə olunan qabdan 230 manat məbləğində pulu götürmüşdür. İçəriyə keçdiyi yer hündür olduğuna görə qalxa bilməmiş və əvvəllər mağazaya keçdiyi yerdən, böyük pəncərədən qayıdıb çıxmışdır. Həmin pulu da xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də yenə əvvəllər etdiyi kimi Zabitin mağazasından pul oğurlamağı planlamış və xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində mağazanın qarşısına gəlmişdir. Mağazanın sol tərəfindən yenə də əvvəllər keçdiyi kimi mağazanın balaca pəncərəsini açaraq sonra isə pəncərənin böyük olan hissəsini arxadan əli ilə açmış və içəriyə daxil olmuşdur. Eyni qaydada kassa kimi istifadə olunan qabdan 170 manat pul və piştaxtanın arxasından 1 ədəd 3 manatlıq mobil telefon üçün kontur götürmüşdür. Mağazadan çıxmaq istəyən zaman bayırda səs küy olduğunu və mağazanın qapısının açıldığını hiss etmişdir. Zabit onunla birlikdə mağazada işləyən Hünərlə mağazaya daxil olmuşlar. O, tez aralaşıb mağazada olan piştaxtanın altına girmişdir. Hünərlə Zabit mağazanın işığını yandırmış və onu görmüşlər. O, tez əlində olan pulu və konturu yerə atmışdır. Hünər pulu və 3 manatlıq konturu yerdən götürmüşdür. Bundan sonra onlar soruşduqda əvvəllərdə mağazaya girərək oğurluqlar etdiyini bildirmişdir. O, ümumilikdə Zabitin mağazasından təxmini 630 manata qədər pul oğurlamış və həmin pulları da özü üçün xərcləmişdir. Belə ki, həmin pulları uşaqlarla yeyib içməyə, çay içməyə və s. kimi xərcləmişdir. O, ailəsi çox kasıb olduğu üçün Zabitin mağazasından özü oğurluq etmək qərarına gəlmiş, bu barədə ona heç kim təzyiq göstərməmiş, təsir etməmişdir və ya oradan oğurluq etməyi də heç kim xahiş etməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Bir daha belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, eləcə də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Körpükənd kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab rayonu, Körpükənd kənd ərazisində yerləşən ərzaq mağazası vardır. Həmin mağazada ərzaq və bəzi gündəlik təlabat malları satır. Həmin mağazada həm satıcı, həm də müdir işləyir. Təxminən may ayının sonlarında mağazadan oğurluqlar olduğunu hiss etmişdir. Belə ki, daimi olaraq dəqiq hesablamasa da alverin pulundan əksik gəldiyini bilmişdir. Bundan əlavə mağazada olan müxtəlif çeşidli siqaretlərdən və mobil telefon üçün satdığı konturlardan da əskik gəlməsini hiss etmişdir. Buna görə də hər dəfə mağazada onunla birlikdə işləyən Hünərə bu barədə bildirərək onu günahkar çıxarmışdır. Hər biri mütəmadi olaraq mağazanı bağlayıb evə gedəndə kassada olan pulu sayıb mağazaya qoymuşlar. Mağazanı hər gün axşam saat 23 radələrində bağlamış, növbəti gün səhər isə saat 06 radələrində özü gəlib mağazanı açmışdır. O, 21 iyun 2023-cü il tarixində axşam mağazada pulları saymışdır. Həmin vaxt mağazada 500 manat pul olmuşdur. Mağazada alverin pulunu piştaxtanının arxasında, kassa kimi istifadə etdikləri taxta qutuya qoymuşdur. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixində mağazaya gələrək pulları sayanda həmin kassa kimi istifadə etdikləri qabda 270 manat olduğunu görmüşdür. Əvvəlki gün sayıb qoyduğu puldan 230 manat pul əskik olmuşdur. O, bu barədə Hünərə də demişdir. Ətrafa baxanda mağazada balaca pəncərənin altında olan soyuducunun üstündə xırda balaca daş və torpaq olduğunu görmüşdür. Bunlar onda şübhə doğurduğundan bayıra çıxaraq mağazanın pəncərəsinə çöl tərəfdən yaxınlaşmışdır. Pəncərəyə baxanda pəncərənin altına oturacaq stol qoyulduğunu və pəncərədən də mağazaya keçildiyini görmüşdür. Bu barədə Hünərdən başqa heç kimə bildirməmişdir. O, mağazaya daxil olan həmin şəxsin yenə də gələcəyini düşünmüşdür. Çünki mağazada daimi olaraq alver pulu əksik gəlmişdir. Bu məqsədlə də xx.xx.2023-cü il tarixindən hər gün mağazanı bağlayandan sonra mağazanın arxa tərəfində aralıda, təxminən 25 metr məsafədə olan yulğun kollarının arasında gizlənmişdir. xx.xx.2023cü il tarixində saat 00:50 radələrində, kiminsə mağazanın pəncərəsinə yaxınlaşmasını görmüşdür. Həmin şəxs pəncərəyə qalxaraq pəncərədə olan balaca gözlüyü açıb əlini uzadaraq pəncərənin digər iri gözünü arxa tərəfdən açaraq içəriyə daxil olmuşdur. O, tez Hünərə zəng etmişdir. Hünər gəlib mağazanın qapısını açmış və onlar içəriyə daxil olmuşlar. O, mağazanın işığını yandırmışdır. Mağazanın içərəsinə girəndə bir nəfərin gizlənmək üçün piştaxtanın arxa tərəfində yerə uzanmış vəziyyətdə olmasını görmüşdür. O, həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, Xəzərin qolundan tutub qaldırmışdır. Xəzər əlindəki pulları yerə atmışdır. Hünər pulları götürüb saymış, cəmi 170 manat pul olmuşdur. Həm də Xəzər götürmüş olduğu bir ədəd 3 manatlıq telefon konturunu da yerə atmışdır. Hünər həmin konturu da götürmüşdür. O, Xəzərdən soruşanda mağazaya dəfələrlə pəncərədən daxil olmasını etiraf etmişdir. Daha sonra ona Xəzərin mağazaya may ayının sonundan daxil olmağa başladığı məlum olmuşdur. O, may ayının sonlarında mağazadan 45 manat pul və 6 qutu “Winchester” siqareti, iyun ayının əvvələrində 70 manat, iyun ayının ortalarında isə mağazadan 130 manat, xx.xx.2023-cü il tarixdə isə 230 manat pul oğurlamışdır. Sonuncu dəfə isə 170 manat pulu götürüb mağazadan çıxmaq istəyərkən, o buna imkan verməmişdir. Bundan sonra bu barədə polis şöbəsinə məlumat vermiş və polis əməkdaşları gəlmişlər. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Zərdab rayonu, Körpükənd kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zabitin Zərdab rayonu, Körpükənd kənd ərazisində yerləşən mağazası vardır. Həmin mağazada ərzaq və bəzi gündəlik təlabat malları satılır. O, həmin mağazada satıcı işləyir. Təxminən may ayının sonlarında mağazadan oğurluqlar olduğunu hiss etmişlər. Belə ki, daimi olaraq dəqiq hesablamasa da alverin pulundan əksik gəldiyini bilmişlər. Bundan əlavə mağazada olan müxtəlif çeşidli siqaretlərdən və mobil telefon üçün satdığı konturlardan da əskik gəlməsini hiss etmişdir. Buna görə də hər dəfə Zabit ona iradını bildirərək onu günahkar çıxarmışdır. Onlar mütəmadi olaraq mağazanı bağlayıb evə gedəndə kassada olan pulu sayıb mağazaya qoymuşlar. Mağazanı hər gün axşam saat 23 radələrində bağlamış, növbəti gün səhər isə saat 06 radələrində Zabit özü gəlib mağazanı açmışdır. Mağazadan mütəmadi olaraq oğurluqlar olduğu üçün Zabit xx.xx.2023-cü il tarixindən hər gün mağazanı bağlayandan sonra mağazanın arxa tərəfində aralıda, təxminən 25 metr məsafədə olan yulğun kollarının arasında gizlənmişdir. xx.xx.2023-cü il tarixində saat 00:50 radələrində Zabit kiminsə mağazanın pəncərəsinə yaxınlaşmasını görmüşdür. Həmin şəxs pəncərəyə qalxaraq pəncərədə olan balaca gözlüyü açıb əlini uzadaraq pəncərənin digər iri gözünü arxa tərəfdən açaraq içəriyə daxil olmuşdur. Bundan sonra Zabit ona zəng edəeək onu həmin yerə çağırmışdır. O, tez gəlib mağazanın qapısını açmış və onlar içəriyə daxil olmuşlar. O, mağazanın işığını yandırmışdır. Mağazanın içərəsinə girəndə bir nəfərin gizlənmək üçün piştaxtanın arxa tərəfində yerə uzanmış vəziyyətdə olmasını görmüşlər. O, həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Xəzər əlindəki pulları yerə atmışdır. O, pulları götürüb saymış, cəmi 170 manat pul olmuşdur. Həm də Xəzər götürmüş olduğu bir ədəd 3 manatlıq telefon konturunu da yerə atmışdır. O, Xəzərdən soruşanda mağazaya dəfələrlə pəncərədən daxil olmasını etiraf etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Azər.İ.B MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, içərisində 20 ədəd siqaret olan 01 qutu qöy rəngli “Wichestr” markalı siqaretin 30 may 2023-cü il tarixə olan bazar qiyməti 2 manat 90 qəpik olmaqla 06 qutu göy rəngli “Wichestr” markalı siqaretin qiyməti 17 manat 40 qəpikdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 19 avqust 2023-cü il PHŞ-6-79/2-115/2023 saylı arayışından görünür ki, Zərdab rayonunun Körpükənd kəndində yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Zərdab rayon mərkəzi xəstəxanası” X13 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərdab rayon İcra hakimiyyəti başçısının Körpükənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 avqust 2023-cü il tarixli, 113 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Körpükənd kəndində yaşamaqla ailə tərkibi aşağıda göstərilən şəxslərdən ibarətdir: anası-1982-ci il təvəllüdlü X4, qardaşı-2005-ci il təvəllüdlü X5, bacısı-2010-cu il təvəllüdlü X3. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərdab rayon İcra hakimiyyəti başçısının Körpükənd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. O, həqiqətən 2022-ci ilin sentyabr ayında X14 qəbul olmuş, Liseydə « Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer » ixtisası verən 30210122 saylı qrupun 2-ci kurs tələbəsidir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla 17:30-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tamamilə sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindənbəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını müstəsna hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vemə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış X2 götürülmüş 01 ədəd «A87194074» nömrəli 50 manatlıq pul əskinası, 02 ədəd «A4674568» və «A5674895» nömrəli 20 manatlıq pul əskinasları, 06 ədəd «A25970054», «A39241038», «A12881226», «A35112645», «A19826608», «A40221836» nörməli 10 manatlıq pul əskinasları, 02 ədəd «B22713963» və «B56784521» nömrəli 5 manatlıq pul əskinasları, 10 ədəd «A86178311», «B53927919», «A28294000», «G59535918», «B65457825», «F58376997» «A98122274», «B14879655», «A3547852» «B58479954» nömrəli 1 manatlıq pul əskinasnları və “Azərcell” operatoruna məxsus mobil nömrələr üçün istifadə olunan ********** nömrəli 3 manatlıq danışıq kartı onun sərəncamına verilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış X2 götürülmüş 01 ədəd «A87194074» nömrəli 50 manatlıq pul əskinası, 02 ədəd «A4674568» və «A5674895» nömrəli 20 manatlıq pul əskinasları, 06 ədəd «A25970054», «A39241038», «A12881226», «A35112645», «A19826608», «A40221836» nörməli 10 manatlıq pul əskinasları, 02 ədəd «B22713963» və «B56784521» nömrəli 5 manatlıq pul əskinasları, 10 ədəd «A86178311», «B53927919», «A28294000», «G59535918», «B65457825», «F58376997» «A98122274», «B14879655», «A3547852» «B58479954» nömrəli 1 manatlıq pul əskinasnları və “Azərcell” operatoruna məxsus mobil nömrələr üçün istifadə olunan ********** nömrəli 3 manatlıq danışıq kartı onun sərəncamına verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar