Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-49/2023 07.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 sədrliyi x katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X6 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Zərdab rayonu Pərvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Zərdab rayonu, Pərvanlı kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 07 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Zərdab rayonu, Pərvanlı kəndi, Abdulla Şaiq küçəsində yerləşən Zərdab rayonu, Pərvanlı kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus tikinti materialları mağazasının yan hissəsində istirahət üçün nəzərdə tutulmuş çayxananın pəncərələrini heç bir səbəb olmadan daşla vuraraq yararsız hala salmış, bundan sonra isə həmin mağazanın sahibi Zərərçəkmiş şəxs heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, silah qismində istifadə etdiyi daşla sol qolunun dirsək nahiyyəsindən qəsdən vuraraq ona sol dirsək oynağında dərialtı hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 7 ay bundan öncə Qazaxıstan Respublikasında işlədikdən sonra Bakı şəhərinə gəldikdə kənd ərazisində ailə üzvləri haqqında xoşagəlməz və doğru olmayan şayiələrin gəzdiyini eşitmişdir. Bu səbəblə Zərdab rayonuna gəlmişdir. Tarixini unutduğu gün həmkəndlisi Natiqin mağazasına gedib sonuncunun ofisində onunla görüşmüşdür. Natiqdən nə üçün kənd ərazisində ailə üzvləri barəsində yalan söz-söhbətlər yaydığını soruşduqda, Natiq ona heç kimin barəsində hər hansı bir söz-söhbət danışmadığını bildirmişdir. Bundan sonra evlərinə qayıtmışdır. Lakin, sonradan Natiqin yenidən kənd ərazisində onun ailə üzvləri barəsində xoşagəlməz sözlər danışmağa davam etdiyini eşitmişdir. Həmçinin, o, son günlər bu problemlərlə əlaqədar əsəbi olduğu üçün arabir spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə də yaşadığı evdə 200 qram araq içmişdir. Həmin günü saat 18:30 radələrində yenidən Pərvanlı kəndinin giriş hissəsində, yol kənarında yerləşən mağazaya Natiqin yanına getmişdir. Ora gedən zaman birbaşa olaraq yerdən əlinə daşlar götürərək pəncərələrə doğru ataraq sındırmışdır. Həmçinin, orada olan lakin, əsəbi olduğu üçün xatırlamadığı şəxslərin domino oynadıqları stolu da aşırtmışdır. Bundan sonra Natiqi görərək əlində olan daşla üzərinə gedib vurmaq istəyən zaman kənd sakini və həmin mağazanın digər sahibi Şahid1 onun qolundan tutaraq saxlamışdır. Bundan sonra o, evlərinə qayıtmışdır. Bir qədər sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Hadisə təxminən 20 dəqiqə davam etmişdir. Həmin zaman orada bir çox şəxslər olsa da, əsəbi olduğundan dəqiq kimlər olmasını xatırlamır. Hazırda səhvini başa düşür və əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır və Natiqin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Pərvanlı kəndinin giriş hissəində, yol kənarında həmkəndlisi Şahid1la birlikdə şərikli tikinti materialları mağazası işlədir. O, həmin mağazanı hər gün saat 07:00-da açır, saat 20:00-da bağlayır. Həmin mağazada 4 həmkəndlisi də onunla birlikdə işləyir. Kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində mağazanın tərkibində olan, satış malları bazasına bitişik olan ofisdə istirahət edərkən çöldən kiminsə söyüş söyərək yüksək səslə qışqırdığını, həmçinin süşə qırılmasının səslərini eşitimişdir. Dərhal ofisdən çölə çıxaraq mağazanı gəzməyə başlamışdır. O, işçilərin istrahəti üçün nəzərdə tutulmuş, çayxana kimi istifadə etdikləri tikiliyə doğru getdikdə həmin tikilinin şüşələrinin çöldən daşla vurularaq qırıldığını görmüşdür. Bir qədər irəliyə getdikdə isə Təqsirləndirilən şəxs sürətlə onun üzərinə gəldiyini, sağ əlində isə orta ölçülü daş olduğunu görmüşdür. Abuzər üstünə hücum edərək tullanıb əlindəki daşla baş nahiyyəsinə vurmaq istəyən zaman özünü müdafiə etmək üçün sol qolunu yuxarı qaldırmışdır. Həmin an daş sol qolunun dirsək nahiyyəsinə dəymişdir. Bundan sonra isə Şahid1 onları aralamışdır. O, DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş, sonra Zərdab RMX-na yaxınlaşaraq ilkin tibbi yardım almışdır. Bütün bunlardan sonra isə Zərdab RPŞ-nə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Əlövsət oğlu ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Qoruqbağı kəndində ailəsi ilə birlikdə yaşayır. Natiqin və Vəkilin ortaq işlətdiyi, Zərdab rayonu Pərvanlı kəndinin girişində yerləşən tikinti materialları mağazasında fəhlə işləyir. Zərərçəkmiş şəxs müdürü kimi tanıyır, münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs isə Zərdab rayonu, Pərvanlı kənd sakini kimi tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmaqla, heç biri ilə düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində iş yoldaşı Kamillə birlikdə mağazada olan zaman qəfildən çöldən kiminsə ünvansız söyüşlər söyərək yüksək səslə qışqırdığını və nəyinsə qırılma səsini eşidib dərhal çölə çıxmışdır. Çöldə Abuzərin əlində olan daşlar ilə tikililərin pəncərələrinə və qapısına daş atmasını görmüşdür. Ətrafda olan və işləri ilə məşğul olan şəxslər də səs-küy səbəbi ilə oraya toplaşmışlar. Abuzər daşla pəncərələri və qapını qırmışdır. Sonra isə Abuzər həmin çayxananın içərisində olan stolu aşırmışdır. Natiq həmin vaxt ofisdə istirahət etmişdir. Səs-küyə Natiq də ofisdən çıxmışdır. Bir qədər sonra Abuzər yerdən əlinə orta ölçülü daş götürərək Natiqin üzərinə hücüm çəkmişdir. Daşı Natiqin başına vurmaq istəyən zaman Natiq sol əlini başına tutmuşdur. Həmçinin Abuzər hoppanaraq Natiqə hücüm çəkdikdə həmin daş Natiqin sol əlinə dəymişdir. Sonra mağazanın digər şəriki Şahid1 Natiqlə Abuzəri aralamışdır. Bundan sonra Natiq DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında hər hansı düşmənçilik, ədavətin olduğunu bilmir. Hadisə təxminən 20 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid3 və Şahid4 Şahid2 Əlövsət oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmaqla, heç biri ilə düşmənçilik və ya ədavəti olmamışdır. O, tez-tez Pərvanlı kəndinin giriş hissəsində, yol kənarında Zərərçəkmiş şəxs ilə Şahid1 adlı şəxslərin tikinti materialları mağazasında oturub həmkəndliləri ilə çay içib söhbət edir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində yenidən həmin yerdə olmuşdur. Həmin vaxt yol kənarında qoyun otaran həmkəndlisi Zahid ona yaxınlaşaraq su istəmişdir. O, da Zahidə keçib içəridə içə biləcəyini bildirmişdir. Həmin zaman Gödəkqobu kənd sakini Şahid4, Pərvanlı kənd sakinləri Şahid3, Şahid1 və Şahid2 də yaxınlıqda olmuşlar. Həmin vaxt Natiq ofisində istirahət edirdi. Bir qədər sonra Abuzər oraya gələrək bilmədiyi səbəbdən ünvansız söyüşlər söyərək yüksək səslə qışqırmağa başlamışdır. Həmin vaxt Abuzər yerdən əlinə daşlar götürərək tikililərin pəncərələrinə və qapısına atmağa başlamışdır. Bu səbəblə pəncərələr və qapı qırılmışdır. Bundan sonra, o, qorxduğundan Abuzərdən aralanmışdır. Ətrafda olan və işləri ilə məşğul olan şəxslər də səs-küy səbəbi ilə oraya toplaşmışlar. Həmçinin, Abuzər çayxananın işərisində olan stolu da aşırmışdır. Natiq səs-küyü eşidib çölə çıxdıqda Abuzər Natiqi görən kimi əlində olan daş ilə Natiqin üzərinə gedib onu vurmaq istəmişdir. Natiq əlini qabağa verdiyindən, daş onun sol qoluna dəymişdir. Həmin vaxt Şahid1 Abuzəri Natiqdən aralamışlar. Abuzər isə oradan çıxıb getmişdir. Bundan sonra Natiq DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Həmin hadisə təxminən 20 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmaqla, heç biri ilə düşmənçilik və ya ədavəti olmamışdır. Onun Pərvanlı kəndinin giriş hissəsinin yaxınlığında torpaq sahəsi vardır. Orada tez-tez qoyun otarır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində qoyun otaran zaman susamışdır. Bu zaman su içmək üçün yaxınlıqdakı tikinti mağazasına getmişdir. Həmkəndlisi Mətləbi orada görüb ona su içmək istədiyimi bildirdikdə Mətləb ona keçib içəridən içə biləcəyini demişdir. O, da içəriyə su içməyə keçmişdir. Həmin zaman Gödəkqobu kənd sakini Şahid4, Pərvanlı kənd sakinləri Şahid3, Şahid1 və Şahid2 də orada olmuşlar. Natiqin isə ofisdə istirahət etdiyini demişlər. Bu zaman Abuzər oraya gələrək bilmədiyi səbəbdən ünvansız söyüşlər söyərək yüksək səslə qışqırmağa başlamış, daha sonra isə yerdən əlinə orta ölçülü daşlar götürərək tikililərin pəncərələrinə və qapısına atmağa başlamışdır. Abuzərin atdığı daşlar nəticəsində pəncərələr və qapı qırılmışdır. Həmçinin, Abuzər çayxananın içərisində olan stolu da aşırmışdır. Natiq səs-küyü eşidib çölə çıxdıqda Abuzər Natiqi görən kimi əlində olan daş ilə Natiqin üzərinə gedib onu vurmaq istəmişdir. Natiq əlini qabağa verdiyindən, daş onun sol qoluna dəymişdir. Həmin vaxt Şahid1 dərhal Abuzəri Natiqdən aralamışlar. Abuzər isə oradan çıxıb getmişdir. Bundan sonra Natiq DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Həmin hadisə təxminən 20 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Pərvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab rayonu, Pərvanlı kəndinin girişində, Abulla Şaiq küçəsində yerləşən tikinti materilları mağazasını həmkəndlisi Zərərçəkmiş şəxs ilə ortaqlı şəkildə işlədir. Həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibəti yaxşı olmaqla, arasında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə eyni qaydada Natiqlə işlətdiyi mağazada işlərlə məşğul olmuşdur. Natiq isə mağazanın ofisində uzanaraq istirahət etmişdir. Elə bu vaxt hay-küy səsi gəldiyini və mağazanın işçilərin isitahtəti üçün nəzərdə tutulmuş otağı istiqamətindən şüşə qırılmasının səsini eşitmişdir. O, həmin vaxt çayxanadan biraz aralıda olmuşdur. Həmin yerə yaxınlaşmaq istəyəndə Natiq ofisdən çıxıb onun yanına gəlmişdir. Hay-küy və şüşə qırılması səsi davam etmişdir. Bir qədər sonra isə mağazanın küncündən Abuzərin qaçaraq gəldiyini görmüşdür. Abuzər qaçaraq Natiqin üstünə gəlmiş, Abuzər Natiqin üstünə hücüm edərkən əlində daş olmuşdur. Abuzər həmin daşı Natiqin başına vurmaq istədikdə Natiq sol qolunu qabağa verdiyi üçün daş Natiqin sol qoluna dəymişdir. O, dərhal onları ayırmışdır. Daş Abuzərin sol əlində olmuşdur. Abuzərin sol əlindən tutaraq silkələmiş, Abuzər əlindəki daşı yerə atmışdır. Həmin hadisə təxminən 20 dəqiqəyə yaxın davam etmişdir. Cinayət işində olan Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Ağcabədi rayon MTE PA şöbəsinin 94 nömrəli, 22 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol dirsək oynağında dərialtı hematoma - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən daşla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işində olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi X10 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XTB 10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan, o, öz əməlinin faktiki xarakterini və ictmai təhlükəliliyni dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında“ xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Zərdab rayonu, Pərvanlı kəndi, Abdulla Şaiq küçəsində yerləşən tikinti materilları mağazasından, yəni hadisə yerindən Təqsirləndirilən şəxs mağazanın işçilərin istirahəti üçün nəzərdə tutulmuş çayxananın pəncərələrini vuraraq yarasız hala saldığı 04 ədəd, həmçinin onun Zərərçəkmiş şəxs sol qoluna vuraraq xəsarət yetirdiyi 01 ədəd daş iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab RPŞ-nin saxlama kamerasına verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası, Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdə cərimə cəzasından azad edilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Pərvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Abdulxalıqov tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı üç nəfər uşağı vardır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs olmasını, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu nəzərə alıb, cəza təyinində ədalətlilik prinsipini rəhbər tutaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 05 ədəd daş məhv edilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunan əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 05 ədəd daş məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi və həbsdə saxlama yerinin müdriyyəti vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-49/2023
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-49/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver