Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-5/2024 01.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İsayeva Gülər Əlhəsən qızının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs nümayəndəsi X5 oğlunun Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Zərdab rayonu Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu olmayan, Zərdab rayonu Məlikumudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Zərdab rayonu, Məlikumudlu kəndində, yerləşən otlaq sahəsində Zərdab rayonu, Məlikumudlu kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun baş və əl nahiyyəsindən qəsdən əli ilə yumruqla vuraraq sonuncuya başın sol gicgah nahiyyəsində dərialtı hematoma ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran və sağ və sol əlində sıyrıqlar ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Məlikumudlu kəndində daimi qeydiyyatda olmaqla həmin kənd ərazisində yerləşən və əmisinin ona vermiş olduğu ferma təsərrüfatında həyat yoldaşı Günel və oğlu Səid ilə birlikdə yaşayır. Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs həmkəndlisidir. Onunla əvvəllər münasibəti yaxşı olsa da, təxminən 5-6 il müddətdir ki, mülki məsələlər ilə əlaqədar olaraq aralarında narazılıqlar yaranmışdır. Bu narazılıqlar ilə bağlı olaraq bir neçə dəfə Zərdab rayon Polis Şöbəsində və rayon məhkəməsində işləri olmuşdur. 2022-ci ilin noyabr-dekabr aylarında Zərdab rayon məhkəməsinin qərarı ilə ona məxsus olan 90 baş qoyun və yaşadığı ev müsadirə olunaraq Zərərçəkmiş şəxs verilmişdir. O, bu qərarla razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi evi onun mülkiyyətində saxlasa da, 90 baş qoyunun Zərərçəkmiş şəxs verilməsi barədə rayon məhkləməsinin qərarını qüvvədə saxlamışdır. Bundan sonra isə aralarında olan münasibət dahada pisləşmişdir. Zərərçəkmiş şəxs qeyd etdiyi, yəni guya xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində aralarında çöl sahədəki mübahisə olması, həmin mübahisə zamanı ona xəsarət yetirməyi, həmçinin onun əlindən telefonu alıb qaçmağı xüsusatı tam şəkildə yalandır. xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində o, Zərdab rayonu, Məlikumudlu kənd ərazisində olmuş, həmin vaxt kənd sakini olan Sevdiyar adlı şəxsin işlətdiyi ərzaq mağazasından alış-veriş etmiş, sonra isə yaşadığı ferma təsərrüfatına getmişdir. Ona görə də ona ittiham olunan əmələ görə özünü təqsirli bilmir, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsiri olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Məlikumudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab rayonu Məlikumudlu kəndində torpaq sahəsi və həmin torpaq sahəsində ferması vardır. Fermada xırdabuynuzlu heyvan saxlayır və fermada Şahid1 çoban işləyir. Həmin fermanın yanında 30 ha torpaq sahəsini icarəyə götürüb yonca əkmişdir. Torpaq sahəsinə yaxınlıqda həmkəndlisi Təqsirləndirilən şəxs qanunsuz olaraq qeyri-qanunu tikili tikərək orada yaşayır. Dəfələrlə heyvanlarını torpaq sahəsinə salaraq əkin sahəsini otarıb ona ziyanlıq vurmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində çobanı Arif ona zəng edərək Sarəncin heyvanları gətirib sahəsində otardığını bildirmişdir. O, dərhal həmin sahəyə getmiş, sahədə Sarəncin heyvanlarını otardığını görmüşdür. Bu vaxt Sarəncə « niyə mənim yerimdə heyvanlarını otarırsan, sənə demişəm ki, mənim sahəmdə heyvanlarımı otarma » demişdir. Sarənc ona cavab olaraq « sənin torpaq sahən yoxdur, bələdiyyənin torapq sahəsidir, mən də heyvanlarımı otarıram » deyə cavab vermişdir. O, cibindən İphone markalı telefonu çıxararaq Sarəncin heyvanlarını sahəsində otarmasını videoya çəkmişdir. Bu zaman Sarənc onun üzərinə gələrək onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamış, Sarəncin oğlu Səid də onların yanına gəlmişdir. Sarənc oğlu gəldikdən sonra üzərinə gəlib yaxasından tutaraq onu yerə yıxmağa çalışmış, telefonu sol əli ilə tutub video çəkdiyi üçün sol qolunu əlindən aralamışdır. Səid sağ qolundan tutub ona güc tətbiq emtəyə çalışmış, Sarənc isə gəlib onun sol əlindən tutub telefonu əlindən almağa çalışmışdır. O, telefonu tutduğu üçün sağ əlini Səidin əlindən alıb sol əli ilə bərk tutmuşdur. Sarənc yumruqla onun sol gicgah nahiyəsindən vurmuşdur. Telefonu vermədiyi üçün Sarənc onun sol əlindən tutub sıxaraq telefonu əzməyə çalışmışdır. Telefonu Sarənc əlindən alan zaman telefonun şüşəsi sol əlinin baş barmağının dırnaq tərəfindən və eləcə də sağ əlinin şəhadət barmağını kəsmişdir. Sarənc telefonu götürüb dərhal oradan uzaqlaşmışdır. O, bundan sonra DİN-in “102” xidmətinə şikayət etmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, onun cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, əslən Şamaxı şəhərindən olsada hazırda Zərdab rayonu, Məlikumudlu kəndində yaşayır. Təxminən 5-6 aydır ki Zərdab rayonu, Məlikumudlu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermada çoban işləyir. Təqsirləndirilən şəxs isə işlədiyi fermanın qonşuluğunda yerləşən fermada həm mal-qra saxlayır həm də yaşayır. Zərərçəkmiş şəxslə Sarənc arasında narazılıqların olduğunu bilir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmişəki kimi Zərərçəkmiş şəxs qoyunlarını otarmışdır. Bu vaxt Sarəncin qoyunları müdiri Tofiqin sahəsində otardığını görmüş, buna görədə Tofiqə zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs avtomobili ilə fermanın yanına gələrək maşını saxlayıb qoyunlar otarılan sahəyə gəlmişdir. Tofiqlə Sarənc mübahisə etməyə başlamışlar. Onlarla onun arasında təxminən 20-30 metr məsafə olmuşdur. Bir qədər sonra Sarəncin oğlu Səid də onların yanına gəlmişdir. Mübahsiə vaxtı Sarəncin Tofiqə əl-qol atdığını görmüşdür. Bir neçə dəqiqə sonra Sarənc oğlu Səidin gəldiyi ata minərək oradan uzaqlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs başında zədə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Məlikumudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə kəndin yaxınlığında olan fermada yaşayır. Belə ki, özlərinə məxsus 60 başa qədər qoyun heyvanıları var və həmin heyvanların otarılmasında valideyinlərinə köməklik edir. Fermanın yaxınlığında 40-50 metr aralı məsafədə isə tanıdığı və həmkəndliləri Zərərçəkmiş şəxs özünə məxsus ferması var. 10 ildən çoxdur ki, Zərərçəkmiş şəxslə atası arasında torpaq məsələsinə görə münaqişə var. xx.xx.2022ci il tarixdə saat təxminən 15 radələrində, atası ilə evə bazarlıq etmək üçün evdən çıxmışlar. Saat 18 radələrində atla evə qayıtmışdır. Bu vaxt atası ona polisdən zəng olunaraq Tofiqi döyməkdə təqsirləndirildiklərini bildirmişdir. Ona görə də atası Sarənc 102 xidmətinə zəng edərək bu barədə verilən məlumatın yalan olmasını bildirmişdir. O, həmin günü sahəyə getməmiş və Zərərçəkmiş şəxs görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Məlikumudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, mübahisı olduğunu bilir. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində onların dalaşmasını görməmiş və həmin vaxt göstərilən ərazidə olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Məlikumudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxslə Tofiq Abdullaye arasında uzun müddətdir ki, mübahisı olduğunu bilir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində onların dalaşmasını görməmiş və həmin vaxt göstərilən əzazidə olmamışdır. Lakin, atası Hüseyn ilə Sarəncin əmisi Şahid5 telefonda danışarkən Sarənclə Tofiqin dalaşmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin şifahi vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Zərdab rayonu Məlikumudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxslə Tofiq Abdullaye arasında uzun müddətdir ki, mübahisı olduğunu bilir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində onların dalaşmasını görməmiş və həmin vaxt göstərilən əzazidə olmamışdır. Lakin, qudası Şahid5lə telefonda danışarkən sonuncu ona Sarənclə Tofiqin dalaşmasını demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Məlikumudlu kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayıram. İfadə verməyinin səbəbi ona aydındır. Zərdab rayonu, Məlikumudlu kəndində yəni yaşadığı kənddə fərdi qaydada mağaza işlədir. Mağaza evinin qarşısında yerləşir. Ümumi olaraq səhərlər kənd əhalisi alver etmədiyi üçün mağazanı 16-16:30 radələrində açır. Yəni alver zəif olduğu üçün mağazanı günorta 4 və ya 5 in yarısında açır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir həmkəndli kimi tanıyır. Heç biri ilə arasında ədavət və düşmənçilik yoxdur. Sarənclə Tofiqin mübahisəli məsələrinin olduğunu bilir. Lakin mübahisənin mahiyyətindən xəbərim yoxdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs Məlikumudlu kəndinin əksər əhalisi ilə problemi var. Həmişə ondan uzaq olmağa çalışır. xx.xx.2022-ci il tarixdə isə dəqiq olaraq xatırlayır ki, sahəyə su suvarmağa getdiyi üçün mağazanı təxminən 5 in yarısından sonra açmışdır. Sarəncin mağazaya gəlib-gəlmədiyini ümumiyyətlə xatırlamır. Lakin onun dediyi vaxt mağazası açıq olmayıb. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 191 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başın sol gicgah nahiyyəsində dərialtı hematoma, sol çiyin qurşağında, sağ və sol əlin barmaqlarında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sol gicgah nahiyəsindəki dərialtı hematoma-sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərdab Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzası məhkum edilmiş, Azərbaycan Respublikası, Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadən azad olunmuşdur. Cinayət işində olan Zərdab RİHB-nin Məlikumudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Məlikumudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 105 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Zərdab rayonunun Məlikumudlu kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində tutulmuşdur. Cinayət işində olan “tutulmuş şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-da Zərdab RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-5/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-5/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver