Məhkəmə qərarları › İş №1(035)-5/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-5/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-5/2025 10.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, “polisin nəzarəri altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə Zərdab rayonu, Məlikli kənd sakini Zərərçəkmiş şəxs sonuncunun arvadı Şahid xx.xx.2024cü il tarixdə Mingəçevir şəhərində keçiriləcək müəllimlərin sertifikasiya imtahanında müsbət nəticə əldə etməsinə kömək edəcəyini yalan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 50 manat pulu 2023-cü ilin may ayında özünəməxsus istintaqla müəyyən edilməyən bank kartına köçürtdürməklə, 1000 manat pulu 2023-cü ilin noyabr ayında Ağcabədi rayonunda yerləşən X2 yanında, 600 manat pulu 2024-cü ilin may ayında Zərdab rayonu, Məlikli kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə və 300 manat pulu isə 2024-cü ilin iyun ayında Zərdab rayonu, Məlikli kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə nağd şəkildə almaqla ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid uşaqlıqdan tanıyır. Qohumluq münasibətləri olduğundan həmişə normal münasibətləri olmuşdur. O, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid 08 iyul 2024-cü il tarixdə keçirilən müəllimlərin sertifikasiya imtahanından keçməsində köməklik etməyi üçün Zərərçəkmiş şəxs 50 manat pulu 2023-cü ilin may ayında özünəməxsus bank kartına köçürtdürməklə, 1000 manat pulu 2023-cü ilin noyabr ayında Ağcabədi rayonunda yerləşən X2 yanında, 600 manat pulu 2024-cü ilin may ayında Zərdab rayonu, Məlikli kəndində və 300 manat pulu isə 2024-cü ilin iyun ayında Zərdab rayonu, Məlikli kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə nağd şəkildə almaqla Zərərçəkmiş şəxs ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat pul almışdır. Həmin pulu onlara Bakı şəhərində yaşayan Təhsil Nazirliyində işləyən şəxsə verəcəyini qeyd etsədə onun belə bir tanışı olmamışdır. O, həmin pulu maddi ehtiyaclarına görə xərclədiyindən Zərərçəkmiş şəxs verdiyi vədi yerinə yetirə bilməmişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında elan olunan ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla yaşayır. Heç bir yerdə işləmir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Qamət ilə qohumluq münasibətləri olduğundan həmişə normal münasibətləri, olmuşdur. Həyat yoldaşı Şahid 08 iyun 2024-cü il tarixdə keçirilən müəllimlərin sertifikasiya imtahanından keçməsində köməklik etməsi üçün sonuncu dəfə iyul ayının əvvəllərində yaşadığı ünvanda 300 manat olmaqla, ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat pulu Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs versə də, həmin şəxsin dələduzluq edib onu aldadaraq, pulunu mənimsəməsi barədə 13 iyul 2024-cü il tarixdə Zərdab RPŞ-nə o şikayət etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid 08 iyun 2024-cü il tarixdə Mingəçevir şəhərində keçirilən müəllimlərin sertifikasiya imtahanından keçməsində köməklik etməyi üçün Təhsil Nazirliyində olduğunu həmin tanışı vasitəsi ilə həyat yoldaşı Şahid imtahandan keçirəcəyini bildirirərək sonuncu dəfə iyul ayının əvvəllərində onun ailə üzvləri ilə birlikdə yaşadığı Zərdab rayon Məlikli kəndindəki evin həyətində 300 manat pulu həyat yoldaşının yanında ondan almışdır. 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs təxminən 8-9 ay əvvəl Ağcabədi şəhəri ərazisindəki, X2 yanındakı yanacaq doldurma məntəqəsinin qarşısında ikilikdə əlbə-əl vermişdir. 50 manat pulu təxminən 10 ay qabaq Bakı şəhərində olduğu zaman Qamət iş üçün ehtiyac olduğunu dediyi üçün kart hesabına göndərmiş və ona bildirmişdir ki verilən 50 manat məbləğində olan pulda yoldaşının işə düzəlməsi üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs verdiyi əlavə 600 manat pulu yaşadığı evdə ona verdiyi 300 manatdan təxminən bir ay qabaq, həyətində həyat yoldaşının yanında vermişdir. Təqsirləndirilən şəxs həyat yoldaşının müəllimlərin sertifikasiya imtahanından keçirilməsini vəd edib ondan yuxarıda qeyd etdiyi kimi 1950 manat pul alsa da, vədinə əməl etməyib onları aldatdığından həyat yoldaşının Qamətə arxayın olub imtahanda heç nə yazmadan çıxdığı üçün müəllimlik fəaliyyətinə xitam verildiyindən həmin şəxsin məsuliyyətə cəlb edilib, onlara dəyən maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş edir. Cinayət işində olan Zərərçəkmiş şəxs üstünə Ukrayna Respublikasının xx.xx.2025-ci il tarixli möhürü ilə təsdiqlənərək göndərilmiş və üzərinə Azərbaycan Respublikası Zərdab MXŞ-nin möhürü ilə təqsdiqlənmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını və cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilıməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi F.Allahverdiyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin elan olunmuş ifadəsi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, təqsirləndirilən şəxsin ərizəsini, zərərçəkmiş şəxsin teleqramını və işin digər materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulan hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 384.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar