Məhkəmə qərarları › İş №1(035)-7/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №1(035)-7/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 1(035)-7/2024 12.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olan və Zərdab rayonu Pərvanlı kəndində fermada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının sonlarında Zərdab şəhər sakini Zərərçəkmiş şəxs onun Zərdab rayonu Pərvanlı kəndində yerləşən fermasında işləmək üçün çoban ailəsi gətirəcəyini vəd verərək həmin çoban ailəsinin işlədiyi fermanın sahibinə 2700 manat borcunun olduğunu, çobanın borcunun ödəyib ailəsi ilə birlikdə gətirmək üçün Zərdab rayonu Pərvanlı kəndində 2700 manat pulunu etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Təxminən 7 ay onun fermasında çoban işləmişdir. Zərərçəkmiş şəxs fermasından əvvəl İmişli rayonunda fermada işləmişdir. Daha sonra həmin fermadan çıxıb Zərərçəkmiş şəxs fermasına gəlmiş və orada işləmişdir. Pula ehtiyacı olmuşdur. Zərərçəkmiş şəxs çoban ailəsi lazım olduğunu bilmiş və ona çoban ailəsi gətirə biləcəyini bildirmişdir. Buna görə də çoban ailəsini gətirmək üçün çoban ailəsinin işlədiyi fermanın sahibinə 2700 manat pul borcu olduğunu demiş və Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının sonlarında 2700 manat pul almışdır. Həmin pulu öz istifadəsi üçün xərcləmişdir. Hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zərdab rayonu Pərvanlı kəndi ərazisində kənd təsərrüfatı ilə məşğuldur. Sabirabad rayonu Əhmədabad kənd sakini Təqsirləndirilən şəxs onun fermasında işləmiş və onu tanıyır. O, Nurəddinə fermada işləmək üçün çoban lazım olduğunu demiş və Nurəddinin ona çoban tanışı olduğunu, lakin həmin çobanın işlədiyi fermanın sahibinə 2700 manat borcu olduğunu, həmin pulu verdikdən sonra çobanı ailəsi ilə birlikdə gətirəcəyini bildirmişdir. Nurəddini tanıdığı üçün ona inanmış və Pərvanlı kəndində fermada Nurəddinə 2700 manat pul vermişdir. Həmin pulu Nurəddinə 2021-ci ilin dekabr ayının sonlarında vermişdir. Nurəddin pulu aldıqdan sonra yoxa çıxmış, dəfələrlə əlaqə saxlamış, lakin pulu vermədiyini və vədinə əməl etmədiyini görüb polis şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs qardaşının fermasında işlədiyi üçün tanıyır. 2021-ci ilin dekabr ayının sonlarında söhbət zamanı qardaşı Asif fermada işləmək üçün çoban ailəsi lazım olduğunu bildirmiş və Nurəddinin Asifə çoban ailəsi tanıdığını demiş, lakin çoban ailəsinin işlədiyi fermanın sahibinə 2700 manat pul borclu olduğunu bildirdiyi üçün Asif çoban ailəsini gətirmək üçün ona 2700 manat pul vermişdir. Həmin pulu Asif Nurəddinə onun yanında vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərdab rayonu Gödəkqobu kəndində yaşayır, həmin kənddə özünəməxsus ərzaq mağazası vardır. Sabirabad rayonu Əhmədabad kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Nurəddin arabir ondan nisyə ərzaq almışdır. Ərzaq mağazasına ərzaq yığmaq üçün soyuducu vitrin lazım olduğunu söhbət əsnasında Təqsirləndirilən şəxs bildirmiş, Nurəddin ona Sabirabad rayonunda tanışı olduğunu, həmin şəxsin mağazasının olduğunu, bankrot olduğu üçün mağazada olan əşyaları ucuz qiymətə satdığını deyərək ona ucuz qiymətə vitrin soyuducu təşkil edə biləcəyini bildirmişdir. O, Nurəddinə iki ədəd soyuducu almaq üçün ona 900 manat pul vermişdir. Həmin pulu 2021-ci ilin dekabr ayının axırlarında vermişdir. Daha sonra Nurəddin soyuducunu gətirə bilmədiyi üçün pulu ona geri qaytarmışdır. Bundan başqa Nurəddin onun işlətdiyi mağazadan 314 manat dəyərində nisyə ərzaq məhsulları götürmüş, Nurəddinə dəfələrlə zəng edərək pulunu istəmiş, lakin pulunu qaytarmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2022-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Pərvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı olmaqla iki uşaqları vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 2021-ci ilin dekabr ayının sonlarında törətmişdir. Qeyd edilən maddədə göstərilən cinayət, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Odur ki, Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.1-ci maddəsi ilə cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.2.3, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.1-ci maddəsi ilə cinayət əməli üzrə CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar