Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-7/2025 09.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Nəsimi küçəsi ev 17-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 09 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və tanışı ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 9,35 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 22:25 dəqiqədə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Skoda Octavia” markalı, ** TO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Zərdab rayonu, Çallı kəndi ərazisində saxlanılaraq şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin içərisində qabaq sağ sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən təmiz çəkisi 9,35 qram həmin narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və tanışı ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3aşayan Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xeyli miqdar hesab olunan 9,35 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 22:25 dəqiqədə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Skoda Octavia” markalı, ** TO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Zərdab rayonu, Çallı kəndi ərazisində saxlanılaraq şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin içərisində qabaq sağ sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən təmiz çəkisi 9,35 qram həmin narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar şəhəri, H.Əliyev prospekti 97 ünvanında qeydiyyatda olmaqla Koroğlu küçəsi ev 14-də ailə üzvlərimlə birlikdə yaşayır. Ucar rayon MKİTBdə sürücü işləyir. Evlidir, himayəsində iki azyaşlı uşaqları vardır. İkinci Qarabağ müharibəsində iştirak etmiş və həmin dövr ərzində narkotik vasitələrin marixuana növündən istifadə etməyə başlamışdır. Narkotik vasitələrin daimi istifadəçisi deyil, yalnız nə vaxtsa tapanda, yəni çox gecgec istifadə edir. Təqsirləndirilən şəxs2 10 ildir ki tanıyır. İsa ilə eyni yerdə işləyəndən sonra dostlaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində dostu İsa ilə İsanın xalası Validə adlı şəxsə məxsus olan Skoda Octavia markalı **-TO-*** d.q.n-lı avtomobillə Zərdab rayon Çallı kəndinə İsanın dostugilə yas mərasiminə gəlmişlər. İsa yorğun olduğunu bildirdiyindən avtomobili o, idarə etmişdir. Ucar şəhərindən çıxan zaman o, marixuanadan istifadə etdiyi üçün İsa ondan istifadə etmək üçün üstündə marixaunam olub-olmadığını soruşduqda, o, marixaunası olduğunu bildirərək cibindəki kiçik kağız bükümdəki narkotik vasitə olan marixuananı ona vermişdir. İsa marixuananı siqareti boşaldaraq doldurmuş və yol gedərkən çəkmişlər. Qalan marixuananı isə qayıdanda çəkmək üçün İsa avtomobilin salonunda olan kiçik yük baqajına qoymuşdur. Onlar Çallı kəndinə dönərkən həmin vaxt qarşılarında bir avtomobil dayanmış, o, avtomobili arxaarxaya hərəkət etdirəndə arxadakı avtomobili görmədiyindən arxadakı avtomobilə çırpılmışdır. Həmin avtomobildən düşən polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərinə və idarə etdiyi avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildə sağ ön oturacağının qarşısında yerləşən saxlanc yerindən spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və spesifik iyli kütlə elektron tərəzidə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 15,95 qram olması müəyyən edildikdən sonra zərfə qoyulub ağzı bağlanıb möhürlə möhürlənib götürüldüyündən və həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, da imzalamışdır. Bununla yanaşı avtomobildən aşkar edilmiş 01 ədəd elektron tərəzi və ona məxsus “Samsung A 10” markalı mobil telefon götürülmüşdür. Baxış zamanı üzərlərindən narkotik vasitə və qanunsuz hər hansı predment aşkar edilməmişdir. İdarə etdiyi avtomobil Təqsirləndirilən şəxs2 xalası Validə adlı şəxsə məxsusdur. O, İsa ilə bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadə etdikləri marixaunanı o, Ucar şəhərində bazara gedən yolda yolun kənarında olan zibillik yeşiklərinin yanından tapmışdır. Avtomobildən tərəzi aşkar edilsə də, həmin tərəzi ona aid deyil, əvvəl görməmişdir və ondan heç vaxt istifadə etməmişdir. Vurduğu avtomobil mülki maşın olduğundan həmin avtomobili idarə edən şəxsin və sərnişinlərin polis əməkdaşları olduğunu bilməmişdir. Heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ucar rayon MKİTB-də fəhlə işləyir. Ailəlidir himayəsində üç azyaşlı uşaqları vardır. Narkotik vasitə olan marixuananın daimi istifadəçisi deyil, yalnız nəvaxtsa tapanda yəni çox gec-gec istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1 Füzuli oğlu ilə xalası Validəyə məxsus “Skoda Octavia” markalı, **-TO-*** d.q.n-lı avtomobillə Zərdab rayon Çallı kənd sakini Ramil adlı dostugilə yas mərasiminə gəlmişlər. Yoğrun olduğundan avtomobili idarə etməyi Kamrandan xahiş etmiş və avtomobili Kamran idarə etmişdir. Ucar şəhərindən çıxan zaman əvvəllər birlikdə narkotik vasitə istifadə etdikləri üçün o, Kamrandan istifadə etmək üçün üstündə marixuana olub-olmadığını soruşduqda Kamran istifadə etmək üçün marixuana olduğunu bildirərək əlindəki kiçik kağız bükümdəki marixuananı ona vermişdir. O, həmin kağız bükümdəki marixuananı Kamrandan alıb yol gələ-gələ siqaretə doldurmuş və kamranla birlikdə çəkmişlər. Qalan marixuananı isə avtomobilin salonunda olan kiçik yük baqajına qoymuşdur. Zərdab rayonunun Çallı kəndinə döndükdən sonra qarşılarında bir avtomobil dayanmış, Kamran avtomobili arxa-arxaya hərəkət etdirəndə isə idarə etdiyi avtomobil arxadakı avtomobilə çırpılmışdır. Həmin avtomobildən düşən polis əməkdaşları onlara yaxınlaşmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərinə və Kamranın idarə etdiyi avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildə sağ ön oturacağın qarşısında yerləşən saxlanc yerindən spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və spesifik iyli kütlə elektron tərəzidə qoyulmaqla çəkilmiş və ümumi çəkisi 15,95 qram olması müəyyən edildikdən sonra zərfə qoyularaq ağzı bağlanıb möhürlə möhürlənib götürülmüş və həmin zərfin üzərinə bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi o, da imzalamışdır. Bununla yanaşı avtomobildən 01 ədəd elektron tərəzi və ona məxsus 01 ədəd “Corn” markalı sadə telefon və “Samsung A 10” markalı mobil telefon götürülmüşdür. Baxış zamanı üzərlərindən narkotik vasitə və qanunsuz hər hansı predment aşkar edilməmişdir. O, Kamrandan narkotik vasitəni hardan aldığı barədə soruşmamışdır. “Scoda Ovtavia” markalı ** TO *** dövlət qeydiyyat avtomobil xalası Cəfərova Validəyə məxsusdur, həmin avtomobili rəhmətə getməzdən qabaq xalasının əri Cəfərov Məzahir idarə etmişdir. Xalasına məxsus avtomobili adətən onların qohumlarından kimə ehtiyac olursa xalasının razılığı ilə istifadə edir. Həmin avtomobili həmin zaman xalası Cəfərova Validə idarə etmək üçün ona verməsinə baxmayaraq o, özünü narahat hiss etdiyi üçün Kamrandan idarə etməsini xahiş etmişdir. Avtomobildən tərəzi aşkar edilsə də, həmin tərəzi ona aid deyil, əvvəl görməmişdir və ondan heç vaxt istifadə etməmişdir. O, yalnız narkotik vasitə olan marixunanı tapanda aradabir istifadə etmişdir. Heç vaxt, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan marixuana istifadə etdiyi üçün peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham elan olunan əməlin törədilməsində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Zərdab rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyir. 16 avqust 2024-cü il tarixdə Ucar şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində qanunsuz yolla əldə etdikləri narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat əsasında Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək, əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunun rəhbəri Zərdab rayon Polis şöbəsinin, Cinayət Axtarış Bölməsinin rəisi, polis polkovnik-leytenantı X5, əməliyyat qrupunun üzvləri isə o, Zərdab rayon polis şöbəsinin, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün 16 avqust 2024-cü il tarixdə saat 22:25 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Skoda Octavia” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərdab rayonu Çallı kəndi ərazisində saxlanılmışdır. 16 avqust 2024-cvü il tarixdə saat 22:45 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə üçün saxlanıldığı əməliyyat qrupu tərəfindən izah edilərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərlərində yoxlama keçiriləcəyi bildirilmişdir. Onlara müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik varsa təqdim etmələri təklif edilmişdir. Onlar qanunsuz hər hansı bir əşyanın üzərlərində olmadığını bildirmişlər. “Skoda Octavia” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilən zaman saxlanc yerindən 15.95 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və sağ arxa ayaqlatında mikro tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə bağlı məlumatı olmamış, onların narkotik vasitələrdən istifadə etmələri barədə məlumatı olmuşdur. Avtomobildən aşkar edilmiş tərəzinin kimə məxsus olmasını müəyyən edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin əməkdaşları Şahid1, Şahid2, X10 və Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-17/713 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 məxsus olan **-TO-*** dövlət qeydiyyat nişanlı Şkoda markalı maşından.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi- 9,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1741 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifade etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1740 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifade etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları müəyyən edilməmiş, onların narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Cinayət işində olan telefonlara baxış protokolundan və telefon danışıqları ilə bağlı CD disklərə baxış protokolundan görünür ki, cinayət xarakterli hər hansı bir məlumat əldə edilməmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 00:10-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan “qətimkan tədbirinin seçilməsi və MSY-dan azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 18:08-də Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində olan “qətimkan tədbirinin seçilməsi və MSY-dan azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saat 18:50-də Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 verdiyi 31 avqust 2024-cü il tarixli, 18-1-77/2-1143/2024 saylı məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Ucar RMXPHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X20 verdiyi 31 avqust 2024-cü il tarixli, 18-1-77/2-1142/2024 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Ucar RMXPHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Ucar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(063)-58/2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Ucar rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2025-ci il tarixli, 54/09 nömrəli məktubundan görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona hökmlə təyin edilmiş islah işləri cəzasını çəkib qurtardığından 2016-cı il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi və Təqsirləndirilən şəxs2 istifadəsində olan « Skoda Octavia » markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz çəkisi 9,35 qram narkotik vasitə qurudulmuş marixuananın məhkəmə bioloji ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,30 qram qurudulmuş marixuana, elektron tərəzi, 02 ədəd samsunq galaxy A 10 markalı mobil telefon və 01 ədəd « Corn » markalı mobil telefon cinayət işi üzrə mötəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, şəxsi axtarış, avtomobildə axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, « Skoda Octavia » markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş samsunq galaxy A 10 markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 tərəfindən təhvil alınmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, « Skoda Octavia » markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş « Corn » markalı mobil terefon sahibi Təqsirləndirilən şəxs2 tərəfindən təhvil alınmışdır. Cinayət işində olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi Asəm Kərimov tərəfindən verilmiş 02 sentyabr 2024cü il tarixli 5-80-29/2-55/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 19 noyabr 2021ci il tarixdə 45 saylı əmrə əsasən Ucar rayon Kommunal Müəssisələri Kombinatına sürücü işinə qəbul olunmuş və hazırda həmin işdə işləyir. Cinayət işində olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, 5-80-11/2-1609/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2015-ci il təvəllüdlü X6, 2018-ci il təvəllüdlü X7 və 2020-ci il təvəllüdlü X8 adlı 3(üç) azyaşlı uşaqları vardır. Cinayət işində olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, 5-80-11/2-1610/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi Asəm Kərimov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi müəssisədə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsinin rəisi Tural İsmayılov tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 5-80-28/2-722/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2017-ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X9 adlı 2(iki) azyaşlı uşaqları vardır. Cinayət işində olan Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi Asəm Kərimov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi müəssisədə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 5-80-11/2-1776/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş 10 dekabr 2023-cü il tarixli, 136001 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-42774 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2022-ci il tarixli, 250s saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-11107 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara ittiham elan olunan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onların əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu iki gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barələrində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi və Təqsirləndirilən şəxs2 istifadəsində olan « Skoda Octavia » markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 9,30 qram qurudulmuş marixuana və elektron tərəzi məhv edilməli, 02 ədəd samsunq galaxy A 10 markalı mobil telefon və 01 ədəd « Corn » markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, avtomobildə axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını Ucar rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Ucar rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını Ucar rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Ucar rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış təmiz çəkisi – 9,30 qram narkotik tərkibli çətənə bitkisi qurudulmuş marixuana və elektron tərəzi məhv edilsin, 02 ədəd samsunq galaxy A 10 markalı mobil telefon və 01 ədəd « Corn » markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, avtomobildə axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-7/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-7/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver