Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-8/2024 19.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Zərdab rayonu, Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla Zərdab rayonu X8 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Zərdab Rayon Məhkəməsinin binasında 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel-may ayları ərzində vahid niyyətlə Zərdab şəhəri X8 yerləşən, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs Müsafir oğluna aid torpaq sahəsinə uçmuş hasar hissəsindən keçərək orada olan, köhnə, faktiki istifadə edilməyən fermaya daxil olaraq ferma tikilisnin hər biri 6 metr uzunluğunda, 6 manat dəyərində 22 ədəd döşəmə taxtasını ümumlikdə 132 manat dəyərində əmlakı qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgə əmlakını gizli talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olsa da qızı, kürəkəni və nəvələri ilə birlikdə Zərdab şəhəri, X8 yaşayır. Zərərçəkmiş şəxs Müsafir oğlunu tanıyır. Onların yaşadığı ev Firdovsiyə məxsus “RTS” adlanan köhnə tikilinin qonşuluğunda yerləşir. Həmin RTS-də Firdovsiyə məxsus ferma və başqa tikililər var. Maddi cəhətdən çox kasıbdır. Ferma çox köhnə olduğundan əşyaları istifadəyə yararsızdır. Təxminən 2021-ci ilin aprel may ayında həmin RTS adlanan tikilidə olan otaqlardan birinin döşəməsindən 6 metr uzunluğunda 22 ədəd döşəmə taxtasını söküb yaşadığı evə gətirmiş, həmin taxtaları şəxsi təsərrüfat məqsədilə istifadə etmişdir. Tikili istifadəyə yararsız olduğu üçün əməlinin oğurluq olmasını düşünməmişdir. Zərərçəkmiş şəxs Müsafir oğluna məxsus "xxxx" ASC-nin ona aid hissəsindən bir ədəd ağır çəkili tək adam götürə bilmədiyi metal seyfi, ofis otağının divarlarında olan 2 sm-lik taxtaları, təqribən 2 kub metr taxtanı, 4 ədəd 4 metr uzunluğunda 76-lıq metal turbanı, 5 ədəd üst örtüyün dayaqları olan 4 metr uzunluğunda 100 mm-lik metal turbaları, 1 ədəd 2x1 metr ölçüdə dəmir qapının, 3 ədəd 2x1 m ölçüdə 10-luq armatur və metal kvadratdan hazırlanmış dəmir çərçivənin (reşotka) oğurlamamışdır və nə də ki, həmin əşyaları kimin oğurlamasını bilmir. O, sadəcə Firodvosinin yerindən 6 metr uzunluğundan 22 ədəd döşəmə taxtasını götürmüşdür. Rəhmətlik həyat yoldaşı X3 rəhmətə getməmişdən təxminən 1-2 il əvvəl yəni 2020-ci ildən qabaq RTS-in Firdovsiyə aid hissəsində 9-10 ədəd taxta, 5-6 ədəd setka reşotka və təxminən 4-5 ədəd turbalar götürmüdür. Döşəmə taxtalarını özü tək sürüyərək aparmış, taxtaları apardığı zaman həmin taxtalar mismarsız, yəni sökülmüş vəziyyətdə olmuşdur. Hazırda əməlindən peşmandır, Zərərçəkmiş şəxsla barışmışdır və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Müsafir oğlu ifadəsində göstərmişdir ki, Zərdab şəhərində yerləşən köhnə MTS-in idarə heyətinin üzvü olmuşdur. Həmin MTS özəlləşdirilən zaman onun kənarında olan anbar üçün nəzərdə tutulmuş bir binanı özü üçün özəlləşdirmişdir. Həmin binada əvvəllər ferması olmuş, həmin fermada mal-heyvan saxlamışdır. Sonradan oranı ləğv edib qapısını qıfıllamışdır. O, ferma saxlayan zaman heyvanlara MTS-in yaxınlığında yaşayan Sədrəddin adlı şəxs və onun ailəsi baxmışdırlar. Bir gün fermanın tövləsində ot yığmaq üçün düzəltdirdiyi tövlənin üst döşəmələrinin və taxtalarının oğurlandığını görmüşdür. O, bu barədə Sədrəddindən və ailəsindən soruşmuş, onlar əvvəlcə inkar edərək məlumatları olmaqdıqlarını bildirmiş, lakin sonradan Sədrəddinin arvadı Vəsiqə etiraf etmişdir ki, həmin döşəmələri və taxtaları o sökmüşdür. Həmin oğurluğu onların etdiklərini bildikdən sonra onlar ona polisə şikayət etməməsi barədə xahiş etmişlər. Bu səbəbdən şikayət etməmişdir. Yenidən ona məlum olmuşdur ki, fermasından təkrarən oğurluq olmuşdur. Oğurluq nəticəsində ona təxminən 3000- 5000 manat aralağında maddi ziyan dəymişdir. Hesab edir ki, vəsiqədən başqa digər şəxslər də onun fermasından oğurluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Əslən Laçın rayonu, Mişni kəndindən olsada, məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşmışdır. Zərdab şəhərində, X8 fərdi yaşayış evində, həyat yoldaşı, qayananası və övladları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi şəkildə ferma sahiblərinə çobanlıq etməklə və kənd təsərrüfatı ilə məşğul olmaqla gəlir əldə edir. Zərərçəkmiş şəxs Müsafir oğlunu tanıyr. Zərərçəkmiş şəxs ferması, onun yaşadığı evin qonşuluğunda, RTS adlanan köhnə tikilinin ərazisində yerləşir. Zərərçəkmiş şəxs ferması hazırda işləmir, ümumiyyətlə uzun müddətdir ki, fəaliyətsizdir. O, RTS-in Firdovsiyə məxsun ərazidən heç bir əşya götürməmişdir. Həmin yerdən təxminən iki bundan əvvəl qaynanası Vəsiqə təsərrüfatda istifadə etmək üçün döşəmə taxtaları götürmüşdür. Qaynanası həmin taxtaları istifadəyə yararsız olduğu, həmçnin həmin ferma uzun müddət fəaliyyətsiz qaldığı üçün götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, O, Zərdab şəhəri, 51saylı yeni qəsəbədə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Müsafir oğlu qardaşıdır. Firdovsinin Zərdab şəhəri, 51 saylı adlanan qəsəbədə ferması vardır. Həmin fermadan oğurluq olmuşdur. Təxminən 2021-ci ildə Zərdab rayonu, Təzəkənd kənd sakini X2 zamanı ona Firdovsininn yerindən seyf götürdüyünü və 40 manata satdığını bildirmişdir. O, da Hacıya həmin yerin qardaşı Firdovsiyə məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Zərdab rayonu "xxxx"də fəhlə işləyir. Bununla yanaşı ara-sıra, yəni həftə sonları manqal hazırlayıb satır. O, manqalın hazırlanmasında istifadə olunan dəmir məmulatlarını rayon ərazisində olan metal qəbulu yerlərindən satın alır. 2022-ci ilin yay aylarında təxminən saat 17-18 radələrində Kürdoğlu adı ilə tanıdığı şəxs yaşadığı evin həyətinə, yəni manqal düzəltdiyi yerə gələrək ona qapı satdığını bildirmişdir. O, Kürdoğluna qapının oğurluq olub-olmamasını soruşduqda, özünün qapısı olmasını demişdir. O, həmin vaxt Kürdoğlunu ilk dəfə görmüşdür. O da bu səbəblə razılaşmışdır. Həmin qapı təxminən 2x1 ölçüdə, paslanmış qalın tövlə qapısı olmuşdur. Həmin qapı təxminən 40 kiloqrama yaxın olmuşdur. Ümumilikdə həmin qapıya görə Kürdoğluya 25 manat pul vermişdir. Səhəri gün isə həmin yerə polis əməkdaşları gələrək qapı barədə soruşduqda O, qapını kimdən və neçəyə aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Kürdoğlunu və onun qaynanası Vəsiqəni tanımır, nə də ki, o, Kürdoğludan və onun qaynanası Vəsiqədən satın taxta almamışdır. Oğurluq hadisəsindən xəbəri yoxdur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekpertizasının 9/4169 saylı, xx.xx.2023-cü tarixli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1240,00 manat müyəyyən edilir. O cümlədən: 22 ədəd (0,05x0,15x4,5 ölçüdə işlənmiş döşəmə taxta) hər birinin qiyməti 6 (altı) manat olmaqlacəmi 132 manat təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olununr. Cinayət işində olan Zərərçəkmiş şəxs Müsafir oğlu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-8/2024
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-8/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver