Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-8/2025 22.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə əldə etdiyi 01(bir) ədəd çətənə (kannabis) bitkisini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib-becərməklə aqrotexniki qaydada qulluq etmiş, həmin bitkidən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdarda, yəni nəm vəziyyətdə təmiz çəkisi 34,55 qram olan və xeyli miqdarda təmiz çəkisi 7,41 qram olan qurudulmuş marixuananı yaşadığı evdə qanunsuz olaraq satış məqsədi ilə saxlamış, 25,76 qram qurudulmamış marixuananı 18 avqust 2024-cü il tarixdə, saat 20 radələrində tanışı Şahid4 yaşadığı fərdi yaşayış evinin yaxınlığında 30 manat müqabilində satmış, xx.xx.2024-cü il tarixdə, saat 22:55 dəqiqədə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı girişdən sol tərəfdəki istifadəsiz otağın pəncərəsinin altlığında həmin çətənə (kannabis) bitkisinin hissəsindən eyni tərkibli narkotik vasitə olan qurudulmuş halda 7,41 qram marixuana, girişdən sağ tərəfdəki istifadəsiz otağın pəncərəsinin altlığında isə eyni tərkibli narkotik vasitə olan qurudulmamış halda 8,79 qram marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6-də qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə hal-hazırda həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, usta işləməklə qazanc əldə edib dolanışığını təmin edir. Narkotik vasitələrin marixuana növündən iki ilə yaxıındır ki, istifadə edir. 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Zərdab şəhər sakini Şahid4 ilə yaşadığı üvanın qarşısında rastlaşdıqda ona bir nəfərə 20 manat borcunun olduğunu deyib, 30 manat borc pul verməsini xahiş etmişdir. Yusif də yaxınlıqda yerləşən mağazadan 30 manat alıb ona borca vermişdir. Bundan sonra isə Yusif ona Zərdab rayonu, Lələağcı kəndi ərazisindəki yonca sahəsinin kənarında bitən marixuana bitkisinin əkildiyini təsadüf nəticəsində gördüyünü, özü də istifadəçisi olduğu üçün ondan həmin bitkidən qoparıb gətirməsini xahiş etmişdir. Yusifin xahişindən sonra həmin gün saat 18 radələrində Zərdab rayonu Lələağacı kəndi ərazisindəki özünə aid olmayan yonca sahəsinin kənarındakı su kanalının yanında bitən kiçik marixuana bitkisinin budağını yarpaqları ilə birlikdə qopartmış, sonra ünvan 2 ünvan tərəfə gəlmiş və həmin bitkini orda küçəyə tullamışdır. Bundan sonra bu barədə zəng edib Yusifə məlumat verdiyindən, Yusif də, həmin bitkini özü qurudub, onunla birlikdə istifadə etməyi üçün götürmüşdür. Bundan sonra isə həmin gün saat 22:40 radələrində Zərdab şəhəri, 4 Yol adlanan ərazidə dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra üstünə baxış keçirtdikdə üzərində heç bir narkotik vasitə və ya cinayət xarakterli hər hansı başqa əşya aşkar etməsələr də, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Onun narkotik vasitəni Yusifə satmaq fikri olmamışdır. Bununla belə hazırda səhvini başa düşür, törətdiyi əməlindən peşmandır. Saxlanılarkən polis tərəfindən ona heç bir fiziki güc tətbiq edilməmişdir. Ağır şəkər xəstəliyindən əziyət çəkir. Ona görə də Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməlin törədilməsində təqsiri olması onun qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə videoçəkliş aparılmaqla aparılmış şəxsi axtarış və götürmə, ifadələrin yerində yoxlanmasına dair protokollar işin digər materalları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində gösərmişdir ki, Zərdab rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar əsasında Zərdab RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı X2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştirakı ilə xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 Zərdab şəhəri, Samir Abdullayev küçəsində saxlanılmışdır. Ona nə üçün saxlanıldığı izah edilmiş və təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qəbul edilmiş qərar əsasında üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Axtarış keçirilməzdən əvvəl Şahid4 üzərində narkotik vasitə varsa təqdim etməyi təklif edilmişdir. Şahid4 əynində olan şalvarın sol yan cibindən siqaret qutusunu çıxardaraq təqdim etmiş və həmin siqaret qutusunun içində yaş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Həmin siqaret qutusu elektron tərəzi ilə çəkilmiş və 32.11 qram olmuşdur. Şahid4 üzərində başqa əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş pul və alışqan isə özünə qaytarılmışdır. Bir ədəd siqaret qutusunda aşkar edilmiş yaş halda marixuanaya bənzər maddə isə zərfə qoyularaq möhürlənmişdir. Yusifdən həmin narkotik vasitəni hardan əldə etməsi soruşulduqda, o, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla 30 manat müqabilində almağa razılaşdığını, Təqsirləndirilən şəxs saat 20 radələrində ona zəng edərək narkotik vasitəni 28 May küçəsində öz yaşadığı fərdi yaşayış evinin yaxınlığında küçədə daşın altında gizlətdiyini və gedib götürməsini bildirdiyini və narkotik vasitəni həmin yerdən götürdüyünü demişdir. Bundan sonra da baxış davam etdirilmiş və hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Şahid4 Zərdab RPŞ-yə gətirilmişdir. Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanı Təqsirləndirilən şəxs 30 manat müqabilində aldığını bildirdiyi üçün Təqsirləndirilən şəxs yaxalanması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 22:38 radələrində Zərdab RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı, Şahid3 ilə birlikdə xidməti ərazidə olarkən xx.xx.1971-ci il təvəllüdlü Zərdab şəhəri, 28 may ünvanında yaşayan Təqsirləndirilən şəxs Zərdab şəhəri, Heydər Əliyev prospektində əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Ona Zərdab şəhər sakini Şahid4 saxlanılaraq üzərinə şəxsi baxış keçririlən zaman yaş halda narkotik vasitəyə bənzər maddənin aşkar olunduğu və həmin narkotik vasitəni 30 manat pul müqabilində ondan aldığını dediyi üçün saxlanıldığı izah edilərək üzərinə axtarış keçiriləcəyi bildirilmişdir, müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şahid4 özü verdiyini təsdiq etmiş, lakin satmadığını 30 manat pulu da Şahid4 borc aldığını bildirmişdir. Həmin narkotik vasitəni Zərdab rayonu Lələağacı kəndi ərazisində əkin sahəsinin kənarından yığdığını bildirmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərindən hər hansı əhəmiyyət kəsb edən əşya və qanunsuz predment aşkar olunmamışdır və videoçəkiliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün onu Zərdab RPŞ-yə gətirmişlər. Zərurət olduğundan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçrilmiş, baxış keçirilən vaxt onun həyətində sol tərəfdə hasarın dibində hündürlüyü 1.46 sm, eni 34 sm olan 01 ədəd yaş halda çətənə bitkisi aşkar edilmiş və həmin bitki kökündən çıxarılaraq torpaq nümunəsi götürülmüşdür. Həyətin içərisindəki evə daxil olarkən, pilləkənlə yuxarı qalxdıqdan sonra sol tərəfdəki otaqda, pəncərədə 01 ədəd selofan bağlamanın üstündə siqaret tütünü, kağız üzərində yarı qurudulmuş halda olan narkotik vasitəyə bənzər kütlə və bir ədəd çətənə bitkisinin budağı aşkar edilmişdir. Həmin çətənə bitkisi və kağız üzərində olan narkotik vasitəyə bənzər yarı qurudulmuş halda olan kütlə həmin kağıza bükülərək çəkilmiş və çəkisi 15.99 qram olmuşdur. Onlar zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq Zərdab RPŞ-nin Zərflər üçün olan möhürü ilə möhürlənmişidir. Evin digər otaqlarına baxış keçirərkən pilləkəndən çıxdıqdan sonra 1-ci otaqda sağ tərəfdə birinci pəncərənin qarşısında 01 ədəd şəffaf sellofana bükülmüş və onun yanında göy rəngli cilalama kağızının üzərində az miqdarda yarı qurudulmuş halda olan narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar edilmişdir. Onlar bir yerdə çəkilmiş və çəkisi 7.82 qram olmuşdur. Təqsirləndirilən şəxs yaşaddığı evə və həyətyanı sahəsindən başqa narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Zərdab rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin marixuana növündən iki ilə yaxındır ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yenə narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Buna görə də, Zərdab şəhər sakini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxsla danışaraq onda nəşə olub-olmadığını soruşmuşdur. Elçin əlində olan marixuananın hələ yaş olduğu üçün ertəsi gün quruyacağını bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadıqları evin qarşısında olduğu vaxt Elçin idarə etdiyi “Mercedess” markalı avtomobili onun yanında saxlayıb “axşama mal olacağını” demişdir. Həmin gün saat 20 radələrində yenə yaşadığı evin qarşısında olarkən Elçin avtomobillə yanına gəlib ona satacağı marixuananın əvəzində 30 manat istəmişdir. O, Elçinə o qədər pulu olmadığını bildirib yaxınlığındakı ərzaq dükanının satıcısından 30 manat borc alıb gətirib Elçinə vermişdir. Elçin ona zəng edəcəyini deyib getmişdir. Təqribən yarım saat sonra Elçin onun istifadəsində olan +**********93 saylı mobil nömrəyə zəng edərək qurudulmuş marixuananın gec gələcəyini, hazırda əlində olanının yaş olduğunu, həmin yaş marixuanadan bir qismini evlərinin yanındakı elektrik dirəyinin yanında daşın altına qoyduğunu demişdir. O, da Elçinin dediyi yerə gedib baxmışıdır ki, Elçin həmin yerə onun üçün “LD” adlı siqaret qutusunun içərisinə narkotik vasitə qoymuşdur. Həmin qurudulmamış marixuananı götürüb evə tərəf gedərkən Zərdab rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə video çəkiliş ilə baxış keçirməli olduqlarını demişlər. Üzərinə baxış keçirilərkən Elçindən 30 manat qarşılığında yaş halda aldığı narkotik vasitə aşkar oldumuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarş tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yaxlanılması və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkiliş barədə DİSK-dən müəyyən olunur ki, Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitəni hardan əldə etməsi soruşulduqda, o, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla 30 manat müqabilində almağa razılaşdığını, Təqsirləndirilən şəxs saat 20 radələrində ona zəng edərək narkotik vasitəni 28 May küçəsində öz yaşadığı fərdi yaşayış evinin yaxınlığında küçədə daşın altında gizlətdiyini və gedib götürməsini bildirdiyini və narkotik vasitəni həmin yerdən götürdüyünü demişdir. Bundan sonra da baxış davam etdirilmiş və hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Şahid4 Zərdab RPŞ-yə gətirilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/714 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd siqaret qutusunun içərisində qatlanmış vəziyyətdə olan, uzunluğu 43 sm, nəm vəziyyətdə təmiz çəkisi- 25,76 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/719 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilərkən aşkar edilmiş spesifik iyli narkotik vasitə olan marixuanaya bənzər kütlələr.” Yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-7,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı aşkar edilmiş yaşıl rəngli, spesifik iyli marixuanaya bənzər kütlələr.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 8,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş 01 ədəd köküstə yaş halda narkotik tərkibli çətənə bitkisinə bənzər bitki.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik bağlamanın içərisindəki, uzunluğu 146 sm, yaş halda təmiz çəkisi- 860,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş 01 ədəd çətənə (kannabis) bitkisi, 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan aqronom-mütəxəssis Hüseyn Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus evin həyətinə keçirilən baxış zamanı aşkar edilmiş 01 ədəd, köküstə, yaş halda, 146 sm uzunluqda ümumi çəkisi 1,130 kiloqram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra 8,44 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 859,80 qram 01 ədəd çətənə bitkisi maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 205 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 07 ay 26 gün hissəsini çəkmiş (xx.xx.2024-cü il tarixədək), çəkilməmiş qalan cəza müddəti 04 ay təşkil edir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-18/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 1(035)-43/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 verdiyi 15 oktyabr 2024-cü il tarixli, 18-1-79/2-615/2024 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 Poliklinika şöbəsinin narkoloji kabinetdə “Spays” dan istifadə etmə və marixuana istifadəçisi” diaqnozu ilə xx.xx.2023-cü ildən dispanser qeydiyyatındadır. Psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10 verdiyi 23 dekabr 2024-cü il tarixli, 18-1-79/2-760/2024 saylı arayışdan görünür ki, Zərdab şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ildən “Şəkərli diabet 2tip, orta ağır forma diaqnozu ilə “Zərdab rayon Mərkəzi Xəstəxanası” X10 Poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Cinayət işində olan Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Pərviz Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Zərdab rayon Polis Şöbəsinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqda məqsədi onu satmaq olmuşdur. Cinayət işində olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Zərdab RPŞ-nin İTBnə göndərilmişdir. Təqsirləndirilən şəxsin ittiham üzrə təqsirli olması onun məhkəmə baxışı zamanı vermiş olduğu qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında təqdiq edilən ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə aparılmış şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollar, şəxsi axtarış və götürmə haqqında protokollar və həmin protokollara əlavə edilmiş videoçəkiliş barədə DİSK-dəki məlumatlar, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyi ilə təkzib olunmaz şəkildə təsdiqlənmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələrinə, ekspert rəylərinə, işin yuxarıda adı çəkilən digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Zərdab Rayon Məhkəməsinin 1(035)- 35/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş şəxs olsa da, ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası olduğundan Azərbaycan Respublikası CM-in 18.4.1, 18.4.4-cü maddələrinə əsasən onun törətmiş olduğu hazırkı əməli cinayətlərin residivini yaratmamışdır. Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsi təsbit edildiyindən məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkumluğunun olmasına baxmayaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla azadlıqdan məhrum etmə cəza təyin edilməsini məqbul hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulmasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmamış yenidən qəsdən hazırkı cinayəti törətdiyi üçün ona Azərbaycan Respublikası CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yeni hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməli, cəzasının əvvəli həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7.36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra 8.44 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 859.80 qram 01 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7.36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra 8.44 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 859.80 qram 01 ədəd çətənə bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi2 hesabına (Hesablaşma hesabı: CİF 0123634, Benefisiarin bankı: Kapital Bank ASC-nin Zərdab rayon filialı, Filialın kodu: 200468, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarin adı: Müdafiəçi2, Benefisiarin hesabı: AZ59AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-8/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-8/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver