Azərbaycan Respublikası adından HÖKM Zərdab rayonu İş № 1(035)-9/2025 27.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, hazırda məhkumluğu olmayan, Zərdab şəhəri, Mehdi Hüseyn küçəsi ev 5 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində həbs qətimkan tədbiri seçilən və hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerdən şəffaf sellofan bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdar hesab olunan, yəni təmiz çəkisi 7,77 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən 18 sentyabr 2024-cü il tarixdə saat 20:15 dəqiqədə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab şəhəri, Mehdi Hüseyn küçəsində saxlanılaraq üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən şəffaf sellofan bükümdə həmin təmiz çəkisi 7,77 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin qabağına zibil yığıb yandıran zaman yolun kənarında bükülü vəziyyətdə kiçik sellofan görmüş, həmin bükülü diqqətini cəlb etdiyindən açıb içinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görüb sonradan istifadə etmək üçün götürüb saxlamışdır. İşinə davam edərkən tanımadığı 1 nəfər yaşlı kişi ona yaxınlaşıb “üzrlü say mənim böyrəklərim saxlamır, ayaqyolundan istifadə etmək istəyirəm” demişdir. Ona buyur keç içəri demiş, həmin şəxs ayaqyolundan çıxanda hətta onun əlinə su da tökmüşdür. Sonra həmin şəxs ona “Mən buralı deyiləm, təmir üçün öz maşınımı maşın ustasına vermişəm. Maşınım hazır olana qədər gedək çay içək” demişdir. O da, həmin şəxslə razılaşıb birlikdə çay içməyə getmişlər. Onlar Şaiq adlı şəxsin çayçısına doğru hərəkətə başlamış, aralarındakı söhbət zamanı ondan haralı olduğunu soruşmuş, həmin şəxs Şamaxı rayonundan olduğunu, maşını xarab olduğu üçün Ağcabədi rayonunda ustaya verdiyini bildirmişdir. Onlar çayçıya daxil olanda həmin şəxs ona “Məndə bir büküm nəşə var onu çəkək” demiş, razılaşandan sonra “Sən Zərdabı tanımırsan, bura qorxuludur gəl parka gedək” demişdir. Onlar parka getmiş və orda həmin şəxs cibindəki nəşəni yandırmış və orada çəkməyə başlamışlar. Nəşəni çəkdikdən sonra ona zəng gəlmiş və maşınının düzəldiyi bildirilmişdir. Həmin şəxs onun əlaqə nömrəsini götürərərk ona zəng edəcəyini demişdir. Sonra həmin şəxs ona zəng edərək maşınını götürüb getdiyini bildirmişdir. Bundan sonra o, şəhər ərazisində piyada gəzmiş, hava qaralana yaxın şəhər ərazisində Akif adlı şəxsin mağazasının yanında dayanmışdır. Həmin vaxt mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq qolundan tutmuş, “Cibində nəsə var ?” deyə soruşmuşlar. Onlara cibində heçnə olmadığını demişdir. Sonra maşına minib ordan uzaqlaşaraq məhlələrin arasında maşını saxlayıb maşından düşmüşlər. Bundan sonra çəkiliş başlamış və ona suallar verərək üstünə baxış keçirmişlər, üstündən narkotik vasitə çıxmışdır. Üzərindən çıxan ona məxsus telefonu, 13,55 manat pulu götürüb zərflərə qoymuşlar. Ondan aşkarlanan narkotik vasitə onun deyildir. Həmin narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuşlar. Çəkiliş vaxtı da həmin narkotik vasitənin ona aid olmadığını demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “təxirəsalınmas əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar əsasında Zərdab RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştiraki ilə xx.xx.1961-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 SMU-21 qəsəbəsində əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Ona nə üçün saxlanıldığı izah edilərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Yoxlama keçirilməzdən əvvəl Şahid4 üzərində narkotik vasitə varsa təqdim etməyi təklif edilmişdir. Əlibala Cəfərov əynində olan şalvarın sol yan cibindən siqaret qutusunu çıxardaraq təqdim etmiş və həmin siqaret qurtusunun içində olan marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və 2.17 qram olması müəyyən olunmuşdur. Şahid4 üzərində başqa əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Bir ədəd siqaret qutusunun içərisində aşkar edilmiş marixuanaya bənzər maddə isə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilmişdir. Əvvəlcə Şahid4 narkotik vasitə olan marixuananı 20 manat pul müqabilində Zərdab şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildiriyi üçün əməliyyat tədbirlərinin davamı olaraq elə həmin tərkibdə yaradılmış əməliyyat qrupunun iştiraki ilə xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Mehdi Hüseyn küçəsində saxlanılmışdır. Ona Şirvan şəhər sakini Şahid4 Xələf oğluna 20 manat pul müqabilində narkotik vasitə satdığı üçün saxlanıldığı izah edilərək təxirəsalınmaz əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilımiş və müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs isə Şahid4 narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçrilən zaman əynində olan şalvarın sol yan cibindən şəffaf sellafona bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin şəffaf selloafının içində olan marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və 8.22 qram olması müəyyən olunmuşdur. Bir ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək zərfə qoyularaq möhürlənmiş, baxış davam etdirilmiş və hər hansı əhməiyyət kəsb edən əşya aşkar edilmədiyindən videoçəkiliş başa çatdırılmışdır. Həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Zərdab rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərdab RPŞ-nin əməkdaşları Şahid2 Fəxrəddin oğlu və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olduqdan sonra yaddaşında qüsurlar yaranmış və həmçinin həmin vaxtdan sonra sakitləşmək üçün hərdən yəni tapdığı halda narkotik vasitələrin marixuana növündən istifadə edir. 2024-cü ilin may ayında Şirvan şəhəri ərazisindən yerdən siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. 18 sentyabr 2024-cü ildə günorta saatlarında Ağcabədi rayonuna gedəcəyi üçün həmin narkotik vasitəni istifadə etmək üçün özü ilə götürmüşdür. Zərdab şəhər sakini olan Hüseyni əvvəldən tanıyır. Onunla telefonla bir neçə dəfə danışmışdır. Zərdab rayonunda Hüseyndən başqa heç kəsi tanımadığı üçün həmin narkotik vasitədən onunla birlikdə istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Hüseynlə onun yaşadığı evin qarşısında görüşüb bir qədər söhbət etdikdə ona özündə narkotik vasitə olduğunu bildirmişdir. Yaşadığı şəhərdən kənarda olduğu üçün burada narkotik vasitəni rahat çəkə bilməyəcəyini fikirləşmişdir. Hüseyn onunla razılaşanda onlar parkın içərisində birlikdə həmin nəşədən çəkmişlər. Bir qədər sonra oradan uzaqlaşıb getmiş, evinə gedərkən yolda polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib üzərinə baxış keçirilərkən üzərindən özü ilə götürdüyü narkotik vasitə aşkar edilmişdir. Tanımadığı yad bir yerdə tutulmaqdan qorxduğu üçün və həyəcanlı olduğundan və özünü müdafiə etmək üçün həmin narkotik vasitəni Hüseyndən 20 manata aldığını bildirmişdir. Halbuki, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Hüseyndən almamış, Hüseyn ona narkotik vasitə satmamış və ya verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsində ekspert işləyir. Şahid4 üzərindən götürülmüş təmiz çəkisi -1,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ilə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi-7,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana tərkibinə görə eyni olsalar da, onların eyni tərkibli olması onların mütləq qaydada eyni koldan, eyni bitkidən toplanmış olması demək deyildir. Tədqiqat üçün təqdim edilmiş ayrı-ayrılıqda, eyni mənbədən olmayan, eyni bitkidən yığılmamış qurudulmuş marixuanaların tərkibində olan tetrahidrokannabinolların miqdarına və onların konsentrasiyasına (qatılığına) görə eyni tərkibli olması halları da mövcuddur. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 17/768 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən götürülmüş narkotik vasitə olan 2,17 qram olan marixuana” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər olan 8,22 qram olan marixuana” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-7,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanlar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan xx.xx.2024-cü il tarixli, 3-13-120/1-12761/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Cinayət işində oaln Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 verdiyi 04 oktyabr 2024-cü il tarixli, 18-1-79/2- 592/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab rayon mərkəzi xəstəxanası” X13 Poliklinika şöbəsinin narkoloji kabinetində Tiryək istifadəçisi kimi qeydiyyatdadır, psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan « maddi sübut kimi tanınma haqqında » xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 1,96 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1629 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 4(035)-22/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx xxxxx 1977-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, hazırda üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Osmanov X3 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab RİHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Cəfərov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab şəhəri, M.Hüseyn küçəsi ev 5-də yaşayır və himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 09 (doqquz) gün müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs”qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə təyin edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 1,96 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 09 (doqquz) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını Zərdab rayonu ərazi hüdudları daxilində çəksin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid4 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 1,96 qram qalmış narkotik vasitə olıan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra 7,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində pulu Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №1(035)-9/2025
Zərdab Rayon Məhkəməsi Hökm — İş №1(035)-9/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver