Məhkəmə qərarları › İş №1(036)-10/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-10/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-10/2024 03.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 5000 manat cərimə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyətilə İmişli Rayon Məhkəməsinin Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi barədə 3 oktyabr 2022-ci il tarixli hökmü və X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə 3 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin Şirvan Apellyasiya Məhkəməsində təmin olunmayacağını, birinci instansiya məhkəməsinin müvafiq hökm və qərarının qüvvədə saxlanılacağını tanışı Zərərçəkmiş şəxs vəd verərək, bu məqsədlə sonuncunun ona məxsus 4169 73*** **** 2329 nömrəli "xxxx" ASC-yə aid bank kartına 30 yanvar 2023-cü il tarixdə saat 12:14-də İmişli şəhəri, N.Savalanov (əvvəlki M.Əzizbəyov) küçəsində yerləşən “Araz” supermaketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 500 (beş yüz) manat, 1 fevral 2023-cü il tarixdə saat 12:40-da İmişli şəhəri, Q.İsmayılzadə (əvvəlki adı Bakı) küçəsində yerləşən “Nail” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 400 (dörd yüz) manat, 4 fevral 2023-cü il tarixdə saat 13:41-də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 150 (yüz əlli) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 1050 (min əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək niyyətilə Şirvan Apellyasiya məhkəməsinin 23 fevral 2023-cü il tarixli hökmü ilə İmişli Rayon Məhkəməsinin 3 oktyabr 2022-cil tarixli qərarının ləğv edilərək X5 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra Z.Musayevin “Azərbaycan Xalqının Ümummilli X7 100 illik yubileyi” ilə əlaqədar nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı əsasında azadlığa buraxılmasına köməklik edəcəyini tanışı Zərərçəkmiş şəxs vəd verərək, bu məqsədlə sonuncunun 2023-cü ilin fevral ayının sonlarında Bakı-Ələt- Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində əlbə-əl verdiyi 2000 (iki min) manat, ona məxsus 4169 73*** **** 2329 nömrəli "xxxx" ASC-yə aid bank kartına 28 fevral 2023-cü il tarixdə saat 15:11-də İmişli şəhəri, H.Əliyev prospekti 2A ünvanında yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 2500 (iki min beş yüz) manat, 9 mart 2023-cü il tarixdə saat 17:26-da İmişli şəhəri, N.Savalanov (əvvəlki M.Əzizbəyov) küçəsində yerləşən “Araz” supermarketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 1000 (min) manat, 28 mart 2023-cü il tarixdə saat 18:16-da İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən “Dostlar” marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 500 (beş yüz) manat, 1 may 2023-cü il tarixdə saat 11 radələrində İmişli şəhəri, H.Əliyev prospekti 2A ünvanında yerləşən “Bazarstore” supermarketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 300 (üç yüz) manat, həmin gün saat 14:24-də İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə köçürdüyü 200 (iki yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 6500 (altı min beş yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs İmişli rayonunda ittihamçı prokuror vəzifəsində işləyən vaxtdan tanıyır. Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs İmişli Rayon Məhkəməsində dövlət ittihamçısı işlədiyi 2018-2020-ci illər ərzində tanımış və yaxın münasibətləri yaranmışdır. 2020-ci ildə Göygöl rayon prokurorunun böyük köməkçisi təyin edildikdən sonra Göygöl rayonuna köçsə də Zərərçəkmiş şəxs ilə münasibətini saxlamışdır. 2022-ci ilin əvvəllərində Səxavət ona zəng edərək qonşusu Rəhim Məmmədov ilə qardaşı Zaur Musayev arasında dava olduğunu, buna görə barələrində İmişli Rayon Polis Şöbəsində cinayət işi başlandığını, cinayət işinin məhkəməyə göndərildiyini və məhkəmədə işə baxılaraq bəraət verildiyini, lakin dövlət ittihamçısı tərəfindən hökmdən protest verildiyi üçün işin baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərildiyini demişdir. Ondan bununla bağlı məsləhət almaq istəmişdir. O da Səxavətə məhkəmə sistemində işləyən tanışları ilə danışıb, İmişli Rayon Məhkəməsinin barələrində çıxarılan baraət hökümünü qüvəddə saxlatdıra biləcəyini demişdir. Şirvan ApelLyasiya Məhkəməsində işə baxılan zaman Səxavət ondan işlərini danışmağını xahiş etmişdir. O, isə Səxavətə işləri ilə maraqlanıb hökmün surətini alıb oxumuş və hökmün onsuz da dəyişdirilməyəcəyini fikirləşib Səxavətdən guya işi həll etmək üçün 2000 (iki min) manat pul istəmişdir. Səxavət 2000 manatı bir başa verə bilməyəcəyini demişdir. Səxavətə pulu özünün verəcəyini, Səaxavətində həmin pulu hissə-hissə, əlinə pul düşdükcə qaytarmağını təklif etmişdir. Səxavət onunla razılaşmış və Səxavətə bank kartını vermişdir. Bundan sonra Səxavət onun 4169 7385 1528 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına 30 yanvar 2023-cü il tarixdə 500 manat, 1 fevral 2023-ü il tarixdə 400 manat, 4 fevral 2023-cü il tarixdə 150 manat pul köçürmüşdür. Səxavət onun bank kartına həmin vaxtadək ümumilikdə 1050 manat pul göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə Səxavətin qardaşı Zaur Musayev 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səxavətin özü barəsində isə 2 il müddətinə şərti cəza təyin edilmişdir. Hökm çıxdıqdan sonra Səxavət ona zəng vurmuşdur. Zaur Musayevin hadisə zamanı bıçaqdan istifadə etdiyinə görə tutulduğunu bildirib, narahat olmamağını deyib, 1 ay ərzində Zaurun Ali Məhkəmə vasitəsi ilə azad olunacağına nail olacağını demişdir. Səxavət 10 may 2023-cü il taixdə ümumimilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq əfv olub-olmayacağını soruşmuşdur. O isə belə bir şey ola biləcəyini demiş, bu məqsədlə Səxavətdən 7000 manat pul istəmişdir. Səxavət 2000 manat pulu 2023-cü ilin fevral ayının sonlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində ona vermişdir. Həmin vaxt Gəncə şəhərindən Bakı şəhərinə gedirmiş. Pulu verən zaman Səxavətə Bakı şəhərinə gedib pulu verərək qardaşı Zaurun adını əfvə düşən şəxslərin adlarının içərisinə saldıracağını bildirmişdir. Daha sonra isə Səxavətə zəng vuraraq işi guya danışdığını deyib, əlavə olaraq 3000 manat da istəmişdir. Səxavət həmin məbləğdə pulu olmadığını bildirdiyi üçün, o, da cavabında imkanı çatdığı qədər göndərməsini demişdir. 28 fevral 2023-cü il tarixdə onunla telefonla danışan zaman Səxavət dediyi 4169 7385 1528 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına 2500 manat pul göndərmişdir. Bundan sonra Səxavətə yerdə qalan pulu hissəhissə olmaqla, əlinə pul düşdükcə göndərməyini istəmişdir. Səxavət həmin karta 28 mart 2023-cü il tarixdə 500 manat, 9 mart 2023-cü il tarixdə 1000 manat pul göndərmişdir.Pulları göndərdikdən sonra həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Səxavət ona zəng vurub işin nə yerdə qalmasını soruşduqda işi həll edəcəyini demişdir. 1 may 2023-cü il tarixdə Səxavətə zəng vuraraq əlavə olaraq 500 manat pulu da karta atmağını istəmişdir. Bundan sonra əvvəlcə 300 manat taparaq həmin gün saat 11 radələrində 300 manat, saat 14:30 radələrində isə 200 manat pul göndərmişdir. Pulları göndərdikdən sonra həmin pulları da şəxsi ehtiyaclarına xərcləmışdir. Səxavət ondan işin həll edilməmə səbəbini soruşduğu üçün zənglərinə bir müddət cavab verməmişdir. O, Səxavətin ümumilikdə 7550 manat pulunu almışdır. Hazırda etmiş olduğu hərəkətdən peşman olmuşdur. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etiraf ifadəsilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o 2021-ci ilin dekabr ayında qonşusu Rəhim Məmmədov ilə onun və qardaşı Zaur Musayev arasında dava olmuşdur. Buna görə onların barəsində İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanmışdır. Məhkəmədə cinayət işi üzrə onlara bərəat verilmiş və sonra cinayət işi Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. İmişli rayon prokurorluğundan tanıdığı Təqsirləndirilən şəxs məsləhət almaq üçün telefon vasitəsi ilə əlaqə qurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Göygöl rayon prokurorluğunda işlədiyi üçün onu yanına çağırmışdır. 16 mart 2022-ci ildə Göygöl rayonuna, Nicatın yanına gedib baş vermiş hadisələr barəsində ona demişdir. Nicat ona işlərini Bakı şəhərində məhkəmə sistemində işləyən adamı ilə danışıb, İmişli Rayon Məhkəməsinin barəsində çıxartdığı bəraət hökümünü qüvəddə saxlatdıracağını demişdir. O da Nicatla razılaşmışdır. Bir müddət sonra Nicat ona zəng vurub işi həll etmək üçün 2000 manat pul istəmişdir. O da 2000 manatı bir başa verə bilməyəcəyini demişdir. Nicat ona istədiyi təqdirqdə pulu özünün verəcəyini, həmin pulu ona hissə-hissə, əlinə pul düşdükcə qaytarmağını təklif etmişdir. O da Nicatla razılaşmışdır. Pulu Nicatın ona verdiyi bank kartına göndərəcəkmiş. Bundan sonra Nicat guya məhkəməyə verdiyi pulu qaytarmaq üçün ona verdiyi 4169 73*** **** 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına 30 yanvar 2023-cü il tarixdə saat 12:14-də İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən “Araz” supermaketinə quraşdırılmış “PashaPay” terminalı vasitəsi ilə 500 manat, 1 fevral 2023-ü il tarixdə saat 12:40-da İmişli şəhəri, Bakı küçəsində yerləşən “Nail” marketə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə 400 manat, 4 fevral 2023-cü il tarixdə saat 13:41-də İmişli şəhəri, H.Əliyev prospektinə quraşdırılmış “eManat” terminalı vasitəsi 150 manat pul köçürmüşdür. Nicatın bank kartına həmin vaxtadək ümumilikdə 1050 manat pul göndərmişdir. Guya onun Nicata 950 manat verəcəyi qalmışdır. Məhkəmənin 23 fevral 2023-cü il tarixli qərarı ilə qardaşı Zaur Musayev 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində isə 2 il müddətinə şərti cəza təyin edilmişdir. Hökm çıxdıqdan sonra məhkəmə zalını tərk edib dərhal Nicata zəng vurmuş baş verənləri demişdir. Nicata ona qardaşı Zaur Musayevin hadisə zamanı bıçaqdan istifadə etdiyinə görə tutulduğunu bildirib, narahat olmamağını deyərək, 1 ay ərzində Zauru əfvə saldırıb azad edəcəyini bildirmişdir. Belə ki, 10 may 2023-cü il taixdə ümumimilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq əfvə saldıracaqmış. Nicat əfvə saldırmaq üçün Bakı şəhərindəki tanışı ilə danışdığını, buna görə də ondan ümumilikdə 7000 manat pul istəmişdir. O da Nicatla razılaşmışdır. Nicat əvvəlcə ondan 2000 manat pulu istəmişdir. O da 2000 manat pulu 2023-cü ilin fevral ayının sonlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində Nicata vermişdir. Həmin vaxt Nicat Göygöl rayonundan Bakı şəhərinə gedirmiş. Buna görə də ondan magistral yolun Kürdəmir rayonundan keçən hissəsində pulu verməsini istəmişdir. Pulu Nicata verən zaman Nicat ona Bak şəhərinə gedib, pulu verərək qardaşı Zaurun adını əfvə düşən şəxslərin adlarının içərisinə saldıracağını demişdir. 28 fevral 2023-cü ildə Nicat ona zəng vuraraq işi danışdığını, əlavə 5000 manatı da istəmişdir. O, pulunun olmadığını demişdir. Nicat isə ondan 5000 manatın yarısını, yəni 2500 manatını göndərməyini istəmişdir. O da Nicata inanıb, 28 fevral 2023-cü il tarixdə saat 15:11-də İmişli şəhəri,H.Əliyev prospekti 2A ünvanında yerləşən “Bazarstore” supermarketinə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə Nicatla telefonla danışan zaman ona dediyi 4169 73*** **** 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına 2500 manat pul göndərmişdir. Bundan sonra Nicat yerdə qalan pulu hissə-hissə olmaqla, əlinə pul düşdükcə göndərməyini istəmişdir. O da əlacsız qalıb, qardaşı Zaur Musayevin azadlığa çıxması üçün razılaşmışdır. Buna görə də, Təqsirləndirilən şəxs ona əvvəlcədən verdiyi 4169 73*** **** 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına 9 mart 2023-cü il tarixdə saat 17:26-da İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən “Araz” supermarketinə quraşdırılmış “PashaPay” terminalı vasitəsi ilə 1000 manat, 28 mart 2023cü il tarixdə saat 18:16-da İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən “Dosdlar” marketə quraşdırılmış “PashaPay” terminalı vasitəsi ilə 500 manat pul göndərmişdir. Pulları göndərdikdən sonra işindən bir xəbər çıxmamışdır. Nicata zəng vurub işinin nə yerdə qalmasını soruşduqda Nicat işi həll edəcəyini, işlərin getdiyini demişdir. 1 may 2023cü ildə Nicat ona zəng vuraraq qardaşı Zaur Musayevin əfvə düşdüyünü deyərək, ondan əlavə olaraq 500 manat pulu kartına atmağını istəmişdir. O da Nicata həmin pulu tapa bilməyəcəyini demişdir. Nicat isə onu tələsdirərək guya işlə bağlı gözləyənlər olduğunu demişdir. Bundan sonra o, əvvəclə 300 manat taparaq həmin gün saat 11 radələrində 4169 73*** **** 2329 nömrəli "xxxx" Açıq Səhmdər Cəmiyyətinə aid bank kartına İmişli şəhəri, H.Əliyev prospekti 2A ünvanında yerləşən “Bazarstore” supermarketinə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 300 manat, saat 14:24-də İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən adsız marketə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə 200 manat pul göndərmişdir. Pulları göndərikdən sonra Nicat onun işini həll etməmiş, zənglərinə cavab verməmiş, onu aldaraq ümumilikdə 7550 manat pulumu ələ keçirmişdir. 21 sentyabr 2023-cü il diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mütəmadi olaraq telefon əlaqəsi saxlaması müəyyən edilmişdir. İşə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məhkəmə iclasında tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirir və onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı təyin olunmuş cəza ilə tam toplanmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 5000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar