Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-105/2022 14.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 İdarəsində meşə gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Ağamallar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə saat 13 radələrində tanışı Şahid1 "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin İmişli Sukanal sahəsinin Ağamallar kəndi üzrə modul tipli su təmizləyicisi qurğusuna nəzarətçi işinə düzəltmək müqabilində X1 İmişli rayonunun Ağamallar kəndinin mərkəzində yerləşən ərzaq mağazasında sonuncunun oğlu Şahid1 vasitəsilə göndərdiyi 700 (yeddi yüz) manat pul alaraq, vədinə əməl etməyib, zərər çəkmiş Rasul Qanbayovun etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, İmişli rayonunun Ağamallar kəndində su təmizləyicisi qurğusuna nəzarətçi vəzifəsi vakant olduğundan həmkəndlisi Şahid1 ona həmin vəzifədə işləmək istədiyini bildirmişdir. O, Təhmasibin atası Rasulla söhbət etmiş və oğlunu həmin işə 700 manata düzəldə biləcəyini demişdir. Rasul onunla razılaşmış və oğlu Təhmasibin vasitəsi ilə ona 700 manat pul göndərmişdir. O, Təhmasiblə birlikdə X7 İdarəsinə gələrək idarənin işçisi Şahid2la görüşmüş və ona Təhmasibin Ağamallar kəndində su təmizləyici qurğunun nəzarətçi vəzifəsində işləmək istədiyini bildirmişdir. Rüfət Təhmasibin həmin vəzifəyə işə götürülməsi üçün "xxxx" ASC-nin Şirvan Regional İdarəsinə ərizə ilə müraciət etməli, sonra imtahan verməli və imtahan verdikdən sonra işə düzələ biləcəyini bildirmişdir. Bundan sonra Təhmasib imtahan vermək üçün ərizə ilə müraciət etmiş və imtahan vermək üçün Bakı şəhərinə getmişdir. Təxminən 2022-ci ilin avqust ayında Təhmasib ona zəng edərək imtahandan keçə bilmədiyini və işə qəbul olunmadığını demişdir. Sonra Rasul ona zəng edib ona vermiş olduğu pulu kimə verməyini soruşduqda o, heç kəsə pul vermədiyini bildirmiş və sonuncu ona verdiyi pulu geri istəmişdir. Daha sonra Rasul onun barəsində şikayət etdikdən sonra o, pulu Təhmasibdən aldığı üçün onun özünə də geri qaytarmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə 161 nömrəli qaynar xətt mərkəzinə zəng edərək yaşadığı İmişli rayonunun Ağamallar kənd sakini Təqsirləndirilən şəxs vasitəsi ilə İmişli rayon su İdarəsinin Rüfət adlı işçisinə oğlu Şahid1 həmin quruma işə düzəlməsi üçün 700 manat pul verdiyini bildirmişdir. Həmin pulu o, İmişli rayonunun Ağamallar kənd sakini Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 2-də saat 13 radələrində yaşadığı Ağamallar kəndində oğlu Təhmasibin vasitəsilə kənddə işlədiyi ərzaq mağazasında vermişdir. Təqsirləndirilən şəxs ona oğlu Təhmasibi yaşadıqları Ağamallar kəndində yerləşən modul tipli su təmizləyici qurğusuna nəzarətçi vəzifəsinə düzəltməkdə köməklik edəcəyini bildirmişdir. 2022-ci ilin mart aynın 2-də Təqsirləndirilən şəxs oğlu Təhmasibin vasitəsi ilə əvvəlcədən razılaşdıqları kimi 700 manat pul göndərmişdir. Bundan sonra Təhimasib özünə məxsus sənədləri X8 İdarəsinə təqdim etmiş və Su İdarəsinin Rüfət adlı işçisi oğluna zəng edərək mart ayının 5-dən işə çıxmasını bildirmişdir. Oğlu Təhmasib 2022-ci ilin mart ayının 5-dən həmin ilin avqust ayının sonunadək Ağamallar kəndində yerləşən modul tipli su təmizləyici qurğusuna nəzarət edərək işləmişdir. Oğlu Təhmasib üç ay işlədikdən sonra Su İdarəsində işləmək üçün imtahan verilməsi üçün Bakı şəhərinə getmiş və imtahandan keçə bilməmişdir. Təhmasib işlədiyi üç ay müddətində əmək haqqı almamışdır. Sonradan həmin modul tipli su təmizləyici qurğuya nəzarətçi kimi Təqsirləndirilən şəxs qardaşı oğlu İİ Qarabağ müharibəsinin iştirakçısı X2 təyin edilmişdir. O, oğlu Təhmasib barəsində haqsızlığın olduğunu görüb Təqsirləndirilən şəxs barəsində şikayət etmiş və şikayətindən təxminən 10 gün sonra sonuncu ondan almış olduğu 700 manat pulu ona qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı zərərçəkmiş şəxsin şikayətinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsinə etirazının olmamasını bildirdi. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi zərərçəkmiş şəxsin şikayətinin olmamasının nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-105/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-105/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver