Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-107/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X8 müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: X4, Təqsirləndirilən şəxs: X8 iştirakı ilə 03 oktyabr 1997-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X8... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində İmişli rayonu, Gövhərli kəndində yerləşən çöl torpaq sahəsində X14 ilə X7 arasında əkin sahəsinin suvarılmasına dair növbəlilik üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı X14 əlindəki bel ilə X4 baş və bədən nahiyyəsindən qəsdən bir neçə dəfə vurmaqla, sonuncuya alın nahiyəsində solda sıyrıq və sağ kürək nahiyyəsində qançırdan ibarət dərəcəsi təyin edilməyən, həmçinin alın-təpə və ənsə nahiyyəsində yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X14 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Gövhərli kəndində yaşayır. Zərərçəkmiş şəxs X7 onun qohumudur. Baş vermiş hadisə barədə bildirir ki, 14 iyul 2021ci il tarixdə, saat 14:00 radələrində atası Şahid2 ilə birlikdə atasının idarə etdiyi “HYUNDAİ” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli rayonu, Gövhərli kəndindən çıxıb, İmişli şəhərinin mərkəzinə gedirmişlər. Kəndlərindən çıxmamış onun mobil telefonuna həmkəndlisi Şahid1 zəng edib, İmişli rayonu, Gövhərli kəndinin çöl sahəsində yerləşən əkin sahəsini suvarıb qurtardığını, artıq onun öz sahəsini suvara biləcəyini bildirmişdir. O da atasına bu barədə bildirmiş, İmişli rayonu, Gövhərli kəndində yerləşən çöl sahəsində taxıl yerlərini suvarmağa getmişdir. O, oraya çatanda Sahir artıq çıxıb getmiş, orada heç kəs olmamışdır. O, su arxının yanma gəlib, oradan 2 (iki) istiqamətdə axan suyun, Şahid1 sahəsinə axan hissəsini bağlamış ki, suyun səviyyəsi aşağı düşməsin. Bunu həyata keçirmək təxminən onun 30 (otuz) dəqiqə vaxtını almış, sonra o, öz taxıl sahələrinə gedib, orada sahəyə qulluq edirmiş. Bu vaxt X3 arxının yanında söyüş söyərək, onların sahələrinə gələn suyun qarşısını kəsdiyini görmüşdür. Bildirmişdir ki, o, sahələrinə su açanda Rafiqin sahəsinə gedən suyun qarşısını bağlamamışdır. Bundan sonra o, Rafiqə niyə görə söyüş söydüyünü və onların sahəsinin suyunu bağladığını soruşmuşdur. O, Rafiqin söyüşlərini yaşca özündən böyük olduğu üçün yola verirmiş. Lakin Rafiq nalayiq ifadələr işlətməyə davam etdiyi üçün o, özünü saxlaya bilməmiş və Rafiqə tərəf yerimişdir ki, onun hərəkətlərinin qarşısını alsın. Bu zaman Rafiq su arxının digər tərəfindən əlində olan yer beli ilə onun üstünə iki əli ilə tutmuş vəziyyətdə vurmağa çalışmış, o, arxaya çəkilmiş və belin ön hissəsi onun sağ çiynini və sağ ayağını zədələmişdir. Bundan sonra o da, əlindəki bel ilə Rafiqin baş nahiyyəsinə dəqiq xatırlamasa da 1 (bir) dəfə zərbə vurmuşdur. Həmin vaxt həyəcanlı olduğu üçün belin ön tərəfinin hansı hissəsinin Rafiqə dəydiyini xatırlamırmış. Rafiqin başından qan açıldığını görmüş və qorxub geriyə çəkilmişdir. Rafiq də gəlib kənarda oturmuş, lakin yenə də söyüş söyürmüş. O da atasına zəng vurub hadisəni danışmış və gəlib Rafiqi həkimə aparmasını istəmişdir. Bundan sonra, Rafiq çıxıb evə tərəf getmiş, o da sahələrində qalıb suvarmağa davam etmişdir. Onu da qeyd edir ki, hadisə İmişli rayonu, Gövhərli kəndində yerləşən çöl sahəsində baş vermiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, Rafiq və özü olmuşdur. Dava-dalaş təxminən 2 (iki) dəqiqə davam etmiş, Rafiqin başından qan açılanda o, qorxub geri çəkilmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs X7 ilə bir neçə dəfə barışığa cəhd etmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda qeyd edir ki, baş vermiş cinayət hadisəsinə görə səmimi peşmanlıq hissi keçirir, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi, məhz özünün səbrsizliyi icbatından və eləcə də, təhqir olunduğu üçün cinayət əməlini törətmişdir. Özü cavandır, ailəlidir və himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan, azyaşlı uşağı vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Gövhərli kəndində yaşayır. Təqsirləndirlən şəxs X14 onun qohumudur. Baş vermiş hadisə barədə bildirir ki, 14 iyul 2021 -ci il tarixdə, saat 15:00 radələrində İmişli rayonu, Gövhərli kəndi ərazisində yerləşən çöl sahəsində özünə məxsus 1 (bir) ha. pambıq sahəsini suvarmağa getmişdir. Həmin vaxt orada kənd sakini Sahil adlı şəxs öz torpaq sahəsini suvarıb qurtarmışdır. O da, Sahildən sonra suyun onun sahəsinə gələn hissəsini açıb, öz sahəsini sulamağa başlamışdır. Həmin vaxt Adəm suyu öz taxıl sahəsinə açmışdır. O da, “camaat pambıq suvarır, bu götürüb taxıl suvarır” deyərək əlində olan bel ilə su arxının qarşısını bağlayan torpaqdan bir dəfə götürərək, suyun öz pambıq sahəsinə axmasını təmin etmişdir. O, ikinci dəfə bel ilə torpaqdan götürmək istəyən zaman X14 onun yanına gəlib, “məni yığmısınız boğaza” deyərək, əlində olan belin ön yastı tərəfi ilə onun baş nahiyyəsinə 2 (iki) dəfə vurmuş və o, zərbənin təsirindən su arxına yıxılmışdır. Su arxında olan zaman Adəm onun kürək nahiyyəsinə əlindəki belin ön yastı tərəfi ilə 1 (bir) dəfə vuraraq, çıxıb getmişdir. O, hal-hazırda təqsirləndirilən şəxs X14 ilə barışmamış və onun barışıq təklifini rədd etmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X9 məhkəmə tərəfindən Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Cinayət işindən olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 467 saylı, 15 iyul 2021-ci il tarixli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü X6 aşkar edilmiş xəsarətlər: 1. Alın-təpə və ənsə nahiyəsində yaralar, alın nahiyəsində solda sıyrıq, sağ kürək nahiyəsində qançır küt əçyanın (əşyaların) təsirindən törəmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 14 iyul 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan 04 oktyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X8 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 528735 №-li, 23 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 birgə nikahından 05 dekabr 2018-ci ildə “X10” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 557167 №-li, 15 iyul 2021ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 birgə nikahından 02 iyul 2021-ci ildə “X11” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 557168 №-li, 15 iyul 2021ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 birgə nikahından 02 iyul 2021-ci ildə “X12” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsaslar vardır. Belə ki, “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci yarımbəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı yarımbəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əssən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı qüvvəyə mindiyi günədək X8 öhdəsində (himayəsində) 3 (üç) yetkinlik yaşına çatmayan övladı olduğu üçün müdafiə tərəfinin razılığı ilə barəsində amnistiya tətbiq edilməli, ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci yarımbəndlərinə əsasən X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. X2 cinayət məsuliyyətindən azad edilsin. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-107/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-107/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver