Məhkəmə qərarları › İş №1(036)-11/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-11/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-11/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs Kərimova ( Nuriyeva) Nahidə Hüseyn qızının, müdafiəçi X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 3, mənzil 6da yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsmayıl oğlunun Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Nuriyev Rahib İsmayıl oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, cavabdeh kimi İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixdən başlayaraq, 07 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ondan 136,60 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Kərimova (Nuriyeva) Nahidə Hüseyn qızının xeyrinə ödənilməsi barədə qanuni qüvvəyə minmiş 07 may 2018-ci il tarixli, 2(036)-150/2018 nömrəli qətnaməsi üzrə verilmiş 14 iyun 2018-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən tam icra etmədiyinə görə İmişli Rayon Məhkəməsinin 19 avqust 2019-ci il tarixli, 3(036)-436/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətində inzibati qaydada həbs olunduqdan sonra icra məmuru tərəfindən ona 04 sentyabr 2019-cu il, 07 aprel 2020-ci il və 18 may 2020-ci il tarixli məktublarla icra üçün yeni müddət təyin edilib, məhkəmənin qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barəsində rəsmi xəbərdarlıq edilməsinə və İmişli Rayon Məhkəməsinin 24 aprel 2020-ci il tarixli, 8(036)-74/2020 nömrəli qərardadı ilə icra sənədi tam icra olunana qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib, təqdimatın verildiyi 25 iyun 2021-ci il tarixə qədər olan müddətdə Zərərçəkmiş şəxs (Nuriyeva) olan 4602 manat aliment borcunu ödəməkdən boyun qaçıraraq, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə təqsirləndirilən şəxs Nuriyev Rahib İsmayıl oğlu ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin noyabr ayında Kərimova Nahidə Hüseyn qızı ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların həmin nikahdan 07 noyabr 2009-cu ildə X8 adında bir uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin may ayında ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)-150/2018 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Nuriyeva Nahidə Hüseyn qızının xeyrinə ayda 136,60 manat sabit pul məbləğində aliment kəsilmişdir. Alimenti hər ay müəyyən edilmiş məbləğdə ödəməli olsa da, sabit qazancı olmadığından hər dəfə tam şəkildə ödəyə bilməmiş və aliment borcu getdikcə artmışdır. Bundan başqa onun görüş zamanı uşağın özünə verdiyi məbləğlər hesaba alınmamışdır. Aliment borcunu ödəməsi üçün icra məmuru tərəfindən ona dəfələrlə bildiriş göndərilmiş, izahatı alınmış və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bütün bunlara baxmayaraq onun maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Nuriyev Rahib İsmayıl oğlu daha sonra ifadəsində göstərmişdir ki, o, övladlarını sevir və onların saxlanmasnda iştirak etmək üçün səylər göstərir. Hazırda birdəfəlik ödəmək imkanı olmadığından qalıq aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. İş üzrə zərərçəkmiş şəxs Kərimova Nahidə Hüseyn qızı ifadəsində göstərmişdir ki, o, 2008ci ilin noyabr ayında Nuriyev Rahib İsmayıl oğlu ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların həmin nikahdan 07 noyabr 2009-cu ildə X8 adında bir uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin may ayında ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)-150/2018 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 may 2018-ci il tarixdən başlayaraq onun xeyrinə ayda 136,60 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin Nuriyev Rahib İsmayıl oğlu alimenti könüllü qaydada ödəməmiş, icra tədbirləri nəticəsində 2019-cu ildə 133,0 manat, 2020-ci ildə cəmi 170,0 manat, 2021-ci ilin isə 150,0 manat aliment ödəyərək 25 iyun 2021-ci il tarixədək cəmi 4.602,0 manat məbləğində alimenti ödəməmişdir. Zərərçəkmiş şəxs Hüseyn qızı daha sonra ifadəsində göstərmişdir ki, Nuriyev Rahib İsmayıl oğlu sonuncu dəfə 2021-ci ilin sentyabr ayında ona poçt vasitəsilə 257,0 manat göndərmiş və həmin vaxtdan sonra aliment ödəməmişdir. İş üzrə şahid Şahid1 Valeh oğlu ifadəsində göstərmişdir ki, о, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)-150/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Nuriyev Rahib İsmayıl oğlundan 07 may 2018-ci -ci il tarixdən başlayaraq 07 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Kərimova (Nuriyeva) Nahidə Hüseyn qızının xeyrinə ödənilməlidir. 05 iyul 2018-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, lakin verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində məcburi icra hərəkətləri aparılmışdır. Görülmüş tədbirlərə baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs izahat verərək indiyədək cəmi 203,0 manat aliment ödədiyini, hazırda maddi imkanı olmadığını və imkanı olduqca aliment borcunu hissə-hissə ödəyəcəyini göstərmiş, ancaq uzun müddət keçməsinə baxmayaraq heç bir ödəmə etməyərək barəsində olan icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Ona qeyd olunan məhkəmə qətnaməsini ödəməsi və məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Ona görə də, borclunun hərəkəti icra sənədi üzrə tələbin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilərək onun barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 19 avqust 2019-cu il tarixli qərarına əsasən Nuriyev Rahib İsmayıl oğlu həmin inzibati xətanı törətdiyi üçün 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Nuriyev Rahib İsmayıl oğluna aliment borcunu ödəməsi üçün yeni müddət təyin edilərək vaxt verilmiş və ona bu barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin Nuriyev Rahib İsmayıl oğlu həmin müddət ərzində aliment borcunu ödəməmiş, müddət başa çatdıqdan sonra ona cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq göndərilmişdir. Qeyd olunanlara baxmayaraq borclu Nuriyev Rahib İsmayıl oğlu İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)-150/2018 saylı icra sənədi üzrə tələbi ödəməməkdə davam etmiş ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə şahid İmişli rayon İPŞ-nın böyük icra məmuru Cəfərov X7 Ramil Valeh oğlunun ifadəsində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra vərəqəsinə əsasən Nuriyev Rahib İsmayıl oğlundan 07 may 2018-ci il tarixdən başlayaraq 07 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Kərimova ( Nuriyeva) Nahidə Hüseyn qızının xeyrinə ödənilməlidir. ( c.i.səh: 17). İşdə olan İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı qətnaməsinin surətinə əsasən Nuriyeva Nahidə Hüseyn qızı ilə Nuriyev Rahib İsmayıl oğlu arasında bağlanmış 24 iyun 2008-ci il tarixli 264 saylı nikah akt qeydi pozulmuş, birgə nikahdan doğulmuş 07 noyabr 2009-cu il təvəllüdlü X8 anası Nuriyeva Nahidə Hüseyn qızının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 may 2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Kərimova (Nuriyeva) Nahidə Hüseyn qızının xeyrinə kəsilmişdir. ( c.i.səh: 18-21). İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid1 05 iyul 2018-ci il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Nuriyev Rahib İsmayıl oğluna tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh 23) İşdə olan İmişli rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli 8(036)170/2019 saylı qərarının surətinə əsasən İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra sənədi üzrə borclu Nuriyev Rahib İsmayıl oğlu İmişli rayon İcra və Probasiya şöbəsinə mıəcburi qaydada gətirilmişdir. ( c.i. səh:37) İşdə olan İmişli rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 3(036)436/2019 saylı qərarının surətinə əsasən Nuriyev Rahib İsmayıl oğlu İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh 43-44) . İşdə olan İmişli rayon məhkəməsinin 24 aprel 2020-ci il tarixli 8(036)74/20120 saylı qərarının surətinə əsasən İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra sənədi üzrə borclu Nuriyev Rahib İsmayıl oğlunun ölkədən getmək hüququ icra sənədi tam şəkildə icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. ( c.i. səh:69-70) İşdə olan 07 aprel 2020-ci il tarixli 144934-2 saylı xəbərdarlığa əsasən Nuriyev Rahib İsmayıl oğluna İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 49) İşdə olan 18 may 2020-ci il tarixli 144934-2 saylı xəbərdarlığa əsasən Nuriyev Rahib İsmayıl oğluna İmişli Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(036)150/2018 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 51) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Nuriyev Rahib İsmayıl oğlu AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Nuriyev Rahib İsmayıl oğlu əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :133) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Nuriyev Rahib İsmayıl oğlunun törətdiyi cinayətin xarakterini nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs İsmayıl oğlu Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Təqsirləndirilən şəxs İsmayıl oğlu məhkəmə zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar