Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-11/2024 04.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonu, Gövhərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 5 iyul 2023-cü il tarixdə saat 01 radələrində İmişli rayonu, Gövhərli kənd orta məktəbinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs yolda xarab olmuş “VAZ- 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir edərkən Zərərçəkmiş şəxs onun gördüyü işi bəyənməyərək narazılıq etməsi və ona içərisində su olan plastik qabı tullaması səbəbindən aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs baş və bədən nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla vuraraq və yerə yıxıb qəsdən fiziki güc tətbiq edərək ənsə nahiyəsində, üst dodaqda, sol əlin 1-ci barmağında, sağ əlin üst səthində yaralar, ənsə nahiyəsində solda, sağ göz altı nahiyədə, sol qulağın xarici seyvanında, sağ bazunun aşağı 1/3-də bayır səthdə, sağ əlin üst səthində 2-4-cü əl darağı sümüyü proyeksiyasında qançırlar, alt və üst dodaqda qansızmalarla müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 4 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Əlirza ilə kəndin yaxınlığında yerləşən “Sünbül” kafesində yeyib-içmişlər. Əlirza ilə 0,7 litr arağ içmişlər. Onlar yeyib-içdikdən sonra həmkəndliləri Rəşadın kənd ərazisində yerləşən kafesinə gəlmiş və orada bir bakal pivə içmişlər. Gec olduğu üçün evə getmiş, Əlirza isə kafedə qalmış və əlavə 3 bakal pivənin pulunu vermişdir. Evə gəldikdən sonra həyətyanı sahəsindəki əkin sahəsini suvarmaq üçün su quyusunu vurmuşdur. Quyunu vurduqdan sonra özünə məxsus “Vaz 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə kənd ərazisində olan marketdən siqaret almaq üçün gedərkən yol kənarında, məktəbin yanında Əlirzanın idarə etdiyi, atası Fəramizə məxsus “Vaz 2106” markalı avtomobilin dayandığını və mator hissəsinin qapısını açdığını görüb avtomobilini orada saxlamışdır. Avtomobildən düşdükən sonra Əlirzanı və yanında Mircəfəri görmüşdür. Onlar Əlirzanın avtomobilini təmir etmək istəyirdilər. O, da Əlirzagilə kömək etmək istəmişdir. Avtomobili təmir etməyə çalışan vaxt Əlirzanın xoşuna gəlməmiş və onun ünvanına söyüşlər söyərək nalayiq ifadələr işlətmişdir. Bunu görən Mircəfər onu oradan uzaqlaşdırıb getməyini istəmişdir. O da Mircəfərin dediyini etmişdir. Siqaret almaq üçün marketə getmiş, lakin marketin bağlı olduğunu görüb geri qayıtmışdır. Yenə də Əlirza ilə Mircəfərin həmin yerdə avtomobilin yanında dayandıqlarını görmüş və avtomobili saxlayıb yenə kömək etmək istəmişdir. Əlirzanın avtomobilini təmir etmək üçün öz avtomobilindən kəlbətin və məftil gətirib Əlirzanın avtomobilini təmir etmək istəmişdir. Lakin, yenə avtomobili təmir edə bilməmişdir.Bu vaxt Əlirza yenə onun ünvanına daha ağır sözlər deyərək, ailə üzvülərinin ünvanına nəlayiq ifadələr işlədib avtomobilinin yanında durduğu tərəfə keçmiş, onun sağ göz nahiyəsindən bir dəfə yumruqla vurmuş və avtomobilin digər tərəfinə keçmişdir. Əlirza onu vurduqdan sonra gözü dumanlı görməyə başlamışdır.Əlirza onu vurduqdan sonra avtomobilin üzərində olan kəlbətini Əlirzaya tərəf atmış və kəlbətin Əlirzanın sinəsinə dəymişdir. O, Əlirzadan onu nə üçün vurduğunu və söyüş söyməsinin səbəbini soruşmuşdur. Əlirza isə ona tərəf keçmiş və onlar əlbəyaxa dava etməyə başlamışdır. Əlirza onun ağzından bir neçə dəfə yumruqla vurmuşdur. Onlar əlbəyaxa dava edən zaman yanlarında olan Mircəfər onları ayırmışdır. Sonra Əlirza avtomobilinin digər tərəfinə keçib avtomobilinin sürətlər qutusunun keçəcəyinin dəmirini çıxardıb yenidən üzərinə hücum etmiş və sürətlər qutusunun dəmiri ilə onu bir neçə dəfə vurmuşdur. Əlirza ilə dava edən vaxt onlar yerdə daşlığın içərisinə yıxılmış və yerdə 5 dəqiqə süpürləşmişlər. Bu vaxt qolu Əlirzanın altında qalmış və burxulmuşdur. Əlirzanın altından çıxmaq istəyərkən Əlirzanın başının arxası qaz borusuna dəymişdir. Həmin vaxt Mircəfər təkrar olaraq onları ayırmış və çıxıb evinə getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 4 iyul 2023-cü il tarixdə, saat 16 radələrindən saat 19 radələrindək olan müddət ərzində Zamid ilə birlikdə yaşadığı kəndin yaxınlığındakı “Sümbül” kafesində oturub yemək yemiş və spirtli içki qəbul etmişlər. Sonra isə kəndlərinə gedib, orada olan kafelərin birində oturub pivə içmişlər. Pivə içdikdən sonra Zamid evinə getmiş, o isə kafedə domino oynayanlara baxmışdır. Həmin vaxt sinif yoldaşı Mircəfər də domino oynayırdı və oyun bitdikdən sonra o, Mircəfəri idarə etdiyi, atasına məxsus “Vaz 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə aparmışdır. Mircəfəri məktəbin yaxınlığındakı evlərinə düşürdüb geri dönüb evinə getmək istəyən vaxt avtomobilin mühərriyi dayanmışdır. Nə qədər etsədə avtomobili işə sala bilməmişdir. Mircəfər də avtomobilin işə salınmasına köməklik etmək üçün yanına gəlmişdir. Bu vaxt, Zamid avtomobili ilə yanlarından keçirmiş. Zamid avtomobilini saxlayıb kömək etmək üçün onlara yaxınlaşmışdır. Zamid təxminən 10-15 dəqiqə onlara köməklik etmək istəmişdir. Bu vaxt Zamid öz-özünə söyüşlər söyərək danışırmış. Bunu görən Mircəfər, Zamidə irad tutaraq evinin yaxın olmasını bildirməklə söyüş söyməməsini istəməmişdir. Avtomobili təmir edən zaman Zamid mühərrik hissəsindən əl qazı ilə mühərriyə güclü qaz verirmişdir. Zamid bunu bir-iki dəfə etmişdir. Avtomobil köhnə olduğu üçün mühərriyin yanmasından ehtiyyat etdiyini görə Zamidə hərəkətlərinə son qoymasını tələb etmişdir. Bundan sonra o, avtomobilinin içərisində mühərriyi işə salmağa çalışırmış. Bu vaxt Zamid avtomobilinə minib getmişdir. Təxminən 5-10 dəqiqə sonra Zamid geri qayıdaraq, yenə avtomobilini yanlarında saxlamışdır. Zamid avtomobili saxlayan zaman qəfil əyləcdən istifadə etdiyi üçün avtomobilin dam hissəsinə quraşdırılmış yük yerinə qoyulmuş kərtmənlərdən biri yerə düşmüşdür. O, Zamidin həmin vaxt onu qıcıqlandırmaq üçün belə hərəkətlər etdiyini fikirləşmişdir. Zamid avtomobili təmir etmək üçün yanına gəlmişdir. Zamid yenə əvvəlki hərəkətlərini edib, avtomobilin mühərrik hissəsindən avtomobilə qaz vermişdir. O, da Zamidə qaz verməməsini, mühərrikin xarab olmasından ehtiyyat etdiyini deyib, Zamiddən qaz verməsini dayandırmağını istəmişdir. Zamid avtomobilin mühərrik hissəsinin bir tərəfində, o isə digər tərəfində dayanmışdır. Zamid mühərriyə o qədər qaz vermişdi ki, mühərriyin səsindən onun səsini eşitməmişdir. O, da Zamidə xəbərdarlıq etmək üçün avtomobilin mühərrik hissəsindəki içərisində su olan plastik butulkanı Zamidə tərəf atmışdır ki, avtomobilə qaz verməsin. Butulka Zamidin çiyin nahiyəsindən dəymişdir. Zamid əlini saxlayıb, başını qaldırmış və butulkanı kimin atdığını deyərək söyüş söymüşdür. O, da Zamidə vəziyyəti izah edib, söyüş söyməməsini demişdir. Zamid isə ona: “Butulkanı sən atmısansa elə sənidə söyürəm” – demişdir. Zamid mühərrik hissədə olan kəlbətini götürüb ona tərəf atmış və kəlbətin onun sol qabırğsından dəymişdir. O, Zamidin yanına gəlib Zamidə: “Kimi söyürsən, niyə mənə kəlbətin atırsan” – demişdir. Zamid isə ona: “Sən niyə su qabını mənə vurursan” – demişdir. O da Zamidə onu eşitməməsinə görə su qabını atdığı demişdir. Sonra Zamidlə əlbəyaxa dava etməyə başlamışdır. Zamid onu yumruqla sifət nahiyəsindən, bədənin müxtəlif yerlərindən vururmuşdur. Zamid onu yerə yıxıb döyməyə başlamışdır. Bu vaxt Mircəfər onları ayırmış və birlikdə avtomobilin arxa hissəsinə söykənmişlər. Zamid ona yaxınlaşıb yenə yumruqla vurmuş və həmin vaxt avtomobilinə minib həmin yerdən qaçmaq istəmişdir. Zamid onu avtomobilindən çıxardıb yerə düşürtmüş və sol əlinin baş barmağını dişləmiş, sonra isə avtomobilindən bıçaq götürüb üzərinə gəlmiş və onu öldürəcəyi ilə hədələmişdir. Zamid onun üzərinə gəldikcə o geriyə çəkilmişdir. Zamid əlindəki əşya ilə onun sol qolunun dirsək nahiyəsindən, sağ əlinin üst hissəsindən bir dəfə vurmuşdur. O, arxasını dönüb getmək istəyərkən Zamid onun baş nahiyəsindən 4 dəfə əlindəki əşya ilə vurmuşdur. Bundan sonra o, arxaya çəkilmişdir. Onun üzərindəki paltarlar cırılmış, bədəni isə qanın içərisində olmuşdur. O, Mircəfərə telefonu, avtomobilin açaranı götürməsini deyib evinə tərəf piyada getmişdir. Sonra onu rayon xəstəxanasına aparmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, 5 iyul 2023-cü il tarixdə, saat 02:30 radələrində evin həyətində olan zaman Əiirzanın qan içərisində, əlinin başının üzərinə qoyaraq evin həyətinə girdiyini görmüşdür. Əlirzadan nə olduğunu soruşduqda, Zamid tərəfindən döyüldüyünü və bıçaqla başına 3 yerdən xəsarət yetirdiyini demişdir. Bundan sonra o, Təcili tibbi yardım xidmətinin 103 zəng mərkəzinə, sonra isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təcili tibbi yardım avtomobili gec gəldiyi üçün Əlirzanı taksi ilə İmişli Rayon Mərkəzi xəstəxanasına aparmışdır. Orada Əlirzaya ilkin tibbi yardım göstərilmişdir.Xəstəxanadan çıxıb evə getdikdən sonra Əlirzadan avtomobilinin harada olduğunu soruşmuşdur. Əlirza ona avtomobilin məktəbin yanında küçədə qaldığını demişdir. Avtomobilini gətirmək üçün həmin yerə getmişdir. Avtomobili təmir edə biləməyib geri qayıtmışdır. Səhər tezdən yenə avtomobilin yanına gedib, dava edilən yerə baxmışdır. Həmin yerə baxan zaman avtomobilin yanında sürətlər qutusunun ötürücü dəmirini tapmışdır. Sonra isə avtomobildən 3-4 metr kənarda Əlirzanın sınmış telefonunu tapmışdır. Həmin telefonu götürmüş və avtomobili işə salıb evinə gətirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs atasına məxsus “Vaz 2106” markalı avtomobillə onu 4 iyul 2023-cü il tarixdə, saat 24 radələrində kənd ərazisindəki çayxanadan evinə aparmışdır. Əlirza onu evə düşürdən vaxt avtomobili kənd məktəbinin yanında xarab olmuşdur. Onlar avtomobildən düşüb avtomobili təmir edən zaman, Zamid özünə məxsus “Vaz 2106” markalı avtomobili ilə yoldan keçərkən onları görüb avtomobili saxlamış və həmin vaxt avtomobilin dam hissəsinə quraşdırılmış yük yerində olan kərtmənlərdən bir yerə düşmüşdür. Zamid avtomobildən düşdükdən sonra kərtməni yerinə qoymuş, sonra kömək etmək məqsədi ilə onlara yaxınlaşmışdır. Əlirzanın avtomobilini təmir etmək üçün 10-15 dəqiqə vaxt sərf etmiş, avtomobilin düzəlmədiyini görən Zamid öz işinin ardınca getmiş və təxminən 5 dəqiqə sonra geri qayıtmışdır. Zamid avtomobildən düşüb kömək etmiş və avtomobili təmir edib mühərriki işə saldıqdan sonra matorxanadan mühərriyə əli ilə qaz vermişdir. Avtomobilin mühərrik hissəsinin digər tərəfində olan Əlirza buna əsəbləşib Zamiddən avtomobilə qaz verməməsini istəmişdir. Zamid mühərriyin səsindən Əlirzanın dediyini eşitməmişdir. Bu vaxt Əlirza əlindəki 2 litrlik plastik su butulkasını qəfil Zamidin başından vuraraq: “qaz vermə” – demişdir. Bu vaxt Zamid əlində olan kəlbətini Əlirzaya atmış, kəlbətin Əlirzanın sinəsinə dəymişdir. Bundan sonra Əlirza Zamidin ünvanına nalayiq ifadələr işlədərək söyməyə başlamışdır. Zamid də Əlirzaya cavab qaytarmış və sözlü mübahisədən sonra əlbəyaxa dava etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə əlbəyaxa dava etmişlər. O, Əlirza ilə Zamidi ayıran zaman Əlirza avtomobilindən sürətlər qutusunun dəmirini çıxardaraq Zamidə hücum etmişdir. Əlirza avtomobildən nəsə götürmüş, Zamid isə yerdən nəsə tapıb dava-dalaşmalarını davam etdirmişlər. Əlirza sürətlər qutusunun dəmiri ilə Zamidin gözünün altından bir dəfə vurmuşdur. Zamid isə yerdən tapdığı əşya ilə Əlirzanı vurmuş və Əlirza özündən getmişdir. Zamidin əlindəki əşyanın nə olduğunu bilməmişdir. Əlirza özündən gedəndən sonra bir-birlərindən ayrılmışlar. 2-3 dəqiqə sonra Əlirza özünə gəlmişdir. Əlirza ilə Zamidi ayrıdıqdan sonra yenidən davanın davam etməsindən ehtiyat edib, atasına zəng edib oraya gəlməsini istəmişdir. Atası hadisə yerinə gələnə qədər Əlirza evlərinə tərəf getmiş, Zamid isə orada gözləmişdir. Atası Zamidə oradan getməsini istədikən sonra Zamid evinə getmiş, o, isə atası ilə birlikdə evinə getmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 6 iyul 2023-cü il tarixli, 191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əlirza oğlunun bədəni üzərində-sağ gözaltı nahiyədə, sağ bazu oynağının bayır səthində, sağ mil bilək oynağının üst səthində qançırlar, alt dodaqda selikli qişada qansızma, sağ gözaltı nahiyədə səthi yara, sağ dirsək oynağının bayır səthində, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş xəsarətlərin olması müəyyən edilmiş, qeyd edilən xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 6 iyul 2023-cü il tarixli, 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-ənsə nahiyəsində, üst dodaqda, sol əlin 1-ci barmağında, sağ əlin üst səthində yaralar, ənsə nahiyəsində solda, sağ göz altı nahiyədə, sol qulağın xarici seyvanında, sağ bazunun aşağı 1/3-də, bayır səthdə, sağ əlin üst səthində 2-4-cü əl darağı sümüyü proyeksiyasında qançırlar, alt və üst dodaqda qansızmalar, küt əşyanın (əşyaların) təsirindən əmələ gələn xəsarətlərin olması müəyyən edilmiş, qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2024cü il tarixli, T 465/2024 saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs təpəənsə nahiyəsində, üst dodaqda, sol əlin İ barmağında, sağ əlin üst səthində yaralar, ənsə nahiyəsində solda, sağ göz altı nahiyədə, sol qulağın xarici seyvanında, sağ bazunun 1/3də bayır səthdə, sağ əlin üst səthində 2-4-cü əl darağı sümüyü proyeksiyasında qançırlar, alt və üst dodaqda qansızmalar, küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə təpə-ənsə nahiyəsində yerləşən cərrahi işlənmiş yaralar sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsində olan cərrahi işlənmiş yaraların kənarının nahamar, bucaqlarının küt, ətrafının qançırlı olması onların küt əşyanın təsirindən yaranmasını göstərir. Belə ki, küt alətin kənarının və ya tinli küt alətlərin təsirindən əmələ gələn yaralar həmin alətlərin təsir səthlərinin konturlarını xatırladırlar. Əsasən başın tüklü hissəsində bu yaralar çapılmış və ya kəsilmiş yaralara oxşayırlar. Bu yaralar digər yaralardan yara kənarında və ətrafında olan qançıra, yara kənarına, tük örtüyünün zədələnməsi, eləcə də bir çox əlamətlərə əsasən differensasiya edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli RİHB-nin Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İmişli RİHB-nin Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nərminə, xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2017-ci il təvəllüdlü Zamin adlı uşaqları vardır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin pozulmasına gətirib çıxara bilər. İşə baxılarkən hadisənin baş vermə şəraiti ilə müdafiə tərəfinin göstərdiyi xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmışdır. Aparılmış araşdırma ilə bir daha hadisənin istintaq orqanının müəyyən etdiyi qaydada baş verməsi təsdiq edilmişdir. Toplanmış sübutlar da qanuni yolla əldə edilmişdir, onların mötəbərliyi heç bir şübhə doğurmur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittiham aktında göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, himayəsində 3-nəfər azyaşlı uşaqların olmasını, ilk dəfə məhkum olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də, məhkəmə qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-11/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-11/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver