Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-11/2025 06.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə İmişli rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Cavid küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə 0,788 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımış və saxlamış, 1 may 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı İmişli şəhəri, H.Cavid küçəsi 3 ünvanında yerləşən evinin yaxınlığında 01 ədəd bükümdə 0,788 qram çəkidə psixotrop maddə olan metafetamini 40 manat pul müqabilində tanışı Şahid4 qanunsuz olaraq satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid4 onunla bir küçədə qonşu yaşayır. Onu bir ildən artıq müddətdir ki, tanıyır. 5-6 ay əvvəl Cəbrayıl bir dəfə nəşə tapıb gətirmiş, bir yerdə küçələrində kanalın yanında həmin nəşədən istifadə etmişlər. 01 may 2024-cü ildə Cəbrayıl psixotrop maddə satmamışdır. Həmin gün o, 050 366-32-28 saylı mobil nömrəylə Cəbrayıla zəng etmişdir. Cəbrayıla bir yerdə psixotop maddə metamfetamindən istifadə etmək üçün çağırmışdır. Həmin gün küçədə Cəbrayıl ona: “Daş var bir yerdə istifadə edərik” – təklifini etmişdir. O, da zəng edib Cəbrayılı evlərinin yanına dəvət etmişdir. Cəbrayıl “VAZ-21074” markalı avtomobillə onun evinin yaxınlığına tək gəlmişdir. O, yaşadığı evdən çıxıb Cəbrayılı avtomoblinə oturmuş, birlikdə məhəllələrindən keçən beton su kanalının yanına getmişlər. O, üzərində olan avtomobilə aid “stop lampa”sını Cəbrayıla vermiş, Cəbrayıl metamfetamini lampaya töküb qızdırmışdır. Cəbrayıl özünə aid həlqədə qızdırıb metamfetamini çəkmişdir, sonra bir yerdə avtomobillə evinə gəlmişdir. Küçədə avtomobildən yerə düşmüş və evinə getmişdir. Bundan sonra Cəbrayılı X12 polis şöbəsini əməkdaşları tutmuşlar. Cəbrayıl üzərindən aşkar olunan psixotrop maddəni metafetamini ondan almasını bildirmişdir. Əslində o, Cəbrayıla metafetamin satmamışdır. O, tutularkən Cəbrayıla metamfetamin satmasını etiraf etmək üçün X8 polis şöbəsində polislər təzyiq etmişlər. O, da məcbur qalıb Cəbrayıla metamfetamini 40 manata satmasını bildirmişdir. Onu tutub polis şöbəsinə apararkən Təbriz adlı əməliyyatçı onu ayağının altına polis dəyənəyi ilə bir neçə dəfə vuraraq döymüş və o, da qorxaraq Cəbrayıla metamfetamin satmasını bildirmişdir. Cəbrayılla aralaırnda ədavət olmuşdur ki, hadisədə bir ay əvvəl ona evindən yüksək səslər gəldiyi barədə iradlar bildirmişdir. Cəbrayılın kirayə qaldığı evə qadın gətirməməsini bildirmişdir. Buna görə də Cəbrayıl narkotik vasitəni ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Cavid küçəsi 3 nömrəli evdə yaşayır. Subaydır, atası X5, anası X2 və qardaşı Asiman Həsənovla bir evdə yaşayır. 2012-ci ildən narkotik vasitələrdən və 2018-ci ildən isə psixotrop maddə olan metamfetamindən istifadə edir. Marixuananı siqaretə doldurub çəkməklə, metamfetamini isə sınıq şüşədə qızdırıb iyləməklə istifadə etmişdir. Lakin o, heç vaxt həbs edilməmışdır. O, çəkdiyi narkotik vasitələri və metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşlarından pul ilə alıb istifadə etmişdir. 10-15 gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşın “üç çet” metamfetamin almışdır. Həmin metemfetaminin bir hissəsindən istifadə etmişdir, bir hissəsi isə saxlamışdır. Onunla bir küçədə yaşayan Şahid4 ilə 1 may 2024-cü il tarixdə, saat 12 radələrində küçədə qarşılaşmışdır. O, Cəbrayıla metemfetamin tapıb verəcəyinə söz vermişdir. Təxminən bir neçə saat sonra 050 366 32 28 nömrəsindən Cəbrayılın mobil telefonuna zəng edib, gəlib istədiyi metafetamini 40 manat pul verib götürməsini bildirmişdir. Zəngindən bir neçə dəqiqə sonra Cəbrayıl “VAZ-2107” markalı avtomobillə onun evinin yaxınlığlına gəlmiş, bir ədəd sellofan bükülüdə təxminən 0,3 qram çəkidə psixotrop maddəni avtomobilə oturdqundan sonra Cəbrayıla vermiş, Cəbrayıl isə əvəzində ona 4 ədəd 10 manatlıq olmaqla, cəmi 40 manat pul vermişdir. Sonra avtomobildən yerə düşüb evinə getmiş, Cəbrayıl da sürüb çıxıb getmişdir. Cəbrayılın polis əməkdaşları tərəfindən tutmasından onun xəbəri olmamışdır. Həmin gün, saat 23 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onu X12 polis şöbəsinə dəvət etmişlər. X8 Polis şöbəsini üzərində şəxsi aparılmış və öz seçimi ilə dəvət edilmiş vəkil X6 şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış aparılarkən onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Lakin o, Cəbrayıl adlı şəxsə psixotrop maddə metamfetamin satmasını, metamfetamin qalan hissəsini yaşadığı evdə yataq otağında çarpaynın altında olan avtomobilə aid şüşə lampanın içərisində saxlamasını etiraf etmişdir. Hətda Cəbrayıl ona metamfemin üçün verdiyi 40 manat pulun 30 manatın xərcləməsini və 10 manatını evdə otağında stolun üzərində saxladığını bildirmişdir. Həmin pulu və şüşə lampanı evinə baxış keçirilərkən Xətt polis şöbəsinin baş təhqiqatçı Elvin adlı polis əməkdaşına təqdim etmişdir. Yaşadığı evdən özünə məxsus “Redmi” markalı mobil telefon və həmin telefonda istifadə etdiyi ***-***-**-** nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonrakı ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid4 onunla bir küçədə qonşu yaşayır. Onu bir ildən artıq müddətdir ki, tanıyır. 5-6 ay əvvəl Cəbrayıl bir dəfə nəşə tapıb gətirmiş, bir yerdə küçələrində kanalın yanında həmin nəşədən istifadə etmişlər. 1 may 2024-cü ildə Cəbrayıl psixotrop maddə satmamışdır. Həmin gün o, 050 366-32-28 saylı mobil nömrəylə Cəbrayıla zəng etmişdir. Cəbrayıla bir yerdə psixotop maddə metamfetamindən istifadə etmək üçün çağırmışdır. Həmin gün küçədə Cəbrayıl ona: “Daş var bir yerdə istifadə edərik” – təklifini etmişdir. O, da zəng edib Cəbrayılı evlərinin yanına dəvət etmişdir. Cəbrayıl “VAZ-21074” markalı avtomobillə onun evinin yaxınlığına tək gəlmişdir. O, yaşadığı evdən çıxıb Cəbrayılı avtomoblinə oturmuş, birlikdə məhəllələrindən keçən beton su kanalının yanına getmişlər. O, üzərində olan avtomobilə aid “stop lampa”sını Cəbrayıla vermiş, Cəbrayıl metamfetamini lampaya töküb qızdırmışdır. Cəbrayıl özünə aid həlqədə qızdırıb metamfetamini çəkmişdir, sonra bir yerdə avtomobillə evinə gəlmişdir. Küçədə avtomobildən yerə düşmüş və evinə getmişdir. Bundan sonra Cəbrayılı X12 polis şöbəsini əməkdaşları tutmuşlar. Cəbrayıl üzərindən aşkar olunan psixotrop maddəni metafetamini ondan almasını bildirmişdir. Əslində o, Cəbrayıla metafetamin satmamışdır. O, tutularkən Cəbrayıla metamfetam satmasını etiraf etmək üçün X8 polis şöbəsində polislər təzyiq etmişlər. O, da məcbur qalıb Cəbrayıla metamfetamini 40 manata satmasını bildirmişdir. Onu tutub polis şöbəsinə apararkən Təbriz adlı əməliyyatçı onu ayağının altına polis dəyənəyi ilə bir neçə dəfə vuraraq döymüş və o, da qorxaraq Cəbrayıla metamfetamin satmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün Cəbrayılla rastlaşmışdım, o təklif etdi ki, gedib narkotik vasitə çəkək. Sonradan o, Cəbrayıla zəng etmişdir. Cəbrayıl gəlib, onu götürüb. Ədavəti olmuşdur, amma nəyə görəsə yenə də onunla birlikdə narkotik çəkmişdir. Ona smslər də qonşusu Nəsimi onda siqarət istəmişdir. O da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, X12 polis şöbəsində əməliyyat qrupunun baş əməliyyat müəvvəkili vəzifəsində xidmət göstərir. 01 may 2024-cü il tarixdə icraatına İmişli şəhəri, H.Cavid küçəsi 14 nömrəli evdə yaşayan Şahid4 İmişli dəmir yolu stansiyasının ərazisində olması və üzərində psixotrop maddə metamfetamin saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədilə Şahid4 ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat tədbirlərinin keçirilməsi üçün X12 Polis şöbəsinin rəisi Yaşar İsmayılovun əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzvləri X12 polis şöbəsinin post patrul xidməti manqasının polis nəfərləri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 ilə əməliyyat tədbirlərinə başlanılmışdır. Həmin gün qrupun üzvləri ilə bir yerdə saat 21 radələrində Şahid4 idarə etdiyi “VAZ-21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri Muğan küçəsində dəmir yol keçidinin üzərində hərəkətdə olarkən saxlatımışlar. Onun üzərində psixotrop maddə metafetamin olmasına dair əsaslı şübhələr olduğundan, həmin ərazi dəmir yol keçidinin üzəri olduğundan Cəbrayılı üzərində şəxsi axtarış aparılması üçün X12 polis şöbəsinə gətirilmişlər. XPŞ-nə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış X12 Polis şöbəsinin İstintaq və təhqiqat qrupunun baş təhiqatçısı, polis mayoru Elvin Zülfüqarlı tərəfindən aparılmışdır. XPŞ-də Şahid4 üzərində şəxsi atarış apırılmazdan əvvəl Elvin Zülfüqarlı tərəfindən üzərində olan əşyaları, eləcədə narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Şahid4 əynində olan şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusu, sağ yan cibindən isə 1 ədəd “SAMSUNG” markalı telefon aşkar edilmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, iysiz, psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən olunmuşdur. Şahid4 bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və Təqsirləndirilən şəxs 40 manata almasını bildirmişdir. Aşkar edilən 1 büküm gümüşü rəngli siqaret kağızında olan psixotrop maddə metamfetamin oxşar kütlə onun özünün iştirakı ilə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisinin 1 qram olması müəyyən edilmişdir. Bir ədəd psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-nin İmişli st.XPŞ-nin zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə, saat 23 radələrində İmişli stansiyası XPŞ-nə gtirilmişdir. Onun üzərində şəxsi atarış aparılmış və üzərindən psixotrop maddə və narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü olaraq izahat verərək bildirmişdir ki, o, 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini həmin gün 40 manata Cəbrayıla satmışdır. Ona polis şöbəsində özü və digər əməkdaşlar tərəfindən heç bir təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və izahat verərkən öz istəyi ilə seçilmiş İmişli rayon vəkil bürosunun vəkili X10 yanında olmuşdur. Təqsirləndirilən şəxs Şahid4 satdığı psixotrop maddə metemfetamindən evlərində yataq otağında gizlətməsini onlara bildirmişdir. Həmin əşyanı təqdim etmək istədiyini ərizə yazaraq bildirmişdir. 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs vəkili ilə bir yerdə onun yaşadığı İmişli şəhəri, H.Cavid küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə gedib baxış keçirərkən oradan yataq otağında çarpayının altında olan taxta qutudan 1 ədəd avtomobilə aid şüşə lampa aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin lampadan metamfetamini əridərkən istifadə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin otaqda stolun üzərində olan 1 ədəd 10 mantlıq əskinazıda təqdim edərək Şahid4 verdiyi əskinazlardan biri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 1 ədəd lampa və 1 ədəd 10 manatlıq əskinaz ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürülmüşdür. Həmin otaqda stolun üzərində 1 ədəd “REDMİ” markalı mobil telefon ***-***-**-** mobil nömrə ilə bir yerdə və 1 ədəd “SAMSUNG” markalı mobil telefonla bir yerdə aşkar edilmişdir. Hər iki mobil telefonlar da götürülmüşdür. İbtiadi istintaq zamanı ona qarşı heç bir zor tətbiq edilməmişdir. Bu barədə ekspert rəyi də mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, Masallı rayonunda anadan olmuş, 3 ildir ki, İmişli şəhəri, H.Cavid küçəsi 14 nömrəli evdə yaşayır. Özü ev təmiri ustasıdır və fərdi evlərdə təmir işləri həyata keçirir. Hərdən bir psixotrop maddə qəbul etməklə məşğul olur. Qonşuda yaşayan Əhliman adlı şəxsin narkotik tərkibli maddələrin satışı ilə məşğul olmasını eşitmişdir. 1 may 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı küçədə olarkən Əhliman adlı şəxsə yaxınlaşıb istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmişdir. Əhliman da ona: “Axşam tərəfi hazır edib sənə xəbər edəcəm” – deyib, metamfetamin tapacağına söz vermişdir. Həmin gün təxminən saat 15:30 radələrində Əhliman ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək onun üçün metamfetamini hazır etdiyini və yaşadığı evin yaxınlığına gəlib aparmasını bildirmişdir. O, qeyri rəsmi ər-arvad kimi yaşadığı arvadı X3 məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, yaşıl rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhlimanın yaşadığı evə tərəf getmişdir. Əhliman onu küçədə gözləmiş və avtomobilinə əyləşib gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan metamfetamini ona vermiş və o, Əhlimandan metamfetamini neçəyə satmasını soruşmuş, Əhliman satdığı malın qiymətinin 40 manat olmasını bildirmişdir. Üzərində olan 4 ədəd 10 manatlıq əskinazları, cəmi 40 manat pulu verib metamfetamini Əhlimandan almışdır. Əhliman düşüb evinə getmiş, o, isə avtomobili ilə yaşadığı evə gəlmişdir.Əldə etdiyi psixotrop maddəni istifadə etmək üçün cibində olan “CLASSİK” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin gün təxminən saat 21:30 radələrində evindən çıxıb idarə etdiyi “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayon mərkəzinə tərəf gedərkən İmişli rayonu Muğan küçəsində dəmir yolu keçidinin üzərində avtomobilini polis əməkdaşları saxlatmışlar və onu avtomobil ilə bir yerdə X12 polis şöbəsinə gətirmişlər. İmişli st.XPŞ-də müdafiəçi ilə təmin olunandan sonra üzərində video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ondan üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşlmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun içərisinə baxış keçirilən zaman 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində Əhlimandan 40 manata aldığı psixotrop maddə metafetam aşkar olunmuş, həmin metafetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 1 qram olması müəyyən edilmişdir. Əhlimana psixotrop maddə metamfetamin satmadığını və onunla bir yerdə metamfetamindən istifadə etmədiyini, Əhlimanın barəsində göstərilənlərin yalan olmasını bildirmişdir. İş materiallarında olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 05 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndrilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işinin istintaqı davam etdirilmişdir (1-cild, i.v. 1-2); İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 5-6); İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd “CD-R” kompakt diskə baxış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə 1 may 2024-cü ildə, saat 15:05:48-də zəng edilmiş və 28 saniyə danışmışdır. Şahid4 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə həmin gün, saat 15:15:54-də zəng olunmuş və 13 sanyyə danışıq qeydə alınmışdır. Telefon əlaqələrindən görünür ki. Təqsirləndirilən şəxs 1 may 2024-cü il tarixdə, ilk dəfə 15:05:48-də zəng edib Şahid4la danışmış, 15:15:54-də Şahid4 zəng edib Təqsirləndirilən şəxsla danışmışdır. Telefon əlaqələri də Şahid4 ifadəsində göstərilənlərin həqiqət olmasını, Təqsirləndirilən şəxs ona metamfetamini tapıb yaşadığı ünvana zəng edib çağırmasını bir daha təsdiq edir (1-cild, i.v. 29-32); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:10 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 49-50); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 may 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Cavid küçəsi 3 nömrəli evə baxış keçirilərkən o, yataq otağında çarpayının altından taxta qutunun içərisindən 1 ədəd kiçik avtomobil lampasına bənzər lampa çıxarıb təqdim etmiş və həmin lampadan psixotrop maddələrin qəbulunda istifadə etməsini bildirmişdir. Həmçinin stolun üzərindən 1 ədəd 10 mantlıq əskinazı göstərib Şahid4 40 manata satdığı metamfetaminin pulundan evində saxladığı 10 mantlıq əskinaz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirilərkən həmin otaqda stolun üzərindən 1 ədəd “REDMİ” markalı və üzərində ***-***-**-** sim kartı nömrəsi və 1 ədəd “SAMSUNG” markalı mobil telefon aparatları aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd avtomobil lampası,1 ədəd 10 manatlıq pul və 2 ədəd telefonlar ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-18/457 nömrəli 02 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs yataq otağında..." sözləri yazılmış kağız paketdə 01 ədəd şüşə lampanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəsikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölcmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəçiklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. (Metamfetaminin təmiz çəkiəsi 0,788 qram, tədqiqata istifadə olundu- 0,05 qram, qalıq 0,738 qramdır). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild, i.v. 80-81); İş materiallarında olan materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, MK 1/04 saylı material istintaq aidiyyatı üzrə İmişli st. XPŞ-nin İstintaq və təhqiqat qrupuna göndərilmişdir (1-cild, i.v. 87); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 113-114); İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş “REDMİ” markalı telefonun üzərində ***-***-**-** nömrəsi olmuşdur. Həmin telefonun “WhatsApp” proqramını vasitəsi ilə aparılan səs yazılarına və ismariclərə baxış keçirlərkən müəyyən edilmişdir ki, Əhlimanın Coşqun adlı şəxsə məxsus 050 973-93-43 mobil nömrəsilə danışıqları zamanı onların narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən subutlar vardır. Həmin səs yazılarından birində Coşqun Əhlimana “Hə Əhliman nə idi Qaqa”, başqa bir səs yazısında Coşqun Əhlimana “İmkan var Qara kömək elməyə sənin mənə”, sonrakı səs yazısında “Başa Düşmədim, əəə, mən də yarım götürmüşdüm 2 nəfərə, 25-in o qoymuşdu, 15 mən, bir damcı qalıb”, başqa bir səs yazısında “nə olub Qaqa, nə təhər yani kömək edə bilərsiz, başa düşmədim.” Digər səs yazısında “Ögrəşdi yalan deyən, 7 manat mamadan almışam, 4 manat evdəkilərdən, beləcə düzətmişəm 15 manatı” kimi danışıqları qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi adlı şəxslə “WhatsApp” proqramını vasitəsi ilə telefonla yazışmalarında Əhlimanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən ismariclər aşkar edilmişdir. Əhliman Nəsimi adlı şəxsin ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” proqramını vasitəsi aşağıdakı məzmunda ismariclər yazmışdir. 16 aprel 2024-ci ildə Nəsimi Əhlimana “Salam qonşu, 22:12” “Siqaret var 22:13”, Əhliman isə Nəsimiyə “Salam”, 22:12, He var Çıx Küçəyə”, 22:14 “Axşamın xeir”, 23:48 “Yaxşı”, 00:06 “Coxda gec olmasın”, 00:06 “Pul başqasındadirda”, 00:06 “Alim pulu men”, 00:06 “Birdən başqa yerden”, 00:06 “Taparlar”, 00:06 “Biz kiminsə yanında”, 00:06 “Yalancı çıxmıyaq”, 00:06 “X9 telefonu”, 00:07 “5 dəqiqə gözlə”, 00:07 “Yaxşı”, 00:07 Nəsimi Əhlimana “Qotürmür yatıb 100 faiz, İstersen”, 00:10 “Al pulu”, 00:11 “Tezdən 11 də”, 00:11 “Verəruy”, Əhliman Nəsimiyə “Yox pul başqasınındı”, 00:11 “Eybi yoxdur”, 00:11 “Yenedə sag ol”, 00:11 Nəsimi Əhlimana “Saq ol”, 00:11 “Belə”, 00:12 “Olanda”, 00:12 “Bir az tez de”, 00:12 Əhliman Nəsimiyə “İndi zeng gəldi”, 00:12 Nəsimi Əhlimana “Ok” “kimi ismariclər göndərilmişlər. Həmin “WhatsApp” proqramını vasitəsi ilə “Redmi” markalı telefon vasitəsi ilə aparılan telefonun yaddaşında saxlanılmış səs yazıları və SMS mətinləri 1 ədəd DVD diskə köçürülmüş, SMS-lər isə (yazışmalar) olduğu kimi 10 ədəd A-4 vərəqlərə köçürülməklə protokola əlavə edilmişdir. Həmin disk işə əlavə edilmişdir (1-cild, i.v. 147); İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, təqsirləndirlən şəxs Şahid4 bildirdi ki, 3 ildir ki, İmişli şəhəri, H.Cavid küçəsi ev 14-də yaşayır. O, psixotrop maddə qəbul edir. Müxtəlif vaxtlarda İmişli şəhərində tanımadığı şəxslərdən psixotrop maddə əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı küçədə Əhliman adlı əxsə yaxınlaşıb ona psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. O, isə ona bildirdi ki, axşam tərəfi hazır edib sənə xəbər edəcəm. Saat təxminən 15 adələrində Əhliman ***-***-**-** nömrəli mobil telefondan ona məxsus 051-964- 8-58 nömrəli mobil telefona zəng edərək metamfetamini hazır etdiyini yaşadığı evin yaxınlığında görüşüb verəcəyini bildirdi. O, həmin vaxt evdəydi. İdarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə küçəyə çıxmış. Əhliman avtomobilinə yaxınlaşıb, ön oturacaqda əyləşib gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə metamfetamini ona verdi. O, ondan qiymətini soruşmuşdur. O isə bildirdi ki, 40 manat edir. O, isə üzərində olan 4 ədəd 10 anatlıq olmaqla 40 manat pulu verib metamfetamini ona vermişdir. Ondan əldə etdiyi psixotrop maddəni üzərində olan “CLASSİK” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Saat təxminən 21:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı şıl rəngli **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb rayon mərkəzinə gedərkən İmişli şəhəri ərazsində dəmir yolu keçidində polis əməkdaşları onu saxlayıb İmişli stansiyasında xətt polis şöbəsinə dəvət etdilər. Orada onun üzərində 1 ədəd “CLASSİK” markalı siqaret qutusunu içərisinə olan 1 ədəd gümüşü rəngli siqaret kağızının bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldü. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, İmişli şəhəri, H.Cavid küçəsi 3 nömrəli evdə yaşayır. Şahid4 üzümə söylədikləri yalandır. Belə ki, 01 may 2024-cü ildə o, ona psixotrop maddə satmamışdır. Həmin gün küçədə o, onu görəndə ona təklif etmişdir ki, «daş var bir yerdə istifadə edərik». O da ona demişdir ki, nahardan sonra görüşərik. Ona zəng etmiş, evinin yanına dəvət etmişdir o, yaşıl rəngli, nömrəsini bilmədiyi “VAZ-2107” markalı avtomobillə evinin yanına tək gəldi. O da yaşadığı evdən çıxıb avtomobilinə oturub məhəllədə beton kanalın yanına getmişlər. Bir yerdə onunla metafetemindən istifadə etmişlər. O, üzərində olan avtomobilə aid stop lampasında onun verdiyi metafetamini qızdırmışdır. O, isə özünə aid həlqədə qızdırıb metafetamini çəkdi, sonra onlar bir maşında evlərin gəlmişlər. O, onu küçədə avtomobildən düşürtmüş, o, evinə getmişdir. O, evinə düşəndə lampanı özü ilə evinə aparmışdır. Əslində o, ona metafetamin satmamışdır. Ondan 40 manat almamışdır (i.v. 179-181); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-32/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1-cild, i.v. 143-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 03 may 2024-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir (1-cild, i.v. 191-192); İş materiallarında olan maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünürki, ********* nömrəli cinayət işi iizrə Şahid4dan götürülmüş qalıq çəkisi 0,738 qram olan psixotrop maddə metefetamin və Təqsirləndirilən şəxs evindən götürülmüş 1 ədəd kağız paketdə 01 ədəd şüşə lampa cinayət işi üzrə maddi sübut kimi tanınmalı, qərar cinayət işinin materiallarına əlavə edilməli və maddi sübut saxlanması üçün İmişli st. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (1-cild, i.v. 194-195); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-40/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsi 4(036)-32/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə Təqsirləndirilən şəxs müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X10 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir (2-cild, i.v. 23-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 22 iyun 2024-ci il tarixli 4332 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-cild, i.v. 35-36); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (1-cild, i.v. 221-222); İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham olunmuş, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və evinə baxış keçirilən zaman görüntüləri özünə əks etdirən 2 ədəd DVD disk sübut kimi qiymətləndirilməklə cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk sübut kimi qiymətləndirilməklə cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd “REDMİ” markalı və üzərində ***-***-**-** sim kartı nömrəsi və 1 ədəd “SAMSUNG” markalı mobil telefonlar, həmçinin 01 ədəd 10 mantlıq pul əskinası maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd “REDMİ” markalı mobil telefona baxış keçirilən zaman aşkar edilmiş səs yazıları 1 ədəd DVD diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk sübut kimi qiymətləndirilməklə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd “REDMİ” markalı mobil telefona baxış keçirilən zaman aşkar edilmiş mesajlar 10 ədəd A-4 kağızda çap edilmişdir. Həmin 10 ədəd A-4 kağız sübut kimi qiymətləndirilməklə cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı Şahid4 üzərindən aşkar edilərək götürülmüş 0,788 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampa ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq İmişli st. Xətt polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs və Şahid4 istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disklərə baxış keçirilmiş və iş üzrə mühüm əhəmiyyətə malik olan sübutlar əldə olunmuş və bu barədə tərtib edilmiş protokollarla cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək, ifadələrində öz müdafiəsi üçün gətirdiyi dəlillər, Şahid4 ifadələri, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, şəxsi axtarış, evə baxış, mobil telefona baxış, diskə baxış protokolları, məhkəmə kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, maddi sübut və digər istintaq sənədələri ilə tam təkzib olunduğundan Təqsirləndirilən şəxs ifadələri özünü müdafiə xarakterli olmaqla rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra 06 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilərkən müayinə olunan zaman onun bədəni üzərində sol bazu nahiyəsinin bayır səthində bənövşəyi rəngli qançır yara aşkar edilməsi faktı ilə bağlı material ayrılmış araşdırılması üçün rayon prokoruroluğuna göndərilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə barədə cinayət işinin materiallarından ayrıca icraata material ayrılmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə Şahid4 ifadələri, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, şəxsi axtarış, evə baxış, mobil telefona baxış, diskə baxış protokolları, məhkəmə kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, maddi sübut və digər istintaq hərəkətləri ilə sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir (2-cild, i.v. 82-90); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-61/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay həbsdə saxlama müddəti uzadılmışdır (2-cild, i.v. 76-81); Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, ləyaqəti alçaldan rəftara məruz qalması barədə müraciətinə əsasən toplanmış 2542-c-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Səbail rayon məhkəməsinə şikayət etmək hüququn izah olunmuşdur. Qərarların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Cavid küçəsi 3 nömrəli evə baxış keçirilərkən o, yataq otağında çarpayının altından taxta qutunun içərisindən 1 ədəd kiçik avtomobil lampasına bənzər lampa çıxarıb təqdim etmiş və həmin lampadan psixotrop maddələrin qəbulunda istifadə etməsini bildirmişdir. Həmçinin stolun üzərindən 1 ədəd 10 mantlıq əskinazı göstərib Şahid4 40 manata satdığı metamfetaminin pulundan evində saxladığı 10 mantlıq əskinaz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirilərkən həmin otaqda stolun üzərindən 1 ədəd “REDMİ” markalı və üzərində ***-***-**-** sim kartı nömrəsi və 1 ədəd “SAMSUNG” markalı mobil telefon aparatları aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd avtomobil lampası,1 ədəd 10 manatlıq pul və 2 ədəd telefonlar ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır; Məhkəmə iclasında bir ədəd DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şəxsi axtarış zamanı Şahid4 əynində olan şalvarın sol yan cibindən 1 ədəd “CLASSİK” markalı siqaret qutusu, sağ yan cibindən isə 1 ədəd «SAMSUNG» markalı telefon aparatı aşkar edilərək götürülmüş və siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, iysiz, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuşdur. Şahid4 üzərindən aşkar edilərək götürülmüş 1 büküm gümüşü rəngli siqaret kağızında olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 1 qram olması müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini üç dəfə dəyişmişdir, ilkin ifadəsində ona edilmiş ittihamla özünü təqsirli bilsə də, sonradan ona qarşı işgəncə tətbiq edildiyi üçün bu cür ifadə verməyə edildiyi bildirərək, təqsirli olmadığını qeyd etmişdir. Daha sonrakı ifadəsində isə Şahid4la ədavəti olmasını, ona görə də Cəbrayılın ona böhtan atdığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsini üç dəfə dəyişməsi cinayət məsuliyyətindən yayınmaq üçün edilmişdir hərəkətlərdir. Belə ki, məhkəmə istintaqı zamanı onun ibtiadi istinaq zamanı hər hansı qəddar, qeyri-insani rəftar və hərəkətlərə, o cümlədən işgəncəyə məruz qalması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 03 may 2024-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, ləyaqəti alçaldan rəftara məruz qalması barədə müraciətinə əsasən toplanmış 2542-c-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Səbail rayon məhkəməsinə şikayət etmək hüququn izah olunmuşdur. Qərarların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Bundan başqa, İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd “CD-R” kompakt diskə baxış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə 1 may 2024-cü ildə, saat 15:05:48-də zəng edilmiş və 28 saniyə danışmışdır. Şahid4 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə həmin gün, saat 15:15:54-də zəng olunmuş və 13 sanyyə danışıq qeydə alınmışdır. Telefon əlaqələrindən görünür ki. Təqsirləndirilən şəxs 1 may 2024-cü il tarixdə, ilk dəfə 15:05:48-də zəng edib Şahid4la danışmış, 15:15:54-də Şahid4 zəng edib Təqsirləndirilən şəxsla danışmışdır. Telefon əlaqələri də Təqsirləndirilən şəxs ilə Şahid4 münasibətlərinin normal olmasını, Şahid4 narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə ifadəsinin həqiqət olmasını sübut edir. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-də nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Redmi” və “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalı və 10 manat məbləğində pul vəsaiti (01 ədəd 10 manatlıq pul əskinası) dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan altı ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş “Redmi” və “Samsung” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın, 10 (on) manat məbləğində pul vəsaiti (01 ədəd 10 manatlıq pul əskinası) dövlət nəfinə müsadirə edilsin, 06 (altı) ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 21 (iyirmi bir) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-11/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-11/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver