Məhkəmə qərarları › İş №1(036)-111/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-111/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-111/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, N.Ocaqov küçəsi, ev 9da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 0,548 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 avqust 2021-ci il tarixdə saat 11:30 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, N.Ocaqov küçəsində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi - 0,548 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, təxminən iki il olardı ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. 08 avqust 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Kamran adlı şəxsdən 35 manat müqabilində təxminən bir qrama yaxın narkotik vasitə olan heroin alıb İmişli şəhərinə yaşadığı evə geri qayıtmışdır. Həmin narkotik vasitədən bir az istifadə etmiş, qalanını isə yaşadığı evdə saxlamışdır. 11 avqust 2021-ci il tarixdə evdə olan zaman istifadə etdiyi narkotik vasitə olan heroini bükümdə götürüb qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş və evdən çıxmışdır. Həmin gün saat 11:30 radələrində İmişli şəhəri, N.Ocaqov küçəsi ilə piyada gəzərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu İmişli rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o, əynində olan cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin heroini haradan və nə məqsədlə aldığını soruşduqda o, narkotik vasitəni 08 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tanışı Kamran adlı şəxsdən 35 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini qablaşdırıb möhürləmişlər. Sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 avqust 2021-ci il tarixdə saat 11 radələrində xidmətdə olduğu zaman ona İmişli şəhər sakini Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda İmişli şəhəri, N.Ocaqov küçəsinin yaxınlığında olduğu barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvləri CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə İmişli şəhəri, N.Ocaqov küçəsində Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək onun üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu İmişli RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması və varsa təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngdə sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin bükümünü çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 08 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tanışı Kamran adlı şəxsdən 35 manat müqabilində özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 11 avqust 2021-ci il tarixli, 18/864 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən...” sözləri yazılmış kağız paketdəki kağıza bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,548 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,548 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq çəkisi – 0,498 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 14 oktyabr 2021-ci il tarixli, 3944 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,498 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,498 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar