Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-119/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə İmişli rayonunun Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvələr məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Otuziki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 23 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasında elan edilmiş və hazırda davam edən xüsusi karantin rejimi dövründə 30 avqust 2021-ci il tarixdə İmişli Mərkəzi Rayon Xəstəxanasının Təcili-tibbi yardım şöbəsində yaxma üsulu ilə test-analizi verdikdən sonra 31 avqust 2021-ci il tarixdə saat 16:29-da ona İcra Tibbi Sığorta üzrə Dövlət Agentliyindən istifadəsindəki ***-***-**-** nömrəli mobil telefona ismarıc göndərilərək testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi, karantin rejimini pozmağa görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, koronavirus (COVİD-19) yoluxucu infeksiyasının daşıyıcısı olduğunu bilə-bilə 02 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi Qaydaları”nın 4.5, 4.5.5-ci bəndlərinin tələbinə riayət etməməklə karantin rejimini qəsdən pozaraq yaşadığı İmişli rayonunun Otuziki kəndindəki evini tərk edib, özünə məxsus “MERSEDES BENZ” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük vəsiqəsini dəyişmək üçün İmişli Asan Xidmət mərkəzinə getmiş və bununla da koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının axırlarında o, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş, avqust ayının 30-da İmişli Mərkəzi Rayon Xəstəxanasında boğaz nahiyəsindən yaxma vermiş və bir gün sonra, yəni 31 avqust 2021-ci il tarixdə saat 16:29-da İTS. GOV.AZ portalından ona mesaj göndərilmişdir. Həmin mesajda «Hörmətli YAVER ZÜLFÜQAROV, Sizin 30.08.2021-ci ildə tarixdə (COVİD-19) ilə bağıl verdiyiniz testin neticəsi POZİTİVDİR, Xahiş olunur, siz və aile üzvləriniz yaşayış yerinizi terk etmeyesiniz və Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xetalar və Cinayətlər mecellesində nezerde tutulmuş qaydada mesuliyyətə celb oluna bilərsiniz İD: 2021 335565 tel: 1542» göstərilmişdir. Həmin mesajı aldığı gün oxumuş, SMS-i oxuduqdan sonra koronavirus (COVİD-19) infeksiyasına yoluxduğunu bilib yaşadığı İmişli rayonunun Otuziki kəndində ev şəraitində müalicə olunmuşdur. Böyrəyində daş olduğundan sidik kanalına stend qoydurmuş və stendi götüzdürmək üçün Bakı şəhərinə «Egey» Hospitalına getməli olmuşdur. Onun BC kateqoriyalı sürücülük vəsiqəsinin qüvvədə olma müddəti 07 sentyabr 2021-ci il tarixdə başa çatdığından 02 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus «Mersedes Benz» markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli Asan Xidmət mərkəzinə getmişdir. Asan Xidmət mərkəzində olarkən İmişli RPŞ-nin bir neçə əməkdaşı və onlarla yanaşı İmişli MRX-nin tibb işciləri xüsusi geyimlərlə ona yaxınlaşıb «Covid 19» virusu ola-ola nə üçün yaşadığı ünvanı tərk etməsini soruşduqda o, sürücülük vəsiqəsini dəyişmək üçün gəldiyini bildirmişdir. Sonra onu Təcili-tibbi yardım avtomobili ilə İmişli MRX-ya aparıb təhvil vermişlər. Xəstəxanada polis əməkdaşları protokol tərtib etmiş, o, həmin protokolu oxuyub imza etmiş və sonra onu evinə aparmışlar. O, ev şəraitində müalicəsini davam etdirmiş və 14 gün müalicə olunduqdan sonra təkrar analiz üçün test vermişdir. 15 sentyabr 2021-ci il tarixdə saat 17:46-da özünə məxsus ***-***-**-** mobil nömrəli «SAMSUNQ» markalı mobil telefonuna İTS.GOV.AZ-dan SMS gəlmiş və həmin SMS-in mətnində «Hörmətli Təqsirləndirilən şəxs. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun» sözləri yazılmışdır. O, 02 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində koronavirus (COVİD-19) yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda digər şəxsləri həmin xəstəliyə yoluxdurmaq təhlükəsi yaradaraq yaşadığı evi tərk edib getdiyinə görə əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə İmişli rayonunun Otuziki kənd sakini Qəzənfər oğlu COVİD-19 diaqnozlu xəstəlikdən ev şəraitində müalicə olunurmuş. Təqsirləndirilən şəxs COVİD-19 diaqnozlu xəstəlikdən evdə müalicə olunduğu halda, evdən çıxaraq İmişli rayon Asan Xidməti mərkəzinə getmişdir. Onun Karantin rejimi qaydaların pozaraq yaşadığı ünvanı tərk edib İmişli Asan Xidmət mərkəzinə gəlməsi barəsində İmişli RPŞ-yə məlumat daxil olmuşdur. Polis şöbəsinə daxil olmuş məlumat əsasında 02 sentyabr 2021-ci il tarixdə İmişli RPŞ-nin Xidmət İşləri üzrə rəis müavini Habil Ağayev, İmişli RPŞ-nin İTB-nin sahə polis nəfərləri Şahid2 və Zəkəray Cəbrayılovla birlikdə Polis şöbəsində xüsusi geyimlər geyinərək Təqsirləndirilən şəxs olduğu ünvana İmişli Asan Xidmət Mərkəzinə getmişlər. Həmin vaxt ora İmişli MRX-dən təcili-tibbi yardım çağırılmış və xəstəxananın işçiləri də xüsusi geyimlərdə gəlmişlər. Təqsirləndirilən şəxs İmişli Asan Xidmət mərəzində yeri müəyyən edilmiş və ondan nə üçün COVİD-19 infeksiyasına yoluxduğu halda yaşadığı ünvanı tərk etməsi soruşulmuş və sonuncu sürücülük vəsiqəsini dəyişməsi üçün İmişli Asan Xidmət mərkəzinə gəlməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İmişli Mərkəzi Rayon Xəstəxasından göndərilmiş təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya yola salınmış, orada onun yaşadığı ünvanı tərk etməsi barəsində protokol tərtib olunmuş və sonuncu protokolu imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin İTB-nin polis nəfərləri Şahid2 və X1 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefonun SMS tətbiqindən çıxarışa əsasən 31.08.2021-ci il tarixdə saat 16:29-da İTS.GOV.AZ-dan daxil olmuş SMSin mətnində «Hörmətli Təqsirləndirilən şəxs. Sizin 30.08.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz» sözləri yazılmışdır. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-119/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-119/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver