Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-12/2022 19.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı və müdafiəçi Nərimanov Yusif Allahqulu oğlunun iştirakı ilə, xx.xx.1958-ci il tarixdə İmişli rayonu Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Q.Nəbi küçəsində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Qarayev Əli Təvəkgül oğlunun Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında бахараг MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə 01 may 2020-ci il tarixli və «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 19 noyabr 2020-ci il tarixli qərarlarının tələblərini pozaraq, o cümlədən karantin nəzarətinin müddəti başa çatmadığı halda, yəni 14 gün ərzində təcrid olunma qaydalarına riayət etməyərək, 18 dekabr 2020-ci il tarixdə, saat 15:00 radələrində İmişli RMX-da stasionar müalicə almalı olduğu halda buna riayət etməyərək xəstəxanaya daxil olmaması və çörək almaq məqsədilə idarə etdiyi “Vaz-2107” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ailə market” adlı ərzaq mağazasına gəlməsi ilə karantin rejimi qaydalarını pozmuş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020ci ilin dekabr ayının əvvəllərindən etibarən “Vaz-2107” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İmişli şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş və bir qayda olaraq insanlarla ünsiyyətdə olduğu üçün özündə soyuqdəyməyə xarakterik xəstəliyin əlamətlərini hiss edib İmişli RMX-a gedib özünü həkimə yoxlatdırmışdır. 17 dekabr 2020-ci il tarixdə İmişli RMX-da “COVİD-19” virusu ilə yoluxub yoluxmadığının müəyyən edilməsindən ötrü yaxma götürülməsi yolu ilə test vermiş və testin nəticələri barədə məlumatın bildirilməsindən ötrü İmişli RMX-da işləyən qohumu X2 məxsus ***-***-**-** saylı mobil nömrəni təqdim etmişdir. 18 dekabr 2020-ci il tarixdə Xatirə Məmmədova onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək analiz nəticələrinin “Pozitiv” olduğunu, onda “COVİD-19” virusu aşkar edildiyini bildirərək xəstəxanaya gəlib müalicə olunmasını məsləhət görmüşdür. Həmin gün o, “COVİD-19” virusundan müalicə olunmaqdan ötrü idarə etdiyi avtomobillə İmişli rayon mərkəzi xəstəxanasına getmiş və xəstəxanaya yaxınlaşarkən mağazadan evə çörək alıb verməli olduğunu xatırlayaraq təxminən saat 15-00 radələrində avtomobildən düşmədən İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ailə market” adlanan ərzaq mağazasına qayıtmışdır. Mağazadan çörək alıb çıxdıqdan sonra ona bir neçə polis əməkdaşı yaxınlaşmış və özlərini təqdim edərək ona “COVİD-19” xəstələrinin siyahısında olduğu bildirilib müşayiət olunaraq İmişli RMX-na gətirilmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində cinayəti törədərkən “COVİD-19” virusu ilə yoluxmanın ağırlaşma mərhələsində olduğunu göstərmiş və əməlindən səmimi peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, o, İmişli RMX-da tibb bacısı vəzifəsində işləyir. 2020-ci ilin dekabr ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs soyuqdəyməyə qarşı müalicə kursu yazmış və bir neçə gündən sonra ona zəng edib “COVİD-19” virusu ilə yoluxubyoluxmamasını müəyyən etmək məqsədilə xəstəxanaya gəlib test verməsini məsləhət bilmişdir. 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs xəstəxanaya gəlmiş, ondan yaxma götürülərək test edilmiş və bu barədə müvafiq qeydiyyat apararaq, şəxsiyyət vəsiqəsindəki məlumatlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs yaşlı olduğundan testin nəticələri barədə məlumatı istifadə etdiyi mobil nömrəyə gələcək sms mətnindən öyrənə bilməyəcəyinə görə analizin nəticələri barədə məlumatların özünün istifadə etdiyi mobil nömrəyə, yəni ***-***-**-** saylı mobil nömrəyə gəlməsi üçün müvafiq qeydiyyat aparmışdır. 18 dekabr 2020-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə İTS.GOV.AZ-dan gələn sms-in mətnində Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyi ilə bağlı verdiyi analizin “pozitiv” nəticələndiyi qeyd olunduğundan o, Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermiş və ona dərhal xəstəxanaya gəlməsini məsləhət görmüşdür. Sonra o, Təqsirləndirilən şəxs həmin gün xəstəxanaya gələrkən giriş qapısından evə çörək almaq üçün qayıtmasını və İmişli şəhəri N.Savalanov küçəsində yerləşən "Ailə market"dən çörək alıb çıxarkən İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq İmişli rayon mərkəzi xəstəxanasına gətirilib təhvil verildiyini öyrənmişdir. İş üzrə şahid Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində xidmət edir. 18 dekabr 2020-ci ildə İmişli rayon polis şöbəsinə daxil olmuş məlumatda İmişli şəhəri Q.Nəbi küçəsində yaşayan Təqsirləndirilən şəxs "Covid-19" testinin nəticəsinin "Pozitiv" çıxdığı və onun hazırda İmişli şəhəri N.Savalanov küçəsində yerləşən "Ailə market"də olduğu bildirilmişdir. Həmin məlumat əsasında o, ictmai təhlükəsizlik bölməsinin sahə rəisi Şahid2, polis əməkdaşları, Zəkəray Cəbrayılov və Şahid4la birlikdə "Ailə market"in qarşısına getmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ondan "Covid-19" virusu yoluxduğu halda nə üçün xəstəliyin yayılması üçün şərait yaratdığını soruşmuşlar. Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci ildə qohumu Xatirə Məmmədovadan "Covid-19" testinin nəticəsinin "Pozitiv" çıxdığını öyrəndiyini və xəstəxanaya gedərkən evə çörək almalı olduğunu xatırlayaraq xəstəxanaya girmədən geri qayıdıb "Ailə market"ə gəlməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı protokol tərtib edilmiş və o, yaşadığı evə aparılaraq oradan İmişli rayon mərkəzi xəstəxanasına gətirilib təhvil verilmişdir. İş üzrə şahidlər, X3 və Şahid4 ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 18.12.2021-ci il tarixli protokolda göstərilmişdir ki, COVİD-19 virusu ilə yoluxmuş və ev şəraitində müalicə olunan İmişli rayonu Qızılkənd kəndində yaşayan Təqsirləndirilən şəxs İmişli RPŞ-nin əməkdaşları tərəfindən İmişli şəhərində saxlanılaraq yaşadığı ünvana qaytarılmışdır. ( c.i. səh: 5) İşdə olan İmişli Rayon Mərkəzi Xəstəxanası PHŞ 16.01.2021-ci il tarixli 01 saylı məlumatda göstərilmişdir ki, İmişli rayonu Qızılkənd kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdən 21.12.2020-ci il tarixədək “Covid-19 Pozitiv” diaqnozu ilə İmişli RMX PHŞ-də stasionar müalicə almışdır. ( c.i. səh: 12) İşdə olan 114.01.2021-ci il tarixli “təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, X1 təqdim etdiyi “Samsung Duos” markalı mobil telefonun menyusundan SMS bölməsinə daxil olduqda həmin bölmədə 3 ədəd sms olması müəyyən edilmişdir. İTS.GOV.AZ-dan 25.12.2020-ci il tarixdə saat 14-00-da daxil olmuş smsin məthində “Hormetli Təqsirləndirilən şəxs , siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir.Sağlamlığınızı qoruyun” sözləri yazılmışdır.( c.i.səh:25-26) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CMnın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :127) Təqsirləndirilən şəxs yaşlı olması və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383- 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Qarayev Əli Təvəkgül oğlu AR CM-nın 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza müddəti ərzində Qarayev Əli Təvəkgül oğlunun üzərinə hər gün saat 24-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qarayev Əli Təvəkgül oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-12/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-12/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver