Məhkəmə qərarları › İş №1(036)-12/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-12/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-12/2025 27.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, 03 avqust 1988-cu ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla, İmişli şəhəri, Xiyabani küçəsində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Şahid2, X13 və Şahid3 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərərək, 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının kilidini üzərində gətirdiyi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdə olan saxlanc yerlərindən 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində 2 ədəd dəmir qapıları, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruları, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirləri, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borları, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şvellerləri gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2030 (iki min otuz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid2, X14 və Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək 21 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının üzərində olan 2 ədəd kilid üzərində gətirdi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdən 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirləri və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs məxsus dəmirin oğurlanmasında tək olmuşdur. Özü də xətəlikdən əziyyət çəkir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Əlfət Xəmmədovla oğurluğa getməmiş və tək olmuşdur. “Fidan” şadlıq sarayında gözətçi kimi işləmiş və ona tapşırıldığı üçün orada qalırdı. “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə gedən yerin qapısı daimi açıq olurdu. Oradan list dəmir, dəmir boru və mis oğurlamışdır. Həmin əşyaların dəyi 500-600 manat civarında olmuşdur. Oğurluq edəndə qapı açıq olmuşdur və onu sındırmamışdır. Etdiyi əməldən peşmandır. Ona görə də bir övladının olmasını, başından xəsarət almasını nəzərə alaraq barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə məhkum olunmuşdur. O, spirtli içki aludəçisidir. O, 2 dəfə vərəm dispanserində müalicə olunmuşdur. Sonuncu dəfə 2023cü ilin noyabr ayında müalicə olunmuşdur. Spritli içki almaq üçün fəhləçilik edir. Belə ki, iş tapmaq üçün fəhlələrin dayandığı İmişli rayon bazarının yaxınlığında “Arxın üstü” adlanan yerdə dayanır və orada fərdi şəkildə iş düşdükdə işləyirmiş. 2023-cü ilin avqust ayında Rafael adlı şəxs ona yaxınlaşaraq İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Fidan” şadlıq sarayının həyətində iş olduğunu demişdir. O da Rafaellə razılaşıb işi görə biləcəyini demişdir. O da şadlıq sarayının həyətində 3 dəfə müxtəlif vaxtlarda iş görmüş və hər dəfəsində 10-15 manat pul vermişlər. Bir dəfə ağacları kəsmiş, bir dəfə mişar daşlarını daşımış, bir dəfə zibilləri atmışdır. Həmin vaxtlarda sarayın həyətində dəmir qapıları, dəmir boruları, kanalzasiyanın üzərində olan lay list dəmiri görmüşdür. Həmin vaxtdan bəri qeyd etidiyi əşyaların orada olması yadında qalmışdır. Arada-bir Bakı şəhərində yaşayan qardaşı Natiq ona pul göndərir, o da həmin pulu arağa verirmiş. Son vaxtlar Natiq ona pul göndərməmişdir. O da pulu olmadığı üçün araq ala bilməmişdir. “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətində olan dəmir əşyalar yadına düşmüş və oğurlamaq qərarına gəlmişdir. Həmin dəmirlər ağır olduğu üçün bu barədə tanışı Əbülfətə və Elxana “Fidan” şadlıq sarayının arxasında dəmir əşyalar olduğunu, həmin əşyaları gedib götürə biləcəklərini demişdir. Əbülfət və Elxan əvvəllər onunla razılaşmadılar. Sonradan isə Əbülfət onunla razılaşdı. Həmçinin Elxanda razılaşdı. Onlar qərara gəlmişdir ki, “Fidan” şadlıq sarayının həyətində olan dəmirləri oğurlasınlar. O, şadlıq sarayının həyətinə daxil olmaq üçün “Bazarstore” supermarketinin önü ilə gedib, sarayın həyətinin dəmirdən olan qapısının kilidini qıracağ, bundan 2-3 dəqiqə sonra isə Elxan və Əlfət gəlib həyətə daxil olmaları barədə plan qurmuş, Əbülfət və Elxan onunla razılaşmışdır. Həmçinin onunla oğurluğa Əbülfətin həyat yoldaşı Türkan və uşaqlarıda gedəcəklərmiş. O, yaşadığı evdə gizlətdiyi, şadlıq sarayının həyətində olan dəmirləri oğurlamaq üçün qapının kilidini qırmaq məqsədi ilə aldığı mismarçəkən alətidə özü ilə götürmüşdür. Bu hadisənin üzərindən bir həftə keçdidkən sonra yenə arağ almağa pulu qurtarmış və həmin yerdən, yəni “Fidan” şadlıq sarayının həyətindən oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə də Elxan və Əbülfətə demişdir. Elxan bu işdən qorxmuş, amma yenə də razılaşmışdır. Əbülfətdə onunla razılaşmışdır. 21 fevral 2024-cü il tarixdə saat 01 radələrində eyni qayda ilə sarayın həyətinə daxil olmuş, yenə qapının üzərində olan kilidi özü ilə apardığı mismarçəkən alətlə sındırmış və onunla birlikdə həyətə Əbülfət, arvadı Türkan, azyaşlı uşaqları və Elxan daxil olmuşdur. Bu dəfə özlərilə “Bazarstore” supermarketinə aid arabanı götürmüşdülər. Bu dəfə qısa və uzun dəmir borular, lay list dəmirlər, kanalzasiyanın üzərində olan dəmirləri oğurlamış və 2-3 dəfəyə əl arabası ilə aparıb "xxxx" MMC-nin İmişli şəhərində yerləşən filialının qarşısındakı küçəyə boşaltmışdır. Oğurluq etdikdən sonra hamı çıxıb getmişdir. Bu dəfə Əbülfət ona xatırlamadığı məbləğdə pul vermişdir. Sarayın həyətindən çıxan zaman qarşısına bir nəfər adam çıxmış və əlində olan mismarçəkən aləti su kanalına atmışdır. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Hər iki oğurluqdan Elxana pul verməmişdir. Elxan ondan pul istədikdə Elxanı yeyib-içməyə aparırmış. Əlavə olaraq göstərmişdir ki, İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsində yerləşən həyətindən 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində 2 taylı, 2 ədəd dəmir qapıları, 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruları, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirləri, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borları, 7 metr uzunluğunda, 1 ədəd və 5 metr uzunluğunda, 1 ədəd şveller oğurladıqlarını, oğurluq etdiyi zaman spirtli içkinin təsiri altında olduğu üçün hadisəni törətdikləri tarixi, əşyaları dəqiq xatırlmadığına görə 12 fevral 2024-cü il tarixdə, saat 01 radələrində oğurluq hadisəsini törətməsini bildmirşdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə ifadə vermiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayı ona məxsusdur. Həmin saray 1981-ci ildən 1992-ci ilə qədər univermaq kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən hazır ki, vaxtadək isə şadlıq sarayı kimi fəaliyyət göstərir. Şahid1 onun işçisidir, şadlıq sarayının mühasibi vəzifəsində işləyir. Şahid1 ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur, qohumluq münasibəti vardır. 13 fevral 2024-cü il tarixdə Elxan ona zəng edərək şadlıq sarayından oğurluq edilməsi müəyyən etməsi barədə məlumat vermiş, o da Elxana rayon polis şöbəsinə gedərək ərizə verməsini bildirmişdir. Bildiyinə görə, Elxan bundan sonra rayon polis şöbəsinə gedib ərizə vemiş, ərizə verdikdən sonra polis əməkdaşları ilə birlikdə saraya gələrək hadisə yerinə baxış keçirmişlər və müəyyən etmişlər ki, sarayın saxlanc yerindən hər biri 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində dəmir qapılar, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir borular, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirlər, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şveller oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 2030 (iki min otuz) manat maddi ziyan dəymişdir. Bundan başqa, 21 fevral 2024-cü il tarixdə Elxan ona zəng edərək sarayın arxa hissəsində yerləşən həyətinə daxil olmaq üçün istifadə edilən dəmir qapının üzərində olan 2 ədəd kilidin sındırlmasını və orada olan kanalzasiya sularının axıntısı üçün istifadə edilən kanalın üzərində olan 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında lay list dəmirlər və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru oğurlanmasını demişdir. Bundan sonra o, Elxana 102 xidmətinə zəng edərək məlumat verməsini tapşırmışdır. Elxan 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Ümumilikdə isə hər iki oğurluq hadisəsi nəticəsində ona 2330 manat maddi ziyan dəymişdir. Qeyd edilən oğurlanmış əşyalar 2018ci ildən istifadə edilir və Rusiya Fedarasiyasının istehsalı materiallar olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs və qeyrilərinə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospketi 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının mühasibi vəzifəsində işləyir. Həmin saray 1981-ci ildən 1992-ci ilə qədər univermaq kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən hazırki vaxtadək isə şadlıq sarayı kimi fəaliyyət göstərir. 13 fevral 2024-cü il tarixdə şadlıq sarayından oğurluq edilməsi müəyyən etmiş və müdiri Kamilə zəng edib hadisə barədə məlumat vermişdir. Kamildə ona rayon polis şöbəsinə gələrək ərizə verməyini demişdir. O, ərizə verməmişdən əvvəl İmişli şəhəri ərazisində metal qəbulu məntəqələrinə baş çəkmiş və İmişli şəhəri, H.Əliyev prospektində yerləşən, Cəmil adlı şəxsə məxsus metal qəbulu məntəqəsində həmin dəmirlərdən 3 ədəd borunu və 2 ədəd şvelleri aşkar etmişdir. Orada olan işçi İbadət adlı şəxsə həmin boruların ona məxsus olduğunu və oğurlandığını deyərək satmamasını xahiş etmişdir. İbatdə ona satmayacağını demişdir. Metal qəbulu məntəqəsindən çıxıb, Kamilin dediyini etmək üçün rayon polis şöbəsinə gəlib ərizə vermişdir. Ərizə verdikdən sonra polis əməkdaşları ilə birlikdə saraya gedib, hadisə yerinə baxış keçirmiş və müəyyən etmişlər ki, sarayın saxlanc yerindən hər biri 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində dəmir qapılar, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir borular, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirlər, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şveller oğurlanmışdır. Sonra sarayın giriş qapısının yaxınlığında yerləşən "xxxx" MMC-nin müşahidə kamerasına baxmışlar. Kameraya baxan zaman müəyyən edilmişdir ki, oğurluq hadisəsi 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində baş vermişdir. Baş vermiş hadisə nəticəsində 2030 (iki min otuz) manat maddi ziyan dəymişdir. Bundan başqa, 21 fevral 2024-cü il tarixdə sarayın arxa hissəsində yerləşən həyətinə daxil olmaq üçün istifadə edilən dəmir qapının üzərində olan 2 ədəd kilidin sındırlmasını müəyyən etmiş və həyətə girib baxmışdır. Həyətə baxan zaman orada olan kanalzasiya sularının axıntısı üçün istifadə edilən su kanalının üzərində olan 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirlər və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru oğurlandığını müəyyən etmişdir. Bundan sonra müdiri Kamilə zəng edib hadisə barədə məlumat vermişdir. Kamil isə ona bu dəfə bir başa 102 xidmətinə zəng etməyini demişdir. O da Kamilin dediyini edərək 102 xidmətinə zəng etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirib getdikdən sonra metal qəbulu məntəqələrini gəzməyə başlamışdır. Bu dəfə İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Ceyhun adlı şəxsin metal qəbulu məntəqəsində həmin oğurlanmış dəmir əşyaları aşkar etmişlər. Orada işləyən Mübariz adlı işçiyə həmin dəmirlərin ona məxsus olmasını, oğurlandığını bildirərək, kənara qoymasını xahiş etmişdir. Mübariz deyiləni etmişdir. Bundan sonra rayon polis şöbəsinə gəlib, oğurlanmış dəmirlərin yerini bildirmiş və polis əməkdaşları onunla birlikdə metal qəbulu məntəqəsinə gedib oraya baxış keçirərək oğurlanmış dəmirlərin həqiqətəndə orada olmasını müəyyən edib, həmin dəmirləri və obyektə qurşadırılmış müşahidə kamerasının yaddaşında olan və dəmirləri satan şəxslərin görüntülərini özündə əks etdirən videonu götürmüşlər. Bundan sonra rayon polis şöbəsinə gəlib izhaat vermişdir. Baş vermiş hadisə nəticəsində 300 manat maddi ziyan dəymişdir. Hər iki oğurluq hadisəsi nəticəsində obyektdə ümumilikdə 2330 manat maddi ziyan dəymişdir. Belə ki, qeyd edilən oğurlanmış əşyalar 2018-ci ildən istifadə edilməklə Rusiya Fedarasiyasının istehsalı olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. 10 fevral 2024-cü il tarixdə Neman onlarda olmuşdur. Neman onlarla “Fidan” şadlıq sarayının həyətində işlədiyini, işinin qarşılığında pul verilmədiyini, əvəzində isə orada olan dəmirləri verdiyini deyib, gətirməklərini istəmişdir. Onlar Neman ilə birinci dəfə razılaşmamış, sonradan isə razılaşmışdır. Onlar birlikdə “Fidan” şadlıq sarayının arxa tərəfinə hərəkət etmişlər. Onlar kənarda gözləmədiyi, Neman isə sarayın qapısını bilmədiyi vasitə ilə açıb həyətə daxil olmuşdur. Bundan sonra Neman dəmirlər gətirmiş, onlarda həmin dəmirləri aparıb evlərinin qarşısında yerə boşaltmışlar. Sonra isə sataraq əldə edilən pulu bölmüşlər, ona 40 manat pul çatmışdır. Bundan başqa, 21 fevral 2024-cü il tarixdə yenə Neman onlarda olan zaman “Fidan” şadlıq sarayında işlədiyini, yenə pulunun verilmədiyini deyib, əvəzində isə orada istifadəyə yararsız dəmirlər verildiyini deyib gətirib sata biləcəklərini bildirmişdir. Yenə razılaşmamışlar. Neman onlara yalvarırmış ki, ondan metal qəbulu məntəqələrindən dəmir almırlar. Ona görə də, dəmiri birlikdə götürüb, onların satmağlaırnı istəmişdir. Bundan sonra onlar razılıq vermişlər. Yenə eyni qaydada Neman ilə birlikdə “Fidan” şadlıq sarayının arxa tərəfinə getmiş, Neman eyni qayda ilə şadlıq sarayının qapısını açmış, bundan sonra isə içəri daxil olub, dəmirləri götürmüş və evlərinin qarşısına, küçənin qırağına boşaltmışlar. Səhəri gün isə həmin dəmirləri satmışdır. İkinci dəfədən onun payına 50 manat pul düşmüşdür. Neman həmin dəmirlərin oğurluq olmasını ona deməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Əlfət Xənmədov rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. 10 fevral 2024-cü il tarixdə, gecə saatlarında Neman ilə birlikdə rayon ərazisində gəzirdikləri vaxt Neman ona Əlfətgilə getməyi təklif etmişdir. O da Neman ilə razılaşaraq Əlfətin yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən evinə getmişlər. Orada söhbət zamanı Neman onlara “Fidan” şadlıq sarayının arxa hissəsində dəmir qapılar və başqa dəmir materiallar olduğunu, həmin materialları sarayda işlədiyi işin qarşılığında pul əvəzinə verdiklərini deyib, həmin dəmirləri götürməyi təklif etmişdir. Onlarda razılaşmışlar. Həmin gün gecə saat 03 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Fidan” şadlıq sarayının arxasındakı həyətinə həmin küçədə yerləşən “Bazarstore” supermarketinin önünə hərəkət edib getmişlər. Neman qapının üzərində olan kilidini üzərində gətirdiyi mismarçəkən alətlə sındırmışdır. Həmin vaxt Əlfətin arvadı Türkanda onlarla getmişdir. Türkanın yanında azyşalı oğluda gəlmişdi. Uşaq oğurluq etməmiş və uşağı oğurluğa təkid edəndə olmamışdır. Neman qapını açdıqdan sonra sarayın həyətinə daxil olmuşlar. Dəmirlər ağır olduğu üçün birlikdə götürərək aparırlarmış. Orada saxlanc yeri kimi istifadə edilən yerin qarşısında divara söykənmiş vəziyyətdə olan 2 taylı qapısı olan 2 ədəd dəmir qapıları, yerə qoyulmuş təxminən 2.5 metr uzunluğunda kəsilmiş 8 ədəd dəmir boruları, müəyyən ölçüdə kəsilmiş, çox sayda dəmir künclükləri, 10 metr uzunluğunda 2 ədəd dəmir boruları və təxminən 6-7 metr uzunluğuda şvellərləri sarayın həyətindən çölə çıxardaraq yaxınlıqdakı “Bazarstore” supermarketinə aid 2 ədəd əl arabasına yükləyib, hissə-hissə olmaqla, 4-5 dəfəyə Əlfətgilin evləri tərəfə aparıb, yolun kənarına boşaltmışlar. Dəmirlər ağır olduğu üçün birlikdə daşıyıb “Bazarstore” supermarketinin önündə yerləşən 2 ədəd arabaya birlikdə aparmışlar. Dəmirləri apardıqdaan sonra sarayın qapısını açıq qoyub çıxmışlar. Bundan sonra o, öz evinə getçmiş, Neman isə Əlfətgildə qalmışdır. Səhəri gün Nemanı “Mədəniyyət Sarayı”ının qarşısında görüb, oğurlanmış dəmirlərdən payına düşən hissəsinin pulunu istəmiş, Neman isə ona həmin dəmirlərin oğurlandığını və buna görə də, satıb pula çevirə bilmədiklərini demişdir. O da başqa yolu olmadığı üçün Neman ilə razılaşmışdır. Bundan başqa 21 fevral 2024-cü il tarixdə, gecə saatalarında yenə Neman ilə bir yerdə rayon ərazisində gəzən zaman Neman yenə Əlfətgilə getməyi təklif etmişdir. O da razılaşmış və Əlfətgilə getmişdir. Orada Neman yenə “Fidan” şadlıq sarayının arxa hissəsində yerləşən həyətində dəmir olduğunu deyib, orada olan dəmirlərin yenə işlədiyi işin qarşılığında pul əvəzinə verildiyini demişdir. Bundan sonra onlar Neman ilə razılaşıb, deyilən yerə getmişdir. Neman yenə özü ilə gətirdiyi mismarçəkən alətlə qapının üzərində olan kilidi qırmış və onlar içəri daxil olmuşlar. Bu dəfə də oğurluğa o, Neman, Əlfət və Əlfətin arvadı Türkan getmişdir. Neman kilidi qırdıqdan sonra birlikdə sarayın həyətinə daxil olmuşlar. Orada kanalzasiya sularının axıntısı üçün istifadə edilən su kanalının üzərində olan müxtəlif ölçüdə 7 ədəd dəmir listi və təxminən 10 metr uzunluğunda 2 ədəd dəmir borunu sarayın həyətindən bayıra çıxardıb “Bazarstore” supermarketinin önündə olan 2 ədəd əl arabasına yerləşdirib, Əflətgilin evinin yaxınlığındakı küçəyə 2 dəfəyə aparıb boşlatmışlar. Çıxarkən sarayın qapısını bağlamamışdır. Bundan sonra o, evinə getmişdir. Səhəri günü Neman ilə görüşüb həmin dəmirlərdən payına düşən pulu istəmişdir. Neman isə ona müxtəlif bəhanələr gətirirək pulu verməkdən imtina etmişdir. O, bu barədə Neman ilə mübahisə etməmişdir. O, gecə getdikləri və Nemanın qapını mismarçəkən alətlə açdığı üçün oğurluq etdiklərini bilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Cəmil adlı şəxsə məxsus metal qəbulu məntəqəsində işləyir və orada metalların qəbulu işlərinə baxır. 10 fevral 2024-cü il tarixdə, saat 11 radələrində 3 nəfər şəxs məntəqəyə gələrək, 3 ədəd dəmir boru və 2 ədəd şveller gətirmişdir. Şvellerin 5 metr və 7 metr uzunluğunda, dəmir borular isə 3-4 metr uzunluğunda olmuşdur. Həmin şəxslərin adları Türkan, motosiklet sürücünün adı isə Zahir olmuşdur. Həmin şəxslərə şvellerə görə 135 manat, dəmir borulara görə isə 60 manat pul vermişdir. Bir müddət sonra isə oraya bir nəfər tanımadığı şəxs gələrək 3 nəfərdən qəbul edilən metalların ona məxsus olmasını bildirərək, oğurlanması demişdir.O isə həmin dəmirlərin oğurluq olmasını bilmədiyini bildirmişdir. 7 metr uzunluğunda şvelleri gündüz vaxtı, rayonun ortasıya bir qadının gətirib ona satmasına görə oğurluq olmasından şübhələnməmişdir. Daha sonra adını sonradan Elxan olaraq bildiyi şəxs ona dəmirləri satmamağı, polis əməkdaşlarının həmin dəmirləri təhvil alacağını bildirmişdir. O, isə bir müddət gözləmiş və heç kimin gəlmədiyini görüb, dəmirləri 200 manata satmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “İj Planet 5” markalı motosikleti vardır. Həmin motosiklet ilə rayon ərazisində yük daşıyır, pul qazanır və ailəsini dolandırır. Adətən İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Mərkəzi Bazar”ın qarşısında dayanır, pul müqabilində müştərilərin yüklərini aparır. 10 fevral 2024-cü il tarixdə, səhər saatlarında yenə həmin yerdə dayanan zaman bir nəfə qadın yanında bir azyaşlı uşağla ona yaxınlaşaraq yükü olduğunu demiş, o da qadından yükünün nə olduğunu soruşmuşdur. Qadın ona yükünün bir neçə dəmir parçası olduğunu deyərək, metal qəbulu məntəqlərinin birinə apararaq satacağını demişdir. O da razılaşmış və birlikdə İmişli şəhəri, H.Aslanov küçəsinə, "xxxx" MMC-nin inzibati binasının yaxınlığına, qadının yaşadığı mənzilin binasının qarşısına gedib orada yığılan şveller, dəmir boruları və digər dəmirləri motosikletin yük yerinə yığmış, sonra Cəmil adlı şəxsin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Orada qadın dəmiləri satmışdır. Dəmirləri satdıqdan sonra qadını aparıb İmişli rayon 8 saylı tam orta məktəbin yanında düşürtmüşdür. Qadın ona 5 manat pul vermişdir. Sonra isə bazara qayıtmışdır. Bu hadisənin üzərindən təxminən 10 gün keçdikdən sonra yəni, 21 fevral 2024-cü il tarixdə səhər saatlarında bazarın içərisində dayanan zaman həmin qadın ona yaxınlaşmış və yenə metal olduğunu demişdir. O yenə razılaşmış və birlikdə qadının yaşadığı həmin ünvana getmişlər. Orada motosikletin yük yerinə lay list dəmirlər və dəmir borular yığmışlar. Yük yığdıqdan sonra yenə Cəmil adlı şəxsin metal qəbulu məntəqəsinə getmişlər. Orada metalları heç bir səbəb göstərmədən qəbul etməmişlər. Bundan sonra isə İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Ceyhun adlı şəxsin metal qəbulu məntəqəsinə gəlmişlər. Orada qadın dəmirləri satmışdır. Bundan sonra qadını yaşadığı evə gətirib düşürtmüş, qadın ona 5 manat pul vermişdir. Həmin gün günorta saatlarında onu polis şöbəsinə dəvət etmişlər. O da rayon polis şöbəsinə gəlmiş və həmin vaxt qadının onun idarə etdiyi motosiklet vasitəsi ilə apardığı dəmirlər oğurluq olması məlum olmuşdur. Rayon polis şöbəsinə gələnə qədər həmin dəmirlərin oğurluq olmasını bilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2020-ci ildən İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Ceyhun adlı şəxsə məxsus metal qəbulu məntəqəsində işləyir. 21 fevral 2024-cü il tarixdə, səhər saat 09 radələrində 1 uşaq, 1 qadın və 1 kişi olmaqla 3 nəfər obyektə gəlmişdir. Motosikletdə 7 ədəd list dəmir, 2 ədəd dəmir boru olmuşdur. Qadın ona həmin metalları satdığını demişdir. Metal satan şəxsin cinsiyyətinin qadın olmasından metalları haradan əldə etməsini soruşmamış və oğurluq olmasından şübhələnməmişdir. Həmin metalları qapanla çəkərək 140 kilqoram ağırlıqda olmasını müəyyən etmişdir. 1 kiloqramı 43 qəpikdən olmaqla 60 manat pul vermiş, qalıq olaraq qalmış 20 qəpik pulu verməmişdir. Pulu verdikdən sonra həmin şəxslər məntəqədən getmişlər. Təxminən 1 saat sonra tanımadığı şəxs məntəqəyə gəlmiş və qadından aldığı metallara baxaraq ona məxsus olmasını və “Fidan” şadlıq sarayının arxasından oğurlandığını demişdir. O da həmin şəxsə metalların oğurluq olmasını bilmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs ona həmin metalları kənara qoymağını deyərək polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. O da həmin metalların oğurluq olduğunu bildikdən sonra ayırıb kənara qoymuşdur. Həmin şəxs getdikdən 1 saat sonra polis əməkdaşları gəlib məntəqəyə baxış keçirərək həmin metalların oğurluq olduğunu bildirərək götürmüşlər. Bundan başqa polis əməkdaşlarına müşahidə kamerasının yaddaş qurğusunda olan görüntüləri təqdim etmiş, polis əməkdaşlarıda həmin görüntüləri götürmüşlər. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətidir. Yaxınlıqda “Bazarstore” supermarketi olmaqla, kiçik obyektlər vardır. Sarayın həyətində dəmir qapıdan daxil olunur. Naməlum şəxs(lər) saraya daxil olmaq üçün dəmir qapıdan daxil olmuşlar. Baxış iştirakçısı dəmir boruları sarayın saxlanc yerindən dəmir qapılar, saxlanc yerin yaxınlığından dəmir borular və saxlanc yerinin yan tərəfindən isə şvellerlər oğurlanmışdır. Bundan başqa hadisə yerinin yaxınlığında yerləşən "xxxx" MMC-nin müşahidə kamerasından hadisənin hadisəsini özündə əks etdirən görüntülər götürlərək 01 ədəd DVD disk köçürülməklə baxış protokoluna əlavə edilmişdir (i.v. 17-13); baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən metal qəbulu məntəqəsidir. Baxış iştirakçısı Şahid1 məntəqədə özünə məxsus oğurlanmış dəmirləri təqdim edərək, həmin dəmirlərin 21 fevral 2024-cü il tarixdə “Fidan” şadlıq sarayının həyətindən oğurlanmasını bildirmişdir. Bundan başqa metal qəbulu məntəsində işləyən Şahid5 məntəqəyə qurşadırılmış müşahidə kameralarının yaddaş qurğusundakı görüntüləri təqdim edərək, həmin oğurluq metalları satan şəxsləri göstərmiş, həmin görüntülər götürülərək 01 ədəd DVD diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. Həmçinin metal qəbulu məntəqəsində olan 07 ədəd list formasında dəmirlər kimi götürələrək rayon polis şöbəsində maddi sübut kimi saxlanılır (i.v. 35-39); materialın istintaq aidiyyəti üzrə verilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material istintaq aidiyyatı üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (i.v. 44); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46); cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 70-71); cinayət işinin tövsif olunması haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və istintaq davam etdirilmişdir (i.v. 75-76); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 78- 79); İmişli Rayon Məhkəməsinin 4(036)-18/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin olunmamış, Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçiməsindən imtina edilmiş və o, məhkəmə zalından dərhal azadlığa buraxılmışdır (i.v. 96-98); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ağır yataq xəstəsi olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işi üzrə icraat müvəqqəti olaraq dayandırılmışdır (i.v. 131); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 133); ifadələrin yerində yoxlanması haqqında xx.xx.2024-cu il tarixli protokoldan görünür ki, bundan başqa, digər iştirakçılara ifadələrin yerində yoxlanması istintaq hərəkətininin keçirilməsi zamanı əvvəldən axıra kimi iştirak etmək, protokola əlavə və qeydlər etmək hüquqlarının olması izah olundu. İstintaq hərəkətinə başlamazdan qabaq X17 hadisə yerini, hadisənin baş vermə ardıcıllığını göstərmək təklif olundu və o, təkliflə razılaşdı. Bundan sonra onlar yuxarıda qeyd olunan iştirakçılarla birlikdə təqsirləndirilən şəxs X6 təklifindən sonra İmişli şəhəri, H.Əliyev prospekti ilə həmin istiqamətdə yerləşən “Mərkəzi Aptek”ə doğru hərəkət edib, birinci işıqforu keçdi. İşıqfordan təxminən 1 kilometr getdikdən sonra həmin prospektdə yerləşən “Bazarstore 2” marketinin qarşısından sağa dönmüş və 150 metr getdikdən sonra H.Əliyev prospektində yerləşən “Fidan” sarayının arxasına gəlmişlər. Orada avtomobildən düşüb Təqsirləndirilən şəxs “Fidan” şadlıq sarayının arxasında yerləşən qapını göstərərək həmin qapının kilidini qırdıqdan sonra oraya daxil olduğun, sonra isə orada olan dəmir götürdükləri yeri göstərdi. Bundan sonra N.Qənbərov saxlanc yerində olan xırda olan dəmirləri götürdüyünü göstərdi. Bununlada baxış yekunlaşmışdır. İstintaq hərəkətləri zamanı “İphone” markalı mobil telefonla fotoşəkillər çəkildi. İstintaq keçirilən zaman maraq doğrucu predmet, əşya aşkar edilib götürülmədi, istintaq hərəkətinin iştirakçıları tərəfindən heç bir qeyd, şikayət daxil olmamış, istintaq hərəkəti gündüz, ava şəraitində keçirilməklə saat 16:10-da başlandı, 16:50-də başa çatmışdır (i.v. 165); xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ********* nömrəli sorğuya əsasən, 2018-ci ildən istifadə edilən, Rusiya Fedarasiyasın istehsalı olan dəmirlərin 2024cü ilin fevral ayına qiyməti aşağıdakılardır. 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir borular 160 manat, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirlər 300 manat, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru 90 manat, 7 metr uzunluğunda, 1 ədəd şvellerin 406 manat, 5 metr uzunluğunda, 1 ədəd şveller və 290 manat, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirlər 98 manat, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru 90 manatdır. Dəmir qapıların hazırlandığı ilini, qalınlığını, istifadə müddətini və digər formaları bilinmədiyi üçün qiymətləndirmək mümkün olmamışdır (i.v. 169); işdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Xiyabani küçəsində yaşayır (i.v. 173) işdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, Xiyabani küçəsində yaşayır, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (i.v. 174) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(036)-13/2012 saylı hökmü ilə 02 il, 02 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2012-ci il fərmana əsasən CM-nin 132-ci maddəsi hökmdən xaric edilərək üzərində 01 il, 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə xx.xx.2020-ci ildə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi xx.xx.2020-ci ildə məhkəməyə göndərilmişdir. (i.v. 177-178); İmişli Rayon Məhkəməsinin 1(036)-17/2021 saylı, 05 may 2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 360,0 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 344 (üç yüz qırx dörd) saat ictimai işlər cəzası saxlanılmışdır (i.v. 186-189); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 192-193); sübutların qiymətləndirilməsi haqqında 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 170, 180, 181 və 186-cı maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixiatirik Ekspertiza mərkəzində stasionar müayinədə olduğu üçün onun, Şahid3 və X7 barələrində cinayət işinin materiallarında ayrıca icraata cinayət işi ayrılsın və ayrılmış cinayət şində olan sənədlərin siyahısı cinayət işinin istintaq materiallarına əlavə olunmuş, X4 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü naddəsinin tərkib əlamətlərinin olub-olmaması araşdırılması məqsədi ilə cinayət işi materiallarından yoxlama materialı ayrılmış və araşdırma aparılmış, iş üzrə Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs hər biri 250 manat ləyərində olan, 2 taylı 2 ədəd, cəmi 500 manat dəyərində dəmir qapının oğurlanması əsasında dəymiş maddi ziyanı müəyyən etmək məqsədi ilə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar əsas götürülsün və ittihamın məzmununda əks etdirilməsi nəzərə alınmış, 13 fevral 2024-cü il tarixli və 2024cü 21 fevral 2024-cü il tarixli baxış protokollarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr oİmadığına görə onun özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, maddi sübut, mütəxəssis rəyi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş, 21 fevral 2024cü il tarixdə, saat 01 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşəb “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış dəmirlər iş üzrə maddi sübut kimi tanınmış və İmişli rayon polis şöbəsində saxlanılması nəzərə alınmış, iş üzrə bəzi istintaq sənədlərində X5 adı “Əbülfət”, X2 adı “Tapdıqlı” və Təqsirləndirilən şəxs soy adı “Qənbərov” kimi qeyd edildiyindən, həmin şəxslərin ad, soyad və ata adı yuxarıda qeyd edildiyi, yəni şəxsiyyət vəsiqəsinə və portal məlumatlarında göstərildiyi kimi oxunmuşdur (i.v. 221-231); İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-69- 2 nömrəli məktubundan görünür ki, X3 Rayon Məhkəməsinin 05.05. 2021-ci il tarixli. 1(036)-17/2021 saylı hökmü ilə taqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 344 saat ictimai işlər cəzasına məhkum edilmişdir. X16 xx.xx.2021-ci il tarixdə İmişli rayon icra və probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür.02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. X10 barəsində 25 yanvar 2022-ci il tarixdə "8 Noyabr Zəfər günü” münasibətilə "Amnistiya" aktı tədbiq edilərək cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs 25 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətidir. Yaxınlıqda “Bazarstore” supermarketi olmaqla, kiçik obyektlər vardır. Sarayın həyətində dəmir qapıdan daxil olunur. Naməlum şəxs(lər) saraya daxil olmaq üçün dəmir qapıdan daxil olmuşlar. Baxış iştirakçısı dəmir boruları sarayın saxlanc yerindən dəmir qapılar, saxlanc yerin yaxınlığından dəmir borular və saxlanc yerinin yan tərəfindən isə şvellerlər oğurlanmışdır. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şahid3 yanında bir uşaq olmaqla, digər kişi cinsindən olan şəxsin idarə etdiyi motosikletlə dəmir lövhə və dəmir boruları gətirərək, məntəqədə satmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsiri onun törətdiyi əməli qismən etiraf etməsi, şahid qismində dindirilmiş Şahid1, X9, Şahid3, Şahid4, Şahid6, Şahid5 verdiyi ifadələrlə, məhkəmə iclasında baxış keçirilmiş “DVD-R” diskdə olan video görüntülərlə, işdə olan protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 4 (dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 6 (altı) ay 12 (on iki) gün müddət çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq faktiki olaraq tutulması təsdiq edilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 2330 (iki min üç yüz otuz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut olan – 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış dəmirlər iş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsində saxlanan dəmirlər qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli (iş № 1(036)-75/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001565 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 21 (iyirmi bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 126 (bir yüz iyirmi altı) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 4 (dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 6 (altı) ay 12 (on iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 2330 (iki min üç yüz otuz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Maddi sübut olan – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın, iş üzrə maddi sübut kimi tanınaraq “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış İmişli Rayon Polis Şöbəsində saxlanan dəmirlər qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 21 (doqquz) saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar