Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-13/2022 31.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə İmişli rayonu Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu yalavac kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Kamil oğlunun Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Yalavac kəndindən Rəsullu kəndi istiqamətində İmişli şəhəri, A.Şadlınski küçəsi ilə 40-50 km/saat sürətlə hərəkətdə olarkən, İmişli rayon məhkəməsinin inzibati binasının yaxınlığında, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görərək, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək cinayətkarcasına özünəgüvənməklə, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobil yolunu sürücünün hərəkət istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X6 avtomobilin qabaq sol tərəfi ilə vuraraq, sonuncuya ehtiyatsızlıqdan baş-beynin diffuz travması, hər iki bud sümüklərinin qapalı sınıqları, sol gicgah-təpə nahiyəsində əzilmiş-cırılmış yara, gövdənin sol yan səthində sıyrıq, sol budun orta 1/3-də qançırdan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, X4 aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik şokdan ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. İş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, ona qarşı AR CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamın üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Yalavac kəndində yaşayır və özünə məxsus “VAZ-2106” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilindən taksi kimi istifadə edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. 22.08.2021-ci il tarixdə saat 19-00 radələrində o, idarə etdiyi “VAZ-2106” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin götürmüş və İmişli rayonu, Rəsullu kəndi istiqamətində hərəkət edərək İmişli şəhəri, A.Şadlinski küçəsindən keçən avtomobil yolunda qurulmuş işıqforun yaşıl işığda keçib sağa tərəf dönərək İmişli rayonu, Rəsullu kəndi istiqamətində 40-50 km/saat sürətlə hərəkəti davam etdirmişdir. Təxminən 100-150 metr irəlilədikdən sonra H.Əliyev adına stadionun yaxınlığında 15-20 metr aralıda bir nəfərin qaçaraq yolun bir tərəfindən digər tərəfində keçmək istədiyini görmüş və o, avtomobili saxlamaq məqsədilə dərhal ayağını əyləcə basmışdır. Həmin vaxt yolu keçmək istəyən piyada onun idarə etdiyi avtomobili görərək yolun ortasında dayandığı üçün o, toqquşmadan yayınmaq məqsədilə piyadanın sağından keçməyə çalışmış, lakin piyada özünü itirərək griyə getmiş və onun idarə etdiyi avtomobilin qabağ sol tərəfinə dəyərək arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, avtomobili saxlayıb yerə düşmüş və piyadaya yaxınlaşarkən onun qohumu X8 olduğunu görmüşdür. Vahid Quliyevin baş nahiyəsinin qanadığını görüb təcili tibbi yardım zəng mərkəzinə məlumat verərək kömək istəmiş və bir qədər gözlədikdəm sonra təcilli tibbi yardım avtomobilin gəlmədiyini görüb toplaşan şəxslərlə birlikdə piyadanı öz avtomobilinə mindirib Davud adlı şəxslə İmişli rayon mərkəzi xəstəxanasına yola salmış, özü isə İmişli rayon polis şöbəsinə gəlib, hadisə haqqında məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22.08.2021-ci il tarixdə saat 19-00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil İmişli şəhəri, A.Şadlınski küçəsini ilə hərəkətdə olarkən H.Əliyev adına stadionun yaxınlığında yolun bir tərəfindən digər tərəfinə keçən atası X10 oğlunu vurub yerə yıxmışdır. Təqsirləndirilən şəxs oğlu hadisədən dərhal sonra X10 oğlunu öz maşını ilə İmişli rayon mərkəzi xəstəxansına çatdırmış, lakin xəstəxanada pandemiya ilə əlaqədar yer olmadığından atası Şirvan şəhər Mərkəzi Xəstəxasına aparılmışdır. Şirvan şəhər X3 Vahid İsa oğlu aldığı xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu və qonşudur. Hadisədən dərhal sonra X10 oğluna hər cür köməklik göstərərək sağalması üçün bütün səylərini əsirgəmədiyinə görə onu bağışlamışdır və ondan şikayətçi deyil. İş üzrə şahid Şahid1 ifadəsində göstərmişdir ki, 22.08.2021-ci il tarixdə saat 19-00 radələrində o, idarə etdiyi “Mercedes” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, A.Şadlınski küçəsi ilə hərəkətdə olarkən H.Əliyev adına stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verdiyini görüb həmin yerə yaxınlaşmışdır. Həmin vaxt hadisə yerində olan polis əməkdaşları həyacanlı olduğuna görə yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2106” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə nəticəsində xəsarət almış X6 xəstəxanaya aparmasına icazə verməmiş və o, həmin avtomobili idarə edərək xəsarət alçmış piyadanı İmişli mərkəzi rayon xəstəxanasına aparmışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 22.08.2021-ci il tarixdə saat təxminən 19-00 radələrində o, İmişli rayon Yalavac kəndində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib İmişli rayonu Rəsullu kəndi istiqamətində hərəkət etmişdir. Avtomobil İmişli şəhəri A.Şadlınski küçəsi ilə hərəkət edərkən H.Əliyev adına stadionun yaxınlığında yolun bir tərəfindən digər tərəfində keçmək istəyən yaşlı bir nəfər avtomobili görüb əvvəlcə yolun ortasında dayanmış və sonra özünü itirib geriyə qayıdaraq özünü avtomobilə çırpıb yerə yixılmışdır. O, sürücü ilə birlikdə dərhal avtomobildən düşüb yaralıya ilkin yardım etmiş və hadisə yerinə adamların toplaşmasından sonra çıxıb getmişdir. İşdə olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 22 avqust 2021-ci il tarixli protokolda göstərilmişdir ki, yol nəqliyyat hadisəsinin yeri İmişli şəhəri A.Şadlınski küçəsi, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfaltbeton, ötrüyün vəziyyəti quru, yol dörd hərəkət zolaqlı, yol örtüyünün eni 21,60 метрdir. Yolun hərəkət hissəsindən ayırıcı üfüqi nişanlama xətti keçir, hər iki tərəfinə yol çiyni birləşir və işıqlandırılmır. Hadisə yerində bir nəfər piyada vurulmuş, tormozlama izləri və şinlərin izi yoxdur. YNH İmişli şəhəri, A.Şadlınski küçəsində İmişli rayonu, Rəsullu kəndi istiqamətində olan hərəkət zolağında baş vermişdir. Piyadanın vurulma yerindən hərəkət zolağının sağ kənarınadək olan məsafə 7,80 metr, sol kənarınadək olan məsafə 3 metr olmuşdur. ( c. i.səh:4-6; fotocədvəl, səh. 7-8) İşdə olan AR SN MTE və PA ETT Birliyi PHŞ tərəfindən verilmiş 22.08.2021-ci tarixli 34 nömrəli rəyində göstərilmişdir ki, 1954-cü il təvəllüdlü X4 bədən səthində aşkar olunan xəsarətlər – beynin diffuz travması, hər iki bud sümüklərinin qapalı sınıqları, sol gicgah-təpə nahiyəsində əzilmişcırılmış yara, gövdənin sol yan səthində sıyrıq, sol budun orta 1/3-də qançır – küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 22 avqust 2021-ci il tarixdə il tarixdə hərəkətdə olan VAZ-2106 markalı avtomaşının piyadanı (onu) vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X4 ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. ( c.i.səh: 64-67) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 06 oktabr 2021-ci il tarixli 8/2347 nömrəli rəyində göstərilmişdir ki, VAZ-2106 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( c.i.səh: 69-700) İşdə olan AE 813474 nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs B və C kateqoriyalar üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. ( c.i.səh: 31) İşdə olan AR DİN BDYPİ tərəfindən verilmiş 01.10.2021-ci il tarixli 016-11k-728 nömrəli məlumata əsasən İmişli rayonu, Yalavac kənd sakini Təqsirləndirilən şəxs “BC” kateqoriyalı AE 813474 nömrəli, sürücülük vəsiqəsi verilmişdir. Onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur.( c.i.səh:77) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə-avtotexniki və məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan İmişli RİHB-nin Yalavac kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 01.10.2021ci il tarixli 1258 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində bir nəfər azyaşlı uşağı vardır. ( c.i.səh: 61) Himayəsində bir nəfər azyaşlı uşağın olması və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :55) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Yalavac kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i. səh: 62) Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın həddi müəyyən edilərkən onun şəxsiyyəti və cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKM E T D İ: Yusubov Amil Kamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Yusubov Amil Kamil oğlu azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Yusubov Amil Kamil oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli onun cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. . Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Yusubov Amil Kamil oğlundan 100 (yüz ) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-13/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-13/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver